Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə46/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   42   43   44   45   46   47   48   49   ...   202

 

156


kollektivlərdə böyük musiqiçilər nəsli yetişib. Mahnı və 

ifaçılıq sənətimizin inkişafına əvəzsiz töhfələr verən bu 

kollektivlər bu gün də çalışır, fəaliyyətlərini davam etdirirlər. 

Xalq artisti Nəriman Əzimovun rəhbəri və dirijoru olduğu 

Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri 

Orkestri, xalq artisti, görkəmli bəstəkar Ramiz Mustafayevin 

rəhbərlik etdiyi xor kollektivi, tanınmış musiqiçilər Akif 

Süleymanov və Yaşar İmanovun başçılığı ilə çalışan estrada 

simfonik və Niyazi adına simfonik orkestrləri, unudulmaz 

bəstəkar Əfsər Cavanşirovun yadigarı olan «Bənövşə» mahnı 

və rəqs ansamblı yeni musiqi əsərləri və mahnılar üzərində 

işləyirlər. Ən önəmlisi odur ki, zəngin xalq musiqimizdən 

qaynaqlanan kollektivlər yeniləşməyi, zamanla ayaqlaşmağı 

heç vaxt unutmayıblar. Mərhum sənətkarımız Tofiq 

Əhmədovun rəhbərlik etdiyi estrada orkestri keçmiş, SSRİ 

məkanındakı bütün festivallarda təkcə televiziyamızı deyil, 

Azərbaycanı ləyaqətlə təmsil edib. Bu günün məşhur 

cazmenləri məhz bu kollektivdə tərbiyə alıqlarını iftixarla 

qeyd edirlər. 

70-ci illərdə tanınmış pianoçu Gülarə xanım Əliyevanın 

rəhbərlik etdiyi «Dan ulduzu» instrumental ansamblı xalq 

musiqisi ilə müasir musiqinin sintezindən yaranmışdı. Milli 

musiqi sənətinə yeni ifa tərzi gətirən bu ansambl Yalçın 

Rzazadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova kimi 

müğənnilərin yetişməsində əvəzsiz xidmət göstərib. 

Həm televiziya, həm radio təkcə bədii məhsulların 

ötürücüsü rolunu oynamayıb. Musiqimizin, teatr və ifaçılıq 

sənətinin, ədəbiyyatın inkişafına təkan verib. 

Teleradionun sifarişi ilə yeni-yeni əsərlər yaranıb. 

Vaxtaşırı keçirilən müxtəlif sənət müsabiqələri, ən yaxşı 

mahnı, bədii əsər, televiziya və radio pyesləri üçün sənət 

yarışmalarında ən tanınmış sənətkarlarımız – Əzizə 




 

157


Cəfərzadə, Mirvarid Dilbazi, Məhərrəm Əlizadə, Əkrəm 

Əylisli, İsi Məlikzadə, Əhmədağa Muğamlı, Tofiq Bayram, 

Rüfət Əhmədzadə, Tofiq Mütəllibov iştirak ediblər Ən 

nüfuzlu münsiflərin – Tofiq Quliyev, Cahangir Cahangirov, 

Zeynal Cabbarzadə, Vasif Adıgözəlov, Ramiz Mustafayev, 

Teymur Elçin, Ənvər Əlibəyli və başqalarının seçimi ilə efirə 

və ekrana yol alan musiqi əsərləri – mahnılar, simfonik 

əsərlər, oratoriyalar ekran və efirdən konsert salonlarına, teatr 

səhnələrinə ayaq açıb. 

Bir vaxt hazır tamaşa və musiqiləri təqdim etməklə 

fəaliyyətə başlayan televiziya özü mədəniyyət və incəsənət 

nümunələri yaradıcısına çevrilib. Hazırda o, müxtəlif janrlı 

musiqi kollektivləri, tanınmış ifaçılardan ibarət solistləri olan, 

«Sabah» studiyasında və digər bədii redaksiyalarda hazırlanan 

və tamaşaçılar tərəfindən sevilən televiziya tamaşaları yaradan 

sənət mərkəzidir. Bu gün ölkənin bütün televiziya məkanını 

bəzəyən «Evləri köndələn yar», (Anar), üç hissəli, «Yaşıl 

eynəkli adam», (V.Səmədoğlu), dörd hissəli, «Fatehlərin 

divanı», (M. Süleymanlı), «Mən sənin dayınam», (Elçin), 

«Gəlinlər», (M.A.Atəş), «Gel qohum olaq», (Ə.Əylisli), 

«Sabiqlər», (S.Dağlının hekayələri əsasında), üç hissəli, 

«Bağışla», «Səndən xəbərsiz», «Səni axtarıram», 

(A.Qəhrəmanov), «Gülüş sanatoriyası» «Sonuncu məhəbbət», 

(R.Əhmədzadə) və s. ekran əsərləri məhz Azərbaycan 

televiziyasının sifarişilə hazırlanıb. Vaxtilə çox məşhur olan 

«Komediyalar aləminə səyahət», «Səhər görüşləri» əyləncəli 

proqramlarında kiçik fraqmentlər, yumoristik səhnələr 

şəklində ifa olunan komik parçalar sonradan televiziyanın 

təklifi ilə inkişaf edərək ekran, səhnə əsərləri formasına 

düşüb. Azərbaycan televiziyası bu liderliyi indi də qoruyub 

saxlayır. Yaxın günlərdə ekrana çıxan və çox böyük tamaşaçı 

rəğbəti qazanan «Sarı gəlin» telenovellası (Elçin) xalq 




 

158


ruhunun ölməzliyinin, əbədiliyinin təcəssümüdür. Ekrana yol 

gələn çoxseriyalı «Bəylik dərsi» müzikli (M. Süleymanlı, R. 

Mirişli) inanırıq ki, geniş tamaşaçı marağına səbəb olacaq. 

Hər gün Azərbaycan Televiziyasının elektron poçtuna 

xaricdəki soydaşlarımızdan yüzlərlə məktub gəlir. Onlar 

Azərbaycan televiziyasını milli mədəniyyətimizin daşıyıcısı 

kimi dəyərləndirir və izləmək istədikləri bədii proqramların 

təkrar göstərilməsini xahiş edirlər. Bunu nəzərə alaraq (əsasən 

vaxt fərqini) gecə proqramlarımıza bədii musiqili verilişlər 

daxil etmişik. İndi peyk rabitəsi vasitəsilə dünyanın istənilən 

nöqtəsində izlənə bilən televiziyamız Azərbaycan 

diasporasının həm də mənəvi bağlarla birləşməsi zəminində 

məqsədyönlü iş aparır. 

İftixar hissilə deyə bilərik ki, bu gün şou-biznes 

aləmində çox dəbdə olan «star» ənənəsinin ilk rüşeymi 

Azərbaycan televiziyasında yaranıb. 1996-98-ci illərdə 

ekranları bəzəyən «Telestar» proqramı (müəllif Elnur 

Əşrəfoğlu, aparıcı Rəşad İlyasov) həm dünyanın, həm 

ölkəmizin məşhur sənətçiləri haqqında yeni üslubda söhbət 

açırdı. Televiziya məkanında ilk dəfə olaraq ailə tanışlığı 

bizim ekrandan yol alıb. Çox populyar olan «Ev sizin, sirr 

bizim» proqramı 55-ci nömrəsindən sonra ekrandan çıxdı. 

Ona görə yox ki, deməyə sözümüz olmadı. Ona görə ki, 

layihəni ucuzlaşdırmaq, səviyyəni endirmək istəmədik. 

Həm televiziyamızın, həm bütövlükdə mədəniyyətimizin 

inkişafına təkan verən başlıca amil bu sahəyə dövlət qayğısı 

və diqqətidir. Ulu öndərimiz, ümummilli liderimiz Heydər 

Əliyevin diqqəti və qayğısı Azərbaycan mədəniyyətini yüksək 

zirvələrə qaldırdı. İstər hakimiyyətinin birinci postsovet 

məkanı dövründə, istərsə də 1993-cü ildəki milli qurtuluşa 

səbəb olan böyük qayıdışdan sonra həm sənət, həm sənətkar 

böyük diqqət və qayğı ilə əhatə olunub. 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə