Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə44/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   40   41   42   43   44   45   46   47   ...   143

__________________Milli Kitabxana_________________ 

129 


 

-Ay onu icad eləyənin lap atasına lənət... 

-Əbədən... bu bir şairin istər cavan, istər cəvanəzən olsun gözəllik ilahəsinə 

büti-siminbərə  səcdəsidi, bunsuz şeir yaranmaz... İnsan dimağını incələşdirən, 

zərifləşdirən  şeir... bu ifadələrdən qərəz tək-tək  şəxslər deyil, ümumən gözəlliyə, 

xudavəndi-aləmin yaratdığı və peyğəmbər sələvatullahın "fətəbarəkəllahu əhsənül-

xaliqin" - yəni səni yaradan Allaha şükr olsun dediyi bəşəri gözəlliyə ibadətdir. 

Xudavəndi-təbarəkin  ən gözəl töhfəsidi  şeir qabiliyyəti. Qurani-şərif də  şeirlə 

yazılıb... ya Hafizə bax, şeyx Sədiyə bax... Məgər onlar hamısı  əxlaqsız olub, 

meyi-nab deyəndə məbz siz düşünən piyanis-keliyi eləyiblər?.. 

Elə bu anda müridlərindən könüllü nökər vəzifəsini ifadə eləyənlərdən biri içəri 

girib Hacı Seyid Məhəmməd oğlu Seyid Əzim ağanın gəldiyini xəbər verdi: 

-Buyursun, buyursun... qəlbində düşündü: yaxşı ki, otağa bu gün,bu saatda 

gələn yoxdu, oturub bir əməlli  əməli-saleh adamla Allahdan, bəndədən söhbət 

eleyərik.  Əmr bə  məuf, nehy əz münker şəri qanunu da mən öz həmvətənim 

haqqında yerinə yetirmiş olaram. 

Seyid Əzim otağa daxil olub göstərilən yerdə əyləşdi, onların yaşları arasında 

fərq o qədər də deyildi, amma buna baxmayaraq, Ağaseyidəli ağa az qala onun 

atası yaşında görünürdü. 

Əhval pürsandan sonra şair öz məqsədini açıb Ağaseyidəli ağaya bildirdi. Onun 

gözlədiyinin əksinə olaraq seyid bu təklifi böyük bir məmnuniyyətlə qarşıladı: 

-Mübarəkdir, gözəl işdir, mən  əlimdən gələn köməyi  əsirgəmərəm. Növbəti 

cümə günlərindən birində camaat məsciddə xüsusilə çox olanda bu barədə onlarla 

danışaram. 

"Yaxşı oldu, başı xeyir işə qarışar, şer və naşər işlərdən əl çəkər, bir də camaat 

balalarını urus uşqoluna yox, öz müsəlman qardaşı açan məktəbə verər", - deyə 

düşündü. Sonra əlavə elədi: 

-Çox gözəl işə iqdam eləyirsən, əmioğlu, mən də sənə qahmar! 

Amma bir neçə  şərtim var, birinci şərtim budur ki, sən - o, yanındakı  rəhilin 

üstündən xəttat məktəbinin məxsusən ona hədiyyə üçün gözəl xətlə yazdığı böyük 

Quranı aldı, öpüb alnına qoydu və Seyid Əzimin qarşısına tutdu - bu müqəddəs 

kəlamullahi-məcidə and içib, içkidən tövbə eləməlisən. 

Şair bir an duruxdu, lakin o buna çoxdan hazır idi, o bilirdi ki, Ağaseyidəli ağa 

məhz bu andı ondan tələb edəcək; bunu ondan anası da, 

 

 



__________________Milli Kitabxana_________________ 

130 


 

ən yaxın  əməl dostları da xahi edirdi, o özü də bilirdi ki, içkiyə aludəlik onu 

yaman yola apara bilər. 

Şair qəlbində gülümsədi. 

"Bəli,  şərab da olub, musiqi də, çəngi də...  Şərabdan tövbə... min tövbə... 

Musiqi və gözəllik olmadan yazmaq, şeir düzmək imkanı olsaydı, amalım yolunda 

ondan da tövbə edərdim... Lakin bu mümkün deyil, ağa, ya sən bunu unudub 

tövbənə daxil etmədin, ya da vallahi ki, zövqün var! Bilirsən ki, bunlardan tövbə 

etdirmək, məni yalana mürtəkib etdirmək, mənə nahaq and içdirmək olar. Mən 

təbi-şeir qarşısında acizəm;  əhdimi, andımı  sındıra bilərdim. Yaxşı ki, bircə 

şərabdan tövbə etdirirsən, - deyə düşündü. Bu anda o çoxdan hazır idi. Əlini 

qaldırıb Quranın üstünə qoymaq istədikdə  Ağaseyidəli ağa Quranı ondan kənar 

etdi: 

-Bir sözün kafıdir,  əmioğlu, bir sozün kafıdir.  İçki tövbəsi üçün həmmamda 



qüsl etmədiyindən Qurana əl vurmagın caiz deyil. Elə bir sözünə qailəm. 

Seyid Əzim and içərcəsinə ciddiyyətlə dilləndi: 

-Mən o sözü sizə səmimi-qəlbdən verirəm. 

Axundun nazik dodaqları səyridi: 

-İnanıram...  İndi bir nəsihətimə qulaq asmalısan: Sənin barəndə qulaqlarıma 

yaman sözlər gəlir, içkidən qeyri... guya xoşməşrəb cavanlara qoşulmusan... 

Seyid  Əzim etiraz edərcəsinə  əlini qaldırdı, nə isə demək istədi, lakin axund 

buna imkan vermədi: 

-Axıra qədər sözümə qulaq as. Bilirəm, xeyirxahın olduğu kimi bədxahın da 

çoxdur. Bilirəm ki, sözlərin çoxu bədxah qayırmasıdı. 

Amma genə  də  səni xəbərdar eləyirəm, övladım! Mənim nəzərimdə özünü 

paklığa, təmizliyə  çıxartma, bunun faydası yoxdu! Mən onsuz da sənə inanıram, 

tinə-tinə bələdəm. Sən çalış ki, xalqın nəzərində pak ol! Öz millətinə, həmvətəninə 

xeyir vermək istəyən insan təmiz,gün kimi aydın və həmişə göz qabağında olduğu 

üçün, hərtərəfli pak olmalıdır. Onu hamı görür: biri təmşiyət götürürsə, bir napak 

da irad tutmağa yer axtarır. Onun paklığı aftab kimi elə ziya saçmalıdır ki,adamlar 

bu  şüadan isinə  və nur ala bilsinlər. Əks halda, onun bütün ulu və qüdsi arzu və 

əməlləri puç olar gedər. Sən xalqa xidmət etmək xəyalına düşdüyün gündən artıq 

özünə  məxsus deyilsən, ona göre də hamının gözü önündəsən. Bu ağır yoldu, ya 

seçmə, ya da seçdinsə,onun bütün ağır və  əzablarını, keşməkeşlərini qəbul elə! 

Peyğəmbər nəsihətini onu eşidənlərə deyil, qulaq asmayanlara, ağzına daş vuran- 

 

 




__________________Milli Kitabxana_________________ 

131 


 

lara eləyib, çünki dininin həqiqiliyinə, öz xalqına xidmət etiqadına inanıb, öz 

gözlərində tir görməyənlər, sənin gözündə tük axtaracaq. Sən istər evdə, külfət 

yanında, istər bazarda, dost-aşna yanında, istərsə də, gələcəkdə şagirdlərinlə özünü 

elə aparmalısan ki, sənə irad tuta bilən olmasın. Di kifayətdi, Allahın köməkliyi 

üstündə olsun... 

...Seyid Əzim bu qəribə insanın nəsihətlərini sözsüz bir maraqla dinləyib çıxdı. 

O elə dərin bir xəyala dalmışdı ki, hətta axunddan xeyir-dua aldığına belə, elə bil 

ki,  əhəmiyyət vermirdi. O düşünürdü və düşündükcə indicə  eşitdiyi sözlər, 

Gülüstan qalası, Pirdiroki dağı, Pirqulu zirvəsində  əks-səda verən bir xəyali sövt 

kimi qəlbində  səslənirdi: "Vətənə xeyir vermək istəyən insan gün kimi pak 

olmalıdır... Sən xalqa xidmət xəyalına düşmüsənsə, artıq özünə məxsus deyilsən,.. 

bu ağır yoldu... ya iqdam etmə... ya da işə qədəm qoydunsa, bütün ağrı və acılara, 

məhrumiyyətlərə dözməlisən... Sözünü məhz qulaq asmayanlara, nadanlara, sənə 

tənə-təriz vuranlara, daş atanlara deməlisən... Səndə belə bir dəyanət varmı?.. 

Olacaqmı? Yarı yoldan qayıtmayacaqsan ki?.. Atılan oxlara sinən davam 

edəcəkmi? Bu bir sənəmin kirpiklərindən, növki-müjganından atılan "oxlar" 

olmayacaq ha!.. Sərvəqt ol, Seyyid, artıq sən özünün deyilsən!.. Bu yazıq, məzlum 

və nadan xalqınınsan! Sən də  sələflərin kimi əlindən gələni etmədi, sonra: 

"Bacardığımı etdim, bacarmadığımı da etdim, əziz xalqım,  əlim mənim" - deyib 

dünyaya rahat göz yuma bilərsən... Malım-mülküm yoxdu ki, bu yolda sərf edəm, 

bir canımdan savayı. Onu da İsmayıl qurbanı kimi ayaqlarına, uğruna qurban 

gətirirəm; elim-günüm mənim! Nə bacarsam insan iqtidarında olan hər  şeyi 

edəcəyəm, çalışacağam ki, bəqədri-məqdur, övladının gözünü bu cahana doğru 

özlə açam, ona doğru, həqq yol göstərəm.. Zəif çıxsam bu çarpışmadan, bacara 

bilməsəm, qüsurlarım olsa, əfv et məni, əziz elim-günüm, millətim mənim! Bil ki, 

sənin yolunda nə etmişəmsə,  ən səmimi niyyətlərlə etmişəm, nəyi düzgün 

etməmişəmsə, qüsurumu əfv et!.." O öz xəyalında eli-günü ilə canlı bir insan, 

qarşısındakı bir müsahib kimi danışır, əsil andı indi içirdi. 

...O xeyir-dua aldı, o and içdi. Amma bu andın yerinə yetirilməsi,  Şirvanın 

maarif qaranquşlarından olan, adı dillərə düşmüş, on altı il davam etmiş, Zaxarov, 

Çernyayevski kimi müəllim-pedaqoq tərəfindən təriflənən məktəbin açılması üçün 

hələ çox çalışmalı olacaq. Bu gün pul tavana sahiblərində, güc güclülərdə- arzu 

Seyyiddədir... Arzu... Bu arzunun həyata keçməsi ilə bugünkü and arasında o qədər 

hadisələr baş veribki... 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə