Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə43/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   39   40   41   42   43   44   45   46   ...   202

 

145


nümunə ola bilər. 

Redaksiyanın təşəbbüsü ilə Fransa, Yunanıstan, İsrail 

dövlətlərinin Bakıdakı səfirliklərilə əlaqə yaradılır, həmin 

xalqların müasir musiqi əsərləri əldə edilir. Radiomuza 

təmənnasız olaraq bağışlanan kompakt-disklər əsasında 

rəngarəng konsert proqramları hazırlanır, dünyanın ən seçmə 

musiqi əsərləri Azərbaycan dinləyicisinə təqdim olunur. 

Bu gün Azərbaycan radiosunun əməkdaşları dünyanı 

gəzən musiqimizin uğurlarından söz açan silsilə verilişlər 

hazırlayır, respublikamızdan kənarda yaşayıb yaradan 

həmyerlilərimizin müntəzəm olaraq mikrofon qarşısında 

çıxışları, onların beynəlxalq müsabiqələrdəki qələbələri 

barədə dinləyiciləri məlumatlandırırlar. Musiqi redaksiyası 

milli irsimizin təbliği sahəsində ənənə və müasirlik 

prinsipindən istifadə edərək Azərbaycan radiosunun 80, 

televiziyasının 50 illik tarixinə yeni-yeni töhfələr verəcəkdir. 

 

«Respublika» qəzeti,  



13 may 2006-cı il 

 



 

146


 

 

 



 

TELERADİOMUZ MAARİFÇİLİK İŞIĞINDA 

 

Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, 



Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən 

Azərbaycan iki sivilizasiya arasında körpüyə çevrilib. 

Bu gün biz dünyəvi, hüquqi, demokratik, bir sözlə, 

müasir dövlət qururuq. Azərbaycan öz tərəqqisinin ikinci 

mərhələsini – müasirləşmə, yeniləşmə və inkişaf mərhələsini 

keçirir. Bu da bir həqiqətdir ki, sivilizasiya təhsil və elmə 

söykənir. Nə məğlubedilməz ordu, nə xalqın kəmiyyət 

potensialı, nə də dövlətin böyük ərazisi təhsili, elmi əvəz edə 

bilməz. 

Yarandığı gündən radio və televiziya da üç funksiyanı 

fəaliyyətində əsas götürüb: informasiya, maarifçilik və 

əyləncə-musiqi. 

Azərbaycan televiziyasında «Tədris baş redaksiyası» 

1973-cü ilin iyul ayında yaradılıb. Bu vaxta qədər maarifçilik 

məsələlərini «Təbliğat» redaksiyası yerinə yetirirdi. 

Ölkəmizdə təhsilin inkişafı, yeni tədris metodları məhz belə 

bir redaksiyanın yaranmasını zəruri etdi. Redaksiyaya baş 

redaktor yazıçı Namiq Abdullayev təyin edildi. Redaksiyada 

iki şöbə – «Ali məktəb» və «Orta məktəb» şöbələri fəaliyyət 

göstərirdi. Hazırlanan verilişlərdə ,məqsəd tədrisə kömək, 

qabaqcıl iş təcrübəsi və metodlarını yaymaq idi. Orta 

məktəblər üçün nəzərdə tutulmuş və canlı yayımla verilən 

proqramlara məktəblərdə qoyulmuş xüsusi monitorlar 

vasitəsilə müəllim və şagirdlər baxırdılar. Azərbaycanın 

müxtəlif rayon və kəndlərində çalışan müəllimlər bu proqrama 



 

147


dəvət olunur, iş təcrübələrindən danışırdılar. Sonradan bu 

yeniliklər barədə diskussiyalar təşkil edilirdi ki, bu da 

televiziyanı xalq həyatına daha da yaxınlaşdırırdı. 

70-ci illərin tədris proqramları – «Kimya», «Biologiya», 

«Ədəbiyyat», «Fizika», «Botanika», «Azərbaycan dili» bu 

sahə elmlərinin populyarlaşmasına xidmət göstərirdi. Tədris 

filmləri, əyani vasitələrdən gen-bol istifadə bu proqramları 

baxımlı edirdi. 

Azərbaycanın qabaqcıl elm və maarif xadimləri 

verilişlərin hazırlanmasında məsləhətçi və aparıcı kimi iştirak 

edirdilər. Professorlardan Əjdər Ağayev, Abdulla 

Mehrabəyov, Xudu Məmmədov, Abdulla Nuruşov, akademik 

Musa Musayev bu redaksiya ilə ən yeni elmi nailiyyətlərini 

bölüşürdülər. 

1975-ci ildən redaksiya «Tədris və elmi-kütləvi 

proqramlar» adı ilə fəaliyyətini davam etdirdi. İxtisasca 

müəllim olan Araz Əliyev redaksiyaya baş redaktor təyin 

olundu. Artıq tədris verilişləri ilə yanaşı elm və istehsalatdan 

ən son yeniliklər barədə çoxçeşidli verilişlər hazırlanmağa 

başlandı: «İnsan və qanun», «Təbiətə səyahət», «Elm və 

istehsalat», «Valideynlər, sizin üçün» və s. 

Zamanın, dövrün tələbinə uyğun olaraq həmişə 

verilişlərdə yeniləşmə, tamaşaçı istəyi əsas götürülüb. 1983-cü 

ildə efirə çıxan «Əsrlərdən gələn səslər» Azərbaycanın 

tarixinə, adət-ənənələrinə, türkçülük ideyalarının təbliğinə 

üstünlük verib. Bu silsilədən hazırlanan «Qədim Naxçıvan» 

xüsusi proqramı ilk dəfə diyarın tarixi, onun görkəmli 

şəxsiyyətləri barədə geniş məlumatı tamaşaçılara çatdırdı. 

1991-ci ildən redaksiya qısa vaxt ərzində «Radikal» 

studiyası adı altında fəaliyyət göstərsə də bu yenilik özünü 

doğrultmadı. 

1993-cü ildən əvvəlki adına qayıdan redaksiyanın 




 

148


məzmun və formaca sürətli inkişafı 1996-cı ilə təsadüf edir. 

Yeni istedadlı kadrların redaksiyaya cəlb olunması elm, təhsil 

sahəsindəki islahatların təbliği istiqamətində maraqlı 

teleformalarla müşahidə olundu. Redaksiyanın orijinal efir 

saatı artırıldı. Bu qayğının nəticəsi kimi yaranan yeni verilişlər 

müasirlik və millilik baxımından diqqəti cəlb etməyə başladı. 

«Yeni əsr, yeni nəsil», «Diyar», «Təhsil: düşüncələr, 

mülahizələr», «Örnək», «Məktəb» televiziya jurnalı, «Həkim 

məsləhəti», «Elm xadimlərimiz», «Dünya, səndən kimlər 

keçdi?», «Ziya», «Elm və istehsalat», «Bağçılıq» öz elmi-

praktik tutumu, kütləvi populyar təqdimat üsulları ilə geniş 

auditoriya qazandı. 

Təəssüf hissi ilə qeyd etməliyəm ki, özünün səkkizinci 

onilliyini yaşayan Azərbaycan radiosunda isə təhsil və elmi 

təbliğ edən redaksiya son vaxtlara kimi fəaliyyət göstərmirdi. 

Halbuki radio həmişə böyük məktəb sayılıb və onun ən 

yüksək tarixi xidməti də xalqı maarifləndirmək olub. 

Cəmiyyətin məlumatlandırılması, dünyagörüşlərinin 

inkişaf etdirilməsi, ideyaca formalaşdırılması, milli-mənəvi 

dəyərlərin, Azərbaycan ədəbi dilinin və milli mədəniyyətin 

təbliğində radio həmişə öyrədib, istiqamət verib. 

Televiziya meydana gələndən sonra da radionun uşaqlar, 

məktəblilər, tələbələr üçün nəzərdə tutulan proqramları böyük 

təsir gücünə malik olub. Azərbaycan elmi barədə biz həmişə 

radiodan səviyyəli verilişlər eşitmişik. Lakin bütün bu işlərdə 

sistem və ardıcıllığa ehtiyac hiss olunurdu. Təhsildən, elmdən, 

təhsilin və elmin söykəndiyi milli-mənəvi dəyərlərdən, 

təhsilin problemlərindən söz açan analitik proqramlara ehtiyac 

duyulurdu. Bır sözlə, təhsillə elmi verilişləri əlaqələndirən, 

uzlaşdıran, planlaşdıran, onu dövrün, zamanın tələbi əsasında 

quran redaksiyanın yaranması zərurətə çevrilmişdi. Çünki 

tarix XXI əsrin qarşısında qlobal vəzifələr qoyub. Bu əsr 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə