Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə59/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   55   56   57   58   59   60   61   62   ...   202

 

198


bütün bunlar adlarını çəkdiyimiz redaksiyaların son illərdə 

gördüyü böyük işin yalnız bir hissəsidir. 

Daim yaradıcılıq axtarışlarında olan bu redaksiyalar indi 

imkanlarını səfərbər edərək yeni layihələr üzərində işləyir. 

«Pillələr» elmi-kulturoloji proqram, «Şəbi-hicran» adlı klassik 

poeziya məclisi, «Dünya», «Ədəbi abidələr», «Nar çiçəyi» və 

s. yeni telelayihələr yaxın vaxtlarda ekran ömrünü yaşamağa 

başlayacaq. Bu yeni verilişdə Azərbaycan və dünya ədəbi 

prosesi izlənəcək, dünya mədəniyyətinin bədii-estetik inkişaf 

meylləri, günümüzün əsas aktual problemləri, uğur və 

çətinlikləri telepublisistikanın əsas hədəfi olacaq. 

«Xalq yaradıcılığı» redaksiyası isə dünya mədəniyyəti 

incilərini, folklor, məişət, həyat tərzi nümunələrini 

Azərbaycan tamaşaçısına çatdıran bir saatlıq yeni veriliş 

təqdim edəcək. Elmi-kütləvi, ədəbi, əyləncəli, xalq sınaqları 

ilə müasir texnologiyaların vəhdətində informasiya, bilgi 

verən, milli-vətənpərvərlik duyğuları üstə köklənən, şərti adı 

«Günlərin bir günü» olan proqram modern və milli ruhlu yeni 

teleproyekt olacaq. 

Hər bir layihə həyatın tələbindən doğur. Qloballaşan 

dünyamızda bəzən insan unudulur, onun özünə yük olan 

qayğıları ətrafdakıları narahat etmir. Belə köməksiz və tənha 

insanlara cəmiyyətin diqqətini ünvanlamaq, onları tənhalıqdan 

və qayğılardan xilas etmək məqsədilə «Sorağına gəlmişik» 

adlı proqram hazırlamaq nəzərdə tutulur. İstər milli, istər dini 

görüşlərdə köməksizə əl tutmaq, onun harayına yetişmək 

savab sayılır. Jurnalist təhqiqatı əsasında hazırlanan bu 

proqram yüzlərlə köməksizin qəlbində ümid işığı yandıracaq. 

Nizami müəllim, dediklərinizdən bu qənaətə 

gəlmək olar ki, hər halda ən yaxın günlərdə tamaşaçılar 

AzTV ekranında çox böyük dəyişikliklərin şahidi 

olacaqlar. 




 

199


– 2006-cı il Azərbaycan televiziya və radiosu 

əməkdaşlarının həm təntənələr, həm də yeni yaradıcılıq ili 

olacaq. Radiomuzun 80, televiziyamızın 50 illik təcrübəsi 

XXI əsrin əvvəllərində yeni sənət marafonuna start verəcək. 

Əlbəttə, haqqında danışdığımız layihələrin 

gerçəkləşdirilməsi üçün qızğın işlər gedir. Yeni ideyalar 

çəkiliş pavilyonları və montaj otaqlarında reallaşdırılır. 

Redaktor və rejissorlarımız, texniki əməkdaşlarımız gərgin 

əmək sərf edirlər. Əslində, ekrandakı dəyişiklikləri dövr, 

zaman özü həyati zərurətə çevirir. Biz də zamanın nəbzini 

tutmağa, müstəqil Azərbaycanın dinamik həyatını 

işıqlandırmağa, müstəqilliyimizin obyektiv salnaməsini 

yazmağa çalışırıq. Bununla da həm tamaşaçı marağına cavab 

verir, həm də dövlətçiliyimizin möhkəmlənməsinə xidmət 

etmiş oluruq. 

– Müsahibəyə görə sağ olun! 

 

Müsahibəni apardı: 



Nərgiz Qurbanova 

«Respublika» qəzeti, 

11 fevral 2006-cı il 



 

200


 

 

 



 

YENİ ƏSRİN TELEVİZİYASI 

 

Bu il Azərbaycan radiosunun 80, televiziyasının 50 yaşı 



tamam olur. Zəngin yaradıcılıq yolu keçmiş bu mənəviyyat 

ocağında Azərbaycanın bir çox görkəmli mədəniyyət

incəsənət xadimləri ilk əmək fəaliyyətinə başlamışlar. Milli 

radiomuz və televiziyamız tarixi ənənələrini müasirlik 

işığında bu gün də davam etdirərək ən modern teleradio yayım 

mərkəzi kimi dinləyicilərin, tamaşaçıların xidmətində 

dayanmışdır. Ötən ilin mart ayından Azərbaycan Teleradiosu 

Qapalı Səhmdar Cəmiyyət adı ilə fəaliyyətini davam etdirir. 

Cəmiyyətin sədri, əməkdar elm xadimi, professor Nizami 

Xudiyev teleradionun müasir problemləri və vəzifələri ilə 

bağlı suallarımızı cavablandırır. 

– Nizami müəllim, ad dəyişmələri televiziyanın və 

radionun fəaliyyətinə necə təsir edəcək? 

– Azərbaycan radio və televiziyasının inkişaf tarixini 

izləyəndə ardıcıl olaraq belə ad dəyişmələrinin şahidi oluruq. 

Bu dinamikada bir cəhəti mübahisəsiz demək mümkündür: 

hər şey teleradionun siyasi, mənəvi müstəqilliyinə xidmət 

edir. Lakin dövr çox şeylərə yenidən baxmağı, təhlil etməyi, 

nəticələr çıxarmağı tələb edir. Bu gün Azərbaycanda geniş efir 

şəbəkəsi, inkişafda olan teleradioların efir yarışı mövcuddur. 

Ana teleradio kimi yenilik və müasirliyin ilkin ünvanı da 

Azərbaycan televiziya və radiosu olmalıdır. Dünyaya qapılar 

açıldığı bir şəraitdə köhnə, sxolastik üsullarla işləmək heç 

kəsə səmərə verməz. İnkişafı ən modern yayım 

teleşirkətlərinin təcrübəsinə uyğunlaşmaqla təmin etmək olar. 



 

201


Dünya, Avropa təcrübəsi və milli ənənələr gələcək 

fəaliyyətimizin əsasında dayanacaq. Ad dəyişməsi isə 

kollektivimizin yaradıcılıq sərbəstliyini bir az da artırır, 

struktur baxımından yeniliklər efirdə işin dinamikasına nail 

olmaq imkanı verir. 

– Sözün açığı, çoxları struktur dəyişikliyini kütləvi 

işçi ixtisarı kimi gözləyirdi. Yaxşı ki, belə olmadı. 

– AzTV böyük təcrübə məktəbidir. Burada çalışanların 

hər biri zəngin yaradıcılıq yolu keçmiş, dövlətə, 

dövlətçiliyimizə dəyərli xidmətlər göstərmiş adamlardır. 

Radio və televiziyanın salnaməsi hesab olunan belə insanların 

təcrübəsindən öyrənmək daha düzgün yoldur. Deyə bilərsiz ki, 

xüsusən televiziya cavanlıq sevən sənətdir. Amma problemləri 

həmişə cavanlarla həll etmək bəzən istənilən nəticəni vermir. 

Orta nəslin əmək intizamı, işə ciddi münasibəti, dövlətçilik 

mövqeyi, yaxşı mənada fanatizmi bugünkü bəzi gənclərdə 

daha yüksək əmək haqqına aludəçilik, əsas iş yerinə 

biganəliklə əvəz olunub. AzTV-də təcrübə ilə gücü, enerjini 

birləşdirmək əvvəldən ənənə olub. İşin ritmi, zamanın tələbi 

ilə ayaqlaşa bilməyənlərə qarşı isə bizdə güzəşt yoxdur. Təbii 

seçim, yeniləşmə həmişə qüvvədədir. 

Bu günlərdə bizdə də müəyyən struktur dəyişikliyi oldu. 

Oxşar xarakterli redaksiyaların birləşdirilməsi hesabına daha 

dinamik qurumlar yaradıldı. Xüsusən, informasiya, musiqi 

sahəsindəki pərakəndəliyi aradan qaldırmaq üçün ciddi 

addımlar atıldı. Gənclik, idman və uşaq redaksiyalarının 

birləşməsində də istehsalat məntiqi gözlənilmişdir. Əsas 

məqsəd fiqurların yerini dəyişmək deyil, daha rasional seçim 

etmək, işin ahəngdarlığını, sürətini artırmaqdır. «Xəbərlər» və 

«İctimai-siyasi proqramlar» redaksiyalarının bu vaxta qədər 

əlaqəsiz fəaliyyəti çətinliklər yaradırdı. Bu sahədəki 

dəyişikliklər yəqin ki, xəbərin operativliyinə, bolluğuna, 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə