Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə54/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   50   51   52   53   54   55   56   57   ...   202

 

182


intellektual proqramların hazırlanması istiqamətində gərgin 

yaradıcılıq işi gedir. 

Gəncliyin ən populyar proqramlarından olan «Ailələr, 

talelər» gənc ailələrin problemlərini, həyat sınaqlarındakı 

gərginlikləri dəf etmək istiqamətində öz işini uğurla davam 

etdirir. İdman proqramlarının, xüsusən Avropa 

çempionatındakı futbol yarışlarının canlı yayımı redaksiyanın 

fəaliyyətində xüsusi yer tutur. Respublikada Olimpiya 

hərəkatına, gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsi 

işinə redaksiya öz yeni proqramları, xüsusən «Gecə kanalı» 

proqramı ilə cavab verəcək. 

Azərbaycanda təhsilin problemləri bu sahədə müasir 

dövrün tələblərinə cavab verən qanunların olmaması ilə 

bağlıdır. Belə bir şəraitdə TV-nin, yaxud mətbuatın sistemli iş 

görməsi də çətinləşir. Lakin elmə, təhsilə marağın gənc nəsil 

arasında azalmasına yol vermək olmaz. İnsanın şəxsiyyət kimi 

formalaşmasında elmin, biliyin rolu barədə hər gün söhbət 

açmaq lazım gəlir. Dünya təhsil sistemlərindəki ən uğurlu 

nəticələri təbliğ etmək, dünya miqyaslı elmi kəşflər barədə 

geniş müzakirələr aparmaq, görkəmli elm adamlarının 

həyatından söhbət açmaq bu intellektual zəmanədə ölkə 

təhsilinə yardımçı ola bilər. 

«Tədris və elmi-kütləvi proqramlar» redaksiyası bu 

vaxta kimi bir çox uğurlu proqramları, təhsilin müasir 

problemlərini təhlilə cəlb edən analitik verilişləri ilə xalq 

maarifinə xidmət etmişdir. Redaksiyanın yeni mərhələdəki 

fəaliyyətinə də bu rakursdan baxmaq lazım gəlir. Buradakı 

əsaslı dəyişikliklər yeni məzmunlu, inandırıcı proqramlarla öz 

təsdiqini tapacaq. Tədrisin dünyada ən müasir forma və 

metodları Azərbaycan məktəbləri üçün sirr olaraq 

qalmamalıdır. Ənənəvi metodların dünya standartlarına 

uyğunlaşdırılması istiqamətində televiziyanın əyanilik və 




 

183


kütləvilik kimi imkanlarından təhsil müəssisələri də 

yararlanmalıdır. Xarici dillərin öyrənilməsi və tədrisi 

istiqamətində «Teledərs»lərin geniş auditoriyası yenə də bərpa 

olunmalı, bu işə ən bacarıqlı mütəxəssislər cəlb edilməlidir. 

Daim yeniləşən qanunlarla idarə olunan cəmiyyətdə 

insanların hüquqi biliklər sahəsində səriştəsizliyi böyük 

nigarançılıq doğurur. Efirə çıxmaq ərəfəsində olan «Sənin 

hüquqların» proqramı hüquqi biliklərin təbliği sahəsində 

teleuniversitet rolu oynayacaq. 

Müharibə vəziyyətində olan dövlətdə hərbi-

vətənpərvərlik işinin xüsusi çəkisi olur. Azərbaycan televiziya 

və radiosunun «Birləşmiş hərbi proqramlar» redaksiyası 

populizmdən qaçaraq daha real və səmərəli metodlara əl atır. 

Öz işini dövləti maraqlar və müasir tələblər səviyyəsində 

həyata keçirən əməkdaşlarımız müvafiq nazirlik və idarələrlə 

birgə çalışırlar. Əsgərlər arasında döyüş ruhunun 

yüksəldilməsi, Azərbaycan ordusunun ən döyüşkən ordu kimi 

tamaşaçıya təqdim olunması üçün AzTV-də bu günədək xeyli 

iş görülmüşdür. «Zəfər», «Azərbaycan ordusu», «Sən mənə 

oğul de», «Aypara» və s. proqramlar gənclərimizdə ordu 

həyatı haqqında dolğun təsəvvür yarada bilmişdir. 

Yeni layihələr kimi nəzərdə tutulmuş «Salam, əsgər», 

«Müharibə dövrünün gündəliyi» də yəqin ki, bu uğurların 

davamı olacaq. Bu sahədə şüarçılıq, bədii ricət və 

priyomlardan daha çox işə ciddi münasibət, fakt və reallıqlara 

əsl vətəndaş münasibəti tələb olunur. Biz dəsti-xətti daim 

qoruyub saxlayacağıq. 

Hər hansı TV-nin inkişafı bədii-əyləncəli, musiqili 

proqramlarla bağlıdır. Bütün dünyada mövcud olan bu 

tendensiya Azərbaycan şəraitində də özünəməxsus dinamikası 

ilə fərqlənir. TV strukturlarındakı son yeniliklər də bu 

konsepsiyaya əsaslanmışdır. Əlbəttə, proqram siyasətində 




 

184


balanslaşdırma vacib şərt olduğundan biz də ictimai-siyasi 

proqramlarla bədii verilişlər arasında tənasübü gözləməyə 

çalışmışıq. Hərçənd ki, peşəkarlar yaxşı bilirlər ki, bu sahədə 

optimal nəticələr əldə etmək heç də asan məsələ deyil. 

Televiziyanın və radionun verilişlərini musiqisiz 

təsəvvür etmək çətindir. Əsası Üzeyir Hacıbəyov tərəfindən 

qoyulmuş Xalq Çalğı Alətləri Orkestri musiqi 

mədəniyyətimizin təbliği işində böyük xidmətlər göstərmişdir. 

Xalq musiqisinin, peşəkar musiqi əsərlərinin, dünya musiqi 

mədəniyyətinin öyrənilməsində bu kollektivin ardıcıl 

fəaliyyəti diqqətəlayiqdir. 

Musiqi artıq ümumbəşəri mənəvi dəyər kimi ən müxtəlif 

janrlar üzrə ixtisas biliyi, təcrübə, konkret şəxslərin, kütlənin

millətin, xalqın marağını nəzərə almaqla ciddi bir sahə kimi 

araşdırma-öyrənmə tələb edir. Azərbaycan ərazicə Avropa, 

maraq, mentalitet, zövq və dünyagörüşü baxımından isə ortaq 

çevrədə, özündə Şərqlə Qərbi birləşdirən unikal bir ölkədir. 

Əhalinin musiqi zövqü və savadı çoxşaxəlidir. Burada milli 

musiqiyə aludəliklə yanaşı, bəzən bu musiqiyə biganəlik 

hökm sürür. Yəni, bir tərəfdən milli musiqiyə, xalq çalğı 

alətlərinə maraq, diqqət artdığı halda, bəzən gənclərin yabançı 

incəsənətə meylini müşahidə edirsən. Musiqi, ifaçılıq, mahnı 

yaradıcılığında sərbəstlik özünü göstərdiyi üçün əsl ifaçılıq və 

yaradıcılığın nə olduğunu heç kəsə sübut etmək mümkün 

deyil. Belə həvəskar bəstəkar əsərlərinin bəzən televiziyalara 

da ayaq açdığı nəzərə alınsa, bu sahədə əsas peşəkarlara 

ehtiyac olduğunu deməyə lüzum qalmır. Belə bir şəraitdə 

hamını razı salacaq musiqi proqramları hazırlamaq çətinliyi 

meydana çıxır. Ümid edirəm ki, televiziyanın «İncəsənət və 

əyləncəli proqramlar» redaksiyasındakı struktur dəyişikliyi 

tezliklə bu sahədə öz səmərəsini verəcək. Çünki bu qurum 

artıq bir neçə maraqlı layihə təqdim etmişdir. Məsələn, 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə