Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   2   3   4   5   6   7   8   9   10   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



23

növünə  aiddir.  Zeytun  bitkisinin  elmi  təsnifatı  1.4.  saylı 

cədvəldə verilir. 

      Cədvəl 1.4.  Zeytun bitkisinin elmi təsnifatı 

Təsnifat

ın adları 

Azərbay-

canca 

Rusca  

Latınca 

Aləmi: 


Bitkilər 

Растения


 

Plantae 

Ş

öbə: 



Örtülütoxum- 

lular  


Покрытосеме

нные


 

Angiospermae 

Sinif: 


kiləpəlilər 

Двудольные

 

Dicotyledoneae 

Sıra: 


Dalamazçi-

çəklilər 

Ясноткоцвет

ные


 

Lamiales 

Fəsilə: 


Zeytunkimilər  Маслиновые 

Oleaceae 

Cins: 


Zeytun 

Маслина


 

Olea 

Növ: 


Avropa 

zeytunu 


Олива

 

европейская



 

Olea europaea 

 

Zeytun cinsinin 34 növü vardır. Bunlardan  ən çox 



yayılmış  Avropa  zeytununun  (Olea  europaea)  

növmüxtəlifliyi də vardır. 

1.

 

Olea ambrensis 



H.PERRIER 

2.

 



Olea bomeensis 

BOERL 

3.

 

Olea brachiata 



(LOUR.) MERR. 

4.

 



Olea capensis L. 

5.

 



Olea capitellata 

RIDL. 


6.

 

Olea caudatilimba 

L.C.CHIA 

7.

 



Olea chimanimani 

KUPICHA 

8.

 

Olea cordatula 



H.L.Li 

9.

 



Olea dioica 

ROXB. 


10.

 

 Olea  europaea L.   

10.1. Olea europaea subsp. europaea 

10.2. Olea europaea subsp. cerasiformis   



         

G.KUNKEL & SUNDING 

10.3. Olea europaea subsp. cuspidate (WALL.  

         

EX. G.DON) CIF. 



Zeytun və zeytun yağı_________________________________ 

 

24



10.4. Olea europaea subsp. guanchica  

         P.VARGAS ET AL. 

10.5. Olea europaea subsp. laperrinei (BATT &  

        

TRAB.) CIF.  

10.6. Olea europaea subsp. maroccana   

       

(GREUTER & BURDET) P.VARGAS ET AL. 



11. Olea exasperata 

JACQ. 

12.

 Olea gagnepainii KNOBL. 



13.

  Olea gamblei C.B.CLARKE 

14.

  Olea hainanensis H.L.i 



15.

  Olea javanica (BLUME) KNOBL. 

16.

  Olea lancea LAM. 



17.

  Olea laxiflora H.L.Li 

18.

  Olea moluccensis KIEW 



19.

  Olea neriifolia H.L.Li 

20.

  Olea palawanensis KIEW 



21.

  Olea paniculata R.BR. 

22.

  Olea parvilimba (MERR & CHUN) B.M.MIAO 



23.

  Olea polygama WIGHT 

24.

  Olea puberula RIDL 



25.

  Olea rosea CRAIB 

26.

  Olea rubrovenia (ELMER) KIEW 



27.

  Olea salicifolia WALL.EX G.DON 

28.

  Olea schliebenii KNOBL. 



29.

  Olea tetragonoclada L.C.CHIA 

30.

  Olea tsoongii (MERR.) P.S.GREEN 



31.

  Olea welwitschii (KNOBL) GILG    



         

&G.SCHELLENB. 

32.

  Olea wightiana WALL. EX. G.DON 



33.

  Olea woodiana KNOBL. 

34.

  Olea yuennanensis HAND.-MAZZ. 



 

 

 




__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



25

1.3.1.

 

Zeytun bitkisinin botaniki təsviri 

Zeytun bitkisi Cənubi Avropada, Afrikada, Cənubi 

Asiya və Avstraliyanın mülayim isti və tropik bölgələrində 

yayılmışdır.  Zeytun  həmişəyaşıl  halda  4  –  6,  nadirən  10  – 

12  metr  hündürlükdə  ağac  olub,  müxtəlif  çətir 

formasındadır.  Çətirin  diametri  2  metrə  qədər  çata  bilir. 

Yarpaqları bütöv, uzunluğu 3 – 8 sm, eni isə 1 – 5 sm- dir. 

Yarpaqlarının  üst  hissəsi  tutqun  yaşıl,  alt  hissəsi  gümüşü- 

parlaq,  kənarları  burulmuş  halda  olur.  Yarpaqlarının 

epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. 

Yarpaqları 2 – 3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri 

o  qədər  də  cəlb  etməyən  xırda  ag  və  ya  yaşıltəhər  rəngli 

çiçəkləri  və  yetişəndə  qara-  bənövşəyi  rəngə  boyanan 

meyvələri  vardır.  Meyvəsi  birtoxumludur,  lətli,  yağlı 

yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may 

–  iyun  aylarında  çiçək  açır,  meyvələri  oktyabr  –  noyabrda 

yetişir.  Tarixi  mənbələrdən  aydın  olur  ki,  zeytun  1500  – 

2000  ilə  qədər  yaşayır.  O  150  ilə  qədər  məhsulvermə 

qabiliyyətinə malik olur.  

Meyvələrinin  lət  hissəsində  quru  maddəyə  görə 

70%-ə qədər, toxumunda isə 25 – 30% əla keyfiyyətli piyli 

yağ  vardır.  Bu  yağdan  həm  yeyinti  sənayesində,  həm  də 

təbabətdə geniş istifadə olunur.  

 Əsil  vətəni  Aralıq  dənizi  sahilləri  olmasına 

baxmayaraq  Abşeronda  özünə  daha  əlverişli  ikinci  vətən 

tapmışdır. Respublika şəraitində zeytun ağacının boyu 4 – 9 

metrə  çatır,  diametri  90  sm-  dək,  gövdəsi  düz  və  ya 

ə

yritəhər,  çox  vaxt  fırlarla  örtülü  olur.  Qabığı  açıq-  boz 



rənglidir.  Ağacların  çətri  yaxşı  qol-  budaqlı,  kürəşəkilli  və 

ya  oval  olur.  Yarpaqları  bütövkənarlı,  xırda  və  ya  orta 

ölçüdə,  uzunluğu  6  –  8  sm,  eni  1  –  2  sm,  dar-  lanset 

formadan  uzunsov-  oval  formayadək  olur.  Yarpaqlar 

qarşılıqlı yerləşmiş, gümüşü- boz rəngli, dərivarı, sivriuclu 

Zeytun və zeytun yağı_________________________________ 

 

26



olub 2 – 4 il ömür sürür. Onlar iyunda, ağacların yazda boy 

atmasından əmələ gələn cavan yarpaqlardan sonra, tədricən 

tökülür.  Zeytunun  çiçəkləri  ikicinsli,  xırda,  4  –  6  mm 

uzunluqda ağımtıl- kremi rənglidir. 5- dən 40- a qədər olub 

kiçik  süpürgəcikdə  və  ya  uzunluğu  6  –  7  sm  olan 

hamaşçiçəklərdə toplanmışdır. 

Zeytunun 

meyvəsi 


birtoxumlu 

çəyirdəkli, 

kənarları ətlidir, çəkisi 1 – 15 qr- dək, girdə və ya uzunsov- 

oval formalı, ucu küt və  ya şiş olur. Texniki  yetişkənlikdə 

cavan  meyvələrin  rəngi  açıq  yaşıl,  tam  yetişənlərinki  isə 

qara və ya tünd bənövşəyi olur. Çəyirdəyi iri, çəkisi 1 – 1,5 

qr,  bərk,  səthi  şırımcıqlı  və  ya  kələ-  kötür,  uzunsov-  oval 

formalı, ucu şiş, divarının qalınlığı 2 mm- dək olur. 

 

1.3.2. Zeytunun bioloji xüsusiyyətləri 

Zeytun bitkisinin vegetasiyası hava şəraitindən və 

yetişdirildiyi  yerdən  asılı  olaraq,  havanın  temperaturu  8  – 

10

0



C  olduqda,  martın  axırı  və  ya  aprelin  əvvəllərində 

başlayır.  Zeytun  ağacları  üçün  aydın  görünən  iki  vegetativ 

boyatma dövrü – yaz və yay dövrləri xarakterikdir.  

Zoğların  yaz  boyatması  daha  intensiv  olub, 

apreldə  başlayaraq  iyunda  qurtarır.  Bu  vaxt  zoğlar 

Abşeronda  20  –  50  sm,  digər  bölgələrdə  80  sm-  dək  boy 

atır.  kinci –  yay  vegetasiyası iyulun axırından davam edir 

və zoğlar 10 – 40 sm boy atır. Zeytun ağacları havanın orta 

gündəlik  temperaturu  20  –  23

0

C  olduqda,  iyunun 



ə

vvəllərində çiçəkləməyə başlayır. Çiçəklər bərabər surətdə 

açılır, sortundan asılı olaraq 3 – 6 gün davam edir. 

Zeytun  bitkisi  külək  vasitəsilə  tozlanır.  Ağacların 

birevli  olmasına  baxmayaraq  həm  fertil  (öz-  özünü 

mayalayan),  həm  də  steril  sortları  çarpaz  tozlanma  tələb 

edir. Çarpaz tozlanma nəticəsində yumurtalıqların sayı artır, 

tökülən meyvələrin miqdarı azalır və məhsuldarlıq yüksəlir. 




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə