Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



27

Odur  ki,  çiçəkləmə  dövrünün  hava  şəraiti  cari  ilin 

məhsulunun  yaranmasında  görkəmli  rol  oynayır.  Nisbətən 

sakit (Abşeronun şimal küləyi olmadan), isti, yağışsız hava 

tozluqların  yaxşı  yayılmasına,  çiçəklərin  daha  tam 

mayalanmasına  və  yüksək  məhsulun  əsasının  qoyulmasına 

səbəb olur.  

Zeytunun  xarakterik  bioloji  xüsusiyyətindən  biri, 

ildən  və  sortdan  asılı  olaraq,  çiçəklərinin  yüksək  dərəcədə 

defektiv (100%- dək) olmasıdır. Bu həm dişi, həm də erkək 

çiçəklərin orqanlarının degenerasiyası ilə (bioloji pozulma) 

ə

laqədardır. Degenerasiyanın əmələ gəlməsinin əsas səbəbi 



xarici  mühit  şəraitidir.  Vaxtında  və  keyfiyyətlə  yerinə 

yetirilən  aqrotexniki  tədbirlər  (gübrələmə,  xüsusən  azotlu 

gübrələrlə,  suvarma,  zoğların  boy  düyümünün  qoparılması 

və s.) optimal miqdarda (35- 45%) ikicinsli çiçəklərin əmələ 

gəlməsinə və müntəzəm olaraq yaxşı məhsul götürülməsinə 

şə

rait  yaradır.  Sortundan  asılı  olaraq  zeytunun  faydalı 



yumurtalıqları  əmələ  gələn  çiçəklərin  ümumi  miqdarının  2 

– 7%- ni təşkil edir.  

Zeytun  meyvələrinin  yetişməsi  –  texniki 

yetişkənliyə (meyvələr sorta münasib ölçüyə catdıqda, lakin 

rəngi  hələ  göy  olduqda)  oktyabrda  başlayır  və  onları  “göy 

zeytun”  konservləşdirməkdə  istifadə  etmək  olar.  Həmin 

yetişkənlik  mərhələsində  olan  meyvələrin  tərkibində, 

sortundan  asılı  olaraq  quru  maddəyə  görə  40  –  64%  yağ 

olur. Meyvələri göy- bənövşəyi və ya qara rəng aldıqda tam 

botaniki  yetişkənlik  dövrünə  çatır.  Bu  yetişkənlik  sortdan 

və  hava  şəraitindən  asılı  olaraq  yanvarın  ortasına  kimi 

davam edir.  

 

       1.3.3. Zeytunun aqroekoloji xarakteristikası 

 

Zeytun yetişdirən rayonlarda onun normal boy atıb 



inkişaf etməsi vegetasiya ərzində fəal temperaturun yekunu 

Zeytun və zeytun yağı_________________________________ 

 

28



3500  –  4500

0

C  olduqda  baş  verir.  Azərbaycanın  zeytun 



yetişdirilən  rayonlarında  havanın  mütləq  minimumu  ən 

soyuq  keçən  1939/40,  1949/50  və  1963/64-  cü  illərin 

qışında qeyd olunmuş və ayrı- ayrı mikrosahələrdə havanın 

temperaturu  -20

0

C-  yə  çatmış  ki,  bu  da  zeytun  ağaclarının 



müxtəlif dərəcədə donmasına səbəb olmuşdur.  

Eyni  bir  sahədə  bitkilərin  inkişaf  vəziyyətindən, 

onların  qışa  hazırlanmasından,  aşağı  temperaturun  təsi-

rindən,  davamından  və  başqa  amillərdən  asılı  olmayaraq, 

bitkilərin  zədələnmə  dərəcəsi  sortun  xüsusiyyətindən  asılı 

olmuşdur.  Yerli  sortlar  və  formalar  şaxtaya  davamlı 

olmalarına  görə  xüsusilə  fərqlənirlər.  Bu  sortlara  – 

Azərbaycan zeytunu, Buzovna zeytunu, Bakı zeytunu, Qara 

zeytun, Armudu zeytun, Şirin zeytun və başqaları daxildir. 

Göstərilən  sortlar  qısa  müddət  davam  edən  aşağı 

temperatura  (-13  -15

0

C)  dözür.  Xarici  mənşəli  sortlar  – 



Aqostino,  Sevilyano,  Manzanillo,  Koreciolo  şaxtaya 

davamsızdır və -8, -11

0

C şaxtaya dözə bilir.  



Müxtəlif  ekoloji  şəraitdə  və  mikrozonalarda 

zeytun  bağları  salarkən  sortları  təkcə  keyfiyyətinə  və 

məhsuldarlığına  görə  deyil,  habelə  onların  şaxtaya 

davamlılığını nəzərə almaqla aşağı temperatura dair çoxillik 

məlumatlara  əsasən  iqlim  şəraiti  ilə  müqayisə  etməklə 

seçmək lazımdır. Çünki mütləq minimum respublikanın bir 

çox  təbii  zonalaraında  və  mikrozonalarında  zeytunun 

inkişafı üçün əsas amil sayılır. 

Uzun  illərin  tədqiqat  nəticələri  və  aparılan 

müşahidələr  Abşeron  yarımadasında  və  Qaradəniz 

sahillərindəki  ekoloji  şəraitdə  yetişən  zeytun  sortlarını 

ş

axtaya davamlılığına görə 4 qrupa bölmək olar.  



1.  Şaxtaya  əla  davamlı  sortlar.  Çoxillik  ağacların 

budaqları və kötüyü qısamüddətli -17, -18

0

C şaxtaya davam 



gətirir. Belə sortlara Buzovna zeytunu, irimeyvəli Nikita və 

Tbilisi sortları aiddir. 




__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



29

2.  Şaxtaya  nisbətən  yaxşı  davamlı  sortlar.  Bu 

qrupun  ağacları  -15,  -18

0

C  şaxtaya  davam  gətirir.  Bunlara 



Azərbaycan  zeytunu,  Bakı  zeytunu,  Qara  zeytun, 

Tolqamskaya,  Tossiyskaya,  Askolano,  Nikita  –  1  sortları 

aiddir. 

3.  Şaxtaya  orta  davamlı  sortlar.  Bu  qrupun 

ağacları -13,5 , -14

0

C şaxtaya davam gətirir. Üçüncü qrupa 



Qorvala,  Leççino,  Pikvales,  Armudu  zeytun,  Della 

Madonna sortları aiddir.  

4.  Şaxtaya  natamam  davamlı  sortlar.  Bu  qrupun 

ağacları  -8,  -10

0

C  şaxtaya  qısamüddətdə  davamlıdırlar. 



Dördüncü  qrupa  Aqostino,  Sevilyano,  Manzanillo, 

Koreciolo sortları daxildir.  

Ş

irin  zeytun,  Santa  Katerina,  Dolçe-del-Morokko 



zeytun sortları üçüncü və dördüncü qrup arasında orta yeri 

tutur.  lin  şəraitindən  asılı  olaraq  -14

0

C-  dən  aşağı 



temperatura davam gətirirlər.  

 

1.4. Zeytunun botaniki sortları 

 

Zeytunun  keçmiş  SSR -  nin  subtropiklərində 

yetişdirilən  80-  ə  qədər  vətən  və  xaricdən  gətirilən  sortları 

məlum  idi.  Onların  50-  ə  qədər  sort  və  30-  a  qədər  forma 

müxtəlifliyi Azərbaycanda var. Bu sortlara  taliya,  spaniya, 

ranın  Artvin  bölgəsindən  gətirilən  zeytunlar,  eləcə  də 

Azərbaycan  Respublikası,  Krım  Vilayəti,  Qərbi  və  Cənubi 

Gürcüstanda yetişən yerli vətən sortları aiddir.  

Xaricdən  gətirilən  və  vətən  sortları  Azərbaycan 

Elmi-  Tədqiqat  Bağçılıq,  üzümçülük  və  subtropik  bitkilər 

nstitutunun  kolleksiyasında  və  MDB-  nin  digər 

bölgələrində  (Krım,  Gürcüstan,  Tacikistan  və  digər 

bölgələr) toplanmışdır.  

MDB- nin subtropiklərində becərilən xarici zeytun 

sortlarından  Aqostino,  Askolano,  Della  Madonna, 

Zeytun və zeytun yağı_________________________________ 

 

30



Koreciolo,  Leççino,  Mission,  Manzanillo,  Ratso,  Santa 

Katerina,  Sevilyano  və  digərləri;  Artvin  sortlarından 

Qorvala,  Nacviyskaya,  Otur.  Tolqomskaya,  Tossiyskaya, 

Tbilisi  və  digərləri  aiddir.  Bu  zeytun  sortlarından  vətən 

kolleksiyasının perspektiv sortları sayılan Nikita-1, Nikita-2 

və  ya  irimeyvəli  Nikita,  Nikita-5,  Nikita-6,  Krım-172, 

Tezyetişən  Krım,  Kolxozçu,  Primorski,  Xırdayarpaqlı, 

Məhsuldar  və  digər  sortlar  selleksiya  yolu  ilə  yetişdirilib 

becərilmişdir.  Gürcüstanın  yerli  sortlarından  Kardanaxi 

(Qərbi  Gürcüstandan)  və  irimeyvəli  Suxumi  (Qərbi 

Gürcüstandan) ən yaxşı zeytun sortları hesab edilir.  

Azərbaycanda  yetişən və becərilən zeytun sortları 

və  onun  forma  müxtəlifliyi  Azərbaycan  Elmi-  Tədqiqat 

bağçılıq,  üzümçülük  və  subtropik  bitkilər 

nstitutu 

tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Həmin  nstitutun 

ə

məkdaşları E.S. Xramov və  .A. Jiqareviç tərəfindən 10-14 



il müddətində zeytunun 28 forma və sortu öyrənilmişdir. 

Zeytun sortlarının təsərrüfat- botaniki göstəriciləri 

ş

axtaya  davamlılıq,  yetişmə  müddəti,  məhsuldarlığı, 



meyvənin  əmtəəlik-  texnoloji  keyfiyyəti  (yağlılığı,  ətliliyi 

və ətliyin konsistensiyasına görə) üzrə qiymətləndirilmişdir. 

Tədqiqatlar 

nəticəsində 

geniş 

miqyasda 



becərilmək  və  istifadə  olunmaq  üçün  aşağıdakı  zeytun 

sortları seçilmişdir.  

Vətən  sortlarından  Azərbaycan  Zeytunu  (Baki-

25),  Şirin  Zeytun  (Bakı-17),  Qara  Zeytun  (Bakı-88), 

Armudu  Zeytun  (Bakı-68),  Buzovna  Zeytunu,  Bakı 

Zeytunu  (Bakı-8),  Nikita-1,  Nikita-2  və  ya  irimeyvəli 

Nikita,  Krım,  xaricdən  gətirilən  sortlardan  Askolano, 

Aqostino, Della Madonna, Pikvales, Santa Katerina, Tbilisi, 

Tolqomskaya, Tossiyskaya. 

Meyvəsindən  təsərrüfatda  istifadə  olunmasına 

görə zeytun sortları üç qrupa bölünür: 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə