Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə31/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   27   28   29   30   31   32   33   34   ...   143

__________________Milli Kitabxana_________________ 

90 


 

gün səhər yarasının tənzifı dəyişiləndən sonra aftafa-ləyəndə azca əlini yuyub 

verdiyim dəsmalla silər, sonra da çobanların gətirdiyi  əti tələb edir, onu indicə 

yaraya piltə  çəkdiyi  əli ilə bölüb ayırardı, kimə  nə lazımdı bişirməyi tapşırardı... 

Deyəsən, anam da əvvəllər qulluqçu kimi bu isdən çimçinirdi... Amma genə  də 

dözür, bir söz demirdi... Bəy gəldi, əvvəlcə həyətdə ocaq qalayan məni gördü: 

-Hə, bu hansı itin küçüyüdü? Nökərlərdən biri cavab verdi: 

-Bəyim təzə qulluqçu tutub, onun qızıdı... Ağa güldü; 

-Hə, deməli, bəyim yanı qoduqlu eşşək alıb? 

Sonra içəri keçdi... Anamı haçan, necə gördü, nə dedi, bilmədim. Amma bizim 

gəlməyimizdən sonra ağanın səyahətləri seyrəldi, indi o irəliki kimi gunlərlə-

həftələrlə kəndlərdə, şəhərdə itib-batmırdı. İstidə külafirəngidə, hava sərinləyəndə 

kəllə otaqda yarım çılpaqlaşıb oturur, döşəklər, mütəkkələrə yayxanıb tükləri 

ağarmış sinəsini ovuşdurur və tez-tez çay, qəlyan, mer-meyvə tələb eləyirdi. Anam 

nədənsə bu haldan çox narazı idi, gecələr məni qoynuna daha bərk basır "Allah, 

özün köməyimiz ol" - deyib dua eləyirdi. 

Əvvəllər bir şey anlamırdımsa, az keçməmiş  hər  şeyi başa düşdüm. Səlbi 

bəyimin mənə münasibətindən, anama kəc baxmağından, həyət adamının bəzi 

atmacalarından da anladım, həm də mən kənd uşağı idim, kənd uşaqları belə şeyi 

daha tez başa düşür. Anam üçün də, özüm üçün də, lap açığını deyim ki, özümüzün 

olmasa da, bu rahat həyəti, yatdığımız bu dam evini itirməyimiz üçün də 

qorxurdum... Bir gecə qorxduğumuz  şey baş verdi... Gecə yarı olmamış  təzəcə 

narahat yuxuya getmişdik, anamla mənim üstümüzdən yorğanın qaldınldığını hiss 

edib qorxu ilə gözlərimi açdım, cəld anama sıxıldım, qaranlıqda ağanın kölgəsini 

gördüm, hənirtidən tanıdım kişini... Bu cürə ancaq o nəfəs alırdı həyətdə... "Aana". 

-Kəs, küçük, qanına bularam, dur rədd ol.,. 

-Ağa, sənə qurban olum, yesirin olum, məni bədnam eləmə, bir parça çörəyimi 

kəsmə, ağa, yesirin olum, ağa, didərgin salma məni! Səlbi bəyim ətimi itə də atsa 

yeridi, ağa, qoy çıxım, balamı da götürüm gedim. 

-Suss! 


...Amma artıq gec idi, mənim qeyri-ixtiyari qışqırtım anamm yalvarışları Səlbi 

bəyimi bidar eləmişdi; ya özü çölə  çıxmışdı... Onsuz da naxoş arvad pis yatırdı, 

axır vaxtlarda isə lap yuxusu ərşə çəkilmişdi. 

 

 




__________________Milli Kitabxana_________________ 

91 


 

Birdən qapıda ikinci bir kölgə göründü, bu o idi! Səlbi bəyim ağır-ağır 

irəliləyib, astanada durmuş, qapının çərəngüləsinə söykənmişdi, artıq tabı 

qalmamışdı, güclə ayaq üstündə dururdu... 

-Əlsəftər bəy, bir bu qalmışdı ki, mənim başıma gətirəsən? Heç utanmırsan, ay 

nəməkbəharam? Gözüm görə-görə, özünü çölün sayılına tay qoyursan? Mənim 

evimi murdarlayırsan, ay haramxor? Şamaxı  çəngiləri sənə azlıqeləyir? Gözüm 

görə-görə... indi işi bura yetirdin?.. 

Ağa qalxdı, donquldandı: 

-Gözün kor olsun... - dedi və otaqdan çıxdı... 

Səlbi bəyimin zarıltılı səsi indi də qulağımdan getmir. 

-Aaz... ay payyığan köpək qızı, çörəyim səni belə qudurdub ki,indi də  bəyə 

göz-qaş eləyib, döşəyimə göz dikmisən? 

-Bəyim, vallah... 

-Vallah kəssin səni, dur sürün, mənim xarabamdan... 

Bu sözlərlə  Səlbi bəyim qapının ağzındakı qara aftafanı qapıb anama tərəf 

zolladı, aftafa anamın düz başına dəydi. Anam dərdindən, xəcalətindən heç 

ufuldamadı da... Onun yerinə mən çığırdım... 

Anam yıxıla-dura yerindən qalxdı, mən də arxasınca cumdum, bəyimin 

yanından cəld ötüb həyətə  çıxdıq, gecənin oğlan çağında, zülmətdə  tək-tənha 

qaldıq... Sonralar bildim ki, şairlər ilin belə qaranlıq gecəsini "şəbi-yelda" 

adlandırır, onu gah gözəlin qara gözlərinə, gah qara qaşlarına, gah da qara tellərinə 

bənzədirlər..." 

Sonanın gözləri yol çəkdi, solğun yuvarlaq dodaqlarına xəfıf bir təbəssüm 

qondu, sanki bu ağır düşüncələr, hekayələr içində  nə isə olduqca xoş  və  əziz bir 

xatirəyə gülümsəyən kimi oldu: 

 

Gün olsa gecə olmaz, ey mah, nədir vəchi  



Yeldayi-səri-zülfun gün üzdə olub peyda?! 

 

-Ağanındı... 



Minasoltan ağır xatirələrin içində gülümsəyən gəlinə  əvvəlcə heyrətlə 

baxmışdı, "ağanındı" kəlməsini eşidincə  şerin oğluna məxsus olduğunu başa 

düşdü, o da dərindən bir ah çəkib gülümsündü. Deyəsən, buz doğrudan da əriyir, 

bu xəfif təbəssümlər onu suya çevirirdi. 

-Hə... bəs sonra? 

Sona köksünü ötürüb sözünə davam edincə təbəssüm dərhal dodaqlarından yox 

oldu, əvəzinə üzünü solğun bir kədər bürüdü: 

-Hə, sonra!.. Sonrasını Allah düşmənə  də göstərməsin... Gecəni canavar 

qorxusundan, yol azmaq qorxusundan evin daldasında keçirdik. 

 

 




__________________Milli Kitabxana_________________ 

92 


 

 

Gün çırtmamış bir az hörümçək toru tapıb yaraya basdıq, yaranı  ləçəknən 



bağlayıb kənddən çıxdıq. Çodarlıdan sonra daha banımız daş kölgəliyi görmədi. 

Gəlib bir tərəkəmə köçünün dalınca  şəhərə çatdıq... Cuma məscidin qabağında 

birtəhər dilənib dolanırdıq. Anamın günü-gündən olan-olmaz qanı da üzündən, 

dodaqlarından çəkilirdi, gözləri çuxura düşmüşdü, yarası da simləyirdi, sağalmaq 

bilmirdi... Axşamlar yaman qızdırırdı, bilmirəm onu da atam kimi uzun azar 

tutmuşdu, ya yara üzmüşdü, ya yığdığımız azurğu əppəyi də mənə yedirtdiyindən 

özü çox vaxt ac qalırdı, ona görə, ya da titrətmə-qızdırmaya tutulmuşdu, nə idisə, 

günü-gündən  əriyirdi, gun qabağındakı buz parçası kimi, közə düşmüş quyruq 

kimi... Dərisi də yanıb sümüyünün üstünə yapışmışdı,  əlindən tutub gücnən 

yeridirdim. Çox vaxt bazar ağzına gedib çıxa bilmir, eləcə Cuma məscidin yanında, 

gecə yatdığımız yerdəcə oturub qalırdıq. 

Bir gün anam bir az babat idi, əlimdən tufub küçələri gəzdirməyə başladı. Xeyli 

gəzdik, Pirkülövüşlü məhəlləsində bir evdə arvadlardan biri bizə bayat xörək və 

çay verdi, "Ay yazıq, bu halnan hara gedirsən, səni qulluqçu götürən neynəyəcək? 

Çörək yapa bilməzsən, ocaq qırağında otura bilməzsən, axı səndə o hal hardadı?" - 

dedi. Anam gülümsədi, bu neçə ayda birinci dəfə idi ki, balaca gülümsəyirdi, 

sevindim ki, anam daha sağalır, son demə çırağın axır işığıymış bu təbəssüm... Bir 

az da gedib, Qəriblər məhəlləsinə çatdıq... birdən anam qəfıl yerə oturdu... daha 

dura bilmədi... Ah... ana, kaş ölümün bir yarımca saat əvvəl, biz Pirkülövüşlü 

məhəlləsində, o mehriban arvadın həyətində olanda gəlib çataydı, öz əlinlə  məni 

aparıb o xarabanın yanına, Mütrüf Ədilin qapısına çıxartmayaydın... Qərəz ki..." 

...Anasının ölümü gözləri önündə yenidən canlandığından Sonanın kirpikləri 

nəmləndi... susdu... Boğazı  qəhərləndi, danışa bilmədi... səsi xırıldadı, o bir neçə 

dəfə udqundu, gözlərinin yaşını sildi. Birdən Sona əlinin sığallandığını duydu, 

bayaqdan ana xatirələrinə dalmış  gəlin, bunun fərqinə varmamışdı; Minasoltan 

onun, çəngi Sonanın  əllərini sığallayırdı!.. Sonanın hıçqırığı gücləndi, özünü 

saxlaya bilməyib, üzü-qoylu Minasoltanın, bayaqdan bəri qırx kişidən artıq həya 

eləyib utandığı bu nurani qadının dizləri üstünə düşdü. Onun çiyinləri qalxıb-

endikcə, Minasoltan bir əli ilə  kəlağayısının ucuynan öz gözlərindən cari olan 

yaşları silir, digər əli ilə səhərdən bəri iyrəndiyi, nifrətlə baxdığı çənginin çiyin və 

kürəkiərini tumarlayırdı, Ana əlindən bu zəif çiyinlərə qüvvət axır, məhəbbət 

səpilirdi... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə