Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə51/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   47   48   49   50   51   52   53   54   ...   202

 

172


xadimi İsmayıl Hacıyev, 1995-ci ildən indiyədək əməkdar 

incəsənət xadimi Yaşar İmanov kollektivə rəhbərlik edir. 

Dünya şöhrətli sənətçilərdən Ağakərim Əliyev, Böyükağa 

Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev və bir çox 

başqaları uzun müddət bu orkestrdə fəaliyyət göstəriblər. 

 

* * * 



 

Xor. Azərbaycan Dövlət Televiziya və Radio 

Komitəsinin Xor Kollektivi 1936-cı ildə dahi bəstəkarımız 

Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Kollektivin ilk bədii 

rəhbərləri Cahangir Cahangirov, Əhəd İsrafilzadə olub. 1948-

ci ildən bu günədək xora əvvəllər kollektivdə xormeyster kimi 

fəaliyyət göstərən respublikanın xalq artisti Ramiz 

Mustafayev rəhbərlik edir. Xor fəaliyyətə başladığı illərdə 

Azərbaycan xalq mahnılarının, Azərbaycan bəstəkarlarının 

əsərlərinin ilk ifaçısı olub. Kollektiv Azərbaycana bir çox 

tanınmış sənətçilər töhfə verib. Onlardan SSRİ xalq artistləri 

Zeynəb Xanlarova, Lütfiyar İmanov, Firəngiz Əhmədova, 

respublikanın xalq artistləri Gülağa Məmmədov, Mobil 

Əhmədov, Şahlar Quliyev, əməkdar artistlər Firudin 

Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, 

artistlərdən Anatollu Qəniyev, Nərminə Məmmədova, Əbülfət 

Nəzərov, Sahib Kərimov, Mehman Hacıbəyov və başqalarının 

adlarını sadalamaq olar. 

Böyük Vətən müharibəsi illərində kollektivin ifasında 

vətənpərvərlik mövzusunda bir çox əsərlər səslənib. Vasif 

Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə 

Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Sərdar 

Fərəcov və digər bəstəkarların oratoriyaları, kantataları, 

vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən 

yüksek məharətlə ifa olunaraq lentə alınıb. 



 

173


Qarabağ müharibəsinə həsr olunmuş “Salatın” (sözləri 

Nəbi Xəzrinin), “Bu qan yerdə qalan deyil” (sözləri Məmməd 

İsmayılın), “Haqq səninlədir”, “Azərbaycan” (sözləri Hikmət 

Ziyanın) və Vasif Adıgözəlovun “Qarabağ”, “Çəkin 

Qarabağdan qara əlləri” oratoriyaları da xor kollektivi 

tərəfindən məharətlə ifa olunub. 

 

* * * 


 

Estrada-simfonik orkestri. Azərbaycan Dövlət 

Televiziya və Radio Komitəsinin estrada-simfonik orkestri 

1956-cı ildə yaranıb. Qısa müddət ərzində fəaliyyət göstərən 

orkestrin ilk təşkilatçısı, məşhur saksofonçu, respublikanın 

xalq artisti Tofiq Əhmədov olub. 

1967-69-cu illərdə bu orkestrin nəzdində “Qaya” vokal 

kvarteti, 1971-ci ildə isə Vaqif Mustafazadənin rəhbərliyi ilə 

“Sevil” vokal-instrumental ansamblı yaradılıb. 1975-ci ildə 

orkestr “estrada-simfonik orkestri” statusunu alıb. 1979-83-cü 

illərdə Əziz Əzizov, 1983-90-cı illərdə böyük musiqiçi Rafiq 

Babayev, 1990-98-ci illərdə Faiq Sucəddinov, 1998-2002-ci 

illərdə pianoçu-aranjemançı Eldar Rzaquluzadə orkestrin bədii 

rəhbəri olub. 2002-ci ildən etibarən orkestrin bədii rəhbəri 

saksofonçu Akif Süleymandır. 

Orkestr bir sıra ölkələrdə respublikamızı layiqincə təmsil 

edib. 

SSRİ xalq artisti Müslüm Maqomayev Moskvanın 



Ostankino studiyasında ilk dəfə bu orkestrlə çıxış edib. 

Respublikanın xalq artistləri Oqtay Ağayev, Flora Kərimova, 

İlhamə Quliyeva, Mirzə Babayev, Mübariz Tağıyev, əməkdar 

artist Brilyant Dadaşova, artistlərdən Firəngiz Rəhimbəyova, 

musiqiçilər Səyavuş Kərimi, Cəmil Əmirov, Rauf Sultanov və 

başqaları orkestrin solistləri olublar. 




 

174


 

* * * 


 

“Bənövşə” uşaq xoru. Azərbaycan Dövlət Televiziya 

və Radio Komitəsinin “Bənövşə” uşaq xoru 1958-ci ilin 

sentyabr ayının 15-də bəstəkar Əfsər Cavanşirovun rəhbərliyi 

ilə yaradılıb. 

“Bənövşə” uşaq xorunun repertuarında Azərbaycan və 

eləcə də dünya bəstəkarlarının əsərləri yüksək səviyyədə ifa 

olunur. 


Keçən əsrin 70-ci illərində kollektiv bəstəkar və dirijor 

maestro Niyazinin rəhbərliyi altında ölkəmizdə və 

respublikamızın hüdudlarında məktəblilərin mahnı 

festivallarında iştirak edib, qastrollarda olub. 

Bir çox sənətkarlarımız ilk dəfə səhnəyə öz kövrək 

addımlarını məhz bu kollektivdən atıblar. Onlardan SSRİ xalq 

artisti Xuraman Qasımova, xalq artistləri Flora Kərimova, 

Mələkxanım Əyyubova, əməkdar artistlər Nisə Qasımova, 

Akif İslamzadə, Firuzə İbadova, Azərin və başqalarını qeyd 

etmək olar. 

 

23 iyun 2006-cı il 




 

175


 

 

 



 

DÖVLƏTÇİLİK, MİLLİLİK, MÜASİRLİK 

 

Bu il Azərbaycan radiosunun 80, televiziyasının 50 yaşı 



tamam olur. Əslində bu əlamətdar tarix cəmiyyətin 

məlumatlandırılması, milli-mənəvi oyanış, xalqın 

maarifləndirilməsi sahəsində bütöv bir mərhələ təşkil edir. Bu 

gün elə bir ev tapılmaz ki, orada radio və televiziyanın təsiri 

hiss olunmasın. Yarandığı gündən əsrin möcüzəsi kimi qəbul 

edilən radio və televiziya informasiya sahəsində liderliyini bir 

an da əldən verməmişdir. 

Keçmiş sovetlər birliyində xalqın dünyagörüşü və bədii-

estetik zövqünün formalaşmasında əsaslı rol oynayan radio və 

televiziya (RTV) Azərbaycanda da şərəfli inkişaf yolu keçmiş, 

milyonların tribunasına çevrilmişdir. Əslində RTV canlı bir 

orqanizm kimi çoxlarının yaddaşında obrazlaşmış, kömək, 

təsəlli, arzu, dilək ünvanına çevrilmişdir. Azərbaycan radio və 

televiziyasının tarixinə kiçicik ekskurs bəs edər ki, insanların 

həyatında RTV-nin qeyri-adi rolu aydın olsun. 

Ekran və efir insanların ilk müəllimi olmuş, sonralarsa 

qiyabi xalq universitetlərinə çevrilmiş, ucsuz-bucaqsız ölkənin 

əsas informasiya şəbəkəsi kimi xalqla dövlət arasında körpü 

rolunu oynamışdır. Eyni zamanda, insanların arzu və 

düşüncələrinin, bədii-estetik meyarların və yaradıcılığın 

kütləviləşməsində təşəbbüskar kimi çıxış etmiş, istedadlı 

insanların cəmiyyətdə seçilib tanınmasına şərait yaratmışdır. 

Bununla da teleradiomuz milli-mənəvi dəyərləri təbliğ 

etməklə kollektivçilikdən fərdiliyə, kütləvi əxlaq, xarakter, 

xalq psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə qol-



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə