__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
15
Azərbaycanda, VII – X əsrlərin tarixçiləri və
səyyahlarının məlumatına görə, zeytun Şirvan, Qarabağın
aran rayonlarının ərazisində və Abşeronda geniş miqyasda
yetişdirilmişdir. şğalçıların, xüsusən monqolların həddən
artıq basqınları əsrlər boyu qədimdən becərilən yerlərində
zeytunun məhv olmasına səbəb olmuşdur. Hazırda yalnız
Abşeronun Nardaran kəndində yaşı 200 və daha çox olan
zeytun ağacları qalmışdır. Bakıda, Gəncədə yaşı 90- dan
yuxarı olan bir qrup ağac saxlanmışdır. O dövrdə bütün
ə
kinlər hesaba alınmaqla MDB- də zeytun plantasiyası 1500
hektardan çox idi.
Keçmiş SSR Nazirlər Sovetinin 1947- ci il 4
dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv
inkişaf edir və sənaye əhəmiyyəti alır. Həmin qərarda
ttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında
3 min hektar zeytun plantasiyası salınması müəyyən
olunmuşdu.
Zeytun bitkisinin inkişaf etdiyi indiki mərhələdə,
Azərbaycan əmtəəlik zeytun məhsulları üzrə əsas ölkədir.
Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki
Abşeron yarımadasının hər yerində yayılmışdır. 1949- cu
ildə Zığda ixtisaslaşdırılmış zeytun sovxozu təşkil
olunmuşdu. ndi burada 200 hektar zeytun bağı vardır ki,
onun da 90% hektarı bar verir.
Maştağa subtropik bitkilər sovxozunda da istehsal
xarakteri daşıyan 87,8 hektar zeytun bağı vardı. 1964- cü
ildə Maştağa zəfəran sovxozunda daha iri, 100 hektar
sahədə başdan- başa zeytun plantasiyası salınmışdı.
Zirə, Hövsan, Türkan və Əzizbəyov adına
sovxozlarda da 30 – 60 hektardan ibarət müxtəlif dərəcədə
seyrək zeytun sahələri vardı.
Zeytun bağ bitkisi olmaqla yanaşı, Bakı və
bütünlüklə Abşeronun yaşıllaşdırma təsərrüfatlarında da
böyük yer tutur. Parklarda, bağlarda və şəhərətrafı yolların
Zeytun və
zeytun yağ
ı_________________________________
16
kənarlarında əkilən 80 minə qədər zeytun ağacı dekorativ-
yaşıllıq (bəzək) bitkisi deyil, həm də meyvə ağacı kimi
ə
həmiyyətlidir.
Zeytun tək- tək və qrup ilə Tərtər, Ağdam, Bərdə,
Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir,
Lənkəran, Zaqatala şəhərlərində və respublikanın bir sıra
başqa rayonlarında da yetişdirilir.
Bütün təsərrüfatlarda və yaşıllaşdırma sahələrində
hasil olan məhsul əvvəllər 1962- ci ildə yaradılan Maştağa
konserv zavoduna verilirdi. Burada zeytun meyvələrindən
göy konserv düzəldilir, qara meyvələr quru halda duzlanılır,
habelə zeytun yağı istehsal olunurdu. Zeytun bağları bar
verməyə başladıqca tədarük olunan və emal edilən
meyvələrin də miqdarı artırdı. Maştağa konserv zavodu
1964- cü ildə 153 t meyvə tədarük etmiş və bundan 491,1
min şərti banka göy konserv, 30 t qara zeytun və 10,1 t
yüksək keyfiyyətli zeytun yağı istehsal etmişdi.
O dövrdə Azərbaycanda hazırlanan zeytun məh-
sulu Sovet ttifaqının hər yerinə, habelə Çexoslovakiyaya,
rana, Polşaya və Almaniyaya göndərilirdi.
Azərbaycanda zeytunçuluğun inkişafı üçün
Abşeron zonası ideal ərazi hesab olunur. Vaxtilə məhz
Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının
salınması təsadüfi deyildir.
Amma zeytun ağacı gilli torpağı sevmir, ona görə
də nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün
xüsusi yerlər seçilir.
ndiyə kimi Azərbaycanda zeytunçuluq demək
olar ki, Abşeronda inkişaf etmişdir. 1962- ci ildə Bakı
Zeytun Emalı Konserv Zavodu yaradılmışdı. Həmin zavod
sonralar Maştağa Konserv Zavodu adlanırdı. Həmin
zavodun məhsulları dünyanın bir çox ölkələrinə göndə-
rilmişdir. 1984- cü ildə Almaniya Demokratik Respub-
likasında keçirilə Leypsiq yarmarkasında zavodun məhsul-
__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
17
ları Böyük qızıl medala, 1986- cı ildə Çexoslovakiyanın
Nitra şəhərində keçirilən yarmarkada isə zeytun yağı və
kokteylləri Qızıl medala layiq görülüb.
Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər
zeytun yetişdirməklə az məşğul olurdular. Bəzi
araşdırmalara görə zeytun məhsulu xarici ölkələrdən
gətirilirdi. Sonralar isə bu bitkinin yetişdirilməsi üçün elmi-
tədqiqat müəssisələri təşkil edildi və zeytunçuluğun
inkişafı, yetişdirilməsi üsulları genişləndirildi.
Respublikamızda zeytun yetişdirən sovxozlar
yaradıldı. Bunlardan biri 1945- 50- ci illərdə yaradılmış 2
Zığ
Zeytunçuluq
Sovxozudur.
Zığ
Zeytunçuluq
Sovxozunda 98 hektar plantasiyalar salınmışdı və zeytunun
çoxaldılması, yayılması sahəsində böyük işlər görülmüşdü.
Bu sovxoz həmin illərdə yaşıl çubuqlar əkməklə isti
ş
itilliyin faydalı səmərəsindən istifadə etmişdi.
Zığ sovxozu zeytun bitkisinin əkin materialının
yetişdirilməsinə görə iki dəfə Ümumittifaq Kənd Təsər-
rüfatı sərgisinin iştirakçısı olmuşdu.
1№- li Hövsan Zeytunçuluq sovxozu 1968- ci ildə
ilkin olaraq yaradılmışdı. Bu sovxozda zeytun ağacları
1984- cü ilə qədər hər il yetişdirilib. Hövsan qəsəbəsində də
bu təsərrüfat xeyli genişlənmişdi və 708 hektar sahəni əhatə
edən plantasiyalar yaradılmışdı. Hövsan zeytunçuluq
təsərrüfatında müxtəlif növ ağaclar yetişdirilib, yüksək
məhsul istehsalı əldə edilmişdi. Buranın torpağı əkin üçün
çox əlverişli, münbit, iqlimi isə çox əhəmiyyətlidir. Zeytun
ağacları bu şəraitə daha tez uyğunlaşıb keyfiyyətli və yüksə
bar verir. Həmçinin Maştağa zonasında zeytun yetişdirən
subtropik bitkilər sovxozu yaradılmış və ərazidə bol məhsul
verən plantasiyalar salınmışdı.
1974- cü ildə Maştağada Subtropik Kənd
Təsərrüfatı Müəssisəsi yaradılmışdı. 1983- 88- ci illərədək
Maştağa sovxozunda geniş miqyasda zeytun bitkisi
Zeytun və
zeytun yağ
ı_________________________________
18
yetişdirilib və bu sahədə böyük uğurlar qazanmışlar.
Maştağa sovxozunda həmçinin meyvələri emal etmək üçün
xüsusi sexlər də fəaliyyət göstərib. Bundan əlavə, orada əla
növlü zeytun bitkiləri kolleksiyası yaradılmışdır ki,
bunlardan başlanğıc materialı kimi istifadə ediblər.
Maştağada
yetişdirilən
zeytun
bitkilərinin
plantasiyası 38 hektar olmuşdu. Bilgəh bağlarında da yetiş-
dirilən zeytun ağacları, kifayət qədər üzvi gübrə verildikdə
qumlu torpaqlarda da məhsuldar inkişaf edir, meyvə verir
və çoxalırlar. Bilgəh zonasında zeytun yetişdirilən
plantasiyalar 196 hektar sahəni əhatə edirdi. 1964- 65- ci
illərdə Kəndli fermer Təsərrüfatı da yaradılmışdı.
Xüsusilə qeyd etmək lazımdır ki, bir çox
müşahidələr göstərmişdir ki, Bilgəh zonasında yerli növlər
dəfələrlə sınaqdan keçirilmiş və bu növlər seçilərək
artırılmışdır. Digər tərəfdən isə başqa yerlərdən gətirilmiş
növlər şəraitə uyğun tədqiq olunmuşdur.
Ümumiyyətlə, respublikanın subtropik zonalarında
100- dən artıq zeytun növü toplanmışdır. Aparılan tədqiqat
işləri göstərmişdir ki, yerli növlərin şəraitə, iqlimə
davamlılığı, məhsuldarlığı və meyvələrinin keyfiyyəti
etibarı ilə xarici növlərindən üstündürlər.
Sovet dönəmində Abşeronun zeytun bağlarında
20-30 il ərzində zeytun sahələri 3 min hektara çatdırıl-
mışdı. Lakin keçən əsrin 90- cı illərindəki qarışıqlıq, anar-
xiya və xaos nəticəsində zeytun bağlarına xeyli ziyan dəyir.
Keçən əsrin 70- ci illərindən 90- cı illərin
ə
vvəllərinə kimi, Abşeronda zeytun bağlarının ümumi
sahəsi 2600 hektara çatdırılmışdı ki, bunun da 1000
hektardan çoxu məhsul verirdi. Hazırda 1868 hektar zeytun
sahəsinin 1556 hektarı bar verir. Son on ildə zeytun
məhsulunun yığılması və ondan yağ istehsalı ilə “Azersun
Holdinq” şirkətlər qrupu məşğul olur. Şirkət zeytun
meyvəsini tədarük edib Dübəndidəki zavodunda yağı