Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə45/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   41   42   43   44   45   46   47   48   ...   202

 

152


Məclisinin «Elm və təhsil» daimi komissiyasının iclasında 

müzakirə olunub. 

Redaksiyanın hazırladığı silsilə verilişlər, məsələn: 

Qərbi Azərbaycan problemindən bəhs edən «Azərbaycan: 

tarixi yaddaşımız», Azərbaycan fəlsəfi fikrindən söhbət açan 

«Fəlsəfi fikir tariximizdən», xalqımızın ulu tarixinə işıq tutan 

«Tariximizin izi ilə», Azərbaycan pedaqoji fikir tarixinin uzaq 

əsrlərdən başlayaraq bu günümüzə qədərki dövrünü əhatə 

edən «Pedaqoji fikir tariximizdən», xalqımızın milli-mənəvi 

yaddaşının tərcümanı olan Dədə Qorqud dastanının 1300 

illiyilə bağlı «Dədə Qorqud – 1300», Azərbaycanın böyük 

tarixçi alimi Məhəmməd Tağı Zehtabinin «Azərbaycan 

türklərinin əski tarixi» əsəri əsasında hazırlanan «Tarix: 

faktlar, həqiqətlər», Vətən və dünya elminin görkəmli 

nümayəndələrinin elm yolundan söz açan «Elm 

xadimlərimiz», müstəqil Azərbaycanın qurucusu, ümummilli 

liderimiz Heydər Əliyevin dövlətçilik kursundan bəhs edən 

«Şəxsiyyət və zaman», «Böyük ömrün izləri» kimi 200-dən 

artıq dəyərli veriliş radionun qızıl fonduna daxil edilib. 

Redaksiyanın 7 ildə keçdiyi yol göstərdi ki, biz bu 

redaksiyanı yaratmaqla zamanın, cəmiyyətin mənəvi-strateji 

tələbini vaxtında nəzərə ala bilmişik. 

Bir sözlə, mövzu rəngarəngliyi və əhatə dairəsi 

baxımından Azərbaycan radiosunun böyük redaksiyalarından 

biri olan «Təhsil və elmi-kütləvi proqramlar» redaksiyası 

(ayda 18 saat 36 dəqiqə efirə çıxır) müstəqil Azərbaycan 

dövlətinin təhsil siyasətini peşəkarlıqla təbliğ edir. 

 

20 iyun 2006-cı il 



 


 

153


 

 

 



 

50 İL MƏDƏNİYYƏTİN KEŞİYİNDƏ 

 

1956-cı ilin soyuq qış günündə hamını bir ocaq başına 



toplayan, ağ-qara təsvirlərinə baxmayaraq, «mavi ekran» 

adlanan Azərbaycan televiziyası öz müdriklik dövrünü 

yaşayır. Azərbaycan mədəniyyətinin təməl daşları üzərində 

qurulan, ilk proqramları əsasən bədii verilişlərdən ibarət olan 

bu sənət ocağı həm də milli ziyalılarımızın, sənət 

korifeylərimizin xalqla ünsiyyətində, yeni sənətkar nəslinin 

yetişməsində müstəsna rol oynayıb. 

50-ci illərin təbliğat maşını nə qədər güclü olsa da, xalq 

ruhunun tərcümanı olan mədəniyyətin, sənətin köklərinə 

nüfuz edib onu sarsıda bilməyib, yeri gələndə özü sənətə 

söykənməyə məcbur olub. Milli televiziyamız da beləcə 

Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələrinin və 

nümayəndələrinin təqdimatı, xeyir-duası ilə boy atıb inkişaf 

edərək bugünkü mərhələyə çatıb. 

Televiziya radiodan 30 il sonra həyata göz açıb və 

şübhəsiz ki, ilk addımlarını radionun ən yaxşı ənənələri, ən 

gözəl nümunələri və kadrları hesabına atıb. Lakin çox 

keçmədən öz vizual inkişaf yolunu tapıb və həm 

ədəbiyyatımızın, incəsənətimizin, həm də milli ziyalılığın 

inkişafına xidmət edib. Televiziyaya «qapımızı döymədən 

gələn qonaq» deyirlər. Hər evə, hər ailəyə nüfuz eləyən mavi 

ekran ilk günlərdən xalqa Azərbaycan ədəbiyyatının ən seçmə 

nümunələrini, milli musiqimizin ən parlaq incilərini təqdim 

edib: Seyid Şuşinski, Bülbül, Qurban Pirimov, Şövkət 

Ələkbərova, Xan Şuşinski, Rəşid Behbudov, Sara Qədimova, 



 

154


Rübabə Muradova, Gülağa Məmmədov… 

Bu gün ölkəmizin bütün televiziya məkanını bəzəyən 

həmin musiqi şedevrləri Azərbaycan televiziyası 

əməkdaşlarının min bir zəhməti bahasına başa gəlib. Ağır 

texnika, çətin studiya və montaj şəraitində Rauf Kazımovski, 

Ağəli Dadaşov, Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov, 

Arif Babayev, Kərim Kərimov kimi sənət fədailərinin apardığı 

bu çəkilişlər haqlı olaraq musiqimizin də, televiziyamızın da 

inciləri siyahısındadır. 

Bu gün qızıl fondumuzda böyük qayğı ilə qorunub 

saxlanan bu lent yazıları təkcə ruh oxşamır, həm də sənət və 

sənətkarlıq nümunəsi kimi tərbiyə edir, zövqlərin 

formalaşmasında mühüm rol oynayır. 

«Milyon yerli teatr». Teleradio tamaşalarını belə 

adlandırır. Kiçik teatr salonlarından çıxıb milyonları öz 

tamaşaçısına çevirən televiziya teatrı ekrana yol aldığı gündən 

vətəndaşlıq hüququ qazanıb. 50 il əvvəl cəmi bir studiyadan 

ibarət olan Bakı televiziyasından canlı yayımlanan ilk 

televiziya tamaşaları bu gün yüksək səviyyədə inkişaf edən və 

böyük sənətkarlar ordusu yetirən milyon yerli televiziya 

teatrının ilk təməl daşlarıdır. Bu günün en tanınmış 

sənətkarları – Səyavuş Aslan, Hacıbaba Bağırov, Əminə 

Yusifqızı, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuri, 

Firəngiz Mütəllimova, dünyasını vaxtsız dəyişsə də 

televiziyada böyük yaradıcılıq izləri qoyan Səməndər Rzayev, 

Şahmar Ələkbərov, Hamlet Xanızadə, Həsən Əbluc, Hamlet 

Qurbanov və neçə-neçə tanınmış sənətkar dönə-dönə etiraf 

ediblər ki, öz aktyor şöhrətlərini həm də televiziya teatrının 

köməyi ilə qazanıblar. Həm yeni, həm köhnə sənətkar nəsli 

Azərbaycan televiziyasını məhəbbətlə «ana televiziya» 

adlandırır. 

Televiziya həm musiqimizin, həm ədəbiyyatımızın, həm 




 

155


səhnə mədəniyyətimizin ən gözəli nümunələri üzərində 

böyüməklə yanaşı bunların hər birinin inkişafına layiqli 

töhfələr verib. Ən tanınmış bəstəkarlar, ən məşhur yazıçılar, 

incəsənət xadimləri öz əsərlərini məhz bu layiqli kürsüdən 

xalqa çatdırmaqdan qürur duyublar. Bu missiyanı dövrün ən 

görkəmli incəsənət xadimləri Qəmbər Hüseynli, Səid 

Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif 

Adıgözəlov, Azər Rzayev, Əhməd Bakıxanov, Əhsən 

Dadaşov, Baba Salahov, Tofiq Əhmədov, Ramiz Mustafayev 

yerinə yetiriblər. Bədii əsərlərin ekran ömrünə Seyfəddin 

Dağlı, Nəbi Xəzri, Tofiq Əfəndiyev, Cəlal Məmmədov, İsaq 

İbrahimov, sonralar Gəray Fəzli, Firudin Ağayev, Həbibə 

Məmmədxanlı, Namiq Abdullayev kimi tanınmış yazıçılar və 

ziyalılar xeyir-dua veriblər. Bu şəxsiyyətlər televiziyanın bədii 

proqramlarının hazırlanmasına dövrün ən tanınmış sənət 

ustalarını dəvət ediblər. Yəqin yaşlı tamaşaçılar görkəmli 

sənətkarlarımız Mehdi Məmmədovun, Əfrasiyab 

Bədəlbəylinin müəllifi və aparıcısı olduğu mədəniyyət 

proqramlarını xatırlayırlar. Bu proqramlar təkcə öyrədici 

xarakter daşımırdı, təqdim edilən nümunələrdən hər biri (istər 

Azərbaycan, istər dünya incəsənətindən olsun) əsl sənəti 

saxtadan, sənət incisini yapmadan fərqləndirməkdə 

tamaşaçıya kömək edirdi. 

Teleradionun dövrün ən tanınmış sənətçilərinin iştirakı 

ilə yaradılan musiqi kollektivləri mədəniyyətin inkişafında 

xüsusi xidməti olan sənətkarlar və ifaçılar yetirib. Bu gün 

həmin sənətkarların adı ilə şərəfləndirilən Səid Rüstəmov 

adına Xalq Çalğı Alətləri Orkestrinin, ATP xorunun, estrada 

simfonik orkestrinin, Əhməd Bakıxanov, Əhsən Dadaşov, 

Baba Salahov adına Xalq Çalğı Alətləri Ansambllarının, 

Gülarə Əliyeva adına «Dan ulduzu» instrumental ansamblının 

fəaliyyəti məhz televiziyamızın adı ilə bağlıdır. Bu 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə