Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə44/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   40   41   42   43   44   45   46   47   ...   202

 

149


intellekt əsridir, zəkaların meydanıdır. BMT bu əsri «Təhsil 

əsri», YUNESKO «Mədəniyyətlər əsri» elan edib. XXI əsr 

həm də «Şərq-Qərb mədəniyyətlərinin dialoqu» əsridir. 

«Təhsil əsri»nə, «Mədəniyyətlər əsri»nə, «Şərq-Qərb 

mədəniyyətlərinin dialoqu» əsrinə inteqrasiya olunmaq üçün 

ölkəmizin milli, milli olduğu qədər də dünyəvi təhsili inkişaf 

etməlidir. Təhsili güclü olan xalqın dövlətçiliyi də güclü olur. 

Savadlı xalq, güclü kadr və möhkəm dövlətçiliyin kökündə 

yüksək təhsil dayanır. ABŞ kimi qüdrətli bir dövlətin milli 

proqramında yazılıb: «Ölkənin inkişaf vasitəsi iqtisadiyyat, 

siyasi quruluş, bazar, hüquq, xüsusi mülkiyyət, hərbi güc 

deyil, yeni şanlı təhsildir». 

Bu problemləri Azərbaycan radiosunun efirindən xalqa 

çatdıran bir redaksiya isə uzun müddət yaradılmamışdı. Bu 

boşluğu doldurmaq üçün ciddi hazırlıqdan sonra XXI əsrin 

astanasında – 1999-cu il aprelində Azərbaycan radiosunda 

«Təhsil və elmi-kütləvi proqramlar» redaksiyası yaratdıq. 

Uzun müddət radionun əvvəlcə «Təbliğat», «İctimai-siyasi 

proqramlar» redaksiyasının baş redaktoru və «İctimai-siyasi, 

sosial proqramlar» birliyinin rəhbəri işləmiş, peşəkar jurnalist 

Qənbər Ağayevi bu redaksiyaya baş redaktor vəzifəsinə təyin 

etdik. Redaksiyaya pedaqoq, filoloq ixtisaslı, təcrübəli 

jurnalistlər cəlb etdik. Kollektivin qarşısında ciddi vəzifələr 

qoyuldu. Çünki 1993-cü ildə xalqın təkidli tələbi ilə 

respublikanın siyasi hakimiyyətinə qayıdan ulu öndərimiz 

Heydər Əliyev ölkə təhsilinə, maarifə və elmə xüsusi diqqət 

yetirirdi. Elə həmin vaxtdan Milli Elmlər Akademiyası sahə 

elmi-tədqiqat müəssisələrinin işini canlandırmaq üçün konkret 

addımlar atdı. Ulu öndərin bilavasitə təşəbbüsü ilə ölkədə 

çoxmərhələli nəhəng təhsil islahatı proqramının 

hazırlanmasına başlandı ki, bütün bunlar Azərbaycan 

radiosunun çoxmilyonlu dinləyicisinə çatdırılmalı idi. Yeni 




 

150


yaranan redaksiya 1999-cu il aprel ayının 13-də özünün 

«Görüş» adlı ilk verilişi ilə efir çıxdı, dinləyicilərə təhsilin, 

elmin aktual problemlərindən söz açdı. Ümummilli liderimiz 

Heydər Əliyev bu vaxt Azərbaycan təhsil sistemində 

islahatların aparılması ilə bağlı sərəncam imzaladı. Sərəncam 

redaksiya kollektivinin məsuliyyətini daha da artırdı. Elə ilk 

verilişlərdən məlum oldu ki, kollektiv milli təhsilimizin, 

elmimizin, tariximizin efir təbliğinin mahiyyətini

strategiyasını və fəlsəfəsini dəqiq müəyyən edib. Həm də 

hazırlanan verilişlərin məzmunu göstərdi ki, redaksiya 

kollektivi tamamilə yeni yol seçib. Bunun üçün hazırlanan 

verilişlərə nəzər salmaq kifayətdir: «Təhsil: problemlər, 

vəzifələr», «Müəllim otağı», «Pedaqoq sözü», «Ali pedaqoji 

təhsil», «Pedaqoji fikir tariximizdən», «Azərbaycan və 

dünyəvi təhsil», «Təhsilin bu günü, bu günün təhsili», 

«Dilimiz – mənliyimiz, mənəviyyatımız», «Fəlsəfi fikir 

tariximizdən», «Tariximizin izi ilə», «Azərbaycan elmi XXI 

əsrdə», «Alimlərimizin laboratoriyalarında», «Sabaha 

pəncərə», «Axtarışlar, tapıntılar», «Elm xadimlərimiz», 

«Ömrü örnək olanlar» və digər verilişlər redaksiyanın düzgün 

mövqedə olduğunu göstərir. 

Proqramların məzmun və əhatə dairəsi çox genişdir. 

Məsələn, «Dövlətçilik», «Ordumuz-qüdrətimiz», «Hamımızın 

bir vətəni», «Gücümüz-birliyimiz», «Müstəqilliyimiz-

dövlətçiliyimiz», «Yeni yüz il», «Şəxsiyyət və zaman», 

«Böyük ömrün izləri» və digər silsilə verilişlərin əsas qayəsini 

müstəqil dövlət quruculuğu problemləri, bu quruculuğun 

memarı Heydər Əliyev irsinə məhəbbət, Vətənə sevgi, 

azərbaycançılıq ideologiyası təşkil edir. 

Təhsil bütöv bir sistemdir, cəmiyyətin hər bir sahəsini və 

üzvünü əhatə edir. Haqlı olaraq redaksiya təkcə elm 

xadimlərini, təhsil qurucularını, müəllimləri, valideynləri 




 

151


deyil, müxtəlif sənət sahiblərini mikrofon qarşısına dəvət edir, 

təhsil, elm, milli-mənəvi, əxlaqi, sosial, siyasi sahədə 

problemləri öyrənib ictimaiyyətə çatdırır. Göründüyü kimi, 

redaksiyanın bütün qlobal problemlərə müraciət etməsi 

kollektivin hərtərəfli hazırlığından, peşəkarlığından və 

dövlətçilik məfkurəsindən xəbər verir. 

Təbliğ olunan problemlərin sanbalını, verilişlərə kütləvi 

marağın gücləndiyini və dinləyici auditoriyasının 

genişləndiyini nəzərə alıb redaksiya yaranandan 3 ay sonra 

onun efir həcmini daha 2 saat artırdıq. Məlumat üçün deyək 

ki, redaksiya 7 il ərzində dinləyicilərə 3490 orijinal veriliş 

təqdim edib. Bu müddət ərzində redaksiyanın 2604 verilişi 

efirdə təkrar səslənib ki, bunun 1500-dən çoxu dinləyicilərin 

xahişi ilə proqrama daxil edilib. 

«Tariximiz, torpağımız, taleyimiz» verilişi hədsiz 

populyarlıq qazandığına görə, dinləyicilərin xahişi ilə eyni 

adda kitab hazırlandı. 

Son iki yüz ildə erməni-türk, erməni-Azərbaycan 

münaqişələrindən, müharibələrindən, azərbaycanlıların 

soyqırımından bəhs edən tarixi mənbələrə və faktlara 

əsaslanan, həm də mənim elmi məsləhətçisi olduğum 700 

səhifəlik bu kitab (tarixçi alim İsrafil Məmmədovla 

redaksiyanın baş redaktoru Qənbər Ağayevin dialoqu 

əsasında) 2003-cü ilin may ayında «Adiloğlu» nəşriyyatı 

tərəfindən çap edilib, pulsuz olaraq oxuculara paylandı. 

Ali məktəblərə qəbul vaxtı redaksiya abituriyentlərin, 

valideynlərin və müəllimlərin TQDK-nın məsul işçiləri ilə 

birbaşa, canlı əlaqəsini yaradır ki, dinləyicilər də onları 

maraqlandıran bütün suallara operativ cavab ala bilirlər. 

Onu da qeyd edim ki, redaksiyanın təhsilimizin 

problemləri ilə bağlı qaldırdığı məsələlər, irəli sürülən 

təkliflər bir neçə dəfə Azərbaycan Respublikası Milli 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə