Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   2   3   4   5   6   7   8   9   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



15

Azərbaycanda,  VII  –  X  əsrlərin  tarixçiləri  və 

səyyahlarının  məlumatına  görə,  zeytun  Şirvan,  Qarabağın 

aran  rayonlarının  ərazisində  və  Abşeronda  geniş  miqyasda 

yetişdirilmişdir.  şğalçıların,  xüsusən  monqolların  həddən 

artıq  basqınları  əsrlər  boyu  qədimdən  becərilən  yerlərində 

zeytunun  məhv  olmasına  səbəb  olmuşdur.  Hazırda  yalnız 

Abşeronun  Nardaran  kəndində  yaşı  200  və  daha  çox  olan 

zeytun  ağacları  qalmışdır.  Bakıda,  Gəncədə  yaşı  90-  dan 

yuxarı  olan  bir  qrup  ağac  saxlanmışdır.  O  dövrdə  bütün 

ə

kinlər hesaba alınmaqla MDB- də zeytun plantasiyası 1500 



hektardan çox idi. 

Keçmiş  SSR   Nazirlər  Sovetinin  1947-  ci  il  4 

dekabr, 3944 №- li qərarından sonra zeytun bitkisi intensiv 

inkişaf  edir  və  sənaye  əhəmiyyəti  alır.  Həmin  qərarda 

ttifaqda 12 min hektar, o cümlədən Abşeron yarımadasında 

3  min  hektar  zeytun  plantasiyası  salınması  müəyyən 

olunmuşdu.  

Zeytun  bitkisinin  inkişaf  etdiyi  indiki  mərhələdə, 

Azərbaycan  əmtəəlik  zeytun  məhsulları  üzrə  əsas  ölkədir. 

Burada zeytunun ümumi sahəsi 1100 hektara çatır. Bu bitki 

Abşeron  yarımadasının  hər  yerində  yayılmışdır.  1949-  cu 

ildə  Zığda  ixtisaslaşdırılmış  zeytun  sovxozu  təşkil 

olunmuşdu.  ndi  burada  200  hektar  zeytun  bağı  vardır  ki, 

onun da 90% hektarı bar verir. 

Maştağa subtropik bitkilər sovxozunda da istehsal 

xarakteri  daşıyan  87,8  hektar  zeytun  bağı  vardı.  1964-  cü 

ildə  Maştağa  zəfəran  sovxozunda  daha  iri,  100  hektar 

sahədə başdan- başa zeytun plantasiyası salınmışdı. 

Zirə,  Hövsan,  Türkan  və  Əzizbəyov  adına 

sovxozlarda da 30 – 60 hektardan ibarət müxtəlif dərəcədə 

seyrək zeytun sahələri vardı. 

Zeytun  bağ  bitkisi  olmaqla  yanaşı,  Bakı  və 

bütünlüklə  Abşeronun  yaşıllaşdırma  təsərrüfatlarında  da 

böyük  yer tutur. Parklarda, bağlarda və şəhərətrafı yolların 



Zeytun və zeytun yağı_________________________________ 

 

16



kənarlarında  əkilən  80  minə  qədər  zeytun  ağacı  dekorativ- 

yaşıllıq  (bəzək)  bitkisi  deyil,  həm  də  meyvə  ağacı  kimi 

ə

həmiyyətlidir. 



Zeytun tək- tək və qrup ilə Tərtər, Ağdam, Bərdə, 

Ağdaş, Göyçay, Göygöl, Yevlax rayonlarında, Mingəçevir, 

Lənkəran,  Zaqatala  şəhərlərində  və  respublikanın  bir  sıra 

başqa rayonlarında da yetişdirilir. 

Bütün təsərrüfatlarda və yaşıllaşdırma sahələrində 

hasil olan məhsul əvvəllər 1962- ci ildə yaradılan Maştağa 

konserv  zavoduna  verilirdi.  Burada  zeytun  meyvələrindən 

göy konserv düzəldilir, qara meyvələr quru halda duzlanılır, 

habelə  zeytun  yağı  istehsal  olunurdu.  Zeytun  bağları  bar 

verməyə  başladıqca  tədarük  olunan  və  emal  edilən 

meyvələrin  də  miqdarı  artırdı.  Maştağa  konserv  zavodu 

1964- cü ildə 153 t meyvə tədarük etmiş və bundan 491,1 

min  şərti  banka  göy  konserv,  30  t  qara  zeytun  və  10,1  t 

yüksək keyfiyyətli zeytun yağı istehsal etmişdi. 

O  dövrdə  Azərbaycanda  hazırlanan  zeytun  məh-

sulu  Sovet  ttifaqının  hər  yerinə,  habelə  Çexoslovakiyaya, 

rana, Polşaya və Almaniyaya göndərilirdi. 

Azərbaycanda  zeytunçuluğun  inkişafı  üçün 

Abşeron  zonası  ideal  ərazi  hesab  olunur.  Vaxtilə  məhz 

Abşeronda 3000 hektar ərazini əhatə edən zeytun bağlarının 

salınması təsadüfi deyildir. 

Amma zeytun ağacı gilli torpağı sevmir, ona görə 

də nəzərdə tutulan bölgələrdə zeytun kollarını əkmək üçün 

xüsusi yerlər seçilir. 

ndiyə  kimi  Azərbaycanda  zeytunçuluq  demək 

olar  ki,  Abşeronda  inkişaf  etmişdir.  1962-  ci  ildə  Bakı 

Zeytun Emalı Konserv Zavodu  yaradılmışdı. Həmin zavod 

sonralar  Maştağa  Konserv  Zavodu  adlanırdı.  Həmin 

zavodun  məhsulları  dünyanın  bir  çox  ölkələrinə  göndə-

rilmişdir.  1984-  cü  ildə  Almaniya  Demokratik  Respub-

likasında keçirilə  Leypsiq  yarmarkasında zavodun məhsul-



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



17

ları  Böyük  qızıl  medala,  1986-  cı  ildə  Çexoslovakiyanın 

Nitra  şəhərində  keçirilən  yarmarkada  isə  zeytun  yağı  və 

kokteylləri Qızıl medala layiq görülüb. 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulana  qədər 

zeytun  yetişdirməklə  az  məşğul  olurdular.  Bəzi 

araşdırmalara  görə  zeytun  məhsulu  xarici  ölkələrdən 

gətirilirdi. Sonralar isə bu bitkinin yetişdirilməsi üçün elmi- 

tədqiqat  müəssisələri  təşkil  edildi  və  zeytunçuluğun 

inkişafı, yetişdirilməsi üsulları genişləndirildi.  

Respublikamızda  zeytun  yetişdirən  sovxozlar 

yaradıldı.  Bunlardan  biri  1945-  50-  ci  illərdə  yaradılmış  2 

Zığ 

Zeytunçuluq 



Sovxozudur. 

Zığ 


Zeytunçuluq 

Sovxozunda 98 hektar plantasiyalar salınmışdı və zeytunun 

çoxaldılması, yayılması sahəsində böyük işlər görülmüşdü. 

Bu  sovxoz  həmin  illərdə  yaşıl  çubuqlar  əkməklə  isti 

ş

itilliyin faydalı səmərəsindən istifadə etmişdi.  



Zığ  sovxozu  zeytun  bitkisinin  əkin  materialının 

yetişdirilməsinə  görə  iki  dəfə  Ümumittifaq  Kənd  Təsər-

rüfatı sərgisinin iştirakçısı olmuşdu. 

1№- li Hövsan Zeytunçuluq sovxozu 1968- ci ildə 

ilkin  olaraq  yaradılmışdı.  Bu  sovxozda  zeytun  ağacları 

1984- cü ilə qədər hər il yetişdirilib. Hövsan qəsəbəsində də 

bu təsərrüfat xeyli genişlənmişdi və 708 hektar sahəni əhatə 

edən  plantasiyalar  yaradılmışdı.  Hövsan  zeytunçuluq 

təsərrüfatında  müxtəlif  növ  ağaclar  yetişdirilib,  yüksək 

məhsul  istehsalı  əldə  edilmişdi.  Buranın  torpağı  əkin  üçün 

çox əlverişli, münbit, iqlimi isə çox əhəmiyyətlidir. Zeytun 

ağacları bu şəraitə daha tez uyğunlaşıb keyfiyyətli və yüksə 

bar  verir.  Həmçinin  Maştağa  zonasında  zeytun  yetişdirən 

subtropik bitkilər sovxozu yaradılmış və ərazidə bol məhsul 

verən plantasiyalar salınmışdı. 

1974-  cü  ildə  Maştağada  Subtropik  Kənd 

Təsərrüfatı  Müəssisəsi  yaradılmışdı.  1983-  88-  ci  illərədək 

Maştağa  sovxozunda  geniş  miqyasda  zeytun  bitkisi 



Zeytun və zeytun yağı_________________________________ 

 

18



yetişdirilib  və  bu  sahədə  böyük  uğurlar  qazanmışlar. 

Maştağa sovxozunda həmçinin meyvələri emal etmək üçün 

xüsusi sexlər də fəaliyyət göstərib. Bundan əlavə, orada əla 

növlü  zeytun  bitkiləri  kolleksiyası  yaradılmışdır  ki, 

bunlardan başlanğıc materialı kimi istifadə ediblər.  

Maştağada 

yetişdirilən 

zeytun 


bitkilərinin 

plantasiyası 38 hektar olmuşdu. Bilgəh bağlarında da yetiş-

dirilən zeytun ağacları, kifayət qədər üzvi gübrə verildikdə 

qumlu  torpaqlarda  da  məhsuldar  inkişaf  edir,  meyvə  verir 

və  çoxalırlar.  Bilgəh  zonasında  zeytun  yetişdirilən 

plantasiyalar  196  hektar  sahəni  əhatə  edirdi.  1964-  65-  ci 

illərdə Kəndli fermer Təsərrüfatı da yaradılmışdı. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  bir  çox 

müşahidələr  göstərmişdir ki,  Bilgəh zonasında  yerli növlər 

dəfələrlə  sınaqdan  keçirilmiş  və  bu  növlər  seçilərək 

artırılmışdır.  Digər  tərəfdən  isə  başqa  yerlərdən  gətirilmiş 

növlər şəraitə uyğun tədqiq olunmuşdur. 

Ümumiyyətlə, respublikanın subtropik zonalarında 

100- dən artıq zeytun növü toplanmışdır. Aparılan tədqiqat 

işləri  göstərmişdir  ki,  yerli  növlərin  şəraitə,  iqlimə 

davamlılığı,  məhsuldarlığı  və  meyvələrinin  keyfiyyəti 

etibarı ilə xarici növlərindən üstündürlər.  

Sovet  dönəmində  Abşeronun  zeytun  bağlarında 

20-30  il  ərzində  zeytun  sahələri  3  min  hektara  çatdırıl-

mışdı. Lakin keçən əsrin 90- cı illərindəki qarışıqlıq, anar-

xiya və xaos nəticəsində zeytun bağlarına xeyli ziyan dəyir.  

Keçən  əsrin  70-  ci  illərindən  90-  cı  illərin 

ə

vvəllərinə  kimi,  Abşeronda  zeytun  bağlarının  ümumi 



sahəsi  2600  hektara  çatdırılmışdı  ki,  bunun  da  1000 

hektardan çoxu məhsul verirdi. Hazırda 1868 hektar zeytun 

sahəsinin  1556  hektarı  bar  verir.  Son  on  ildə  zeytun 

məhsulunun  yığılması  və  ondan  yağ  istehsalı  ilə  “Azersun 

Holdinq”  şirkətlər  qrupu  məşğul  olur.  Şirkət  zeytun 

meyvəsini  tədarük  edib  Dübəndidəki  zavodunda  yağı 




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə