Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   2   3   4   5   6   7   8   9   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



11

Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  «Zeytun  yağını 

yeyin  və  onu  bədəninizə  sürtün,  çünki  o,  mübarək  bir 

ağacdan hasilə gəlib». 

Burada «mübarək ağac» ifadəsilə o Cənab (s.ə.v.) 

“Quranı-Kərim”-in  iyirmi  dördüncü  (Nur)  surəsinin  otuz 

beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur. 

«…  O  çıraq  nə  şərqdə,  nə  də  qərbdə  (aləmin 

ortasında) 

olan  mübarək  bir  zeytun  ağacından 

yandırılır.  Onun  (zeytun  ağacının)  yağı  özünə  od 

toxunmasa  da,  sanki  (haradasa)  işıq  saçır.  O,  nur 

üstündə nurdur…»(ən-Nur, 24/25). 

Təfsirlərdə  deyilir  ki,  bu,  yəni  zeytun  ağacı,  yer 

yox, göy ağacıdır. 

Peyğəmbər (s.ə.v.): 

1.

  Zeytun yağı için. O, mübarək ağacdandır. Onu 



yavanlıq  kimi  də  istifadə  edin,  yağını  bədəninizə  çəkin. 

Çünki o, mübarək bir ağacdan hasil olur. 

2.

  «Sünənü-Tirmizi»  -  Zeyd  ibn  Ərqəmdən: 



Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı dəniz 

qustu  (dənizdə  bitən  ot)  və  zeytun  yağıyla  müalicə 

olunmağımızı əmr etdi. 

3.

  Zeytun  yağından  istifadə  edin,  onu  için,  yağını 



bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır. 

4.

  Mübarək 



zeytun  ağacının  meyvəsi  olan 

zeytunun yağından istifadə edin, onunla müalicə olunun. O, 

insanı babasildən qoruyur. 

5.

  Zeytun  yağı  için,  ondan  bədəninizə  çəkin. 



Onda cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var. 

6.

  Zeytun  yağı  yaxşı  insanların  yağı,  onların  ya-



vanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovuşanda 

bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb. 

Imam  Əli  (ə):  “Zeytun  yağını  bədəninizə  çəkin, 

ondan  yavanlıq  kimi  istifadə  edin.  Zeytun  olan  yerdə  heç 

bir xəstəlik insanı yaxalamaz”. 

Zeytun və zeytun yağı_________________________________ 

 

12



Imam Cəfər Sadiq (ə): 

1.

  Sıyığı  zeytun  yağı  ilə  yemək  ət  gətirir 



(kökəldir),  sümüyü  bərkidir,  dərini  nazikləşdirir  və  cinsi 

qabiliyyəti artırır. 

2.

  Bir  kişinin  bədənində  sızanaq  və  ya  çiban 



çıxsa,  onu  bağlasın  və  zeytun  yağı,  ya  da  heyvan  yağı  ilə 

müalicə aparsın.  

3.

   «Zeytun  yağı  pak  adamların  yediyi  yağdır  və 



yaxşı kəslərin təamıdır». 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



13

BIRINCI FƏSIL.  ZEYTUN BITKISI 

 

1.1. Zeytun bitkisinin tarixi, yayılması və 

müasir vəziyyəti 

 

Zeytun  subtropik  bitkilərdən  ən  çox  yayılmış 

meyvədir.  Ondan  qida  məqsədləri  üçün  istifadə  olunan 

zeytun  yağı  və  konservləşdirilmiş  zeytun  məhsulları 

hazırlanır. Zeytun bitkisi 4000 ildən artıqdır ki, məlumdur.  

Qida bitkisi kimi zeytun hələ qədimdən  taliyada, 

spaniyada,  Yunanıstanda,  Misirdə  və  Asiyada  yüksək 

qiymətləndirilmişdir. 

Zeytunun  vətəni  Kiçik  Asiya  və  Yunanıstan 

sayılır.  Buradan  o  bütün  Aralıq  dənizi  sahili  ölkələrinə 

yayılmış  və  sonralar  Afrikaya,  Amerikaya,  Avstraliyaya 

aparılmışdır.  Bəşəriyyətə  hələ  bizim  eradan  2500  il  əvvəl 

məlum olan ən qədim mədəni bitkilərdən biri kimi zeytunun 

hazırkı  yayıldığı  areal  da  çox  genişdir.  Dünyanın  bütün 

ölkələrində  zeytunun  ümumi  sahəsi  10  milyon  hektardan 

çox,  ağacların  sayı  isə  900  milyona  qədərdir.  Qədim 

mədəniyyətə malik olan  əsas ölkələrdə, zeytunun inkişafına 

dair tarixi rəqəmlərə nisbətən onun həmin ölkələrdəki əkin 

sahəsi xeyli azalmışdır. 

Hazırda  zeytun  istehsal  edən  əsas  ölkələrdən  biri 

spaniyadır.  Burada  zeytun  9,0  milyondan  çox  hektar  sahə 

tutur  və  300  milyona  qədər  ağac  vardır.  Zeytun  bağlarının 

yarıdan çoxu Andaluziyada cəmlənmişdir. Dünya bazarında 

span  zeytun  yağı  çox  yüksək  qiymətləndirilir.  Sortların 

orta yağlılığı 16- 25% arasında dəyişir. 

taliyada  başqa  bitkilər  arasında  zeytun  əsas  yeri 

tutur.  Burada  zeytun  bağlarının  sahəsi  2,2  milyon  hektara, 

yağ istehsalı isə 922 min tona çatır. Sortların orta yağlılığı 



Zeytun və zeytun yağı_________________________________ 

 

14



17%-  dir.  Ağacların  çoxu  üzüm,  sitrus  bitkiləri,  əncir, 

xurma və badamla qarışıq əkilmişdir.  

Türkiyədə  1  milyon  hektar,  Portuqaliyada  və 

Yunanıstanda, hərəsində 800 min hektar, Tunisdə 350 min 

hektar, Fransa 100 min hektar, Suriyada və Livanda 90 min 

hektar,  Albaniyada  16705  hektar,  Yuqoslaviyada  70  min 

hektar, Əlcəzairdə 45 min hektar, Mərakeşdə 35 min hektar, 

ABŞ- da 4 min hektar, Cənubi Amerika ölkələrində 11 min 

hektar,  ran  və  raqda  3  min  hektar,  Misirdə  min  hektar 

zeytun bağı vardır. Son illər bu rəqəmlər daha da artmışdır. 

Dünya  üzrə  istehsal  olunan  zeytun  yağının  80%-  i  üç 

ölkənin  –  spaniya,  taliya  və  Yunanıstanın  payına  düşür. 

Avstraliya, Yaponiya və başqa ölkələrdə də kiçik sahələrdə 

zeytun vardır. 

Bir  çox  ölkələrdə  konservləşdirilmiş  zeytun  və 

zeytun  yağı  əhalinin  əsas  qida  məhsulu  sayılır  və  ölkənin 

iqtisadiyyatında birinci dərəcəli əhəmiyyət kəsb edir.  

MDB-  yə  zeytun  cavan,  bu  yaxınlarda  gətirilmiş 

bitki  deyildir.  Vxatilə  o  Gürcüstanda,  Krımda,  Azərbay-

canda geniş yayılmışdır. Gürcüstanda Zuqdidiyə yaxın Urta 

dağında, 500- dən çox yaşı olan ağac hələ də yaşayır. Nikita 

botaniki  bağında  da  təqribən  eyni  yaşı  olan  ağac 

saxlanmaqdadır. Krımdakı bağlar sahil boyunca yayılmış 20 

ağaclıqda cəmlənmişdir. MDB- də bar verən ən qoca və iri 

zeytun  bağı  1879-  cu  ildə  salınmış  Novo  Afonekdadır. 

Burada  60  hektar  sahədə  4800-  ə  qədər  ağac  vardır.  Hər 

ağacdan 60 kq- a qədər  məhsul  yığılır.  ndi zeytun bağları 

genişləndirilmiş və 200 hektara çatdırılmışdır. 1896- cı ildə 

ə

kilən  qoca  zeytun  ağacları  Soçi  təcrübə  stansiyasında  da 



vardır.  Krasnodar  ölkəsində  zeytun  bitkisi  əsasən  Soçinin 

ə

trafında  –  Daqomısedə  yayılmışdır.  Burada  1  hektar 



zeytun  bağı  vardır.  Adler  və  Lazorev  rayonlarında  da 

zeytun becərilir. Türkmənistanda zeytun bitkisi Qızıl- Atrek 

təcrübə stansiyasında və zeytun sovxozunda vardır. 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə