Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə34/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   30   31   32   33   34   35   36   37   ...   143

__________________Milli Kitabxana_________________ 

99 


 

-Eşitmişəm, neynəmək olar, atadı... 

-Elə atanı Allah özü haqqına çatdırsın... Uşağımı bir kökə salıb ki... Başına 

dönüm, ay Minasoltan, dərdimi götürüb sənin üstünə  gəlmişəm, deyirəm böyük 

Ağanın canamazını ver, aparım uşağımın başına salım, bir az rürbət vermişem. 

Qorxub deyirəm bəlkə... Ağanın cəddinə qurban olum, ruhuna yasin oxutdurram, 

balamı  nəzirli elərəm, qapından  şəfa istəyirəm balama, Minasoltan, atasından 

inciyib, balama iraq-iraq, qarğış eləməyin!.. 

Minasoltan diksindi, rəncidəxatir oldu: 

-Nə danışırsan, Bircə bacı, ayıb deyil? Ağa Tərlan kimi cavana kimin dili gələr 

qarğış eləyə? Dilin Allah qurudar. Ona dəyən dəyib.Bircəxanım gözlərini dizinə 

dikib dilləndi: 

-Düzdür, balama dəyən deyib, bəlası güclü gəlib, özü də düşmən  əliynən 

dəyməyib, belindən gəldiyi atasının əlindən, əli qurumuşun... 

Allah mənim naləmi yerdə qoymaya gərək. Bu bir ayda, Allah şahiddi ki, mən 

nə  çəkmişəm, balam nə  çəkib?.. Nə yeyir, nə içir, gücnən bir tikə dadızdırıram. 

Deyir: "Ana, dayı  mən tay-tuş içinə necə  çıxaram"- gözünün yaşını leysan kimi 

tökür. Neçə vaxtdı heç nə demirdi, indi dünən kişi ölmüş gedib Şəkiyə, xam ipəyə, 

karvan üstüynən... Deyəsən, elə özü də  dərdin dağıtmağa çıxıb, yoxsa sarvan 

Kərbəlayı  Vəliyə gördürürdü qırağkı alverini. Bu səhər atasının getdiyini eşidən 

kimi dedi: "Ana, sənə qurban olum, get Ağagilə, deyinən bir zəhmət çəkib bizə 

gəlsin, ona sözüm var". Əvvəl istəmədim gələm, dedim: "Ay bala,o soz-sovdan 

sonra Ağa bizə ayaq qoymaz, üzüm də  gəlməz, necə gedim? Sonra atan bilər, 

qayıdandan sonra, iraq-iraq Ağaya tərk-ədəb söz-zad deyər, cəddi bizə qənim olar". 

Çox yalvardı, Minasoltan, sənə qurban olum, neynim, balamdı! Bala adamı, sizdən 

irağ yerdə, düşmən qapısına da aparar... Qorxuram balam xəft-damağ ola... 

Bircəxanım danışdıqca onun sözlərindəki  şübhələr Minasoltanın da qəlbini 

gəmirirdi. Lakin o ana idi, həm də Seyid Əzim anası! Məgər o, dərddən boğulan 

başqa bir anaya yox deyə bilərdimi? Sonra oğlunun üzünə necə baxardı. "Allah, 

sən saxla xata-baladan! Görəsən, razı olum? Görəsən, özü nə deyər? Gedər! Heç 

bir söz deməz - gedər". 

Bircəxanımın intizarlı sükutu ananı dilləndirdi: 

-Ağa evdə yoxdu, qəssaba gedib! İndi gələr, deyərik, mən bilən o,dostunu darda 

qoymaz. Qoy hələ bir durum kişinin canamazını gətirim. 

Bu sözlərlə Minasoltan narahatlığım büruzə verməmək üçün yerindən qalxdı, 

qonşu otağa keçdi, ərinin köhnə canamazını taxçadan alıb 

 

 



__________________Milli Kitabxana_________________ 

100 


 

qonağın yanına qayıtdı; titrək əllərini uzadıb canamazı əlinə alan Bircəxanım, 

seyid canamazını dərin bir etiqad və ümidlə öpdü, gözlərinə, alnına sürtdü, qatlayıb 

bağrına basdı: 

-Cəddinə qurban olum, qəbrin nurnan dolsun, Ağa! Allah sənin balanı  cənab 

peyğəmbər yanında üzü ağ eləsin. Səndən balama şəfa istəyirəm... 

Analar çox gözləməli olmadılar.  Şair içəri girən kimi Bircəxanım oğlunun 

yaşıdı olsa da, Ağadan yaşmaqlanıb, cəld ayağa qalxdı. Qadının tez yaşınmasına 

baxmayaraq, Seyid Əzim onu tanıdı. Bu, Tərlanın anası idi. Gənc  şairin ürəyi 

qırıldı, təzəcə açılan üzünü bulud aldı, ona elə  gəldi ki, Tərlanın taleyində o da 

nədəsə müqəssirdir. Bu fikir neçə vaxtdan bəri şairə rahatlıq vermirdi. Amma dostu 

haqqında Mahmud ağa ilə Cavaddan başqa heç kəslə danışa, xəbər-ətər tuta, yanına 

gedib əhval soruşa bilmirdi. Qapaqlı onun kölgəsini də qılınclayırdı. Şair, Hacının 

bütün hiylələrindən xəbərdar idi. Dostları, xüsusilə Cin Cavad ona bir çox şeyi 

demiş, xəbərdar eləmişdi. Hacı Əsəd nədənsə, oğlunun işlərinin açılmamasına soy 

edir, Tərlanı soruşana "azarlayıb" deyir, döydüyünü, yaraladığını bildirməməyə 

çalışırdı. Tərlanı küçədə-bazarda görən olmamışdı. O mənhus gündən bəri, heç kəs 

onunla alağa-salağa saxlaya bilməmişdi. Qapaqlının evi qapaqlı qazan kimi 

bağlanmışdı, quş quşluğuynan hasardan içəri səka bilmirdi. İndi Bircəxanımı öz 

evlərində görməsi Seyid Əzimi çox təəccübləndirdi və  təşvişə saldı. Dərhal 

"görəsən, Tərlanın başında nə iş var?" - deyə dostunu düşündü. 

-Xoş gəlmisən, Bircə xala, ağa Tərlan nə təhərdi? 

-Xoş günün olsun, Ağa, babatdı... - qadın naməhrəmlə danışdığını unudub 

dilləndi və utandığından səsini kəsdi. 

Ana dəsmala bükülü əti oğlundan alıb, məsələni anlatmağa başladı: 

-Başına dolanım, Bircə bacını  ağa Tərlan özü yollayıb ismarışdayıb, səni 

istəyir... 

Şair tərəddüd içində duruxdu: 

-Bəs... 

Hər iki ana məsələni anladı; Ağa, Hacının bu işə necə baxacağını fıkirləşirdi, o 

razı olardımı ki, şair, Tərlanla görüşsün? Tərlanın anası tələsik dedi: 

-Qurbanın olum, Ağa, kişi kəsmiş. şəhərdə yoxdu, Şəkiyə gedib... 

Seyid Əzim məsələni anladı, onun dostu ilə görüşü gizli təşkil olunurdu. 

Bircəxanım sözünə davam elədi: 

 

 



__________________Milli Kitabxana_________________ 

101 


 

- Tərlan deyir ki, Ağa narahat olmasın, gedələr dəyirmanda olacaq, axşam 

azanından sonra zəhmət çəkib gəlsin. Evdə səndən, məndən, bir də bədbəxtimdən 

başqa heç kim olmayacaq... 

Bu "oğurluq" görüş şairin qüruruna toxunurdusa da başqa çarəsi yox idi, dostu 

Tərlan ağır xəstə yatır, onu görmək istəyir, məgər getməmək olarmı? 

...Qadın heç kəsin naümid qayıtmadığı qapıdan ürəyi ümidlə dolu çıxdı. O, 

Tərlana süd verdiyi döşlərinin arasına bir də bir canamaz sıxmışdı. Yazıq ana, 

oğluna bu köhnə, tarixi bəlkə də yüz ilə keçmiş, nəsil canamazından daha çox ümid 

gözləyir, oğlunun sağalıb ayağa durması üçün nəziri nəzir dalınca deyirdi... 

...Qalabazar məscidinin minarəsində  Kəblə Mürvət "Lailahə  İlləllah" deməyə 

başlayanda  şair, evlərindən çıxdı, ona elə  gəldi ki, indicə darvazadan on qədəm 

aralıda  əli qələmkar boğçalı  Məşədi Qənbəri görəcək. Kədərli olsa da bu təsadüf 

ehtimalı onu gülümsətdirdi, lakin bu gün nədənsə  Məşədi Qənbərə rast gəlmədi, 

görünür kişi ya tez qayıdıb, ya da qüslünü gecikdirib. O gedir və düşünürdü: 

"Qəribə aləmdi bu aləm, burada arvadlarını o dünyaya yolladıqca, təzə cavan arvad 

alıb "səvaba nail olan", səhər-axşam qüsl, namaz və orucla, ibadət, zikrlə məşğul 

olan Məşədi Qənbər "müqəddəsdi"; az qala bigünah oğul qatili Qapaqlı hörmətə 

minir; yüz baş kəsəndən sonra tövbə əstəğfar edən Alış izzət sahibidi... Bu aləmdə 

Tərlanların, Rzaların, Əzimlərin nəsibi niftin, nifrət, söyüş qarğışdı... Görəsən, bu 

nə vaxtacan belə olacaq? Yox, Mahmud ağa da, Ağaseyidəli də, dostlarım da haq-

lıdır. Mən  əgər bu el-camaata xidmət eləmək istəyirəmsə, getməliyəm, təhsilimi 

artırıb qayıtmalıyam. Elə başnan qayıtmalıyam ki, avam, yazıq olmuş millətimin 

başını piyləyənlərin, gözünü bağlayanların qabağında duruş  gətirə bilim. Yoxsa 

cənab Rza bəy kimi mənim də  məktəbimə heç kəs uşaq verməz, mən mütləq 

Tərlanı da dilə tutmalıyam; o da oxusun, təhsilini artırsın və biz, cənab Rza bəyin 

yarımçıq qalmış işini davam etdirək, özü də elə bir təhsil və savadnan ki, heç kəs 

döşümüzə durmasın. Təkcə arzudan bir şey çıxmaz, bu arzunu yerinə yetirmək, işə 

çevirmək üçün bitikbaş lazımdır..." O bir aydan bəri Nəcəfuləşrəfə təhsilə getmək 

haqqında düşünməyə başlamışdı. 

Fikir dəryasına qərq olduğu halda, Tərlangilin mənzilinə çatdı. Qapaqlının 

darvazası bağlı idi. Şair tərəddüd içərisində qapının önündə dayandı. Ehtiyatla əlini 

öküz başı  şəklində qayrılmış bürünc caxçaxa uzatdı. Çalmaq istəyirdi ki, qapı 

içəridən açıldı...  İlk azan səsindən bəri ana onun yolunun intizarında, örtülü 

darvaza dalında durub gözləyirdi... 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə