Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə53/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   49   50   51   52   53   54   55   56   ...   202

 

179


daşımağa başladı. Məhz bu dövrdən AzTV xalqın, dövlətin 

taleyi ilə bağlı ən böhranlı anlarda milli maraqlar mənafeyində 

dayanaraq xalqı antixalqdan, dövləti xainlərdən qorumaqda 

kəsərli silaha çevrildi. Ümummilli liderimiz Heydər Əliyevin 

Azərbaycan televiziyasına münasibətlə söylədiyi: «Televiziya 

bütün informasiya vasitələrindən ən kütləvisidir. İndi heç kəs 

öz həyatını televiziyasız təsəvvür edə bilməz… Azərbaycan 

milli televiziyası xalqımızın milli sərvətidir» fikri burada 

çalışanların əməyinə verilən ən parlaq qiymətdir. 

Yarandığı vaxtdan müxtəlif adlarla daim yeniləşən və 

inkişaf edən televiziya məhz 1991-ci ildən 2005-ci ilə qədər 

öz fəaliyyətini Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti 

kimi davam etdirmişdir. Ad dəyişmələri həmişə radio və 

televiziyanın inkişafına, müstəqilliyinə xidmət etmişdir. Ötən 

ilin martından Qapalı Səhmdar Cəmiyyət kimi fəaliyyətinin 

yeni mərhələsinə qədəm qoyan Azərbaycan televiziya və 

radiosu yəqin ki, həm də yeni dövrün efir favoritinə 

çevriləcək. Bunu deməyə ilk növbədə teleradionun mənəvi 

sərvəti olan güclü kadr potensialı əsas verir. Yeni teleradio 

kanallarına axın bu potensialın heç on faizini belə təşkil etmir. 

İkincisi, AzTV həm də ən müasir texnika və bu avadanlıqdan 

məqsədyönlü istifadəyə marağı olan səriştəli mütəxəssislərin 

bolluğu ilə seçilir. AzTV-nin geniş yayım, hüdudsuz efir 

məkanı, rahat iş şəraiti, başlıcası isə yeni yaradıcılıq həvəsli 

gənc, istedadlı kadrları vardır. Dünyanın bir çox ölkələrinə 

yayımlanan proqramların yaradıcı heyəti bu gün mənəvi 

qazancları ilə fəxr edə bilərlər. Ən nəhayət, yeni yaradıcılıq 

sərbəstliyi təkcə məzmun deyil, formaca da ən müasir 

intellektual-əyləncəli proqramların hazırlanması üçün imkan 

verir. 


Bu günlər struktur baxımından da yenidən formalaşan 

AzTV daha çox informasiya, maarifləndirici və əyləncəli 




 

180


proqramların yeni üslubi çalarlarla təqdimatında maraqlı 

olduğunu nümayiş etdirir, Zəngin tarixi olan ana televiziya öz 

ənənələrinə sadiq qaldığını göstərir. Bizim məqsədimiz 

dövlətçilik, millilik və müasirlikdir. Radiomuzun 80, 

televiziyamızın 50 illik fəaliyyətində dövlətçilik maraqları 

burada hər şeydən üstün tutulmuş, xüsusən, son 14 ildə milli 

dövlətçilik modelinin formalaşmasında Azərbaycan 

televiziyasının da xüsusi rolu olmuşdur. Ötən əsrin 60-70-ci 

illərindən teleradiomuzda başlayan milli-mənəvi oyanış 

ölkəmiz siyasi müstəqillik qazanandan sonra yeni mərhələyə 

daxil olmuşdur. Müasirlik isə zamanın başlıca 

tələblərindəndir: məzmun həm də ən müasir təqdimat 

formaları ilə ekrana yol almalıdır. Yeni yaranan telekanallarda 

formaya aludəlikdən fərqli olaraq AzTV həmişə məzmun-

forma vəhdətinə üstünlük verib. Artıq yeni verilişlərin start 

xəttinə düzüldüyü bir vaxtda belə hesabat xarakterli çıxışlar 

etməyə dəyər. Çünki çoxmilyonlu dinləyici və 

tamaşaçılarımız ən müxtəlif forma və janrlarda yaranan 

proqramlarımızın yeni mərhələdəki taleyi ilə maraqlanır, daha 

baxımlı verilişlər gözləyirlər. Ekranda hər cür bayağılığın baş 

alıb getdiyi efir məkanımızda «ən əxlaqlı televiziya» kimi 

qəbul edilən AzTV seçim sayıqlığını bir an belə əldən 

verməyəcək. Ucuz sensasiya xatirinə milli mentalitetə yad 

süjetlərin ekrana çıxmasına AzTV-də yenə qadağa qoyulacaq. 

İnformasiya və əyləncəli verilişlərin şəbəkəsi ən müasir 

telekommunikasiya vasitələri hesabına genişləndiriləcək və 

bütün dünyaya çatdırılacaq. Ölkədaxili xəbərlərin 

operativliyinə diqqət yetiriləcək, hadisələrə yanaşmada balans 

gözləniləcək. Ən müasir texnikanın informasiyaya ayrılması 

sistemli şəkil alacaq. İşin yüksək səviyyədə təşkili, 

informatorların, reportyor-jurnalistlərin hazırlanması konkret 

sahələr üzrə şərhçilərin yetişdirilməsi istiqamətində işlər 




 

181


sürətləndiriləcək. 

Biz tamaşaçı ilə dialoqa – interaktivliyə xüsusi diqqət 

yetiririk. «Xəbərlər»dən sonra hər gün canlı şəkildə efirə 

çıxan «Günün nəbzi» proqramında interaktivdən istifadə olu-

nur, tamaşaçı zənglərinə, rəy və təkliflərinə üstünlük verilir. 

Daha bir ictimai-siyasi proqram – «Dialoq» hər həftə canlı 

yayımlanmaqla tamaşaçı sualları əsasında qurulur. Əslində bu 

proqramlar dövlət məmurlarının xalqa telehesabatıdır. 

«Səhər» proqramında da informasiyanın xüsusi çəkisi 

artırılacaq, «Şəhər zəngi» rubrikası ilə mühüm hadisələrə 

görkəmli şəxsiyyətlərin münasibəti öyrəniləcək. Canlı 

bağlantılarla «Səhər»i tamaşaçılara daha da doğmalaşdırmaq 

nəzərdə tutulur. 

Yarandığı gündən əhalinin maarifləndirilməsi, xalq 

təhsili ilə ciddi məşğul olan radio və televiziya dövlət 

proqramlarının həyata keçirilməsi işinə, gənc nəslin düzgün 

tərbiyə olunmasına yardım edir. Biz bu missiyanı indi də 

yerinə yetiririk. Azyaşlıların maraqlarının təmin olunması, 

yeni təhsil metodlarının təbliği, gənclərin hərbi vətənpərvərlik 

ruhunda tərbiyə olunması, onlara torpaq hissinin aşılanması 

istiqamətində AzTV-də məqsədyönlü iş gedir. Bu işin 

səmərəliliyini artırmaq məqsədilə aparılan islahatlar 

nəticəsində gənclər, idman və uşaqlar üçün proqramlar 

hazırlayan redaksiyaların fəaliyyətini yeni strukturda 

birləşdirmişik. Bu addımın tezliklə səmərə verəcəyi təqdim 

olunan layihələrdən də hiss olunur. Xüsusən azyaşlıların və 

yeniyetmələrin düşündürücü, intellektual verilişlər 

istiqamətindəki arzuları yaxın günlərdə öz həllini tapacaq. 

Artıq bir neçə yeni proqramın hazırlıq işləri başlanmışdır. 

«Bizim ekran» adı ilə hazırlanması nəzərdə tutulan bu 

verilişdə uşaqların təhsildə və həyatda uğurları, problem və 

çətinlikləri öz əksini tapacaq. Uşaqlar üçün sərbəst düşüncə, 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə