Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə36/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   32   33   34   35   36   37   38   39   ...   143

__________________Milli Kitabxana_________________ 

105 


 

Tərlan dostunun nələr düşündüyünü və nələr düşünə biləcəyini fikirləşdikcə az 

qalırdı ki, dəli olsun. O indi özünü meydandan qaçan bir fərari kimi hiss edirdi. 

Odur ki, ağır olsa da, söhbətə xitam verməye tələsdi; qan sağılmış gözlərinin 

küskün baxışlarını Ağanın çiynindən o yana, divara dikib dedi: 

-Səndən bir təvəqqəm var, Ağa! 

-Buyur, Tərlan... 

-Bu pulu - o, əlini döşəyinin altına uzadıb balaca bir düyünçə çıxartdı və Seyid 

Əzimə uzatdı. - Bu pulu Cavada ver, qoy mənə bir dəst qalın paltar alsın, qalanını 

tapşırsın Mahmud ağa karvansarasındakı dalandara. Gərəyim olanda özüm ondan 

alıb götürərəm... 

Seyid Əzim təəssüflə başını buladı, son vasitəyə əl atdı: 

-Mənə belə g’lir ki, yaxşı  iş görmürsən anan barədə, yazığı gözü yaşlı 

qoyacaqsan... Bir tərəfdən də, neynək gedib gəzərsən, səyahət elərsən, dərd-qəmin 

dağılar. Kişi də fikrindən dönər, sonra qayıdıb gələrsən, inşallah istəklinə  də 

qovuşarsan... 

Şair özü də bilmədən gəncin ağrıyan yerinə toxundu... 

-Onu bilmək olmaz, nə o, sözündən dönəndi, nə  mən... görüş qiyamətə qaldı. 

Ağa, bu ayrılıq axirət ölüm-dirim ayrılığıdı... 

"Mən Sonanı uçurulan bu gölə bir də qayıtmaram, dostum, mən elə namərd 

ovçu deyiləm". 

Şairin ürəyi  əzildi, bu vida, faciəli vida onu kövrəltdi, gözlərini yaşartdı, bir 

daha Tərlana ürək-dirək vermək üçün dedi: 

-Elə demə, mən də gedirəm, kim bilir, dağ dağa qovuşmaz, adam adama 

qovuşar, bu Vətəndi, torpaq çəkib gətirər. 

Tərlan təəccüblə soruşdu: 

-Sən hara gedirsən ki, Ağa! 

-Nəcəfə, təhsilə getmək istəyirəm, elə  mənim üçün də  çətindi... "Sənin ki, 

Sonanı uçmayıb..." 

-Səfərin uğurlu olsun, Ağa! 

Onlar bir daha öpüşdülər, vidalaşdılar, şair durub otağı tərk etdi. Bircəxanım bir 

fıncan çaya belə qonaq edə bilmədiyi seyid-peyğembər övladının bu gəlişindən çox 

ümidlər gözləyir, oğlunun Ağanın səfayi-batinindən sağalacağını, qədəminin 

düşərgəli olacağını düşünüb qətbi rahatlanırdı. Başı üzərində necə qorxunc 

ildırımların çaxmağa hazırlaşdığından bixəbər ana, şairi qapıdan ötürəndə  əyilib 

əlindən öpdü. 

...Qarşıda yol görünürdü... Şirvandan çıxan karvan yolu. O, dostlarımızdan 

ikisini aparacaqdı; bu yolların biri müəyyən idi, gələcəyə, 

 

 



__________________Milli Kitabxana_________________ 

106 


 

ümidlərə doğru, təhsilə aparırdı. Bəs o biri yol qolu-qanadı qırılmış Tərlanı hara 

aparıb çıxaracaqdı? 

Yollar Sonanı, onun dalınca da Tərlanı apardı, elə bil Şirvan torpağında nə incə 

rəqsləri ilə insanları heyran qoyan Sona, nə də onun eşqilə yanan tərlan var imiş... 

Sonanı bu yollarla getməyə  məcbur etdilər, onu, Vətən torpağından incə bir 

gülü zorla qıran kimi qırdılar. Tərlan isə... Tərlan dostunun səsinə  səs verib, öz 

əməllərinə sadiq qalmadı, o təhsilə getmədi, dərvişlik yolunu seçdi, biyabanlara 

düşdü... bu yollar Sona və Tərlanı zəmanənin təlatümlü, keşməkeşli ümmanından 

hansı bir sahilə aparıb çıxaracaq....İndilik isə hər bir şey öz adi qaydasında davam 

edir, elə bil heç kəs bu yoxluğu hiss etmirdi. Amma Bircəxanımın gözlərinin yaşı 

qurumur, cavan şairin öz nakam dostundan ötrü qəlbi aram tutmurdu. Doğrudur, o, 

dostuna bu yaxınlarda  Şirvanı  tərk edəcəyini, Nəcəfə  təhsilə gedəcəyini dedi, 

amma onun arzuları düşündüyü qədər də tez baş tutmadı. Bunun iki səbəbi var idi: 

birinci pul! Cavan, on doqquz-iyirmi yaşlı  gənc Seyid Əzim uzaq ellərdə hansı 

pulla yaşayıb təhsil alacağını  hələ müəyyənləşdirməmişdi. Tavana sahiblərindən 

onun təhsilini kim qiymətləndirəcək, kim ona himayə əlini uzadacaqdı - bilmirdi. 

Kərbəla, Nəcəf tüllablarının həyatı haqqında ziyarətdən qayıdanlar da elə sözlər 

danışırdılar ki, biri deyirdi: yarıac-yarıtox Allahın kəlamını oxumaqdan canlarında 

can qalmayıb. Göndərilən ianə pullarından onların qismətinə çox az şey düşür. 

Arxasınca canı yanan, əl uzadanı yoxdursa, sailə dönür, dilənçi həyatı keçirir. Bir 

başqası xəbər gətirirdi ki, göndərilən paralar hədər gedir, tüllablar' tiryəkə, ləvhü-

ləəbə qurşanıb, dərs, Quran yaddan çıxıb. Tüllablardan gələn məktublar da həmişə 

şikayət, pul tələbi, kömək yalvarışları ilə dolu olurdu. Bütün bunlar Seyid Əzimi 

hələ  qəti qərar verməkdən sağındırırdı.  İkinci səbəb Kiçginə xanım - Minasoltan 

idi. 


Tərlan əhvalatından sonra arvadın qərarı kəsilmişdi. Başı kəsilmiş toyuq kimi 

özünü ora-bura çırpır, qohum-qonşuda qız gəzir, balasının ayağını evə möhkəm 

bəndləmək istəyirdi. Bəlkə, Allah kərimdi, ya heç oxumağa getmədi, ya da getsə, 

iraq-iraq başqa tüllablar kimi o yerlərdə küllənib qalmadı. Tez də qayıdıb gəldi 

deyə düşünürdü. Ana işi elə qurmuşdu ki, bu günlərdə Seyid Əzim hara getsə, 

hansı qohumuna, dostuna rast gəlsə, sohbət axırdan-axıra gəlib evlənmək məsələsi 

üstünə çıxırdı. Seyid Əzim əbədi evlənməmək əhdi eləməmişdi. 

 

 




__________________Milli Kitabxana_________________ 

107 


 

İndi həmin hadisələrdən bir ilə yaxın müddət keçdiyi bir zamanda gənc sair, 

Sonaya olan eşqini yadına salır və düşünüldü o bir eşq idi, ani. O bir eşq idi, 

baharın nəsimi kimi xoş  və ötəri... Ömrümə bir anlıq təzə, tər bir qızılgül  ətri 

gətirdi, dimağımda süsən kimi xoş bir rayihə qoyub getdi... Mən onun cilvələrinə, 

rəqsinə aludə idim, bunun həqiqi eşq, əsil məhəbbət olub-olmadığını heç başa da 

düşmütdüm... Mənə elə gəlirdi ki, onu görəm, ətrini duyam gərək... O mənim üçün 

behişf cilvəli bir huri, bir pəri idi. Bir yuxu idi ki, oyandım, alimdə heç nə qalmadı. 

Xatirəmdə isə əbədi, füsunkar bir gözəllik həkk olundu. Onu oradan heç bir qəza 

silib tullaya bilməz... Təkcə Sona, o bədtale sənətkar anladı ki, bu eşq iki qəlbi bir-

birinə  əbədi bağlayıb, həyata züriyyət, davamiyyət gətirən məhəbbət deyil. Bu 

olsa-olsa bir şairin gözəllik ilahəsinə, bir büti-siminbədənə olan sitayişidir. Burada 

son tikəni bərabər bölüşdürən, bütün həyat boyu çiyin-çiyinə gedən, oğul-uşaq 

böyütmək, nəsli davam etdirməkdən ötrü həyatın bütün keşmə-keşlərinə dözən ər-

arvad məhəbbəti üçün yer yoxdur. O başa saldı  məni! Anlatdı ki, "mən sənin 

xəyalına, ilhamına bəzək ola bilərəm, həyatını isə qura bilmərəm. Bunun üçün 

məni çoxdan məhv etmişlər". O mənə anlatdı ki, "mən artıq yanmış bir şamam, 

pərvanə olma, özünü bu şama yandırma". Sona, sən nə dilbər bir qız idin, zəmanə 

və ruzigar səni bədbəxt etməsəydi, sən gözət bir baş yoldaşı olardın, insanın bütün 

əməllərini başa düşən bir baş yoldaşı... 

Görəsən, bəs tale istəkli anamın əliylə mənə kimi baş yoldaşı seçir?.. 



Düşüncələr onu yormuşdu, bir neçə gün idi ki, yazdığı  qəzəllər də xoşuna gəlmirdi. 

Dönə-dönə sevdiyi Füzuli "Divanı"nı qarşısına açıb oxuyur, sevgili ustadına nəzirəni nəzirə 

dalınca qoşurdu. Bu gün o, Füzulinin  

 

Kərəm qıl, kəsmə, saqi iltifatın 



binəvalərdən,  

Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən  

 

-mətləli' məşhur qəzəlini təxmis etmək arzusuna düşmüşdü.., Təxmis bir növ 



nəzirə olsa da, şairdən böyük ustadlıq tələb edirdi: axı  şair öz sələfindən aldığı 

qəzəlin hər beytinə üc elə misra əlavə etməli idi ki, həm məzmun, həm də vəzn və 

qafiyəsini pozmasın, qəzəlin gözəlliyini, məna və  bədii keyfıyyətini mühafızə 

etməklə, yeni bir əsər, bir müxəmməs meydana qoysun. Şair yazırdı: 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə