Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
    Bu səhifədəki naviqasiya:
  • Qeyd

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



67

konservləşdirilir.  Yetişmiş  qara  zeytunlar  isə  quru  üsulla 

duzlanır.  Duza  qoymaq  üçün  zeytunun  konservlik 

sortlarından  Askolano,  Santa  Katerina,  Azərbaycan 

zeytunu,  Armudu  zeytun,  Bakı  zeytunu,  Buzovna  zeytunu 

və s. istifadə olunur. 

Yüksək  keyfiyyətli  yaşıl  zeytun  konservi 

hazırlamaq  üçün  zeytunu  rəngi  tünd-  yaşıldan  açıq-  yaşıla 

(sarımtıl)  çevrilən  vaxt  yığmaq  lazımdır.  Bu  isə  Abşeron 

şə

raitində  təqribən  oktyabrın  axırı  və  noyabrın  əvvəllərinə 



təsadüf edir. 

Zeytunu  yığarkən  ehtiyatlı  olmaq  lazımdır  ki, 

gilələr zədələnməsin. Əks təqdirdə meyvələr əzilir və emal 

zamanı onların rəngi tündləşir. 

Yığılmış  zeytun  6  –  8  saat  1,5%-  li  potaş 

məhlulunda 150 qr K

2

CO

3



 10 litr suda həll edilir) isladılır. 

Bəzən  zeytunun  isladılmasını  onun  daxilinə  qələvinin 

keçməsi  ilə  yoxlayırlar.  Bu  zaman  bir  ədəd  zeytun 

götürülür,  çəyirdəyi  görünməklə  kəsilir,  oraya  lakmus 

kağızı qoyulur və ya fenolftalein damdırılır. Əgər bənövşəyi 

rəng  alınarsa,  deməli  qələvi  məhlulu  zeytunun  daxilinə 

keçmişdir. Bundan sonra zeytun axar suyun altında yuyulur, 

1 - 2 gün soyuq suda saxlanılır. Həmin müddətdə zeytunun 

suyu  tez- tez dəyişdirilir. Sonra zeytunu yuyub 40 gün 7%- 

li  xörək  duzu  məhlulunda  saxlayıb  yetişdirirlər.  Duz 

məhlulu  hazırlamaq  üçün  10  litr  suya  700  qr  xörək  duzu 

qatılır,  qaynadılır,  kəfi  yığılır  və  süzülüb  soyudulur.  Duza 

qoyulmuş  zeytunları  yeməzdən  bir  gün  qabaq  duz 

məhlulundan  çıxarıb  soyuq  suda  yuyur,  kiçik  bankada 

üzərinə  qaynadılıb  soyudulmuş  su  tökürlər.  Nəticədə 

zeytunun  tərkibindəki  duzun  miqdarı  azalır  və  dadı 

yaxşılaşır. 

Zeytundan  içi  doldurulmuş  konservlər  də 

hazırlanır.  Bu  məqsədlə  iri  zeytunların  tumu  ehmalca 

çıxarılır  və  içinə  təmizlənmiş  badam  ləpəsi  yerləşdirilir. 



Zeytun və zeytun yağı_________________________________ 

 

68



Badamın  zeytuna  nisbəti  çəkiyə  görə  2:1  nisbəti  kimidir, 

başqa  sözlə  1  kq  çəyirdəksiz  zeytuna  0,5  kq  badam  ləpəsi 

sərf olunur.  çlənmiş zeytunlar bankaya dairəvi formada elə 

yığılır  ki,  badamın  iti  ucu  yuxarı  olsun.  Üzərinə  7%-  li 

duzluq  töküb  yarımlitrlik  bankalar  120

0

C-  də  8–10  dəq. 



sterilizə  edilərək  konservləşdirilir.  Bu  üsulla  içinə  badam, 

sarımsaq və qırmızı istiot qoyulmuş zeytun da hazırlanır.  



 

2.4. Bankalarda konservləşdirilmiş zeytun 

 

Ə

vvəlcədən  emal  olunmuş,  tam  yetişməmiş  yaşıl 



zeytun  və  ya  tam  yetişmiş  tünd-  bənövşəyi,  qara  rəngli 

zeytunlar  duz  məhlulunda  konservləşdirilir.  Bu  məqsədlə 

hazırlanmış  zeytun  0,2  –  0,5  litr  tutumlu  şüşə  bankalara 

yığılır,  üzərinə  duzluq  əlavə  edilir  və  sterilizasiya  olunur. 

Bu üsulla hazırlanmış məhsul ayrıca qəlyanaltı kimi yeyilir, 

eləcə  də  müxtəlif  salatların  və  xörəklərin  (məs.  salyanka) 

hazırlanmasında istifadə olunur.  

Keyfiyyətindən asılı olaraq əla, 1- ci və 2- ci sorta 

ayrılır. Əla sort konservləşdirilmiş zeytun xoşagələn- duzlu 

və  zeytun  yağı  dadını  verməlidir.  Kənar  dad  və  iyi 

olmamalıdır.  Zeytuna  xas  olan  azacıq  acı  dadın  hiss 

olunmasına  yol  verilir.  Zeytun  meyvəsinin  səthi  sığallı  və 

bürüşsüz  olmalıdır.  Meyvənin  uzunluğu  ən  azı  20  mm, 

diametri  15  mm  olmalıdır.  Meyvələr  mexaniki  zədəsiz  və 

saplaqsızdır.  Zərərvericilərlə  zədələnmiş  zeytun  meyvələri 

olmamalıdır.  Meyvənin  ətliliyi  7,0%-  dən  az  olmamalıdır. 

Meyvələrin  rəngi  açıq-  qəhvəyidən  tünd-  yaşıla  qədərdir, 

bozumtul rənglilərin olmasına yol verilir. Hər bankaya eyni 

ölçülü  və  rəngli  zeytun  meyvələri  yığılmalıdır.  1-  ci  sorta 

aid məhsulda meyvənin ölçüsü təyin olunmur. Kənarlaşma 

ölçüyə  və  rəngə  görə  5%-  ə  qədər,  konsistensiya  və 

zədələnmiş  meyvələrə  görə  25%-ə  qədər  ola  bilər.  Ətliliyi 

70%-  dən  az  olmamalıdır.  2-  ci  sorta  aid  zeytun 



__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



69

konservində  5%-  ə  qədər  bürüşmüş  meyvələrin,  5%-  ə 

qədər  günəş  yandırmışların,  20%-  ə  qədər  zərərvericilər 

tərəfindən zədələnmiş meyvələrin olmasına yol verilir.  

Konservləşdirilmiş  zeytunun  bütün  sortlarında 

məhlulda  duzun  miqdarı  5  –  7%,  turşuluq  (süd  turşusuna 

görə) ən  azı 0,1%, meyvənin duzluğa nisbəti 55:45 nisbəti 

kimi  olmalıdır.  100  qram  konservləşdirilmiş  məhsul  190 

kkal enerji verir.  

Konservləşdirilmiş  zeytun  konservlərini  günəş 

ş

üasından qorumaq şərtilə (qaranlıq anbarlarda) 20



0

C- də 1 


ilə qədər saxlamaq olar. 

Qeyd:  Bu  məlumatlar  Товарный  словарь  (46), 

Том


 5, səh. 372- dən götürülmüşdür. 

 

2.5. Konservləşdirilmiş yaşıl zeytunun  

keyfiyyət göstəriciləri 

 

Konservləşdirilmiş yaşıl zeytunun keyfiyyəti AZS 



–  234  –  2006  saylı  Texniki  şərtlərə  müvafiq  olaraq 

aşağıdakı tələblərə cavab verməlidir.  

Resepturasından  asılı  olaraq  konservləşdirilmiş 

yaşıl zeytun (bundan sonra – konservlər) aşağıdakı çeşiddə 

istehsal edilir: 

konservləşdirilmiş zeytun; 

içi doldurulmuş zeytun, o cümlədən; 

badam ləpəli içlikli, 

sarımsaq içlikli, 

ş

irin bibər içlikli. 



Konservlər  AZS  234-2006  saylı  Texniki  şərtlərin 

tələblərinə  uyğun  olaraq,  sanitariya  norma  və  qaydalarına 

riayət  etməklə,  müəyyən  edilmiş  qaydada  təsdiq  olunmuş 

texnoloji təlimat və resepturalar üzrə hazırlanır.  

Keyfiyyət göstəricilərindən asılı olaraq konservlər 

iki növə ayrılır: əla və birinci. 



Zeytun və zeytun yağı_________________________________ 

 

70



Orqanoleptik  göstəricilərinə  görə  konservlər  2.1. 

saylı cədvəldə göstərilən tələblərə uyğun olmalıdır.  

 

Cədvəl 2.1. Konservləşdirilmiş zeytunun  

orqanoleptiki göstəriciləri 

 

Göstəri


c-  

lərin  


adı 

X a r a k t e r i s t i k a s ı 

Konservləşdirilmiş zeytun 

üçün 


çi doldurulmuş zeytun 

üçün 


Ə

la sort 


Birinci sort 

Ə

la sort 



Birinci 

sort 


Xarici  

görünü


ş

ü 

Ölçüləri eyni olan, ləkəsiz, 



yanıqsız, mexaniki zədlərsiz 

və saplaqsız meyvələr, en 

kəsiyinin ən böyük diametri, 

mm, ən azı: 

Ölçüləri eyni olan, 

ləkəsiz, yanıqsız, 

mexaniki zədlərsiz (o 

cümlədən içi doldurulan 

hissələrdə), saplaqsız 

içi doldurulmuş 

meyvələr, en kəsiyinin 

ə

n böyük diametri, mm, 



ə

n azı: 


Ölçüsü       16 

14 


16 

14 


 

 

 



 

Ölçüləri eyni 

olmayan, 

kütlə payı ən 

çoxu 25% 

ləkəli 


meyvələrin 

olmasına yol 

verilir. 

 

 



Ölçüləri 

eyni 


olmayan 

meyvələrin, 

qabıaşdırma 

vahidində ən 

çoxu 3 ədəd 

içi 


doldurulan 

hissədə 


çatlamış və 

kütlə payı ən 

çoxu 25% 

ləkəli 


meyvələrin 

olmasına yol 

verilir.  



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə