Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə58/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   54   55   56   57   58   59   60   61   ...   202

 

195


musiqili-əyləncəli proqramlar, musiqinin bütün janrlarını 

əhatə edən verilişlər üzərində çalışır. Bu işə respublikanın 

tanınmış musiqi və sənət xadimləri cəlb olunmuşdur. 

Redaksiya xüsusilə muğam sənəti və xalq musiqisinin gələcək 

nəsillərə ötürülməsi, yeni istedadlı xanəndə və ifaçıların məhz 

sənət biliciləri tərəfindən üzə çıxarılması üçün təşkilat işlərini 

də unutmayacaq. Bu məqsədlə «Sarı sim», «Metronom» və s. 

bu kimi verilişlər ekrana çıxacaq. Məşhur musiqi 

xadimlərimizin ev muzeylərindən verilişlər silsiləsində onların 

yaradıcılığı daha geniş təqdim olunacaq və bu proqramlar 

dəyərli video-materiallarla rövnəqləndiriləcək. Hər bazar günü 

efirə çıxacaq «Sübh çağı» musiqili şou proqramı bir növ həm 

dünyanın, həm də ölkəmizin musiqi həyatından bəhs edən 

maraqlı informasiyalar üzərində qurulacaq. 

Respublikamızın nüfuzlu musiqi ocaqları – Milli 

Konservatoriya, Musiqi Akademiyası, Mahnı və Muğam 

teatrları, Opera və Balet Teatrı, Dövlət Filarmoniyası ilə 

müştərək tədbirlərin – yaradıcılıq gecələrinin, telebenefislərin 

keçirilməsini də planlaşdırırıq. 

– Bu il Azərbaycan radiosunun 80, televiziyasının 50 

yaşı tamam olur. Siz bu mühüm mədəniyyət hadisəsi ilə 

bağlı hansı tədbirləri nəzərdə tutursunuz? 

– Bəli, biz Azərbaycan hökumətinin köməyilə bu 

əlamətdar yubileyləri qeyd edəcəyik. Bu münasibətlə kitab və 

bukletlər nəşr etməyi, kütləvi musiqi tədbirləri keçirməyi 

nəzərdə tuturuq. Yubiley ərəfəsində mədəniyyət tariximizə 

səyahət etmək, radio və televiziyanın inkişafında xidmətlər 

göstərmiş yaradıcı adamlar haqqında verilişlər hazırlamaq, ən 

yaxşı sənət nümunələrini yada salmaq fikrindəyik. Bilirsiniz 

ki, radio və televiziyamızın fondu görkəmli bəstəkar və 

müğənnilərin yaradıcılığı ilə zəngin bir xəzinədir. Təəssüf ki

bu gün həmin bəstələrə və ifa manerasına az müraciət olunur. 




 

196


Müasir mahnı sənətinin düzgün yolla istiqamətləndirilməsi və 

tamaşaçıların bu zəngin irslə tərbiyə olunması zərurətini 

nəzərə alaraq, yubiley ərəfəsində mahnı festivalı keçirməyi 

planlaşdırırıq. Müasir ifaçıların, xüsusilə teleradiomuzun 

solistlərinin ifasında səslənəcək ən yaxşı mahnılar bir daha bu 

sənətin gözəl ənənələr üzərində inkişafına təkan verəcək. İşə 

indidən başlamışıq. Ü.Hacıbəyov, S.Rüstəmov, T.Quliyev, 

H.Xanməmmədov, R.Hacıyev, C.Cahangirov, E.Sabitoğlu və 

başqa tanınmış bəstəkarların mahnıları, onların ilk ifaçılarının 

lent yazıları seçilir. Və onların yeni ifalarda təqdimatı üçün 

təşkilati işlər görülür. Festivalın ən gözəl konsert salonlarında 

layiqincə keçirilməsi üçün tanınmış sənət ustaları dəvət 

olunacaq. Bir sözlə, məqsəd müasir tamaşaçı zövqünü ən 

yaxşı nümunələrlə tərbiyə etmək, bununla da zövqsüz ifa 

axınının qarşısını almaqdır. 

– Azərbaycan televiziyasında ən məhsuldar 

strukturlardan biri də «Kino və dublyaj» redaksiyasıdır. 

Bu yaradıcılıq qurumunun qarşısında hansı vəzifələr 

dayanır? 

– Tarixən bu qurumun əsas vəzifəsi incəsənətin çox 

geniş yayılmış sahəsi olan kinonu, o cümlədən milli 

kinomuzu, kino sənətkarlarımızı təbliğ etmək, tamaşaçıların 

kino haqqında məlumatlarını daha da zənginləşdirməkdir. 

Hazırda bu vəzifənin gerçəkləşdirilməsi üçün maraqlı forma 

axtarışları aparılır, yeni veriliş layihələri nəzərdən keçirilir. Bu 

sahədə yeni layihələrdən biri «Kino-şou» adlanır. Bu veriliş 

iki komanda arasında yarış şəklində təşkil ediləcək və bu 

komandalar kino sahəsində biliklərini nümayiş etdirəcəklər. 

Suallar kino sənətinin bütün sahələrini əhatə edəcək. Qalib 

komandanın üzvlərinə qiymətli hədiyyələr veriləcək. 

«Musiqi və kino» adlanacaq verilişdə isə peşəkar 

musiqişünaslar iştirak edəcəklər. Proqramda Azərbaycan, 




 

197


habelə Türkiyə, ABŞ, İtaliya, Fransa, Hindistan və digər 

ölkələrin kino musiqisi barədə danışılacaq. Bədii filmlərdə 

musiqinin rolundan, kino musiqisi janrının özünəməxsus 

xüsusiyyətlərindən və mövzu ilə əlaqədar bir sıra 

məsələlərdən ətraflı söhbət açılacaq. «Qrim-şou» da maraqlı 

verilişlər sırasında diqqəti cəlb edəcək. 

Təbii ki, biz milli kinomuzun təbliğinə daha geniş yer 

ayıracağıq. Elə bu məqsədlə də «Azərbaycan kinosu: rəylər, 

mülahizələr» adlı yeni veriliş açmağı düşünürük. Məqsəd 

tarixi 100 ili adlamış milli kinomuzda gedən proseslərə, 

mövcud problemlərə, bu problemlərin aradan qaldırılması 

üçün görülən tədbirlərə diqqət yetirməkdən ibarətdir. Verilişə 

kino xadimlərinin və əsasən Azərbaycan Mədəniyyət və 

İncəsənət Universitetinin tələbələrinin dəvət olunması nəzərdə 

tutulur. Tamaşaçılarda maraq doğuracaq bu veriliş dialoq 

şəklində qurulacaq, kino xadimləri tamaşaçıları və tələbələri 

maraqlandıran suallara cavab verəcək, mövzu ilə bağlı 

Azərbaycan filmlərindən fraqmentlər göstəriləcək. 

– Bu gün Azərbaycan televiziyasının proqramlarında 

əsas yer tutan ədəbi-bədii verilişlər sahəsində tamaşaçıları 

hansı yeniliklər gözləyir? 

– Tamaşaçıların estetik zövqünü formalaşdıran bu 

verilişlər «Ədəbiyyat və publisistika», «Xalq yaradıcılığı» 

redaksiyalarının süzgəcindən keçir. Ekranda sevilə-sevilə 

baxılan «Molla Nəsrəddin», «Azərbaycan dili», «Vətəndaş», 

«Şam işığında», «Cazibə qüvvəsi», «Yol», «Yurd yaddaşı», 

«Dəmirqapı Dərbənd», «Karvan», «Qaravəlli», «Sazın, sözün 

sehrində» kimi verilişlər, həmçinin bir-birindən maraqlı 

Novruz və Yeni il proqramları, ümummilli liderimiz Heydər 

Əliyevin şərəfli həyat yoluna, fədakar fəaliyyətinə həsr olunan 

silsilə filmlər, Milli park, Azadlıq meydanı və digər 

guşələrdən əlamətdar günlərə həsr olunan canlı yayımlar – 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə