__________________Milli Kitabxana_________________
78
seyid evi də bəstdir, ana, özün, bayaq dedin ki, bu qapıdan hələ heç kəs naümid
qayıtmayıb. O da qayıtmayacaq. Sən istəyirsən ki, tanıyıb sağ qaldığını bilsinlər,
iki qana bais olaq?
-İki qana neyşə, bu elə ölməlidi... qanı halaldı...
-O Allahın işidi, ana, Allah istəyəndə əzrayılmı göndərər, canını alar. Amma,
görünür, Allah istəməyib! Gecə quldurun birinin ona rəhmi gəlib, amma biz
rəhmsizlik eləyək, onun da, ona nicat verən Ağa Səmədin də qanına bais olaq?
Minasoltan duruxdu. Seyid Əzim gördü ki, anasının anlayışlarına münasib
gələn sübutlar, arvadın qəzəbini azaldır. Əslində Minasoltan əzazil arvad deyildi:
onu iki şey narahat edirdi: birinci çəngiyə rəhm etməklə Allahın qəzəbinə düçar
olmaq; ikinci balasının bu xatalı işə qarışması ilə fəlakətə düşməsi. Seyid Əzim
bunları yaxşı anlayır, anasının ürəyindən keçənləri yaxşı bilirdi. Odur ki,
mülayimiiklə anasının əllərini əlinə aldı:
-Ana can, mənə inan, onu hardan, necə tanıdığımı sonra sənə deyərəm, indi
vaxtı deyil, inan ki, bir neçə vaxt əvvəl həmin bu Sona, sənin oğlunu, sənin xatalı
hesab etdiyin bir addımı atmağa qoymayıb. Sən ona borclusan. Bu gün də borcunu
əda elə. Mənə tək bircə gün möhlət ver. Bu gecəynən o burdan salamat bir yerə
çıxıb gedər. Amma bir şərtlə; gərək onun burada olmağını heç kəs bilməsin. Evə
gəlib eləyən onu görməsin, yoxsa mənə də xoş keçməz.
-Allah, sən saxla! – deyə Minasoltan yerindən qalxdı. Arvadın başqa carəsi
qalmamışdı.
...Şair bazara girəndə bazarda səstər bir-birinə qarışmışdı; ağız deyəni qulaq
eşitmirdi, dəmirçilərin, nalbəndlərin, misgərlərin vurduğu çəkicin, xarratların
rəndəsinin səsi aləmi başına götürmüşdü. Ayaqçılar, tabaqçılar, suçular, sələb
satanlar bir-birinə qarışmışdı.
-Sələb - sineyi-məlhəm,..
-Həlvayi-təntərani... Ta nə xori, nə dani'...
-Yağasər, yağasər
2
...
-Tehrani, tehrani...
Səs kallaşmış xırdavatçı Cuhud Şəmi xırıltılı səslə bazarın qapanlardan yuxarı,
Cuma məscidinin dalında düşmüş Nabım köçünün ətrafında
__________________Milli Kitabxana_________________
79
firlanırdı. Köç burada bir gecə dayanacaqdı. Mal-qara dağa çoxdan qalxıb,
arvad-uşaq yaylaq yolu üstündə bazarlıq eləməlidir. Cuhud Şəminin xırdavat
qutusundakı malların çoxunu onlar alır.
-İynə, qıyıq, qaytan, qaragöz hərəmi, balta...
Bazar... hərənin öz mətaı var...
Şair bu rəngarəng səslər aləmini daima qəribə bir maraq və nədənsə təşvişlə
dinləyirdi. İndi də...
-Yerpələngi... Dərya nəhəngi...
-Ləbləbi kişmiş. Gəl, ay dişləri düşmüş.
-Gəl Zol Hüseynin dovğasına.
Bu sənin payın, bu gendən baxanın payı, ağzının suyu axanın payı.
-Ağ gilabı alan, ağ gilabı alan, ağ-sarı gilabı alan!..
-Zəfəran, zəfəran.
Ətri bir aləm, rəngi kəhrəba. Dürri-Bəkidi, baba. Bəy malı, xan malı.
-Lahıc başmağı; dörd abbası, buyurtdurma səkkiz abbası...
Bazar... hərənin öz dərdi var.
Bir dəvəçi şairi əyləyib əlindəki pulu nişan verir, soruşur:
-Ay qardaş, bu pul nə qədərdi?
Birküncdə mirzə oturub, dizinin üstündə nə isə yazır. Qarşısındakı balaca
yeşiyin üstündə fal kitabı var. Küçə mirzəsi arabir, yeri düşəndə fala da baxır.
Yüngül dərdlərə dua da yazır.
-Al, bu üzərrik, bu da meymun tükü, qoy arasına, mal ayağı vaxtında yandır,
tüstünü ver azarlıya, dərdi, bəlası gedər. Üzərrik tapmasan, yeddi adamın adına bir
çimdik duz bük göy əsgiyə, yandır, qurtarsın getsin.
Şair ötdükcə pıçıldayır:
-Kaş bütün dərdlərin dərmanı belə asan, sadə olaydı.
Qoca bir tərəkəmə arvad... Nabırrı köçündən ayrılıb gəlib, "Nabım köçü bərkə
dayanan vaxt". Onun da dərdi mirzəlikdi.
-Başına dolanım, inəyimin südü xarablayıb, hər sağanda bir sərnic sağıram, yağ
düşmür, tuluq gətirmir, yaman gözə mil batsın, molla pitik yazıb dedi "bağla inəyin
boynuna", bağladım, çarə olmur, sən bir al oxu, özün o kəlamına qurban olduğum
kitabına bir dərin bax.
Mirzə üçkünc "duam" açıb baxır, oxuyur, dodaqları qaçır:
__________________Milli Kitabxana_________________
80
"Ay gəzəyən Xanımağa,
Pitik neynəsin yağa?
Yançağını bas yerə
Cəhd elə çalxamağa".
"Yazıq, cahil arvad, amma nə şux şair "mollaya" İrast olmusan?"
O kitabı götürüb öpür, dizi üstünə alır və öz növbəsində tovlamağa başlayır.
Şair təəssüflə başını bulayıb keçir.
Bazarın ayağında qapanlardan aralı iki kəndli durub. Onlardan biri cavan,
ikincisi orta yaşlıdır. Bir az əvvəl onlar kənddən bazara gətirdikləri matahlarını
satıb evə dönməyə hazırlaşır və aldıqları bazarlığı köhnə, yamaqlı xurcuna yığırlar.
Dıbır Əli adlı cavan kəndli boş çuvalları da çırpıb qatlayır və onları da azacıq
bazarlığın yığıldığı xurcuna yerləşdirir. Eşşək acdır. Ağzını saysız-hesabsız ayaqlar
altında əzilib vala un kimi olmuş torpağa sürtür, yeməyə yararlı bir tutam ot belə
tapmadığından finxırır və tozu göyə qaldırır. Eşşəyin ac olduğunu gördüyü üçün
bazardan tez uzaqlaşmağa çalışan yaşlı kişi - Məhəmməd Hüseyn bazarlığını
hesablayır:
- Ayə, Dıbır Əli, mən deyim, sən say; iki çuval təzək gətirmişdim. Verdim onu
xarrat Qulunun külfətinə, aldım hər çuvalına iki şayı, ondan da verdiyimi deyim;
bir şayı iynə-qıyıq, bir şayı cöz-bağırsaq, bir şayı qəndəf... Mənə de qaldı bir şayı...
düz eləyir?
Cavan şair bu sadəlövh hesablamaya gülümsəyir. "Yazıq bir abbası qara pulu
da hesablayıb qurtara bilməyən yazıq. Yaxşı ki, fıtri istedad bu bisavadlığa qalib
gəlir, sən yaşayırsan, bütün qanunlar sənə ölüm hökmü versə də, sən yaşayırsan,
yox sürünürsən, amma sənin oğul-uşağın belə yazıq olmamalıdır, onlar heç olmasa
ağı qaradan seçməli, oxumalıdır. Bircə Allah əcəldən aman versə, arzuma çatsam,
bir məktəbxana açsam..."
Şair düşünə-düşünə irəliləyir, Cavadı axtarır...
Bazar... hərənin öz əyləncəsi var... biri yetim Hüseynin məzəli-məzəsiz
mahnılarını dinləyir, bir başqası təzə şeir dəlisi, məclislər bəzəyi, duzlu baməzə
Cavadı dinləməyi xoşlayır. Cavadı çox vaxt Bəzzazbazar cərgələrindəki boş
meydançada görmək olar, bura nisbətən sakitlikdir; hay-küy azdır, qoca tut
ağacının altında bir neçə iri daş qoyulub. Cavad adətən bu daşlardan birinin
üstündə oturur, ətrafı da həmişə dolu olur, bekarlar, yetiklər. O, kürəyini qoca tuta
söykəyir, sür papağını alnından dala itələyir, nazik vücudumu kip tutmuş zərif
çuxa, sağrı başmaq geyir. Tərkbəndi zərif naxışlı, kaşı işləməli gümüşdən-
Dostları ilə paylaş: |