Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə50/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   46   47   48   49   50   51   52   53   ...   202

 

168


aşıq sənətinə tez-tez üz tutmaqla burada aşıqlığın tarixi 

ənənələrə malik olduğu sübuta yetirilir. Şirvanda tarixən ifa 

olunmuş havacatın (efirdə səslənib, lentə alınıb) nümunələri 

əsasında bu polifoniyanı müşayiət etmək çətin deyil: «Hicazi 

peşro», «Əlicanı peşro», «Şəmsi-qəməri peşro», «Eynaz 

peşrosu», «Şirvan şikəstəsi», «Çığdançıxma şikəstə», 

«Qocaman şikəstə», «Bayatı şikəstə», «Şirvan şəşəngisi», 

«Santorpaq şikəstəsi», «Kəsmə şikəstə», «Qədim şikəstə», 

«Qobustan» və s. 

Folklorun nəzəri-praktik məsələlərindən bəhs edən 

«Dastan», «Yazı», «Qala», etnoqrafik etüdlərin əlvan politrası 

«Qobustan», «Buta» (türk xalqlarının folklor rəqsləri toplusu), 

«Sandıqça», folklor-informasiya bülleteni «TV folklor 

dəftəri», «Qaravəlli» (TV-nin meydan tamaşası). Bunlar 

redaksiyanın gündəlik verilişlərinin az bir qismidir. 

Redaksiya əməkdaşlarının gündəlik gərgin əməyi 

hesabına 10 saatlıq orijinal efir vaxtı forma və məzmun 

baxımından maraqlı və müasir verilişlərin yaranması ilə 

nəticələnir. Bütün bunlar dünya folklorunun ümumi konturları 

fonunda təqdim edilir və efir qanadlarımızın yetişə bildiyi 

ölkələrdə xalqımızın etnik mədəniyyəti, milli adət-ənənələri 

haqqında dolğun informasiya, xoş təəssürat yaradır. 

 

«Respublika» qəzeti,  



23 iyun 2006-cı il 

 



 

169


 

 

 



 

AZƏRBAYCAN TELERADİOSUNUN  

MUSİQİ KOLLEKTİVLƏRİ 

 

Xalq Çalğı Alətləri Orkestri. 1931-ci ildə dahi bəstəkar 



Üzeyir Hacıbəyov 13-14 nəfərdən ibarət Xalq Çalğı Alətləri 

Ansamblını yaratdı. Bu işdə görkəmli bəstəkarımız Müslüm 

Maqomayevin də böyük rolu oldu. Üzeyir bəy qısa bir müddət 

ərzində ansamblın tərkibini 22 nəfərə, musiqi məktəbi 

tələbələri sıralarından ən peşəkarlarını seçməklə isə 

kollektivin sayını 40 nəfərə çatdırmaqla Şərqdə ilk Xalq Çalğı 

Alətləri Orkestrini yaratmağa nail oldu. Orkestrin dirijoru 

Üzeyir bəy özü, dirijor köməkçisi və konsertmeyster isə Səid 

Rüstəmov təyin olundu. Orkestrin ilk solistlərindən Əhməd 

Bakıxanovu, Qurban Pirimovu, Xosrov Məlikovu, Bəhram 

Mansurovu, Qılman Salahovu, Hafiz Mirzəliyevi, Ağası 

Məşədibəyovu, Hökumə Nəcəfovanı və başqalarını göstərmək 

olar. Üzeyir Hacıbəyovun orkestri yaratmaqda əsas məqsədi 

Azərbaycan xalq musiqisini radio vasitəsilə dünya xalqlarına 

çatdırmaq idi. 1937-ci ildən bu günə qədər Azərbaycan 

radiosu öz verilişlərinə Müslüm Maqomayevin orkestr üçün 

yazdığı “Radio marşı” ilə başlayır. 

Ü. Hacıbəyov orkestrin repertuarının zənginləşməsi üçün 

qısa bir müddət ərzində “I və II fantaziyaları”nı yazmışdır. 

1930-cu ilin II yarısından başlayaraq, orkestrin repertuarına 

rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, o cümlədən C. 

Verdinin, M. Qlinkanın, P. Çaykovskinin də əsərləri əlavə 

olundu. 1935-ci ildə Üzeyir bəy orkestrə rəhbərliyi Səid 

Rüstəmova həvalə etdi. 1936-cı ilin aprel ayında I 




 

170


Ümumittifaq Radio Festivalında orkestr mükafat qazandı. 

1937-ci ilin fevral ayında Moskva və Leninqrad şəhərlərində 

orkestr konsertlər verdi. 1938-ci ilin aprelində isə Ü. 

Hacıbəyov Moskvada keçirilən I Azərbaycan Ongünlüyündə 

nümayişi nəzərdə tutulan “Arşın mal alan” musiqili 

komediyasını Xalq Çalğı Alətləri Orkestri üçün işləməyi S. 

Rüstəmova həvalə etdi. Beləliklə, orkestr 38-ci il aprelin 9-da 

Böyük Teatrın səhnəsində göstərilən “Arşın mal alan” 

musiqili komediyasını müşayiət etdi. Ertəsi gün tamaşa 

mərkəzi radio vasitəsilə translyasiya edildi. 

Ötən əsrin 50-ci illərində Azərbaycanın tanınmış 

bəstəkarları orkestr üçün iri və kiçik həcmli əsərlər yazdılar. 

1959-cu ildə Moskvada keçirilən II Azərbaycan 

Ongünlüyündə orkestrin solistləri Xan Şuşinski, Şövkət 

Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Rauf 

Atakişiyev, Lütfiyar İmanov və bir çoxları müvəffəqiyyət 

qazandılar. 60-cı ildə bu müvəffəqiyyətlərə görə, Xalq Çalğı 

Alətləri Orkestri “əməkdar kollektiv” fəxri adına, baş dirijor 

S. Rüstəmov “Qırmızı Əmək Bayrağı” ordeninə, dirijor 

Süleyman Ələsgərova isə “Şərəf nişanı” ordeninə layiq 

görüldülər. 

1959-cu ildə orkestrə əməkdar incəsənət xadimi Hacı 

Xanməmmədov dirijor təyin edildi. O, çox keçmədən 

orkestrin repertuarına bir neçə suita və “Simfonietta” əsərini 

ərməğan etdi. Orkestrdə ikinci dirijor kimi fəaliyyət göstərən 

Rəşid Əfəndiyev bir çox əsərləri orkestr üçün işləyərək 

radionun fonduna yazdırmışdı. 1974-cü ildə orkestrin bədii 

rəhbəri və baş dirijoru Nəriman Əzimov isə ilk dəfə milli 

alətlərimiz olan udu, bas balabanı, tenor balabanı orkestrə 

daxil etməklə səslənməni daha da zənginləşdirdi. 

1979-cu ildə Faiq Sadıqov orkestrə II dirijor təyin edildi. 

Onun orkestr üçün işlədiyi Qərbi Avropa, Rusiya və 




 

171


Azərbaycan bəstəkarlarının əsərləri Azərbaycan radiosunun 

fondunda lentə alınmışdır. 

Nəriman Əzimov 70-80-ci illərdə orkestrin repertuarına 

Fikrət Əmirovun “Kürd Ovşarı”, “Şur” simfonik muğamlarını, 

Motsartın 40 saylı simfoniyasını daxil etməklə onu daha da 

zənginləşdirdi. Orkestrin repertuarında səslənən əsərlər 

radionun “Xarici verilişlər redaksiyası” vasitəsilə dünyanın 

140 ölkəsinə yayımlanır. Bu il kollektivin yaranmasının 75 

illiyi qeyd olunur. Bu illər ərzində kollektiv Azərbaycan 

bəstəkarlıq məktəbi üçün əsl yaradıcılıq laboratoriyası olub. 

 

* * * 


 

Simfonik orkestr. Simfonik orkestr dahi bəstəkarımız 

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan 

Dövlət Radio Komitəsinin nəzdində yaranıb. Simfonik 

orkestrin ilk bədii rəhbəri və baş dirijoru Aleksandr 

Semyonoviç Şvats olmuşdur. 

1941-ci ildən isə orkestrin bədii rəhbəri və baş dirijoru 

Əşrəf Həsənov, II dirijoru Çingiz Hacıbəyov olub. Üzeyir 

Hacıbəyovun dəvətilə Avstriya dirijoru Otto Ştrasser də bir 

neçə il bu kollektivlə işləyib. 

1944-cü ildə orkestr Zaqafqaziya Ongünlüyü 

çərçivəsində Tbilisidə böyük müvəffəqiyyətlə çıxış edib. 

Böyük Vətən müharibəsi illərində isə orkestr hospitallarda 

yaralı əsgərlər qarşısında çoxsaylı çıxışlar edib. Orkestrdə 

Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, Sona 

Aslanova, Lütfiyar İmanov və başqa məşhur sənətkarlar 

çalışıb. 

1945-46-cı illərdə “Arşın mal alan” operettası bu 

orkestrlə ifa olunub. 1970-ci illərdə respublikanın xalq artisti 

Ramiz Məlikaslanov, 1992-95-ci illərdə əməkdar incəsənət 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə