Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə49/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   45   46   47   48   49   50   51   52   ...   202

 

165


dəyişiklikləri təkcə ədəbiyyatla, folklorla bağlı deyil, milli 

düşüncə ilə yaşayan bir çox sənət adamlarının taleyində 

«küləklər əsdirdi». Çoxillik ənənələri olan televiziyanın bir il 

ərzində eksperimentlər meydanına çevrilməsi sonrakı 10 il 

ərzində onun sabit məcraya yol tapa bilməməsi ilə nəticələndi. 

«Məşhur» videokanallar dövründə AzTV-də xalq yaradıcılığı 

yalnız «Karvan»la təmsil oluna bildi. 1992-ci ildə isə xalq 

yaradıcılığı, folklor TV-də nisbi müstəqillik haqqı qazandı. 

Ədəbi-bədii proqramlar birliyi kimi ədəbiyyat, teatr, musiqi, 

xalq yaradıcılığı və publisistika birlikləri adı ilə fəaliyyətini 

davam etdirdi. Xalq cəbhəsi hakimiyyətinin süqutu ilə TV-də 

yeni reforma oldu, bu birliklərin baş redaksiyada birləşməsi 

ilə nəticələndi. Xalq yaradıcılığı yenə də «Ədəbi-dram 

verilişləri» redaksiyası tərkibində şöbə kimi təmsil olundu 

(1992). 

1996-cı ilin sonlarından xalq yaradıcılığı məsələləri 

«Ədəbiyyat və publisistika» redaksiyası xətti ilə hazırlanan 

verilişlərdə öz əksini tapdı. Bir-birinin ardınca «Oğuz», 

«Sözün səngəri», «Qala» və başqa proqramlar efirdə 

vətəndaşlıq hüququ qazandı. 

Sözün açığı, folklor irsinin belə sistemli, ardıcıl və geniş 

təqdimatı onun müstəqil redaksiya şəklində fəaliyyətinə şərait 

yaratdı. Nəhayət, 1999-cu ilin sentyabrından müstəqil «Xalq 

yaradıcılığı» redaksiyası fəaliyyətə başladı. Folklor və 

etnoqrafiya şöbələrindən təşkil olunmuş bu redaksiyaya 

Ağalar Mirzə baş redaktor təyin edildi. 

Xalq yaradıcılığı öz mahiyyətinə görə fikrin, 

düşüncənin, etnik yaddaşın ifadəsi üçün zəngin material və 

əlvan formalar diktə edən orijinal mənbədir. Ən müasir 

mövzuların, düşüncə tipinin, fikir, duyğu izlərinin epos 

yaddaşında yaşadığı, milli özünəməxsusluğun daha çox 

folklor qaynaqlarında əks olunduğu bu gün heç kəsdə şübhə 




 

166


doğurmur. 

Folklor bir çox elm sahələrinə mənbə rolu oynadığı kimi 

milli düşüncənin, əxlaqın və etik, estetik dəyərlərin toplusu 

kimi ən fundamental tədqiqatların mövzu mənbəyinə 

çevrilmişdi. Azərbaycan televiziyasında və radiosunda «Xalq 

yaradıcılığı» müstəqil redaksiyasının fəaliyyəti bu sahədə 

görülən işi elmi-praktik müstəviyə çıxarmış oldu. Bu gün istər 

radioda, istərsə də televiziyada əsas iki istiqamət: a) folklorun 

toplanması, təbliği; b) folklor nümunələrinin təhlili, elmi 

araşdırılması, mühafizəsi, folklor atlasının TV variantının 

yaradılması işi paralel olaraq davam etdirilir. 

Folklorun toplanması, təbliği işində dinləyici, tamaşaçı 

aktivliyi üstünlük təşkil edirsə, ikinci mərhələdə, yəni 

folklorun elmi təşkilatı, qruplaşdırılması, sistemləşdirilməsi 

işində elmi ictimaiyyətin qüvvəsindən, təcrübəsindən daha 

çox istifadə olunur. 

Televiziyada xalq yaradıcılığı strukturu haqda 

danışarkən hazırlanan proqramların mövzu qaynaqlarından 

söz açmaq yerinə düşər. 

Qədim rəqslərimizin tarixi evolyusiyası, çağdaş durumu, 

söz, fikir məntiqinin açıqlanması sahəsində efirimizdə olan 

boşluğu «Yallı» proqramı aradan qaldırdı. Əsasən Şərur 

bölgəsində mühafizə olunub saxlanmış onlarla «Yallı»nın 

ifadə etdiyi fəlsəfi, mifoloji, etnoqrafik kodlara fikir verincə, 

yallı sözünün məna tutumundakı ucalıq adamı valeh edir. 

Təkcə bu yallıların adlarını saymaq bəs edər ki, proqramın 

fəaliyyət göstərdiyi dövrdə necə zəngin yaradıcılıq axtarışları 

apardığı aydın olsun: «Xala»eyi (Şahbuz), «Qapu» (Babək), 

«Dırqoyu» (Culfa), «Qazı-qazı» (Şərur), «Qınimo» 

(Ordubad), «Tənzərə» (Ağdam), «Qaladan-qalaya» (Bərdə), 

«Subuq yallısı» (Tərtər), «Ürfanı» (Beyləqan), «Kürdün ağırı» 

(Kəlbəcər), «Haynəri» (Gəncə), «Çobanı» (Dəvəçi), «Şəki 




 

167


yallısı» (Şəki) və s. 

Xalq yaradıcılığını öz geniş konturlarında əks etdirən 

«Oğuz» proqramı yurdumuzun folklor irsinin daha geniş, 

elmi, mifoloji sistem əsasında öyrənilməsinə böyük əhəmiyyət 

verir. Oğuzların tarixi miqrasiyası, dövlətçilik ənənələri

məmləkət, yurd sevgisinin bədii əksi bu proqramda sənət 

inciləri ilə izlənilir. 

«Xalq yaradıcılığı» redaksiyasının sənətkarlıq 

baxımından parlaq proqramlarından biri də «Dəmirqapı 

Dərbənd» adlanır. Bu mövzuya müraciət hansı ehtiyacdan 

yaranır? Hər şeydən əvvəl ideyanın mərkəzində 100 mindən 

artıq dərbəndli soydaşlarımızın taleyi dayanır. Bu gün Rusiya 

ərazisi sayılsa da qədim Dərbənddə həmişə türk ruhu yaşayıb. 

Dastanlarımızın, folklor irsimizin pozulmaz naxışları bu 

qədim torpaqda yaranıb. 

Dədə Qorqudun məzarı Dərbənddə qorunur. Bu proqram 

həm də güclü milli təəssübkeşlik hissinin ifadəsi kimi maraq 

doğurur. Aşıq yaradıcılığının təbliği, yeni saz havalarının, 

dastanların, motiv və süjetlərin toplanması redaksiyanın 

gündəlik fəaliyyətində geniş yer tutur. İki daimi proqram bu 

sahədə kütləvi iş görür: «Aşıq Pəri məclisi» və «Sazın, sözün 

sehrində». Hər iki proqramda aşıq sənətinin ən gözəl 

nümunələri, itib-batmaqda olan, repertuardan çıxmış qənimət 

havaların təqdimatı mühüm əhəmiyyət kəsb edir. 

«Aşıq Pəri məclisi»nin 20 illiyi münasibətilə (2004) 

Azərbaycan qadın aşıq və el şairlərinin tarixi taleyindən bəhs 

edən «Aşıq Pəri məclisi» adlı nəfis kitab da çapdan çıxdı. 

Aşıq yaradıcılığının regional xüsusiyyətlər üzrə, aşıq 

məktəbləri şərti bölgüsü üzrə öyrənilməsi və təbliği XVI 

yüzillikdən bəri inprovizatorçu aşıqların, el şairlərinin necə 

inkişaf yolu keçməsi və zəngin irs yaratmaları barədə dolğun 

təəssürat yaradır. Xüsusən bu günə kimi az öyrənilmiş Şirvan 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə