Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə52/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   48   49   50   51   52   53   54   55   ...   202

 

176


qanad vermişdir. Xüsusən 90-cı illərin milli müstəqillik 

düşüncələrinin kütləviləşməsində RTV-nin böyük rolu 

olmuşdur. Təkcə 90-cı illərin «Meydan hərəkatında» AzTV 

kameralarının Azadlıq meydanına gətirilməsi bütün ölkəyə əsl 

həqiqətlərin (Azərbaycana qarşı erməni-daşnak təcavüzünün, 

Sov.İKİ liderlərinin xəyanətkar mövqeyinin, respublika 

rəhbərlərinin mərkəzə itaətkar münasibətinin) yayılması və 

xalqın mübariz Vətən əsgərinə çevrilməsi ilə nəticələndi. 

RTV-nin ən kütləvi mübarizə vasitəsi olduğu sonrakı 

dövrlərdə də özünü göstərdi. Düzdür, bu illərdə bəzi səbatsız, 

xalqa xəyanətkar rəhbərlər ondan yalan informasiya yaymaq, 

cəmiyyətdə laqeydlik, arxayınçılıq yaratmaq imkanı kimi də 

istifadə edirdilər. Lakin bütövlükdə taleyinə xalqın arzuları 

yazılmış RTV müstəqillik illərində yeni cəmiyyət 

quruculuğunda, müstəqilliyin qorunub saxlanılması, itirilən 

torpaqlarımızın geri qaytarılması istiqamətində təbliğatını 

quraraq ümummilli maraqların müdafiəsinə qalxdı. 

Göründüyü kimi, istər postsovet rejimi zamanında, 

istərsə də müstəqillik illərində RTV xalqın ən yaxın 

həmsöhbəti, fikir düşüncə ortağı kimi ona simsarlıq etmiş, 

ağır günlərində həyanınа çevrilmişdir. Ümumiyyətlə, RTV 

yarandığı gündən hərbi məlumatların xüsusi əlifba ilə 

məsafəyə ötürülməsindən bugünkü ən kütləvi informasiya, 

əyləncə, bədii-estetik düşüncə sahəsinə kimi zəngin inkişaf 

yolu keçmişdir. Mütəxəssislər zamanca qısa, məzmun, 

formaca hüdudsuz görünən bu dövrü bir neçə mərhələyə 

bölürlər. Bu bölgülər şərti olduğundan ölkəmizdə RTV-nin 

inkişaf dinamikasını şəxsi təcrübə əsasında göz önündən 

keçirmək imkanımız var. Bizə belə gəlir ki, Azərbaycan 

məkanında RTV-nin boy artımı və inkişaf dinamikasını 

izləmək bugünkü efir məkanında bir sıra vacib mətləblərə 

aydınlıq gətirərdi. 




 

177


Azərbaycanda radio 1926-cı il noyabrın 6-da fəaliyyətə 

başlayıb. 1976-cı ildə radionun 50 illik yubileyi dövlət 

səviyyəsində ümumxalq bayramı kimi qeyd olunub. 

Televiziyanın Azərbaycanda fəaliyyət tarixi 30 il sonraya – 

1956-cı il fevralın 14-ə təsadüf edir. İstər radioda, istərsə də 

televiziyada bu dövr ərzində on minlərlə insan ilk əmək 

fəaliyyətinə başlayıb və bugünkü Azərbaycan mədəniyyətinin 

ən aparıcı simaları Azərbaycan radiosunda və televiziyasında 

çalışmaları ilə fəxr ediblər. Demək, Azərbaycanda RTV təkcə 

efir məkanı üçün deyil, respublika mədəniyyəti üçün də əsaslı 

baza rolu oynamışdır. 

Bu məntiqə görə, Azərbaycan radio və televiziyasının 

şərəfli tale yolunu (ictimai, iqtisadi, sosial-siyasi, milli-mənəvi 

dəyərlər sistemi kimi izlənərkən) bir neçə mərhələyə bölmək 

olar: 

1) təşəkkül illəri və yeni yayım formalarının üzə 



çıxarılması; 

2) siyasi təbliğatdan tədricən mənəvi-estetik, sənət 

dünyasına dönüş mərhələsi; 

3) əyalət statusundan müstəqil Azərbaycanın RTV-sinə 

keçid.  

Şərti bölgü əsasında müəyyənləşdirdiyimiz bu dövrlərdə 

də ictimai-siyasi, texniki-iqtisadi, milli-mədəni amillərin təsiri 

özünü göstərməkdədir. Bu dövrlərin hər birində RTV 

Azərbaycan dilində xalqın həyatına daha yaxından nüfuz 

etmiş, getdikcə milli-mədəni, etik-estetik dünyagörüşün 

formalaşmasına təsir göstərərək zənginləşmişdir. Tam 

məsuliyyətlə demək olar ki, ötən illərdə Azərbaycan 

ziyalılığının kamilləşməsində, onun öz sənət yanğısını 

bütövlükdə ifadə etməsində radio və televiziya misilsiz rol 

oynamışdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, 

Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Səməd Vurğun, 




 

178


Osman Sarıvəlli, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət 

Əmirov və başqa sənət şəcərəsini sonralar gənc bəstəkar və 

yazıçılar RTV-də şərəflə davam etdirdilər. Radio və televiziya 

üçün yazılan musiqi əsərlərinin, marş və romansların, 

pyeslərin, telefilm ssenarilərinin sayı kimi sanbalı da artmağa 

başladı. N.Xəzri, Ə.Əlibəyli, K.Rüstəmbəyov, S.Dağlı, 

A.Dadaşov, R.Kazımovski kimi radio-televiziya ustadlarına 

çevrilmiş incəsənət xadimləri zamanı üçün yeni növ 

televiziyanın formalaşmasında iştirak etdilər. S.Vurğunun 

«Aygün» pyesi də həmin illərdə lentə alındı. 

70-80-ci illərin televiziyası yeni dövr siyasətinin, milli 

müstəqillik və azadlıq ideyalarının leqal, qeyri-leqal təbliğat 

mərkəzinə, milli proqramlarla müstəqillik duyğularının qaynar 

mərkəzinə çevrildi. Azərbaycan radio və televiziyasında efir 

ömrü yaşayan, milli müstəqillik «qaranquşları» olan «Bulaq», 

«Ozan», «Araz» kimi proqramlar mövzu və formasına, milli 

düşüncənin yüksək sənətkarlıqla təqdimindəki bənzərsizliyinə 

görə bu gün də böyük hörmətlə xatırlanır. Təkcə «Ozan»ın 

«Koroğlu» uvertürası ilə yayıma başlamasındakı milli ruh 

nəyə desən dəyərdi. Televiziyanın «Araz» proqramı hər iki 

sahildə qardaş həsrəti çəkən insanların fiziki, mənəvi 

görüşünü təşkil etmək kimi riskli bir missiyanın öhdəsindən 

bacarıqla gəlirdi. 

Bu gün ətrafında yeni istedadlar birləşdirən Azərbaycan 

televiziya və radiosu həmin o mürəkkəb və ziddiyyətli 

şəraitdə məhz sənətkarlıq hesabına sözünü zamanında, 

məqamında kifayət qədər deyir, Azərbaycanın milli 

müstəqilliyinə insanlarda inam hissi tərbiyə edir. 

Azərbaycanda RTV-nin əsas və yetkin fəaliyyət 

mərhələsi müstəqillik dövrünə təsadüf edir. Bu dövrün 

televiziya və radiosu ümummilli liderimiz Heydər Əliyevin 

hakimiyyətə ikinci dəfə gəlişindən sonra xüsusi məzmun 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə