B u l u d x a n X ə l i l o v
110
İnsan ömrü boyu, demək olar ki, hər gün nə iləsə
vidalaşmalı olur. Həyat məhz çoxlarının görə və dərk edə
biləcəyi səviyyədə olmayan bu cür əzab, əziyyət,
məyusluq və itkilərdən ibarətdir. Həyat həm də bunlara
görə qəribədir. Bu qəribə həyatı insan ömrü boyu sevir.
***
İnsan həyatda istəsə də, istəməsə də elə adamlar
arasında yaşayır ki, onlarla ünsiyyətdə olmalı olur. İstəsə
də, istəməsə də onlara əl verib görüşməli olur. İstəsə də,
istəməsə də onlarla eyni mühitdə durmalı, oturmalı olur.
İstəsə də, istəməsə də onlara inanmalı olur. İstəsə də,
istəməsə də, onlardan razı qalmasa da, gerçəkliklə
razılaşmalı olur. İnsan özündən asılı olmayaraq və bəzən
asılı olaraq belələri ilə ona görə razılaşmalı olur ki, özünü
haqlı sayanların bir çoxunun haqsız olduğunu sübut
etmək onun üçün baş ağrısından başqa bir şey deyildir.
Ədəbiyyat dünya durduqca bu məsələlərdən nə qədər
yazsa da, yenə də heç nəyi düzəldə bilməyəcəkdir.
***
Həyatın murdarlıqlarını gördükdə dilimizdəki söz-
lərin sehrinə etibar edirəm. Sözün sehrində istədiklərimi
tapmağa can atıram. Ancaq sözün sehri o qədər yüksək
və valehedici görünür ki, o mənə göy qurşağını xatırladır.
İnsan sanki göy qurşağının altından keçəcəyinə inanır.
Ancaq getdikcə görür ki, göy qurşağının altından keçmək
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
111
mümkün deyildir. Göy qurşağı insanı aldadıb daha uzaq-
lara aparır, ancaq nə olsun onun altından keçmək müm-
kün olmur. Bu mənada sözün yüksək və valehedici seh-
rinə çatmaq mümkün olmur. Mümkün olsaydı, onda
insanlar sözü öz təsirləri altına salardılar. Sözün çiyinləri
üzərinə yəhər qoyub onu minərdilər. Onda söz öz müqəd-
dəsliyindən çıxardı. Odur ki, söz əbədi olaraq öz müqəd-
dəsliyindən çıxmayacaqdır. Əgər az-çox sözlə dostluq
edib onun vasitəsilə öz sözünü, fikrini, mövqeyini demək
istəyənlər varsa, yenə də sözə borcludurlar, yenə də söz-
dən asılıdırlar. Baxmayaraq ki, dünyada dünya şöhrətli
yazıçılar, şairlər var. Dünyada ədəbiyyat üzrə Nobel
mükafatı laureatları var. Ancaq onların heç biri sözlərin
ən son həddə olan imkanlarından istifadə edə bilməmiş-
lər. Sözün və sözlərin ən son həddə olan imkanlarından
istifadə etmək qüdrəti yeganə olaraq Allaha məxsusdur.
Bunu Allahın müqəddəs kitabları da təsdiq edir: Qurani
–
Kərim, İncil, Tövrat, Zəbur.
***
Bilmirəm nədənsə bəzi məqamlarda ağ vərəqlərin
üzərində xətlər çəkir, həmin xətləri birləşdirir, kəsişdirir,
heç özüm də bilmədən qəlbimin və istəyimin çırpıntı-
larını əks etdirmək istəyirəm. Çəkdiyim bu xətlərdə
oxunmalı məqamlar var. Onları özümdən başqa heç kəs
oxuya bilməz. O xətlərin içərisində arzularım hərəkət
B u l u d x a n X ə l i l o v
112
edir, qarşıma çıxan maneələr dəf olunur, dünyanın gəliş
və gedişi ani olaraq təhlil olunur.
***
İnsan ömrü boyu müxtəlif vəzifələri yerinə yetirir.
Uşaq olur və uşaqlıq vəzifələrini yerinə yetirir. Sonra
yeniyetməlik, gənclik, cavanlıq, qocalıq və s. Bunların
hamısı insanın ömründə zəruri və vacib işlərdir və ömrü
boyu yerinə yetirdiyi funksiyalardır.
***
İnsan ömrü boyu nəyi görürsə, nə ilə qarşılaşırsa,
onu hədiyyə kimi qəbul etməlidir. Bu hədiyyələrin
dəyərlisi də var, dəyərsizi də var, əhəmiyyətlisi də var,
əhəmiyyətsizi də var. Bu hədiyyələri heç kəs nə
bazardan, nə də dükandan alır. Bu hədiyyələri bizə
həyatın özü verir. Bizə bu hədiyyələri verən həyata heç
nə deyə bilmirik. Olsa - olsa taleyimizdən, alın
yazımızdan şikayətlənirik. Əgər hədiyyələr ürəyimizcə
olursa, onda da razılıq və məmnunluq hissini gizlətmirik.
Bizim hər birimiz həm də bu hədiyyələr hesabına fiziki
cəhətdən, görünüş və görkəm baxımından dəyişirik.
***
Həyatın gedişatına gücümüz çatmayanda seyrçi
oluruq. Hər şeyi müşahidə etməklə kifayətlənirik.
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
113
***
Həyatda ağıllı və səbirli olmağımıza görə çox
şeylər əldə etmişik. Bu baxımdan ağlımıza və səbrimizə
borcluyuq.
***
Bütün müharibələrin sonunda qalib tərəf bayram
edir. Ancaq fikirləşən yoxdur ki, bu mənasız işin mənası
nədir?! Yenə də lazımsız şeylərdən ötrü yenidən
müharibələr başlayır, qanlar tökülür, insanlar qırılır.
***
Yaxşı yaşamaq üçün yaxşı təhsil almaq lazımdır.
Yaxşı yaşamaq üçün həm də sağlam olmaq lazımdır.
***
Diplom almaq üçün yox, savad və bilik almaq üçün
düşünmək lazımdır.
***
Azərbaycanlı ailələri uşaqlarını küçəyə oynamağa,
məktəbə oxumağa göndərəndə deyirlər ki, get, heç kəs-
nən işin olmasın, heç kəsin işinə qarışma, çəkil, öz işinlə
məşğul ol. Ancaq yəhudi ailələri uşaqlarını küçəyə oyna-
mağa və məktəbə oxumağa göndərəndə dedikləri söz belə
olur ki, get, sən hamıdan ağıllısan, hamıdan gözəlsən,
hamıdan bacarıqlısan. Bu da nəticədə yəhudi uşaqlarında
özlərinə inam yaradır.
B u l u d x a n X ə l i l o v
114
***
İstənilən bir məsələyə obyektiv yanaşma var, bir də
ədalətli yanaşma var. Bunlar bir - birindən fərqlənir.
***
Beyin azad yox, bilikli olmalıdır.
***
Bəşəriyyətə mərhəmət hissi daha çox lazımdır.
***
Canavar öz ovunu didib parçalayır və özünü
ədalətli sayır.
***
Allah insana hansı cəzanı verirsə, bəlkə həmin cəza
ilə insana başa salmaq, anlatmaq istəyir.
***
Mənim kitablarım mənim üçün ən qiymətli sərvət-
dir. Həm öz yazdığım kitablar, həm mənə hədiyyə olunan
kitablar, həm də satışdan aldığım kitablar. Bu kitabları
yığmağa yer tapmadıqda onları bir-birinin üstünə qalaq-
qalaq yığmışam. Fikirləşmişəm ki, gen-bol otaqlarım
olaydı, mən də bu kitabları səliqəli-sahmanlı yığaydım.
Bəzi adamların evində heç kitab yoxdur. Onlar
Dostları ilə paylaş: |