Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə55/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   51   52   53   54   55   56   57   58   ...   202

 

185


görkəmli muğam ifaçılarının iştirakı ilə hazırlanacaq «Sarı 

sim», estrada musiqisinin problemlərindən bəhs edəcək 

«Metronom», eləcə də «Mahnı festivalı» və s. proqramlar 

indidən nikbinliklə danışmağa əsas verir. 

Məhsuldarlığı, populyar proqramlarının say və sanbalı 

ilə seçilən «Ədəbiyyat və publisistika», «Kino və dublyaj», 

«Xalq yaradıcılığı» redaksiyaları da AzTV-nin yeni 

yaradıcılıq marafonuna bir-birindən maraqlı layihələrlə 

qoşulublar. «Ədəbiyyat və publisistika» redaksiyası mövzuca 

aktual olan «Azərbaycan dili», «Molla Nəsrəddin» kimi 

proqramları yeni forma və dizaynla davam etdirmək, bu 

verilişlər sırasına «Pillələr» (elmi-kulturoloji proqram), 

«Ədəbi abidələr», «Nar ağacı», «Dünya», «Şəbi-hicran» kimi 

proqramları da əlavə etmək istəyir. 

«Azərbaycantelefilm» Yaradıcılıq Birliyi isə artıq bir 

çox maraqlı filmlərin çəkilişinə start verib. Son illərin yaradı-

cılıq axtarışları forma və məzmunca onlarla yeni filmin uğurlu 

ekran taleyi ilə nəticələnib. Uzun zaman üçün əhəmiyyətini 

qoruyub saxlayan bu filmlər həm də sənətkarlıq baxımından 

televiziyamızın gündəlik fəaliyyətinə öz töhfəsini verir. 

Ədəbi-əyləncəli proqramlara geniş tamaşaçı marağı 

«Kino və dublyaj» redaksiyasının planlarında da nəzərə alınıb. 

Bu iki redaksiyanın bir strukturda fəaliyyəti filmlərin, dublyaj 

materiallarının təqdimatındakı təkrarları tam aradan 

qaldıracaq, yeni kino-proqramların ekrana vəsiqə alması ilə 

nəticələnəcək. Təzə verilişlər dalğasına ciddi hazırlıq görən 

redaksiya əməkdaşları «Kino-şou» proqramında oyun-yarışma 

formasından istifadə etməyi nəzərdə tutublar. «Musiqi və 

kino» proqramında isə kino musiqisi sahəsində tanınan 

bəstəkarlarla kino işçilərinin birgə sənət axtarışlarından bəhs 

olunacaq. 

Dublyaj filmlərinin seçimində də yeni tələblər irəli 




 

186


sürüləcək. «Oskar» mükafatı alan, bəşəri mövzulu filmlərin, 

humanist duyğular aşılayan kinolentlərin, təbiətin 

qəribəliklərindən bəhs edən nadir kino-süjetlərin dublyajına 

üstünlük veriləcək. 

Ədəbi-əyləncəli proqramlar sırasında folklor, xalq 

yaradıcılığı xüsusi yer tutur. Təsadüfi deyilməmişdir ki, dünya 

xalqları miflərdə, folklorda birləşir. Buna görə də folklor 

proqramları dünya efirində xüsusi maraqla izlənilir. 

Azərbaycan televiziyasında 6 ildir ki, bu işlə «Xalq 

yaradıcılığı» redaksiyası sistemli şəkildə məşğul olur. «Qala», 

«Karvan», «Buta», «Qaravəlli», «Yallı» kimi populyar 

proqramlar tamaşaçı yaddaşında özünə daimi yer qazanıb. 

Redaksiyanın əməkdaşları yeni layihələrində Azərbaycan efir 

məkanı üçün orijinal görünən mövzular və çəkiliş məkanları 

nəzərdə tutublar. Dağıstandakı soydaşlarımızın «Dəmirqapı 

Dərbənd» proqramındakı maraqları Cənubi Azərbaycandakı 

soydaşlarımız üçün «Xudafərin» toplusunda öz həllini 

tapacaq. 

Bu il əlamətdar yubileylərini qeyd etməyə hazırlaşdı-

ğımız televiziya və radiomuzda zəngin yaradıcılıq ənənələrinə 

əsaslanan populyar proqramlarla yanaşı addımlamağa, yeni 

günün sözünü deyib problemlərini həll etməyə, düşün-

dürməyə, əyləndirməyə qadir olan saysız-hesabsız layihələr 

ekran həllini gözləyir. Məzmun-forma vəhdəti AzTV-nin yeni 

efir taleyində də öz təsirli rolunu oynayacaq və strateji 

maraqlara xidmət edəcək. Dövlətçiliyə, milliliyə, müasirliyə 

əsaslanan bu maraqlar özül daşları kimi siyasətimizin

mədəniyyətimizin, əxlaqımızın əsasında dayanan məqsəddir, 

daim AzTV ilə qorunub yaşadılan maraqlardır. 

 

«Azərbaycan» qəzeti,  



14 fevral 2006-cı il 


 

187


 

 

 



 

GÜNÜMÜZÜN EKRAN SALNAMƏSİ 

 

Bu gün bütün dünyada televiziyanın ən çevik və geniş 



təsir gücünə malik informasiya vasitəsi olması şübhəsizdir. 

Bu, qloballaşan dünyada və informasiyalı cəmiyyətdə özünü 

daha qabarıq şəkildə büruzə verir. Bu gün Azərbaycan 

cəmiyyəti və hər birimizin həyatı da televiziya ilə sıx bağlıdır. 

Çünki hər bir vətəndaş gündəlik informasiyanın xeyli hissəsini 

məhz teleekrandan alır. Bəs teleməkanımızın ağır artilleriyası 

olan AzTV bu sahədə bizlərə nə vəd edir? Bu barədə 

suallarımıza AzTV-nin sədri, tanınmış türkoloq-alim, 

professor Nizami Xudiyev cavab verir. 

Nizami müəllim, ötən il statusunu dəyişərək bu gün 

Qapalı Səhmdar Cəmiyyətə çevrilmiş AzTV-nin 

fəaliyyətini necə qiymətləndirirsiniz? 

– Mövcud teleməkanımızda kanalların sayca çoxluğuna 

baxmayaraq, indi bir çox cəhətdən liderlik məhz AzTV-yə 

məxsusdur. Bəli, istər kəmiyyət, istər keyfiyyət, istərsə də 

yayım dairəsinin genişliyi, tamaşaçı auditoriyasının miqyası 

baxımından bu gün Azərbaycan Televiziyası və Radiosu 

Qapalı Səhmdar Cəmiyyəti milli telemühitimizdə 

müqayisəolunmaz maddi-texniki, mənəvi-intellektual 

imkanlara malik olan əsas ağırlıq mərkəzidir. Neçə il əvvəl 

Türkiyə səfəri zamanı qardaş ölkə rəsmilərinin AzTV 

haqqında mərhum prezidentimiz Heydər Əliyevə dedikləri, 

yəqin ki, hamının yadındadır. Onlar bütün Türkiyənin milli 

televiziyamıza maraqla, məftunluqla baxdığını deyərək, bizim 

mənəvi, əxlaqi dəyərlərə, misilsiz intellektual bazaya, bədii 



 

188


səviyyəyə söykəndiyimizi təqdir edirdilər. Türkiyədən bu gün 

də Azərbaycan Televiziyası və Radiosu QSC-nin ünvanına 

göndərilən çoxsaylı məktublar, teleqramlar bunu dönə-dönə 

təsdiq edir. Bu gün peyk vasitəsilə bütün Türkiyəyə, İnternet 

vasitəsilə isə bütün dünyaya yayımlanan Azərbaycan 

televiziyası azad, müstəqil Azərbaycan dövlətinin planetar 

miqyasda ən güclü təbliğat maşınıdır, Azərbaycan 

həqiqətlərini dünyaya çatdıran, informasiya blokadasını 

cəsarətlə yarıb öz sözünü deyən təbliğat tribunasıdır. 

– Tamaşaçı ilk növbədə ekrandan informasiya almaq 

istəyir. Bu sahədə hansı yeniliklər olacaq? 

– Biz informasiya xidmətini yaxşılaşdırmaq üçün ciddi 

struktur dəyişikliyi aparmış, «Xəbərlər» redaksiyasının kadr 

və intellektual bazasını genişləndirmişik. Əvvəllər müstəqil 

qurumlar kimi fəaliyyət göstərmiş «İctimai-siyasi 

proqramlar», «Səhər» proqramı və «Beynəlxalq proqramlar» 

redaksiyası «Xəbərlər»ə birləşdirilmişdir. Bu addım 

informasiya mənbələrindən, kadr potensialından və texniki 

vasitələrdən daha səmərəli istifadə etməyə imkan vermişdir. 

İndi bizim həm gündəlik xəbər proqramlarımızda, həm də 

analitik verilişlərimizdə operativlik artmış, aktual məsələlərin 

işıqlandırılmasına diqqət çoxalmışdır. Hazırda əsas xəbər 

buraxılışının strukturunu yeniləşdirmək istiqamətində ciddi 

işlər aparılır. 

– Nizami müəllim, indi televiziyalarda gündəlik 

analitik proqramlara geniş yer ayrılır. Bu cəhətdən AzTV-

də hansı yeniliklər olacaq? 

– Biz sosial-siyasi proqramlar sırasında hər gün efirə 

çıxan «Günün nəbzi» proqramına diqqəti artırmışıq. Bu veriliş 

təkcə Azərbaycanda deyil, həmin gün dünyada baş vermiş ən 

vacib hadisə, onun ictimai-siyasi əhəmiyyəti və mahiyyətinin 

şərhinə həsr olunur. Canlı olaraq efirə gedən verilişdə, 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə