Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə41/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   37   38   39   40   41   42   43   44   ...   202

 

139


Şuradan keçən əsərlər lentə köçürülür və fonotekaya qəbul 

olunurdu. O illərin lent yazıları və əvvəlki vallara yazılmış 

əsərlər lentə köçürülüb qızıl fonda daxil edilirdi. 

Bədii Şuraya respublikanın görkəmli bəstəkarları, 

xanəndələri, ifaçıları, musiqişünasları və şairləri daxil idi. 

Cahangir Cahangirov, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, 

Ramiz Zöhrabov, Əlibaba Məmmədov və başqaları fonda 

qəbul olunan əsərlərə cavabdehlik daşıyırdılar. 

50-ci illərdə musiqi şöbəsi hələ müstəqil deyildi, ədəbi-

bədii verilişlər baş redaksiyasının tərkibində fəaliyyət 

göstərirdi. Baş redaktor Hacı Hüseynov, baş rejissor Rauf 

Kazımovski idi. Musiqi şöbəsinə Tələt Şahverdiyev rəhbərlik 

edirdi. Redaktorlar Qulam Qasımov və Rəhim Nağıyev idi. 

Radio İdarəsi Fioletov küçəsində yerləşirdi. İkinci mərtəbədə 

konsert studiyasında hər gün musiqi kollektivlərinin məşqi və 

əsərlərinin lentə yazılması prosesi gedirdi. 

Yalnız 60-cı illərdə müstəqil fəaliyyət göstərməyə 

başlayan redaksiya ənənəvi musiqi proqramları ilə efirdə öz 

yerini tutdu. 

60-70-ci illərin qaynar həyatı olimpiadalarla, 

festivallarla, müxtəlif musiqi tədbirlərilə yadda qalıb. Musiqi 

redaksiyası xəttilə «Festival gündəliyi», «İstedadlar axtarırıq», 

«İstedad sorağında», «Oxu, tar!» müsabiqələrinin gedişi silsilə 

verilişlərlə efirdə öz əksini tapırdı. Musiqi redaksiyası 

Bəstəkarlar İttifaqı ilə yaradıcılıq əlaqəsində olub, rayonlara 

səyyar briqadalar göndərir, zəhmətkeşlər qarşısında incəsənət 

ustalarının çıxışlarını təşkil edirdi. 

Radio bu illərdə bir çox incəsənət xadimlərinin 

inkişafına təkan verirdi. Vasif Adıgözəlov, Ramiz Mirişli, 

Telman Hacıyev, Adil Bəbirov, Elxan Babayev, Tamilla 

Məmmədzadə, Aydın Əzimov, Tahir Əkbər, Rasim Bədəlov 

ilk addımlarını radionun musiqi redaksiyasında atıblar. 




 

140


70-ci illərdə redaksiya peşəkarlar hesabına daha da 

zənginləşdi. Baş redaktor Kamil Məmmədov, bəstəkar 

Telman Hacıyev, musiqişünaslar Aslan Əfəndiyev, Valid 

Səfərov, ədəbi redaktor Qüdrət Vahabova, tərcüməçi Tələt 

Ələkbərov musiqi redaksiyasının rəngarəng proqramlarının 

qayğısını çəkirdilər. Bu illərdə musiqinin bütün janrları paritet 

əsasda efirdə yer alırdı. 

1975-ci ildə canlı konsertlərə geniş yer verilirdi. Bu 

proqramlar keçmiş Fioletov küçəsində yerləşən radionun 

səsyazma studiyasından və keçmiş Teleradio Komitəsinin 

müxtəlif studiyalarından efirə çıxırdı. 

Respublikanın tanınmış ədəbiyyatçıları, jurnalistlər, 

musiqişünas və bəstəkarları bu illərdə efir üçün musiqili 

kompozisiya, musiqili hekayələr, portret verilişlər 

hazırlayırdılar. Redaksiyanın ən məhsuldar müəlliflərindən 

Möhbəddin Səməd, Tofiq Abdin, Hacı Ağayev, Rəfael 

Hüseynov, Telman Qarayev, musiqi tədqiqatçısı Firudin 

Şuşinski, musiqişünaslardan Ramiz Zöhrabov, İmruz 

Əfəndiyeva, Elxan Babayev, Solmaz Qasımova, 

bəstəkarlardan Azər Rzayev ən müxtəlif kompozisiyalı 

verilişlər hazırlayırdılar. 

«Xanəndəlik sənəti», «Muğam» radio jurnalları, «Axşam 

görüşləri», «Arzu» musiqi poçtu, «Azərbaycanın musiqi 

aləmində», «Opera səhnəmizin ustaları» və s. bu kimi silsilə 

verilişlər populyarlıq qazanmışdı. 

1970-80-ci illərdə orta nəsil bəstəkarlarından Azər 

Dadaşov, Eldar Mansurov, Tahir Əkbər, Mobil Babayev, 

Rafiq Əliyev, Nazim Qəmərlinski və başqaları məhz radionun 

musiqi redaksiyasında çalışırdılar. 

O illərdə başqa respublikalarla musiqili radio-körpülər 

təşkil olunurdu. «Bakı-Moskva-Praqa» musiqi radiokörpü 

uğurlu alınmışdı. Beləliklə, Azərbaycan efirində rus, Çexiya, 




 

141


yuqoslav musiqisi səslənir və həmin ölkələrdə Azərbaycan 

musiqisi öz əksini tapırdı. Mübadilə yolu ilə bir çox sosialist 

ölkələrinin radiolarına Azərbaycan incəsənət ustalarının lent 

yazıları göndərilirdi. Ümumittifaq radiosunda bir qayda olaraq 

hər ay Azərbaycan musiqisinə yer ayrılırdı. Bununla yanaşı, 

«Mayak» proqramında hər həftə Azərbaycanın incəsənət 

ustalarının çıxışları təşkil olunurdu. 

Azərbaycan radiosunun musiqi redaksiyası ilə xarici 

musiqi şöbələri arasında salınan körpü bu gün də musiqi 

əlaqələrimizin genişlənməsinə xidmət edir. 2005-ci ildə 

Türkiyə-Azərbaycan radioları arasında belə uğurlu musiqi 

mübadiləsi keçirildi. 

Radionun diktorları Soltan Nəcəfov, Fatma Cabbarova, 

Züleyxa Hacıyeva, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz 

Mustafayev musiqili verilişlərinin təqdimatında daha çox 

iştirak edirdilər. 

Gözəl musiqi əsərlərinin seçilməsi və fonda daxil 

edilməsində teleradionun Bədii Şurasının çox böyük rolu 

olub. Bu əsərlər radionun səsyazma studiyasında peşəkar ifaçı 

və musiqi kollektivlərinin müşayiətilə lentə yazılıb Bədii 

Şuraya təqdim olunur, sonra isə efirdə səslənmə hüququ 

qazanırdı. 

Öz tarixi ənənəsinə sadiq qalan musiqi redaksiyası son 

illərdə də Azərbaycan xalq musiqisinə, muğamlarımıza və 

bəstəkarlarımızın yaradıcılığına geniş yer verir, ölməz 

xanəndə və müğənnilərimizin, vokal ifaçılarının, aşıqlarımızın 

bu gün xatirəyə çevrilmiş səs yazılarından istifadə edir. Artıq 

bu gün xatirələrdə yaşayan, ancaq ifaçılıq sənətində müstəsna 

xidmətləri olan Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, 

Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə 

Muradova, Sara Qədimova, Zülfü Adıgözəlov, Xan Şuşinski, 

Seyid Şuşinski, Ağabala Abdullayev, Bəhram Mansurov, 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə