Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə56/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   52   53   54   55   56   57   58   59   ...   202

 

189


həmçinin cəmiyyəti narahat edən, ictimai rezonans yaradan, 

tarixi hadisələri ehtiva edən olaylarla bağlı söhbətlər aparılır, 

şərhlər və proqnozlar verilir. Verilişdə Milli Məclisdə qəbul 

olunmuş qanunlar, ölkə prezidentinin fərman və sərəncamları, 

hökumətin fəaliyyət istiqamətlərinin şərhi də nəzərdə tutulur. 

Yəqin diqqət yetirmisiniz ki, bu veriliş son vaxtlar çox böyük 

auditoriya toplayır. 

Ölkənin ictimai-siyasi həyatında bələdiyyələrin mövqeyi 

genişləndikcə biz bu sahəyə diqqəti artırırıq. «Bələdiyyələr» 

verilişi məhz bu barədə olacaq. Proqramda bələdiyyələrin cari 

fəaliyyət istiqaməti öz əksini tapacaq. Biz proqramda 

bələdiyyə qanunvericiliyi, bələdiyyələrlə işin təşkili, 

beynəlxalq əlaqələr, eləcə də regionların sosial-iqtisadi 

inkişafında bələdiyyələrin rolu məsələlərini işıqlandıracağıq. 

Ölkəmizin sosial mənzərəsindəki müsbət dəyişikliklər, 

əhalinin maddi vəziyyətinin yüksəldilməsi və aztəminatlı 

vətəndaşlara dövlət qayğısının real nəticələri isə «Monitorinq» 

proqramında öz əksini tapacaq, həllini gözləyən problemlər 

müxtəlif prizmalardan araşdırılacaq. 

«Azərbaycan dünyası» verilişi Dünya azərbaycanlıla-

rının birlik və həmrəyliyindən, diaspor halında formalaş-

masından, lobbiçilik fəaliyyətindən bəhs edəcək. Veriliş 

dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlıların bir 

araya gəlməsinə yönəldilmiş məqsədyönlü proqramdır. 

Proqramda dövlət başçısının xarici ölkələrə səfərləri zamanı 

Azərbaycan icma və birliklərinin nümayəndələri ilə görüşləri 

və onlara tövsiyələri də öz əksini tapacaq. 

Son illərdə Azərbaycan televiziyasının populyar 

verilişlərindən olan «Fakt» müəllif proqramı tarix, çağdaş 

hadisələrin mahiyyətini öyrənən və tamaşaçılara çatdıran 

verilişlər silsiləsi kimi yenə də ekranlarda olacaq. «Fakt»da 

daha çox analitik təhlillərə üstünlük verməklə müxtəlif 




 

190


zamanlarda xalqımızın taleyüklü məsələlərindən danışılacaq. 

Daha çox terror, separatizm, geopolitik maraqların ortaya 

qoyduğu amillərdən bəhs edən «Fakt» doqquz ildir ki, AzTV-

də sabit auditoriyasını təmin edə bilib. 

– İndi tamaşaçı ilə dialoqa – interaktivliyə daha çox 

ehtiyac var. Siz bu problemi necə həll edirsiniz? 

– Tamaşaçı ilə canlı əlaqə yaradan «Dialoq» verilişi neçə 

ildir ki, sabit efir vaxtını qoruyub saxlayır və həmişə də 

rəğbətlə qarşılanır. Yaxın günlərdə bu veriliş yeni dizaynda 

təqdim olunacaq. Zövqlə yaradılmış yeni interyer verilişin 

effektini daha da artıracaq, forma və məzmunu tamamlayacaq. 

Verilişə aktual problemlərlə, tamaşaçıları düşündürən 

mövzularla bağlı cavabdeh şəxslər, yüksək vəzifəli məmurlar 

dəvət olunacaq, mövzu ətrafında analitik təhlillər aparılacaq, 

problemin həlli yolları araşdırılacaq. «Dialoq»da telefon 

bağlantılarından istifadə ona tamaşaçı marağını artırır. Yaxın 

vaxtlarda verilişdə «İnteraktiv», «İnternet» səhifələrinin 

açılması da planlaşdırılır. 

«Hüquq kanalı» verilişində də interaktivliyi gücləndi-

rəcəyik. Burada əsasən məhkəmələrdə baxılmış cinayət iş-

lərindən hazırlanacaq süjetlər göstəriləcək, ayrı-ayrı süjetlərdə 

məhkəmə-hüquq sistemində gedən islahatlardan, yeniliklərdən 

söhbət açılacaq. Təbii ki, bu proqram öz qarşısına qoyduğu 

hüquqi maarifləndirmə vəzifəsini yerinə yetirəcək. 

– AzTV iqtisadi mövzuda maraqlı verilişləri ilə 

fərqlənir. Bu sahədə hər hansı yenilik gözlənilirmi? 

– Doğru deyirsiniz ki, biz bu sahəyə həmişə xüsusi 

diqqət yetiririk və hətta «İqtisadiyyat» adlı ayrıca verilişimiz 

var. Bu mövzuda daha bir veriliş də hazırlanır. «Sahibkarlıq» 

verilişində dövlət qurumları ilə sahibkarların qarşılıqlı 

əlaqələri, iqtisadiyyatın inkişafında bu sahənin payı, qarşıya 

çıxan problemlər, onların həlli yolları, sahibkarların qayğıları 




 

191


öz əksini tapacaq. 

2004-2008-ci illərdə «Regionların sosial-iqtisadi inkişafı 

haqqında» Dövlət Proqramında Azərbaycanın bütün 

əyalətlərində geniş quruculuq işlərinin aparılması, yeni sənaye 

obyektlərinin tikintisi və bununla da yeni iş yerlərinin 

açılması nəzərdə tutulur. Bu isə yerlərdə yeni infrastrukturun 

yaranması, əhalinin məşğulluğunun artması, gün-güzəranın 

yaxşılaşması deməkdir. Bütün bunlar yeni layihəmiz kimi 

ekrana çıxacaq «Regionların sosial-iqtisadi inkişafı» və 

«Kənd həyatı» verilişlərində öz əksini tapacaq. Verilişdə 

ölkəmizin ayrı-ayrı bölgələrinin özünəməxsus 

xüsusiyyətlərinə, xarakterik cəhətlərinə, inkişaf tempinə 

xüsusi diqqət yetiriləcək. 

– Mübaliğəsiz demək olar ki, Azərbaycan silahlı 

qüvvələrinin həyatı AzTV-də prioritet mövzulardandır. 

Bu mövzu ayrı-ayrı verilişlərdə daha sistemli işıqlandırılır. 

– Mən televiziyaya rəhbər təyin olunandan bu günədək 

hərbi-vətənpərvərlik diqqət yetirdiyimiz ən önəmli mövzu-

lardandır. Azərbaycan televiziya və radiosunun «Birləşmiş 

hərbi proqramlar» redaksiyası hazırda «Hərb tariximizdən», 

«Azərbaycan Silahlı Qüvvələri», «Zəfər yolu», «Zireh», «Sən 

mənə oğul de» kimi tamaşaçılar tərəfindən maraqla izlənən 

hərbi-vətənpərvərlik mövzulu verilişləri təqdim edir. İndi 

bunlarla yanaşı, yeni proqramlar da hazırlamaq planlaşdırılır. 

Bir faktı da qeyd etmək lazımdır ki, əsgərin və 

komandirin özünə və düşmən üzərində qələbəyə inamının 

formalaşmasında, arxa cəbhə ilə ön cəbhənin bir-birinə dayaq 

olmasında, müharibə dövrünün gəncliyinin hərbi-vətənpər-

vərlik ruhunun artırılmasında Azərbaycan televiziyasının 

misilsiz xidmətləri var. «Əsgərlə birgə», «Müharibə dövrünün 

gündəliyi» proqramları bu müqəddəs missiyanı müasir 

tamaşaçı zövqünü nəzərə almaqla daha baxımlı bir şəkildə 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə