Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



59

qoruyur,  o  sagıam  qidalanma  modeli  sayılan  Aralıq  dənizi 

pəhrizinin  əsas  komponentidir.  Bu  bitkinin  yarpaqları 

oleuropein,  oleasterol  və  olein  turşusu;  antioksidantlardan: 

E vitamini və polifenollardan ibarətdir.  

Son  illərdə  zeytun  ağacının  yarpaqlarından  ürək- 

damar  sistemi  xəstəliklərinin  müalicəsində,  xüsusən 

hipertoniya  xəstəliyində  dəmləmə  və  duru  spirtli  ekstrakt 

formada daxilə qəbul edilir. 

Zeytun  yağı  –  zeytundan  əldə  edilən  ən  önəmli 

məhsuldur. Zeytun  yağı dünyada ildə 1,6 – 2,6 milyon ton 

həcmində  istehsal  edilir  və  bunun  75  –  80%-  ə  qədəri 

istehsalçı ölkələr tərəfindən istehlak edilir. Geri qalan 20 – 

25% qismi isə dünya bazarlarına ixrac edilir.  

Zeytun  yağı, zeytunun əzilib sıxılması və qara su 

adlanan  hissəsinin  ayrılması  ilə  əldə  edilir.  Zeytun  yağı 

tamamilə  fiziki  üsullarla  əldə  edilir  və  burada  heç  bir 

kimyəvi metoddan istifadə edilmir.  

Zeytun yağının üç əsas növü var:  

1. Təbii zeytun yağı, çiy yeyilə bilən ən keyfiyyətli 

zeytun yağıdır. Daha çox salat və souslarda istifadə olunur.  



2.  Rafinə  zeytun  yağı;  fiziki  üsullarla  rafinə 

edilərək,  ləzzəti  artırılan  və  turşuluq  nisbəti  aşağı  salınan 

yağ  növüdür.  Rafinə  zeytun  yağı  daha  çox,  bişirilən 

yeməklərdə  istifadə  olunur.  Bundan  başqa  Rusiya  və 

Amerika  kimi  zeytun  yağı  dadına  alışmamış  ölkələrdə 

istifadə edilir. “Zeytun bağları” markası ilə istehsal olunan 

zeytun yağı bu qrupa aiddir. 

3. Riviera tipli zeytun yağı; rafinə yağa 40 – 50% 

nisbətində  təbii  yağ  əlavə  edilməsi  ilə  əldə  edilən  Riviera 

zeytun  yağı  isə  daha  çox  qızartmalarda  və  bişirilən 

yeməklərdə  istifadə  olunur.  “Final”  markası  ilə  istehsal 

olunan zeytun yağı bu qrupa aiddir. 

Zeytun  yağının  99,8%-  i  triqliserid  adlanan  yağlı 

birləşmələrdən  ibarətdir.  Bunların  14%-  i  doymuş  yağ 

Zeytun və zeytun yağı_________________________________ 

 

60



turşularıdır, 72%- i monodoymamış yağ turşularıdır, 12%- i 

polidoymamış  yağ  turşularından  ibarətdir.  Bir  kiloqram 

zeytun yağında bundan başqa 300 milliqram fenollar və 150 

milliqram tokoferollar mövcuddur. Digər yemək yağları ilə 

müqayisədə,  zeytun 

yağında  monodoymamış 

yağ 

turşularından  olein  turşusunun  çox  yüksək  nisbətlərdə 



olduğu müəyyən edilmişdir.  

Zeytun  yağının  yüksək  miqdarda istehlak edildiyi 

Aralıq  Dənizi  ölkələrində,  ürək-  damar  xəstəlikləri  və 

xərçəngin  daha  az  olması  diqqətə  layiqdir.  Ürək  və  damar 

xəstəliklərinin  meydana  gəlməsində  xolesterolun  rolunu 

yaxşı  bilirik.  Xolesterol  qanda  LDL  və  HDL  adlı  iki  qrup 

lipoprotein  tərəfindən  daşınır.  HDL  ilə  daşınan  xolesterol 

qara ciyərdə daha çox məhv olaraq ürək və damar xəstəliyi 

yaranma təhlükəsini azaldır. LDL ilə daşınan xolesterol isə 

ürək  və  damar  xəstəliklərinin  bir  nömrəli  səbəbidir.  Buna 

görə  insanlarda  LDL-  nin  aşağı,  HDL-  nin  yüksək  olması 

ürək  və  damar  xəstəliklərinə  qarşı  qoruyucu  təsir  göstərir. 

Zeytun yağına əsaslanan bəslənmədə LDL- nin aşağı olması 

və  HDL  səviyyələrinin  yüksək  qalması  ürək  və  damar 

xəstəliklərinin inkişafını azaldan ən önəmli səbəbdir. 

Zeytun  yağının  xərçəng  təhlükəsini  azaltması  isə 

tərkibinə  qoyulan  fenolların  güclü  antioksidant  təsirinə 

bağlıdır.  Bu  maddələrin  antioksidant  təsirləri  səbəbi  ilə 

DNT-  yə  xəsər  verə  biləcək  maddələri  təsirsiz  hala 

gətirdikləri  və  DNT  üzərindəki  xəsərin  aradan  qalxmasına 

kömək  etdikləri  hesab  olunur.  Alman  Xərçəng  Araşdırma 

Mərkəzindən  Ouen  və  yoldaşları  zeytun  yağının  insan 

sağlamlığı  üzərində  təsirlərini  analiz  etdikləri  bir 

çalışmalarında;  bu  yağın  tərkibində  olan  fenolların 

antioksidant  xüsusiyyətləri  səbəbi  ilə  bəzi  xərçənglərin 

(yoğun  bağırsaq,  döş  və  dəri)  və  koronar  ürək 

xəstəliklərinin inkişafına mane olduğunu bildirmişlər.  



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



61

spaniyanın  Sevilya  Universitetindən  Alarkon  de 



la  Lastra  və  yoldaşları,  zeytun  yağının  faydaları  haqqında 

bir  məqalə  dərc  ediblər.  Bu  məqalədə  zeytun  yağının 

qandakı  LDL  xolesterolu  azaldaraq  HDL  xolesterolu 

artırdığını və ürək xəstəliyi təhlükəsini azaltdığını, xüsusilə 

triqliserid metabolizmasına olan təsiri ilə yoğun bağırsaq və 

döş xərçəngi təhlükəsini azaltdığını; iltihabverici sitokinler 

üzərindəki  tənzimləyici  təsiri  ilə  romatoid  artrit  kimi 

avtoimmun xəstəlik yaranmasını azaltdığını; safra kisəsinin 

müntəzəm surətdə boşalmasını təmini səbəbi ilə kisədə daş 

ə

mələgəlmə  təhlükəsini  azaltdığını,  bundan  başqa  mədə 



üzərinə  olan  təsirləri  səbəbi  ilə  burada  mədə  yarası 

ə

mələgəlmə təhlükəsini azaldarkən, mövcud mədə yarasının 



da yaxşılaşmasını asanlaşdırdığını bildirmişlər.  

Yaponiyanın 

Kanazava 

Universitetindən 



Budiyanto 

və 


yoldaşları, 

xərçəng 


ə

mələgətirici 

ultrabənövşəyi  şüalara  məruz  qoyulan  siçovullarda  dəriyə 

tətbiq  olunan  zeytun  yağının  təsirlərini  incələmişlər. 

Siçovulları  üç  qrupa  ayıraraq,  birinci  qrupdakılara  zeytun 

yağı  sürtməmişlər,  ikinci  qrupdakılara  şüalanmadan  əvvəl, 

üçüncü  qrupa  isə  şüalanmadan  sonra  zeytun  yağı 

sürtmüşlər. 

Xərçəng 

ə

mələgətirici 



ş

üalara 


məruz 

qoyulduqdan  sonra  zeytun  yağı  sürtülən  qrupda  xərçəngin 

daha az nisbətdə inkişaf etdiyini müşahidə etmişlər. 

Ürəyimizi, 

damarlarımızı 

və 


xərçəng 

mexanizmasını  bilən  Sonsuz  Qüdrət  Sahibi  bunların 

dərmanını  da  yaxınlıqdakı  bir  ağacın  meyvəsinə 

yerləşdirmişdir.  Zeytun  yağının  hələ  kəşf  edilməmiş  başqa 

xüsusiyyətlərinin  də  olduğuna  alimlər  inanırlar.  Bu 

xüsusiyyətlər  ortaya  çıxdıqca  istehlakı  daha  da  artacaq, 

bununla  yanaşı  yeni  dərman  və  müalicə  metodlarının  da 

inkişafına  imkan  verəcəkdir.  Hal-  hazırda  isə  dərman  və 

kosmetika  sənayesində  qatqı  maddəsi  kimi  geniş  şəkildə 

istifadə  olunmaqdadır.  Onsuz  da  xalq  arasında  da  illərdən 



Zeytun və zeytun yağı_________________________________ 

 

62



bəri  bir  çox  saç  və  dəri  xəstəliyində  zeytun  yağından 

istifadə olunur.  

Bu  qədər  çox  faydası  olan  və  ölkəmizdə  də 

istehsal olunan zeytun yağı, insanlarımız tərəfindən təəssüf 

ki,  yetərincə  istifadə  edilmir.  Diləyimiz  daha  müasir 

üsullarla  aparılacaq  zeytunçuluq  fəaliyyəti  ilə  ölkəmizdə 

zeytun və zeytun yağı istehsalının artırılması və Rəbbimizin 

bir  neməti  olan  bu  qidanı  xalqımızın  daha  çox  istehlak 

etməsidir.  

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə