Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə42/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   38   39   40   41   42   43   44   45   ...   202

 

142


Əhsən Dadaşov, Əliağa Quliyev, Gülağa Məmmədov, 

aşıqlardan Sadıq Sultanov, Əmrah Gülməmmədov, Şakir 

Hacıyev, Pənah Pənahov, Hüseyn Saraclı, Mikayıl Azaflı və 

başqa sənətkarların səs yazılarını vaxtaşırı səsləndirməklə 

redaksiya sənətin dünəni ilə bu günü arasındakı əlaqələri 

bərpa edir. «Muğam saatı», «Muğam axşamları», «Sizin 

istəyinizlə», «Aşıq havaları», «Qəhrəmanlıq nəğmələri», 

«Muğam ustalarımız» kimi proqramlar dinləyici ürəyinə yol 

tapır. 

Hazırda musiqi redaksiyası sutka ərzində 18-20 saat 



efirə çıxır. Bu da ümumi proqramın 70 faizini təşkil edir. 

Son illər vətənpərvərlik mövzusuna xüsusi diqqət 

yetirilir. «Azərbaycan əsgəri», «Əsgər andı», «Vətən oğulları, 

sizin üçün», «Azərbaycan ordusu», «Vətənin keşiyində», 

«Əsgər istəyi» başlığı altında musiqi proqramları hazırlanır. 

«Əsgər istəyi» musiqili kompozisiya 1991-ci ildən efirdə 

səslənir. Verilişin hər bir sayı əsgər və zabitlərimizin arzu və 

istəyi əsasında qurulur. Proqramın yaradıcı qrupu əsasən 

cəbhə bölgələrində xidmət edən vətən oğulları ilə görüşlər 

keçirir. «Əsgər istəyi»nə tanınmış ziyalılarımız, sənətkarlar, 

əsgər valideynləri və şəhid ailələri dəvət olunurlar. Musiqinin 

vətənpərvərlik ruhu gənclərə aşılanır. 

1994-cü ilin aprel ayından efirə çıxan «Ovqat» 

proqramının əsas məramı sübh tezdən insanı nikbin notlar üstə 

kökləmək, səmimi söhbətlə, şirin havacatlarla könlünü açmaq, 

onu az da olsa qayğılardan uzaqlaşdırıb ovqatını 

yaxşılaşdırmaqdır. Bu proqramda maarifləndirici süjetlərin 

bolluğu diqqəti çəkir. Belə ki, xalq yaradıcılığı inciləri, zərb 

məsəllər, müdriklərin söyləmələri, xalq təbabətinin örnəkləri 

musiqi kaleydoskopu şəklində dinləyiciyə təqdim olunur. 

Təsadüfi deyil ki, sadə insanlardan ziyalılara, alimlərə 

kimi çoxları bu verilişi maraqla izləyir, telefon əlaqəsi yaradıb 




 

143


öz fikirlərini bölüşür, məsləhət istəyir, verilişin onlara mənəvi 

dayaq olduğunu söyləyirlər. «Ovqat» hər çərşənbə və cümə 

günləri saat 6.20-də efirə çıxır. 

«Sarıtel» proqramının ilk sayı 1992-ci ilin dekabrında 

dinləyicilərin görüşünə gəlib. Veriliş aşıq yaradıcılığının 

inkişaf tendensiyalarını, bu sənətin incəliklərini dinləyicilərlə 

bölüşməyə xidmət edir. 

Bu vaxta kimi səslənən verilişlərdə aşıq sənətinin 

genezisi, inkişaf mərhələləri, məktəb və mühitlərin özəllikləri, 

ustad aşıqların sənət incəlikləri, repertuar polifoniyası, dastan 

yaradıcılığı və s. haqda zəngin məlumatlar verilib. 

«Sarıtel»ə təkcə respublikamızda deyil, Güney 

Azərbaycanda, Borçalı və Türkiyədə də böyük maraq 

göstərirlər. Heç təsadüfi deyil ki, bu vaxtacan Güney 

Azərbaycan aşıq mühitindən bəhs edən 60, Borçalı mahalı 

sənətkarlarından 40-45, Türkiyə sənətçiləri barədə 20 veriliş 

efirdə böyük uğurla səslənib. 

Musiqi redaksiyasının xətti ilə efirə gedən müəllif 

proqramlarından biri də 10 yaşını qeyd edən həftəlik «Bu gün 

sizinlə» verilişidir. Hər şənbə efirə çıxan bu proqram sənətə 

addım atan gənclər üçün bir radio məktəbə çevrilib. 

Proqramın ayda 2 sayı fonotekamıza qəbul olunmuş yeni lent 

yazılarına həsr olunur. 

«El sənətkarlarımız», «Nəğmə də bir silahdır», «Ötən 

illərin nəğmələri», «İllərin nəğmə yaddaşı», «Danış, telli 

sazım», «O taydan gələn səslər», «Könlüm keçir 

Qarabağdan», «Dağlar dağımdır mənim», «Ana laylası», 

«Mənim şikəstəli dünyam», «Yada düşər xatirələr», «Uçur 

durna qatarı» və s. başlıqlar altında hazırlanan musiqi 

proqramları da musiqi ilə mətnin uğurlu harmoniyasından 

yarandığı üçün geniş dinləyici auditoriyası qazanıb. 

«Muğam dünyamız» (1997-ci il) verilişində 




 

144


muğamlarımızın tarixindən, görkəmli muğam ifaçılarından, 

xanəndə və sazəndələrdən söhbət açılır və onların ifasında 

muğamlar səslənir. «Musiqi dünyamız» (1998-ci il) proqramı 

isə dəyirmi masa arxasında toplaşmış sənət adamlarının 

musiqimizdə mövcud problemlər barədə şərh, təklif və 

rəylərinə həsr olunur. 

2000-ci ildən efir ömrü yaşayan «Bəstəkarlarımızın iş 

otağında» verilişində görkəmli bəstəkarlarımızdan Tofiq 

Quliyev, Arif Məlikov, Vasif Adıgözəlov, Ramiz Mirişli, 

Tofiq Bakıxanov, Şəfiqə Axundova, Ramiz Mustafayev, 

Aqşin Əlizadə və başqalarının son dövr yaradıcılıq 

nailiyyətlərindən söhbət açılır, musiqi fondumuzu 

zənginləşdirən əsərlərin sənətkarlıq vüsətindən bəhs olunur. 

1999-cu ildə Azərbaycan radiosunun Azərbaycan 

Kinostudiyasının musiqi redaksiyası ilə əməkdaşlığı sayəsində 

«Kino və musiqi» adlı verilişi yarandı. Burada kino sənətinin 

tarixindən, bəstəkarlarımızın yaradıcılığında kinonun 

əhəmiyyətindən söhbət açılır. Proqramın qonaqları da 

bəstəkarlar, ssenaristlər, rejissor və aktyorlar, eləcə də digər 

yaradıcı kino-musiqi xadimləri olur. 

«Ustad sənətkarlarımız» verilişi sənət korifeylərinin 

taleyindən bəhs edir. 

Tanınmış filoloq, professor Rafael Hüseynovun 20 ildən 

bəri hazırladığı «Axşam görüşləri» musiqi proqramı da musiqi 

palitrasının zənginliyi və səmimiliyi ilə seçilən verilişdir. 

«Klassik və müasir dünya musiqisi», «Musiqi ekspresi», 

«Nəğməli səhər», «Sizin istəyinizlə» proqramları ən müxtəlif 

zövqlü musiqisevərlərin arzularını efirdə gerçəkləşdirir. 

Musiqi redaksiyasının hazırladığı proqramlar sırasında 

yubiley şənliklərindən bəhs edən verilişlər xüsusi yer tutur. 

Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Tofiq Quliyev və Arif 

Məlikovun yubileylərindən hazırlanmış verilişlər buna 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə