Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə37/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   33   34   35   36   37   38   39   40   ...   202

 

125


Qızıl fondda özünə yüksək yer alan səs yazılarının 

böyük əksəriyyəti radionun «Ədəbiyyat və incəsənət» 

redaksiyasının verilişlərinin payına düşür. Bu bütün 

zamanlarda belə olub. Çünki zamanın, tarixin yaradıcılarının 

əsl silahdaşı, qoruyucusudur söz! Amma bu xəzinə hələ 50-ci 

illərdə yaranacaq. O zamana qədərsə Azərbaycan xalqının 

həyatından «şimal küləkləri»nin əsdiyi, «sibir sazağı»nın, 

«gedər-gəlməz yollar»ın keçdiyi 30-cu illərdəsə yaranan hər 

yeni ədəbiyyat nümunəsi, şeir, hekayə, hətta pyeslər, 

tamaşalar belə istər müəllif, istərsə də aktyor ifasında efirə 

birbaşa canlı səsləndirilirdi. «…0 vaxtlar mürəkkəbi 

qurumayan əsərləri isti-isti radiodan eşidərdik çox vaxt. 

Mikayıl Müşfiq, Rəsul Rza, Əhməd Cavad, Mikayıl 

Rzaquluzadə, daha sonralar Nigar xanım, daha kimlər, 

kimlər… Deyirlər, şeirlər, çıxışlar bəzən elə radionun sifarişi 

ilə də yazılırdı. 

Müşfiqin çox ecazkar səslə, xüsusi vəcdlə şeir söyləməyi 

vardı. Onun öz səsində şeirin bir dəfə dinləyəndən sonra heç 

oxumaq da istəmirdin. Çünki oxuduğun şeirdə Müşfiqin öz 

ilhamı, öz nəfəsi, öz od saçan ürəyi deyil, sadəcə gözəl 

tapılmış təşbihlər, mübaliğələr, misraların fikirlə axıcılığı səni 

heyrətləndirirdisə, Müşfiq ifası adamı tamam-kamal 

ovsunlayırdı. Misal üçün, Müşfiqin «Duyğu yarpaqları» 1937-

ci ildə aprelin 18-də «Ədəbiyyat» qəzetində işıq üzü 

görmüşdü. Amma mən həmin şeiri 36-cı ilin payızında 

Müşfiqin öz dilindən radioda eşitmişdim və bu iki təsir bir-biri 

ilə heç müqayisəyə də gəlməz. Bir də o illər hamıya bəllidi ki, 

xatalı illər idi. Adamı bir sözündən ötrü Sibirə göndərirdilər. 

Cavidi, Cavadı, Yusif Vəziri, Sanılını, Seyid Hüseyni udan o 

illər ürəyi od-alovla dolu Müşfiqə də qənim kəsiləcəkmiş. 

Müşfiqin hədsiz istedadı onun özünə düşmən idi. Yoxsa o 

gənc aşiqi «sovet ruhunda» kökləmək bəlkə də mümkün 




 

126


olardı. Müşfiqin «Gənc işçi»də çap olunan şeirləri nəsə 

deyəsən qəzet redaktorları özləri bəzi düzəlişlər edir, onu 

«yeni həyatla» ayaqlaşmağa çağırırdılar. Müşfiqsə bədahətən 

şeir oxuyanda ağına, bozuna baxmırdı. Ürəyinə gələnlər dilinə 

qonurdu radioda. Lentsiz verilişlərin belə işi vardı. O vaxt elə 

bil şairlər, yazıçılar da mikrofon önündə lap ilhamlanırdılar. 

Bunun sonrakı xətasını çoxu heç gözə almırdı…» (Manaf 

Süleymanov – radionun 60 illiyinə həsr edilmiş «Radio 

taleyimdir» proqramındakı Vaqif Əlixanlı ilə müsahibəsindən. 

7 may, 1983-cü il). 

30-cu illərdə yaranmış siyasi çaşqın abu-hava, insanların 

mənəviyyatını çulğayan hər an izlənmək, təqib, həbs olunmaq 

xofunu dəf edə bilən yeganə bir ünvan idi Azərbaycan 

radiosu. O illər Azərbaycan efirində səsləndirilən bədii 

parçalar, şeirlər, mahnılar beynəlmiləlçilik ruhu təbliğ etmiş 

olsa da, insanların qırılmaqda olan ümidlərinə, qaralmaqda 

olan sabahlarına bir işıq, bir nur misalında idi. 

Sonralar xatirələrə köçən o illər Azərbaycan Dövlət 

Radiosunun səs xəzinəsində çox dəyərli lent yazılarının 

yaddaşına hopdu, «səs salnaməsi»nin əvəzsiz səhifələrinə 

çevrildi: 

«.. .Xalq şairi Nigar Rəfibəyli: – Məni o uzaq illərə 

döndərdiz. Yadımdadı, 1931-ci ilin soyuq yanvar axşamı idi. 

Mən «Maarif evi»ndən çıxıb, Əbülhəsən müəllimin 

şeirlərimlə bağlı söylədiklərini ürəyimdə götür-qoy edə-edə 

evə tələsirdim. Birdən addımlarımın elə bil əks-səda verdiyini 

hiss etdim. Yerişimi yavaşıtdım. Hiss etdim ki, ardımca kimsə 

gəlir. Ürəyim qopdu. Axı o illər mənim şeirlərimin üstünə 

yaman düşmüşdülər. Özümü də gah bəy qızı, gah mülkədar 

nəslinin nümayəndəsi kimi mümkün qədər yamanlamağa 

çalışırdılar. Odur ki, nəsə lap xoflandım. Geriyə dönəndə 

arxamda az əvvəl «Maarif evi»ndə rastlaşdığım, yaxından 




 

127


tanış olmadığım göygöz oğlanı gördüm. Bayaq Əbülhəsən 

müəllim təzə şeirimi öz dilimdən eşitmək istəyəndə etirazımı 

görüb, oxumağıma təkid etməsi, söhbətə bu sayaq təklifsiz 

müdaxiləsi heç xoşuma gəlməmişdi. Özünü həddindən artıq 

tox tuturdu. Bu Rəsul idi. Rəsul Rza. O vaxtlar bir-iki dəfə 

şeirlərini radioda oxuduğunu eşitmişdim, üzdən tanımırdım. 

Deyəsən qorxduğumu o da hiss etdi. Odur kı, təhər-tövrünü 

pozmadan: – Deyəsən özgənin. şeirinin ucbatından nahaq 

tənqidə məruz qalıbsız. Sizi başa düşürəm. Mən də bu səhvin 

güdazına getmişəm deyəsən… 

Mən heç bir söz demədən yoluma davam etdim. O da 

etinasızlığımı görüb, çıxıb getdi. Sonralar Rəsul da 

kinostudiyaya işə düzəldi. Orda təzədən tanış olduq. Bir 

otaqda otururduq. Rəsulu burda yaxından tanıdım. Mərdliyinə, 

cəsarətinə heyran olmağa başladım. Yəqin, elə bu 

xüsusiyyətlərinə görə də onu özümə ömür yoldaşı seçə bildim. 

…Yadımdadı, o vaxt mənə evlənmə təklifi edəndə onun 

özünü qorumaq üçün: – Rəsul, sən axı bilirsən, mən bəy 

nəslindən olduğuma görə bu sevda sənə çox başağrısı gətirə 

bilər. Kim bilir, hələ bəlkə də təqiblər, ağrı-acılar da artar. 

Bəlkə vaz keçəsen bu təklifindən?! Axı, sən çox istedadlı, 

parlaq gələcəyi olan birisən, – dedim. O, bu sözlərimdən bərk 

əsəbiləşdi: – Mənə əxlaq dərsi keçmə, – dedi, – Mən nə 

elədiyimi gözəl bilirəm. Həyatda hər şeyi itirmiş olsam belə, 

tək səni tapmağım mənə bəsdi. Beləcə biz 1934-cü ildə 

nişanlandıq. Az sonra kəbin kəsdirib, toy etdik. Toyumuzda, 

həmin o Birinci Paralel küçəsindəki evimizdə o dövrün çox 

mötəbər söz, şeir sahibləri – Hüseyn Cavid, Əhməd Cavad, 

Kazım Ələkbərli, Mikayıl Müşfiq və başqaları da vardı. Onlar 

da Rəsulun məni seçməsinə əsl əzmkarlıq nümunəsi kimi 

baxırdılar. Çox sonralar rəfiqəm Nəzakət Ağazadənin ölümü 

münasibəti ilə bir şeir yazdım, o şeirdə həmin günlərin də 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə