Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə29/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   25   26   27   28   29   30   31   32   ...   143

__________________Milli Kitabxana_________________ 

84 


 

- öz yerində, Allah bilən yaxşıdı, ya rəhmət elər - behiştə aparar, ya da lənət 

elər - cəhənnəmə yollar. Amma hayıf Sonadan... 

-Ona nə olub ki... 

-Əlli-ayaqlı itib... Gördüm deyən yoxdu... Şirvan çəngilərinin gözü idi, Ağa, 

hayıf! Bir də onun rəqslərindən zövq almaq heç zihəyata nəsib olmayacaq. 

Seyid Əzim açıq münasibətini bildirmək istəmədi: 

-Qərəz... Olan olub... 

-Bəli, olan olub, torba dolub... 

Şair vəziyyətin gərginliyinə baxmayaraq, Sonanın yerinin bilinmədiyinə 

arxayınlaşdı. İndi nigaranlığı dostundan idi. Dostundan və əməl yoldaşı Tərlandan 

da xəbər tutmaq istədi, yavaşcadan Cavadın qulağına pıçıldadı: 

-Bura bax, Cin, Qapaqlıgildən xəbər-ətər yoxdu? 

Cavad məsələnin nə yerdə olduğunu anlayıb, o da öz növbəsində pıçıldadı: 

-Getdiyi beyt belindən vurmuş qapını elə qıfıllamayıb ki, quş quşluğuynan ora 

qanad aça bilsin? Nökərini görüb soruşdum, deyir cavan ağam naxoşdu... 

Hər ikisi bu cavan ağanın Tərlan olduğunu bilirdi, hər ikisi onu görmək istəyir, 

lakin qapaqlının evinə getməyə heç kəsdə cürət yox idi, ona görə yox ki, bu 

sağlam, igid gənclər Hacı Əsədin yumruq və ya çomağından qorxurdular. Məsələ 

bunda idi ki, onların heç birisi Tərlanın evdəki mövqeyini, vəziyyətini bir az da 

ağırlaşdırmaq istəmirdilər. Çünki Hacının xasiyyətinə  bələd idilər. Hacı Qapaqlı 

acizin zalımı idi, böyük yanında, nüfuzlu, tanınmış adam yanında heç nə deməsə 

də, sonra Tərlanın günün qara eləyəcəkdi... 

Odur ki, dostlar hər ikisi qüssələndi. 

Kim isə Cavadı qüssədən azad eləmək üçün kələkbaz bir sual ortaya atdı; onlar 

həmişə Cavadı belə ikibaşlı suallarla dilləndirərdilər: 

-Bura bax, aşna, pıç-pıç Mustafa xanı  Şirvandan qaçırdıb, Yoxsa siz də 

pıçıldaşıb bizi bazardan qaçırtmaq istəyirsiniz? 

Başqa birisi soruşdu: 

-Ay Cavad, əgər sənin özündən xəbər alan olsa, hansına gedərdin, cənnətə, ya 

cəhənnəmə? 

Cavad hansı bir hissin təsiri iləsə doğruldu, açıq bir kin duyulan səslə dilləndi: 

 

 



__________________Milli Kitabxana_________________ 

85 


 

-Əvvələn, Allaha əyandı ki, mən üşüyənin biriyəm, ona görə  də yerim 

məlumdu. Bir də ki, məni behiştə o mollalarla, hacılarla bir yerə salmazlar, 

davamız düşər, onsuz da aramız yoxdu. Nə vermişəm cəhənnəmə, xanəndə orda, 

nəvazəndə orda, şərab orda, mütrüfə də ki, bu gün təşrif apartdırdılar... 

Bir qəhqəhə  də qopdu, şair, dostunun bu cəsarətli cavabını  eşitcək  əvvəl 

diksindi, sonra məhəbbət dolu baxışlarını, ölümlə diri gözlü mübarizə aparan 

Cavadın simasına zilləyib düşündü: "Sən nə cürətlisən, nə ürəklisən, Cavad! Mən 

tək-tək, birini həcv edəndə qorxudurlar: "Özünü gözlə!” deyib qoruyurlar məni 

dost-aşna.  Əsil ifşanı  sən eləyirsən! Mən səndən hələ çox şey, birinci növbədə 

cəsarət öyrənməliyəm, Cavad! 

O yerindən qalxdı, Cavaddan və ehtiramla onu müşayiət edən adamlardan 

uzaqlaşdı: "Səndən çox şey öyrənməliyəm, birinci növbədə cəsarət, Cavad! Mənim 

də Alışlar, Qapaqlılar, Molla Qurbanqulularla işim çoxdu, dava hələ təzə başlanıb, 

Cavad, təzə başlanıb..." 

Şair bazardan çıxanda artıq Sonanın gizləndiyi yeri heç kəsin bilmədiyinə 

arxayın olmuşdu. Erkən olmasına baxmayaraq, Seyid Əzim üzüyuxarı Minaxora 

tərəf qalxmağa başladı. O, Mahmud ağanın yanına gedirdi. İndi Mahmud ağanın 

necə  kədərli olduğunu təsəvvür edirdi. Yaxınlaşıb dostlaşdıqları bu bir il 

müddətində Seyid Əzim, Mahmud ağanın incə, hər şeydən yaralanan nəcib ürəyinə 

yol tapa, bələd ola bilmişdi. İndi o sənət aləminin belə qiymətli bir inci, bir sona 

itirməsinə nə qədər heyifsilənirdi. Kim bilir nələr düşünür, Sonaya qəlbində necə 

də  ağır bir matəm saxlayırdı. Gedib onu təskin etmək, Sonanın ölmədiyini, 

itmədiyini xəbər vermək, lakin hardasa gizlədilməli olduğunu məsləhətləşmək, 

kömək almaq lazım idi. O şübhəsiz ki, Sonanın sağ qalmasına sevinəcək, kömək də 

verəcək, amma belə bir sənətkarın tərəb

1

 aləmindən əbədilik yox olmasına, belə bir 



ulduzun sənət fəzasında sönməsinə dərindən təəssüflənəcək... Elə mənim kimi... 

...Axşam azanınacan onlar evdə  tək qaldılar.  Əvvəl Minasoltan onunla heç 

kəlmə də kəsmədi, ürəyində qarasına deyindi, balasını afətlərdən, çəngi məkrindən 

qorumaq üçün Allahına yalvardı. Amma günortaya doğru arvadın fıkirləri öz içini 

yeməyə başladı: "Çəngi də olsa, Ağa demişkən, Allah onun ölməyinə razı olmayıb. 

Mən nəkarayam seyid evinə pənah gətirən bədbəxt bəndəsini ac qoyam, susuz 

 

 



__________________Milli Kitabxana_________________ 

86 


 

qoyam. Çox düşündükdən sonra arvad içi-içini kəsə-kəsə daxili bir əzab 

duyduğu halda siniyə çörək, yavanlıq, bir fincan da çay qoyub, sübh namazından 

sonra girmədiyi bala otağa keçdi. Sona bayaqkı qaydada dizlərini qucaqlayıb 

oturmuş, başını sinəsinə əymişdi. Gözlərinin yaşı hələ də qurumamışdı: "Ağlamalı 

günün axirətdədi, abədbəxt, siratdan keçəndədi sənin yasın, niyə gözünü kor 

eləyirsən?" O, bir söz demədən, naməhrəmdən çəkinər kimi, ağzı yaşmaqlı olduğu 

halda, sinini gəlinin qabağına qoyub çıxdı. 

Bir qədər keçdi. Minasoltan qorxudan həyətə çıxmırdı, qapı döyən olsa cavab 

verməyəcəkdi, Seyid Əzimlə belə qərarlaşmışdılar: "Qoy elə bilsinlər ki, heç evdə 

adam yoxdu". Qadın bu tapşırığa sözsüz əməl eləyirdi. Amma qərarı gəlmir, duruş 

gətirə bilmirdi. Yenidən qapıdan bala otağa baxdı: "Süfrəyə el vurmayıb, bəlkə heç 

görməyib də... Fikir dəryasına elə cumub ki.... yazıq..." Bu ilk dəfə dodağına gələn 

yazıq sözündən qorxdu: "Nə? Hə də, vallah, yazıqdı. Əgər adamın başına gələnlər 

"qalü-bəladan" alnına yazılırsa, onda, növzənbillah, bu bədbəxtin taqsırı  nədi? 

Alnına belə yazılıb... Yazıya ki, pozu yoxdu... Haqqın dərgahına hamısı əyandı..." 

Onun onsuz da nazik ürəyi yumşalmağa başlamışdı. Bir də  təbii fəlakət, böyük 

qorxu qarşısında insan, həmcinsilə ünsiyyətə adi hallardan daha çox can atar. 

Minasoltanın bağrı çatlayırdı. O mütləq kiminləsə danışmalı idi. Dərdi 

yüngülləşməli idi; içəri girdi: 

-Niyə yemirsən? 

Sona arvadın içəri girdiyini, nə isə  gətirib qoyduğunu indicə duydu, onun 

qarşısında dik qalxmaq istədi... 

-Otur, otur, səndə taqət hardadı, yazıq... 

"Qəribədir, kişilər qabağında oynayan Sona, ömründə yaşınmaq bilməyən 

Sona, Mütrüf Ədilin əlində böyüyən Sona, deyəsən sən bu qadından utanırsan, bu 

nurani ana qarşısında səni həya təri basır, birinci dəfə, ya rəbbi, ömrümdə birinci 

dəfə... Yox, birinci dəfə deyil, bir dəfə də olub". 

Arvad sinidən bəri, Sonanın qənşərində oturdu; şəfqət duyulan bir səslə dedi: 

-Ye, bir tikə ye heç olmasa, ürəyin üzülər, sonra səfərə çıxa bilməzsən. 

Bu şəfqətli, mehriban səs Sonanın ürəyinə işlədi; yaş öz-özünə gözlərindən cari 

olub, solmuş yanaqlarına süzüldü; arvadın amanını qırdı; o da kövrəldi. İndi onun 

qarşısındakı Şirvana sədası yayılmış, adı 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə