Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə39/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   35   36   37   38   39   40   41   42   ...   202

 

132


verilişi. Ə.Ələkbərovla müsahibə. Radio, 1958-ci il. Sonradan 

həmin yazı «Ədəbiyyat» qəzetinin səhifələrində də dərc 

olunub). 

«Teatr insan şüumna bilavasitə nüfuz etməyə qadir olan, 

mənəviyyatı saflaşdıran, onu maddiyyətdən ayırıb ruhi aləmin 

gözəlliklərinə dəvət edən müqəddəs bir məkan olmaqla 

yanaşı, hom də seçmə insanları özünə cəlb edən, estetik-

mənəvi aləmin qapılarını açmağa özü cəhd göstərən, zəngin 

estetık zövqə və etik görüşlərə malik olan insanların 

qiymətləndirə bildiyi bir məkandır. Amma «Əlahəzrət – 

Teatr»ın da baş əyə biləcəyi, təslim edildiyi daha yüksək, daha 

ali bir mərtəbəyə ucalmış Dövlət Radiomuz! Çünki burada 

«zəng çalınanda», pərdə açılanda aktyorun, rejissorun ürəyi 

həyəcanla döyünmür ki, görəsən tamaşa salonu ağzınacan 

doludur, ya yox?! Buradan, bu yüksək tribunadan 

söylənilənlər «Tamaşa salonu»nun əsiri deyil, əksinə ucsuz-

bucaqsız dinləyici auditöriyasını özünə ram edən, hər bir 

insanın evinə, mənzilinə, idarəsinə, ən başlıcası isə ürəyinə 

ünvanlanan söz sərdabəsidir -radio. Odur ki, mən səhnədə 

oynanan, quruluş verdiyim, dəyərləndirdiyim bir çox 

tamaşaların yenidən radioda lentə alınaraq səsləndirilməsini 

hədsiz qiymətləndirirəm. Bu mənim üçün, sənətim üçün 

əvəzsiz bir nemətdir ki, hardasa lap ucqarlarda, heç teatra 

bəlkə də ömrü boyu yolu düşməyəcək birisi bizim aktyorların 

gözəl ifasında Hüseyn Cavidi, Şekspiri dinləyib, qəhrəmanları 

ilə bərabər ağlayıb-gülə bilir. Zənnimcə, estetik zövqün 

yüksəldilməsində bundan böyük xidmət ola bilməz». («XX 

əsr incəsənət» proqramında sənətşünas professor Mehdi 

Məmmədovun söylədikləri. 1969-cu il. Müsahibəni 

M.Muradxanlı aparır). 

Bəli, müxtəlif vaxtlarda radionun «Ədəbiyyat və 

incəsənət» redaksiyası ilə əməkdaşlıqdan zövq alan, bunu 




 

133


hətta sənətinin zirvəsi sayan neçə-neçə tanınmış teatr, kino 

rejissorunun – Adil İsgəndərovun, Mehdi Məmmədovun, 

Ələsgər Şərifovun, Əliheydər Ələkbərovun, Hüseyn 

Sultanovun, Səftər Turabovun, Həsən Əblucun və 

başqalarının xatirələrində, səs yazılarında onlarla belə 

nümunəyə rast gəlmək olar. Hələ neçə-neçə rəssam, 

heykəltəraş, musiqiçi, bəstəkar, yazıçı, alim, aktyor, ifaçı, 

xanəndə – söz-sənət ustasının radionu ikinci ata ocağı, sənət 

məbədi adlandırması faktını da unutmasaq, radionun bu yöndə 

proqramlarının xalqın həyatında «mənəviyyat universiteti», 

«mədəniyyət akademiyası» rolunu oynadığını tam məsuliyyəti 

ilə söyləmək olar. 

Bu gün radionun «Ədəbiyyat və incəsənət» redaksiyası 

radionun keçdiyi 80 illik yolda qazanılan zəngin təcrübə və 

əvəzsiz səs xəzinəsi ilə öz verilişlərinə hər mənada gözəllik 

çalarları qatmaq imkanını qazanıb. «Sabaha gedən yol 

dünəndən keçir» – deyən müdriklər qətiyyən yanılmır. 

Radiomuzun bu günü də, sabahı da məhz o dünənki böyük, 

möhtəşəm yoldan bəhrələnərək yaşayır, sevilir, dinlənilir. 

Azərbaycan xalqının çoxəsrlik tarixini, azadlığa doğru 

əsrlərdən bəri keçmiş olduğu mübarizlik, yenilməzlik yolunu, 

eləcə də zəngin-mənəvi dəyərlərini öz proqramlarında zaman-

zaman gözəl, axıcı, saf bir dillə – ana dilimizdə dinləyicilərə 

çatdıran bədii verilişlərimiz sovet dövrünün pafoslu hay-

küyündən, hər şeyi çəhrayı rəngdə görmək ənənəsindən çox 

uzaq olub həmişə. Məhz bunun nəticəsidir ki, insanlar ən çətin 

vaxtlarında hər yandan əlləri üzüləndə tək Azərbaycan 

radiosuna pənah gətiriblər. «Ədəbiyyat və incəsənət» 

redaksiyasının (vaxtilə «Ədəbi-dram») hazırladığı «Bulaq», 

«Molla Nəsrəddin», «Sabahınız xeyir», «Ana dili», «Hekayə 

axşamı», «Radio teatrı», «Teatr mikrofon qarşısında», 

«Sənətkar və sənət», «Xatirələr, memuarlar, portretlər» kimi 




 

134


verilişlərində onları narahat edən suallara cavab arayıb, ən 

çətin anlarında özlərinə fikir ortağı biliblər radionu. 

Azərbaycan Dövlət Radiosunun yaranmasının 80 illiyini 

qeyd etməyə hazırlaşdığımız bu günlərdə radionun 

«Ədəbiyyat və incəsənət» redaksiyası öz sələflərinin keçdiyi 

şərəfli ömür yoluna nəzər salmaq, radioda irili-xırdalı xidməti 

olan hər kəsin xatirəsini anmaq, yaşatmaq naminə silsilə 

verilişlər hazırlayır. Bu verilişlərin hər yeni qonağı yaddaşları 

yenidən çözələyir, ən incə məqamlara işıq tuta bilirlər. 

İyirminci yüzilliyin yetmişinci illərindən başlayaraq bu 

günə qədər burada xidmət göstərən bir bölük insanın taleyinə 

səs xəzinəmizi zənginləşdirməklə yanaşı, həm də əsrin son on 

illiklərində xalqın yenidən yaşadığı azadlıq mücadilələrini, ilk 

müstəqillik illərinin uğur və çətinliklərini, eləcə də təcavüzə 

məruz qalmış ana torpağımızın qan qoxuyan göz yaşlarını 

yaşayıb-yazmaq, bu acını ürəkdən keçirərək bədii ədəbiyyatın 

bu yöndə yaranan nümunələrini, eləcə də publisist 

düşüncələri, jurnalist təhqiqatlarını efirdə səsləndirmək nəsib 

oldu. Yəqin ki, uzun illər ötəcək, məhz bu müharibə dövrü 

ədəbiyyatının, azadlıq mücadiləsi qurbanlarının xatirəsini 

əbədiləşdirən poema, esse və tamaşaların araşdırıcıları eynən 

bizim kimi bu yöndə xidməti olan insanların kimliyi, yazıb-

yaratdıqları ilə maraqlanacaq, onları əbədiləşdirməyə 

çalışacaqlar. Radionun taleyindən keçən insanların, öz 

taleyində radionu yaşadan insanların tarixçəsi isə yenə də 

burada qorunan lent yazılarında aranacaq. 

…Beşiyi başında Üzeyir Hacıbəyovun, Məmməd Səid 

Ordubadinin, Cəfər Cabbarlının dayandığı, daha sonralar bu 

estafeti xalq yazıçısı Sabit Rəhmanın, Seyfəddin Dağlının, 

Hikmət Ziyanın, Bayram Bayramovun, Nəbi Xəzrinin, Rauf 

İsmayılovun, Anarın, Davud Nəsibin, Əlisa Nicatın, Ağasəf 

Axundovun, Cəlal Bərgüşadın, Nahid Hacızadənin, Vidadi 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə