Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə47/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   43   44   45   46   47   48   49   50   ...   202

 

159


90-cı illərin əvvəllindəki xaos və qarışıq ab-hava 

ziyalılar və ziyalılığa böyük zərbə vurmuşdu. H. Əliyevin həm 

müdrik insan olaraq şəxsi qayğısı, həm də dövlət başçısı kimi 

xüsusi diqqəti sayəsində mədəniyyətimiz dirçəliş dövrünü 

yaşadı. Şübhəsiz ki, bu televiziyanın da inkişafına, ekranın 

canlanmasına səbəb oldu. Ziyalılarımızın təklifi və iştirakı ilə 

yaranan «Prezident və ziyalılar» silsilə proqramları sənətə 

qayğının güzgüsünə çevrildi. Bu qayğıdan ruhlanan incəsənət 

xadimlərimiz yeni-yeni əsərlər yaratdılar. Az qala 

unudulmağa başlayan yaradıcılıq gecələri, sərgilər, görüşlər 

və bu görüşlərdə prezidentin şəxsən iştirakı müharibədən, 

qaçqınlıq və köçkünlük əzablarından ruhdan düşən xalqın 

qəddini düzəltdi. Televiziya bu görüşləri, bu ruhu hər bir 

ailəyə, evə apardı və bütün bunlar yeni əsərlərin və təbii ki, 

yeni ekran layihələrinin ideyasına təkan verdi: «Sən qalib 

gələcəksən», «Publisist studiyası», «Azərbaycan deyəndə», 

«Məşəl kimi yanan ürək», «El yolunda», «Xilaskar» ədəbi-

musiqili proqramları geniş tamaşaçı rəğbəti qazandı. Yeni 

musiqi, səhnə əsərlərinin, müstəqil Azərbaycanı dünyaya 

tanıdan rəssamlıq nümunələrinin yaranmasına televiziya da öz 

layiqli töhfəsini verdi. 

Bu gün həm də ekranı bəzəyən və televiziyanın sərgi 

salonuna çevrilən kiçik həcmli «Televernisaj»lar 

rəssamlarımızın yaradıcılığının xalqa təqdimində az rol 

oynamır. Təsadüfi deyil ki, fırça ustalarımız geniş, əhatəli 

proqramlardan daha çox yaradıcılıqlarının burada əks 

olunmasını arzu edirlər. Televiziyanın sifarişilə yazılan yeni 

musiqi əsərləri, talepyeslər, çoxseriyalı bədii televiziya 

filmləri zamanın sözünü bədii üsullarla yetirmək baxımından 

çox qiymətlidir. 

Daha vizual, müasir formalara müraciət edən 

rejissorlarımızın yaradıcılıq axtarışları yeni bir janrın – film-




 

160


tamaşa janrının meydana çıxmasına səbəb oldu. Studiya 

dekorasiyalarından ayrılıb canlı həyata üz tutan rejissorlarımız 

– Ramiz Həsənoğlu, Tariyel Vəliyev, Məhərrəm Bədirzadə

Ələkbər Kazımovski, Elçin Cahangirli bu gün çox populyar 

olan televiziya tamaşa və layihələrinə quruluş veriblər. Hələ 

ki, televiziya məkanında bu sahədə bizimlə rəqabətə girə 

biləcək ikinci televiziya yoxdur. 

Bu gün Azərbaycan televiziyası özünün 50 illik 

yubileyinə ən yaxşı ənənələri qoruyub saxlamaqla yanaşı yeni 

layihələr, ekran yozumu, müasir, yüksək səviyyəli texnikanın 

təmin etdiyi görüntülər və dizaynla gəlir. Televiziyamızın 

səyyar kameraları respublikamızın bölgələrinə üz tutur, 

yubiley ərəfəsində sənət adamları ilə xalqın görüşü, 

bölgələrdəki istedadların üzə çıxarılması, səfalı guşələrin 

ədəbi-musiqili proqramlar üçün çəkiliş pavilyonuna 

çevrilməsi ilə yanaşı studiyalarımızda yeni layihələrin ekrana 

yol alması üçün yenidənqurma işləri aparılır. «Qarabağ», 

«Xəzər» studiyalarında, Teleteatrda musiqili-əyləncəli 

«Telesabah» (həftəlik), zəngin muğam ənənələrimizin və gənc 

istedadların daha geniş təbliği üçün «Muğam axşamı», 

«Görüşə gəl» estrada proqramı və digər yeni layihələr üçün 

dekorasiyalar qurulur. 

Bu işə öz qüvvələrimizlə yanaşı tanınmış dizaynerlər 

dəvət olunub. Dövlət Mahnı Teatrı ilə birgə retro mahnılar 

gecəsinə, romans axşamlarına ciddi hazırlıq gedir. Həm 

sənətin, həm ekran və efirin səviyyəsini qorumaq, həm də 

tamaşaçıya yüksək səviyyəli ifaçılar təqdim etmək üçün 

respublikamızın yaradıcılıq təşkilatları və ocaqları – 

Bəstəkarlar İttifaqı, teatr və konsert müəssisələri ilə müştərək 

iş öz bəhrəsini verir. İftixarla deyə bilərik ki, tanınmış 

sənətkarlarımızın yubiley gecələri, yaradıcılıq hesabatları 

məhz Azərbaycan televiziyası vasitəsilə tamaşaçılara 




 

161


çatdırılır. 

Zəmanəmizin görkəmli bəstəkarları – xalq artistləri 

Vasif Adıgözəlov, Azər Rzayev, Tofiq Bakıxanov, Musa 

Mirzəyev yubiley tədbirlərinin məhz Azərbaycan televiziyası 

ilə yayımlanmasını arzu ediblər. Qüdrətli sənətkarımız Zeynəb 

xanım Xanlarova bütün yaradıcılıq sevinclərini yalnız bu 

sənət ocağı ilə bölüşür. Onun Respublika günü münasibətilə 

təşkil etdiyimiz konsertinə dünyanın neçə ölkəsindən əks-səda 

gəlib. Bəli, dünya Azərbaycan televiziyasını izləyir və onun 

təqdim etdiyi sənət nümunələrinə elektron poçtu vasitəsilə xoş 

münasibətini bildirir. 

XX əsrin ortalarında həyata göz açan Azərbaycan 

televiziyası XXI əsrdə də inamlı addımlarını atır. Bir vaxt 

televiziyanın «Bənövşə» uşaq xorunda çıxış edən ifaçılar, 

«Qaranquş» televiziya uşaq teatrında ilk kövrək addımlarını 

atan məktəblilər bu gün tanınmış sənətçilərə çevriliblər və 

onlar öz tərcümeyi-hallarında bu barədə iftixarla söz açırlar. 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan 

və bu gün hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 

böyük uğurla davam etdirilən sənət və sənətkara dövlət 

qayğısı incəsənət xadimlərimizi yeni yaradıcılıq uğurlarına 

ruhlandırır. Bu böyük qayğı televiziyamızdan da yan 

keçməyib. Televiziyamızın tanınmış simaları respublikanın 

xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar artist, 

əməkdar jurnalist fəxri adlarına, prezident təqaüdünə layiq 

görülüblər. İnanırıq ki, dövlətimizin gündən-günə artan 

qayğısı sayəsində sənət də, sənətkarlar da yeni yaradıcılıq 

uğurları qazanacaq və televiziyamız da həmişəki kimi bu 

nailiyyətlərin önündə gedəcək. 

 

«Xalq qəzeti», 



24 iyun 2006-cı il 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə