Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə57/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   53   54   55   56   57   58   59   60   ...   202

 

192


yerinə yetirəcək. İstirahət günü səhər saatlarında efirə çıxması 

nəzərdə tutulan «Əsgərlə birgə» proqramında tamaşaçı 

Azərbaycan əsgərinin – artıq döyüş hazırlığı barədə qürurla 

danışa bildiyimiz əsgərin mənəvi dünyası, arzuları, 

düşüncələri, həyata baxışı ilə də yaxından tanış olacaq. 

Səhərini Azərbaycan əsgəri ilə birgə açmaq, gününü 

Azərbaycan əsgəri ilə birgə başlamaq istəyən tamaşaçı üçün 

«Əsgərlə birgə» proqramı böyük maraq kəsb edəcək. 

Bu mövzuda yeni proqramlardan biri də gözü yolda, 

qulağı səsdə olan analarımızın, qız-gəlinlərimizin Azərbaycan 

əsgərinə ünvanladığı ürək sözlərindən, arzularından ibarət 

«Gözü yolda qalan var» proqramı olacaq. «Əsgər sözü» 

proqramında isə ön xətdə düşmənlə üz-üzə dayanan, həmçinin 

təlim meydanlarında hərbin sirlərinə yiyələnən əsgərimizin 

yazılı və şifahi məktubları tamaşaçılara çatdırılacaq. 

– Müasir dünya televiziyası qarşısında tamaşaçını 

maarifləndirmək kimi ciddi vəzifələr qoyulur. Şübhəsiz, 

AzTV də bu prosesdən kənarda deyil. 

– Bilirsiniz, heç kəsə sirr deyil ki, təhsilin, elmin, 

maarifçiliyin inkişafı xalqın ümumi səviyyəsinin, elmi 

dünyagörüşünün artmasına xidmət edir. Hər bir ölkə həm də 

elmin tərəqqisi, onun iqtisadiyyata, həyata tətbiqi ilə inkişaf 

edir. Bu baxımdan bizim TV-də hazırlanan verilişlər müasir 

inkişafa, elmi-texniki tərəqqiyə cavab verməlidir. Məhz 

bunları nəzərə alaraq biz bu istiqamətdə yeni proqramların 

hazırlanmasını nəzərdə tuturuq. Məsələn, «Azərbaycan, 

Azərbaycan!» adlanacaq layihədə səyahət formasında 

Azərbaycanın füsunkar təbiəti, tarixi yerləri, ta qədimdən bu 

günə kimi yaşayan adət-ənənələr və s. öz əksini tapacaq. 

«Gəlin düşünək» elmi-kütləvi proqramı viktorina formasında 

hazırlanaraq tamaşaçıda elmi təfəkkürün inkişaf etməsinə 

xidmət edəcək. «İdrak» verilişi tərbiyəvi əhəmiyyət 




 

193


daşımaqla, kamilliyə gedən yollar, onun fəlsəfi, pedaqoji, 

psixoloji cəhətlərini işıqlandıracaq. İnsan hüquqları, onun 

qorunması dünyanın aktual problemlərindəndir. Bu mənada 

«Sənin hüquqların» adlı proqramda hüquqi biliklərin təbliği, 

onun öyrədilməsi prinsiplərini əsas götürəcəyik. Ayrı-ayrı 

ölkələrdə baş verən elmi-texniki tərəqqini öyrənib 

mənimsəmək məqsədilə «Dünya» proqramı hazırlanacaq. 

Burada həmçinin dünya coğrafiyası, təbiəti, tarixi də öz əksini 

tapacaq. Hər bir dövlətin, xalqın inkişafı onun təhsilindən 

asılıdır. Məhz buna görə tədris və təhsilin inkişafı, onun 

problemləri barədə yeni verilişlərin hazırlanmasına üstünlük 

veriləcək. 

– Apardığınız struktur dəyişiklikləri nəticəsində 

«Uşaq verilişləri» və əvvəllər ikinci kanalda efirə çıxan 

«Xəzər» redaksiyası «Gənclik və idman» baş redaksiyası 

ilə birləşdirilib. Bəs bu yeni struktur tamaşaçılara hansı 

yeniliklər vəd edir? 

– Təbii ki, bu struktur dəyişikliyinə uyğun olaraq yeni 

layihələr hazırlanıb. Yaxın günlərdə efirə çıxacaq «Hər 

vaxtınız xeyir» verilişində ölkənin ictimai-siyasi, mədəni 

həyatında, eləcə də uşaq, gənclər və idman aləmində baş verən 

son yeniliklər kollektivin tam gücü ilə hazırlanmış maraqlı, 

rəngarəng süjetlərdə tamaşaçılara təqdim olunacaq. Bu 

süjetlər tamaşaçı üçün maraq doğuracaq «Üz-üzə», 

«Xəbəriniz olsun», «Özünü qoru» və s. rubrikaları altında 

efirə çıxacaq. 

Bundan əlavə, yaxın vaxtlarda həftə ərzində 2 dəfə canlı 

olaraq «Gecə kanalı» proqramının efirə çıxması nəzərdə 

tutulur. Hər verilişdə konkret mövzu ətrafında diskussiyalar 

aparılacaq, studiyaya dəvət olunmuş qonaqlarla fikir 

mübadiləsi olacaq və tamaşaçıların telefon zəngləri 

cavablandırılacaq. 




 

194


Hər zaman yeni yaradıcılıq həvəsi ilə çalışan 

kollektivimiz uşaq verilişlərinin səviyyəsini yaxşılaşdırmaq 

üçün də axtarışlar aparır. Yaxın zamanlarda tamaşaçılarımız 

ekranda həm forma, həm də məzmunca yeni uşaq proqramları 

görəcəklər. Azərbaycanın Avropaya inteqrasiyası baxımından 

yeni tələblər, tamaşaçı zövqü, istəyi, başlıcası isə Azərbaycan 

uşaqlarını yeniliklərə hazırlamaq, sivil cəmiyyət 

quruculuğunda fəal iştiraklarını təmin etmək bu proqramların 

əsas qayəsi olacaq. Hazırda efirə gedən populyar uşaq 

verilişləri ilə yanaşı bir sıra yeni layihələr də təqdim olunub. 

Bu sırada mən intellektual veriliş kimi düşünülən «Bizim 

ekran» proqramını və Azərbaycana Birgə Yardım Fondunun 

hazırladığı «Valideynlər üçün televiziya proqramları» 

layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihə Böyük 

Britaniyanın Azərbaycandakı səfirliyinin və «Dünyaya baxış» 

təşkilatının maliyyə dəstəyi hesabına gerçəkləşdiriləcək. 

Layihəyə əsasən, 11 proqramdan ibarət verilişin hazırlanması 

nəzərdə tutulub. Verilişdə ana və uşaqların sağlamlığı, uşaq 

inkişafının mərhələləri və s. mövzusunda məlumatlar əks 

olunacaq. 

– Tamaşaçıların televiziyadan narazılığı çox vaxt 

musiqi verilişləri, zövqsüz və bayağı müğənnilərin efirə 

çıxması ilə bağlı olur. Deyəsən, bu sahədə də əsaslı 

yenidənqurma işlərinə başlamısınız? 

– Azərbaycan radiosunda musiqi verilişlərinin ənənəsi 

dahi Üzeyir Hacıbəyov tərəfindən yaradılmışdır. Biz də bu 

sahəyə diqqəti artırmışıq. Müəyyən nəticəyə nail olmaq üçün 

ilk növbədə struktur dəyişikliyi aparmışıq. Yəni, musiqi və 

incəsənət redaksiyalarını birləşdirmiş və yeni qurum – 

«İncəsənət və əyləncəli proqramlar» redaksiyası yaratmışıq. 

Böyük ümidlər bəslədiyimiz bu struktura təcrübəli və istedadlı 

jurnalist Mailə Muradxanlı rəhbərlik edir. İndi redaksiya yeni 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə