Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə48/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   44   45   46   47   48   49   50   51   ...   202

 

162


 

 

 



 

XALQ YARADICILIĞI ƏNƏNƏLƏRİNİN 

TELEVİZİYADA İŞIQLANDIRILMASI 

 

Azərbaycan televiziyası radionun ənənələri əsasında 



yaranmışdır. 1956-cı ildə radionun artıq 30 yaşı, sabitləşmiş 

yayım növləri və formaları var idi. Sabit efir həcmi 

ixtisaslaşmış sahə yayım qurumlarının efir «setkasındakı» 

dövrü proqramları ilə dinləyici yaddaşında özünə maraq 

oyatmışdı. Folklorun təqdimatında da radionun ənənələri 30 il 

sonra fəaliyyətə başlayan televiziyamız üçün örnəyə çevrildi. 

Xüsusən, folklor irsinin (musiqi folklorunun) toplanması 

sahəsində radionun təcrübəsi Azərbaycan folklor atlasının 

oxunması işində TV əməkdaşlarına yardımçı oldu. Lakin hələ 

ötən əsrin 70-ci illərinə kimi təkcə TV-də deyil, radioda da bu 

iş pərakəndə şəkildə öyrənilirdi. Radioda «Bulaq» verilişinin 

efirə çıxması (1971) yeni bir ədəbi üslubun formalaşması ilə 

nəticələndi. Bu vaxta kimi TV-nin «Ədəbi-dram verilişləri» 

redaksiyasında təsadüfi efir yeri qazanan «Dastan axşamı», 

«Azərbaycantelefilm»in istehsalı olan etnoqrafik filmlərin 

əvəzinə «Bulağ»ın TV variantı olan «Ozan» folklor 

toplusunun yaranması bu sahədə ilk ciddi addım kimi 

dəyərləndirilə bilər. «Ozan»m ilk sayı 12 aprel 1981-ci ildə 

efirə çıxdı. Gəncəbasar folklor mühitinə həsr olunmuş bu 

toplu 1 saat 10 dəqiqə ərzində o bölgənin zəngin folkloru, xalq 

mahnıları, aşıq sənəti, milli rəqsləri haqqında yığcam bədii 

informasiya, oynaq teleformaları ilə diqqəti cəlb etdi. Elə ilk 

sayından «Ozan»ın çəkilişinə respublikanın tanınmış etnoqraf

folklorşünas alimləri – M.Seyidov, A.Nəbiyev, Ə.Cəfərzadə, 




 

163


T.Bünyadov, L.Kərimov, K.Kərimov, tanınmış qələm 

adamlarından Ağasəfa, Dilsuz Mustafayev, Ağalar Mirzə və 

başqaları cəlb olundular. Rejissor Əmirhüseyn Elşənin 

(Məcidov) quruluşunda Ü.Hacıbəyovun «Koroğlu» 

üvertyurası ilə başlayan «Ozan» xalq artisti Roza Tağıyevanın 

yatımlı, koloritli səsi ilə tezliklə könüllərə yol tapdı və 

cəmiyyətdə ruh yüksəkliyinə, milli oyanışa əsaslı təsir 

göstərmiş oldu. 1988-ci ilə kimi dövrü fəaliyyət göstərən bu 

proqram tezliklə TV-də öz sənət aurasını yaratdı. 1984-cü 

ildən qadın aşıq-şairlərin yaradıcılığına həsr olunmuş «Aşıq 

Pəri məclisi» də bu yaradıcılıq atmosferində efir ömrü başladı. 

(Proqram bu gün də öz fəaliyyətini davam etdirir). 

Vizual cəhətdən uğurlu təsir bağışlayan bu folklor 

toplusunda («Ozan») zaman keçdikcə həm də folklorun 

toplanması, Azərbaycanın folklor atlasının TV formasının 

yaranması, əldə olan nümunələrin pasportlaşdırılması, elmi 

cəhətdən araşdırılması və TV-də folklor muzeyinin 

yaradılması istiqamətində fundamental iş başladı. Proqramın 

mətn-təsvir harmoniyasını, müasir folklorşünaslıq baxımından 

təhlil-ümumiləşdirmə istiqamətlərini gücləndirmək üçün 

«Ozan»a istedadlı folklorşünasların cəlb olunması gərək oldu. 

O vaxt radioda «Bulaq» verilişinin redaktoru işləyən Ağalar 

Mirzə bu TV proqramına redaktor təyin edildi (1986). 

«Ozan»ın folklor səfərləri Borçalı, Göycə, Dərbənd, Naxçıvan 

kimi geniş arialda öz söz, hikmət, rəqs, havacat yükünü 

tutmağa başladı. «Qarabağ bülbülləri» «Ozan»ın ən körpə 

qonaqları oldu. «Nənə qızlar» ansamblının təkrarsız rəqs-

tamaşaları isə «Ozan»ın yaddaşına xatirələr yazdılar. Yaşı 

yüzü ötmüş ahıl ağbirçəklərin yaddaşı lentlərə köçürüldü, ən 

duru folklor nümunələri say-seçmə olunub TV-nin fondunu 

yaratdı. Folklorun toplanmasında və təbliğində belə kütləvi 

proqramın meydana çıxması elmi ictimaiyyətin də ciddi 




 

164


marağına səbəb oldu. «Ozan»ın poçtu Azərbaycan MEA-nın 

Ədəbiyyat İnstitutu tərəfindən geniş təhlilə, araşdırmaya cəlb 

edildi. «Ozan»ın ünvanına gələn xalq tətbiqi sənəti 

nümunələri əsasında yaradılmış «Folklor muzeyi» hal-hazırda 

Azərbaycan MEA-nın Folklor İnstitutunda xüsusi guşədə 

mühafizə olunur. «Ozan»m televiziyada yaratdığı milli 

düşüncə ab-havası tezliklə folklor irsinin daha yeni formada 

işıqlandırılması ətrafında düşünməyi tələb etdi. 

Bu il 20 yaşını qeyd edən «Karvan» folklor proqramı 

xalq yaradıcılığı irsinin ən müxtəlif formalarının 

işıqlandırılmasında «Ozan»a yardımçı oldu. 

«Karvan» görkəmli bəstəkar S. Hacıbəyovun məşhur 

«Karvan» kantatası ilə yayıma başladı, insanların tarixi 

yaddaşa qayıtmasına, milli dəyərlərə sevgi, məhəbbət hissilə 

yanaşmasına mənəvi dayaq oldu. «Karvan»ın Türkiyə, İran, 

İraq səfərləri xüsusilə yadda qaldı və bu gün də şərq 

xalqlarının etnokulturoloji görüşlərinin Azərbaycana, eləcə də 

folklor incilərimizin efirimiz yetişən ölkələrə çatdırılmasına 

xidmət edir. 

Etnik mədəniyyətin, folklor, etnoqrafiya özəlliklərinin 

belə sürətli təbliği «Ədəbiyyat» redaksiyası nəzdində folklor 

bölməsi yaradılmasını reallığa çevirdi (1987). Artıq bu 

bölmədə az bir qüvvə ilə hazırlanan «Ozan», «Karvan», «Aşıq 

Pəri məclisi», «Araz» (Cənubi Azərbaycanda yaşayan 

soydaşlarımızın folklor mühiti), «Deyilən söz yadigardır» 

(folklor tədqiqatçılarımıza həsr olunurdu), «Qoşma» və başqa 

proqramlar tamaşaçıların rəğbətini qazandı. Şöbə daxilində 

folklor proqramlarının üstünlüyü redaksiyanın adında da öz 

əksini tapmış oldu – «Ədəbiyyat və xalq yaradıcılığı» (1989). 

Lakin 80-ci illərin sonu cəmiyyətdəki qeyri-sabitlik 

Azərbaycan televiziyasının bütün strukturlarında öz neqativ 

izlərini əks etdirdi. 1990-cı ildən başlayan struktur 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə