__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
27
Odur ki, çiçəkləmə dövrünün hava şəraiti cari ilin
məhsulunun yaranmasında görkəmli rol oynayır. Nisbətən
sakit (Abşeronun şimal küləyi olmadan), isti, yağışsız hava
tozluqların yaxşı yayılmasına, çiçəklərin daha tam
mayalanmasına və yüksək məhsulun əsasının qoyulmasına
səbəb olur.
Zeytunun xarakterik bioloji xüsusiyyətindən biri,
ildən və sortdan asılı olaraq, çiçəklərinin yüksək dərəcədə
defektiv (100%- dək) olmasıdır. Bu həm dişi, həm də erkək
çiçəklərin orqanlarının degenerasiyası ilə (bioloji pozulma)
ə
laqədardır. Degenerasiyanın əmələ gəlməsinin əsas səbəbi
xarici mühit şəraitidir. Vaxtında və keyfiyyətlə yerinə
yetirilən aqrotexniki tədbirlər (gübrələmə, xüsusən azotlu
gübrələrlə, suvarma, zoğların boy düyümünün qoparılması
və s.) optimal miqdarda (35- 45%) ikicinsli çiçəklərin əmələ
gəlməsinə və müntəzəm olaraq yaxşı məhsul götürülməsinə
şə
rait yaradır. Sortundan asılı olaraq zeytunun faydalı
yumurtalıqları əmələ gələn çiçəklərin ümumi miqdarının 2
– 7%- ni təşkil edir.
Zeytun meyvələrinin yetişməsi – texniki
yetişkənliyə (meyvələr sorta münasib ölçüyə catdıqda, lakin
rəngi hələ göy olduqda) oktyabrda başlayır və onları “göy
zeytun” konservləşdirməkdə istifadə etmək olar. Həmin
yetişkənlik mərhələsində olan meyvələrin tərkibində,
sortundan asılı olaraq quru maddəyə görə 40 – 64% yağ
olur. Meyvələri göy- bənövşəyi və ya qara rəng aldıqda tam
botaniki yetişkənlik dövrünə çatır. Bu yetişkənlik sortdan
və hava şəraitindən asılı olaraq yanvarın ortasına kimi
davam edir.
1.3.3. Zeytunun aqroekoloji xarakteristikası
Zeytun yetişdirən rayonlarda onun normal boy atıb
inkişaf etməsi vegetasiya ərzində fəal temperaturun yekunu
Zeytun və
zeytun yağ
ı_________________________________
28
3500 – 4500
0
C olduqda baş verir. Azərbaycanın zeytun
yetişdirilən rayonlarında havanın mütləq minimumu ən
soyuq keçən 1939/40, 1949/50 və 1963/64- cü illərin
qışında qeyd olunmuş və ayrı- ayrı mikrosahələrdə havanın
temperaturu -20
0
C- yə çatmış ki, bu da zeytun ağaclarının
müxtəlif dərəcədə donmasına səbəb olmuşdur.
Eyni bir sahədə bitkilərin inkişaf vəziyyətindən,
onların qışa hazırlanmasından, aşağı temperaturun təsi-
rindən, davamından və başqa amillərdən asılı olmayaraq,
bitkilərin zədələnmə dərəcəsi sortun xüsusiyyətindən asılı
olmuşdur. Yerli sortlar və formalar şaxtaya davamlı
olmalarına görə xüsusilə fərqlənirlər. Bu sortlara –
Azərbaycan zeytunu, Buzovna zeytunu, Bakı zeytunu, Qara
zeytun, Armudu zeytun, Şirin zeytun və başqaları daxildir.
Göstərilən sortlar qısa müddət davam edən aşağı
temperatura (-13 -15
0
C) dözür. Xarici mənşəli sortlar –
Aqostino, Sevilyano, Manzanillo, Koreciolo şaxtaya
davamsızdır və -8, -11
0
C şaxtaya dözə bilir.
Müxtəlif ekoloji şəraitdə və mikrozonalarda
zeytun bağları salarkən sortları təkcə keyfiyyətinə və
məhsuldarlığına görə deyil, habelə onların şaxtaya
davamlılığını nəzərə almaqla aşağı temperatura dair çoxillik
məlumatlara əsasən iqlim şəraiti ilə müqayisə etməklə
seçmək lazımdır. Çünki mütləq minimum respublikanın bir
çox təbii zonalaraında və mikrozonalarında zeytunun
inkişafı üçün əsas amil sayılır.
Uzun illərin tədqiqat nəticələri və aparılan
müşahidələr Abşeron yarımadasında və Qaradəniz
sahillərindəki ekoloji şəraitdə yetişən zeytun sortlarını
ş
axtaya davamlılığına görə 4 qrupa bölmək olar.
1. Şaxtaya əla davamlı sortlar. Çoxillik ağacların
budaqları və kötüyü qısamüddətli -17, -18
0
C şaxtaya davam
gətirir. Belə sortlara Buzovna zeytunu, irimeyvəli Nikita və
Tbilisi sortları aiddir.
__________________________________________Ə
hmə
d-Cabir Ə
hmə
dov
29
2. Şaxtaya nisbətən yaxşı davamlı sortlar. Bu
qrupun ağacları -15, -18
0
C şaxtaya davam gətirir. Bunlara
Azərbaycan zeytunu, Bakı zeytunu, Qara zeytun,
Tolqamskaya, Tossiyskaya, Askolano, Nikita – 1 sortları
aiddir.
3. Şaxtaya orta davamlı sortlar. Bu qrupun
ağacları -13,5 , -14
0
C şaxtaya davam gətirir. Üçüncü qrupa
Qorvala, Leççino, Pikvales, Armudu zeytun, Della
Madonna sortları aiddir.
4. Şaxtaya natamam davamlı sortlar. Bu qrupun
ağacları -8, -10
0
C şaxtaya qısamüddətdə davamlıdırlar.
Dördüncü qrupa Aqostino, Sevilyano, Manzanillo,
Koreciolo sortları daxildir.
Ş
irin zeytun, Santa Katerina, Dolçe-del-Morokko
zeytun sortları üçüncü və dördüncü qrup arasında orta yeri
tutur. lin şəraitindən asılı olaraq -14
0
C- dən aşağı
temperatura davam gətirirlər.
1.4. Zeytunun botaniki sortları
Zeytunun keçmiş SSR - nin subtropiklərində
yetişdirilən 80- ə qədər vətən və xaricdən gətirilən sortları
məlum idi. Onların 50- ə qədər sort və 30- a qədər forma
müxtəlifliyi Azərbaycanda var. Bu sortlara taliya, spaniya,
ranın Artvin bölgəsindən gətirilən zeytunlar, eləcə də
Azərbaycan Respublikası, Krım Vilayəti, Qərbi və Cənubi
Gürcüstanda yetişən yerli vətən sortları aiddir.
Xaricdən gətirilən və vətən sortları Azərbaycan
Elmi- Tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər
nstitutunun kolleksiyasında və MDB- nin digər
bölgələrində (Krım, Gürcüstan, Tacikistan və digər
bölgələr) toplanmışdır.
MDB- nin subtropiklərində becərilən xarici zeytun
sortlarından Aqostino, Askolano, Della Madonna,
Zeytun və zeytun yağı_________________________________
30
Koreciolo, Leççino, Mission, Manzanillo, Ratso, Santa
Katerina, Sevilyano və digərləri; Artvin sortlarından
Qorvala, Nacviyskaya, Otur. Tolqomskaya, Tossiyskaya,
Tbilisi və digərləri aiddir. Bu zeytun sortlarından vətən
kolleksiyasının perspektiv sortları sayılan Nikita-1, Nikita-2
və ya irimeyvəli Nikita, Nikita-5, Nikita-6, Krım-172,
Tezyetişən Krım, Kolxozçu, Primorski, Xırdayarpaqlı,
Məhsuldar və digər sortlar selleksiya yolu ilə yetişdirilib
becərilmişdir. Gürcüstanın yerli sortlarından Kardanaxi
(Qərbi Gürcüstandan) və irimeyvəli Suxumi (Qərbi
Gürcüstandan) ən yaxşı zeytun sortları hesab edilir.
Azərbaycanda yetişən və becərilən zeytun sortları
və onun forma müxtəlifliyi Azərbaycan Elmi- Tədqiqat
bağçılıq, üzümçülük və subtropik bitkilər
nstitutu
tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Həmin nstitutun
ə
məkdaşları E.S. Xramov və .A. Jiqareviç tərəfindən 10-14
il müddətində zeytunun 28 forma və sortu öyrənilmişdir.
Zeytun sortlarının təsərrüfat- botaniki göstəriciləri
ş
axtaya davamlılıq, yetişmə müddəti, məhsuldarlığı,
meyvənin əmtəəlik- texnoloji keyfiyyəti (yağlılığı, ətliliyi
və ətliyin konsistensiyasına görə) üzrə qiymətləndirilmişdir.
Tədqiqatlar
nəticəsində
geniş
miqyasda
becərilmək və istifadə olunmaq üçün aşağıdakı zeytun
sortları seçilmişdir.
Vətən sortlarından Azərbaycan Zeytunu (Baki-
25), Şirin Zeytun (Bakı-17), Qara Zeytun (Bakı-88),
Armudu Zeytun (Bakı-68), Buzovna Zeytunu, Bakı
Zeytunu (Bakı-8), Nikita-1, Nikita-2 və ya irimeyvəli
Nikita, Krım, xaricdən gətirilən sortlardan Askolano,
Aqostino, Della Madonna, Pikvales, Santa Katerina, Tbilisi,
Tolqomskaya, Tossiyskaya.
Meyvəsindən təsərrüfatda istifadə olunmasına
görə zeytun sortları üç qrupa bölünür: