Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə42/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   38   39   40   41   42   43   44   45   ...   143

__________________Milli Kitabxana_________________ 

123 


 

-Hə, bu qəzəli, cənab Ağa, bizim şuşalı qonağın, cavan xanəndəmizin səsindən 

ruhlanaraq yazıbdır. Mən belə bilirəm ki, həmin qəzəli birinci dəfə oxumaq şərəfi 

də ona verilməlidir. 

Hamı "doğrudur, doğrudur", deyə təsdiq elədikdə cavan xanəndə həya təri tökə-

tökə yerindən qalxdı, Mahmud ağanın işarə və təhriki ilə Seyyidə yaxınlaşdı. Uzaq 

ellərdə  qəzəllərini xanəndələrdən eşidib  əzbərlədiyi, məftunu olduğu  şairi birinci 

dəfə görürdü, həm də bu "Seyyidi-ali nəsəb" haqqında o, vətəninin  şair və 

musiqişünaslarından – Asidən, Nəvvabdan nələr eşitməmişdi... Qəlbindəki 

titrəyişlə sevdiyi şairin qarşısında diz çökdü, əyilib qəzəli ona uzadan əlindən öpdü 

və qalxıb yerinə keçdi.,, Tarzənə  nə çalmalı olduğunu pıçıldadı... Musiqi dəştiyə 

keçəndə "Şuşalı balası" şairin ona təqdim elədiyi yeni qəzəli oxumağa başladı. 

...Məclis dağılmış, onlar otaqda cəmi bir neçə  nəfər qalmışdılar. Bu gün şair 

Hacı Seyid Əzim Şirvani öz dostu və həmsöhbəti Mahmud ağa, əməl yoldaşı Rza 

bəy, Cavad və bir neçə başqa ziyalı cavanlarla açmaq istədiyi yeni məktəb 

haqqında ciddi söhbət etməli, hərənin bu yolda öz öhdəsinə  nə götürəcəyini 

bölüşdürməli, nə vaxt, harda işə başlayacağını qərarlaşdırmalı idi... Məclis əhlinə 

nəzər saldıqda şairin gözləri dumanlandı, elə bil ki, birinci hadisədən altı-yeddi il 

deyil, illər, qərinələr keçmişdi. Bu, Tərlanla birlikdə Rza bəyin evinə toplandıqları 

günü şairin yadına saldı. Bəli, o da elə beləcə bir gün idi. Onlar cavan idilər. Hələ 

yaxşı-yaman bilmirdilər. İsti-soyuq görməmişdilər. Hələ başlarına nə gələcəyindən 

bixəbərdilər... Zəmanənin atdığı daşlar onların cərgəsini pərən-pərən salmışdı, 

Tərlan cərgələrində yox idi, Rza bəy məktəbi dağılmışdı... Amma bununla belə 

onlar mənən çox möhkəmlənmiş, həyatın ağrı  və acıları onları  bərkitmiş, 

mübarizəyə daha da davamlı eləmişdi... Bu gün onlar artıq bir Qapaqlının hədə-

qorxusu iiə pərən-pərən düşən cürə cavanlar dəstəsi deyildi. Onlara indi təkətəkdə 

heç bir Qapaqlının gücü çata bilməzdi. Bunu artıq həm qapaqlılar, həm də cavan 

ziyalıların özləri dərk edirdi. İndi onlar qismən olsa da, üzə çrxmış, açıq meydan 

idilər. Düşmən isə öz işini qaranlığa, alt qatlara keçirmişdi, altdan iş görməyə 

məcbur olmuşdu. Zəmanə qüvvələrin nisbətini dəyişmiş, yerlərini dəyişmişdi. Bu 

düşüncələr altında  şair, ürəyinə soxulan qəmli fıkirləri qovdu, silkindi və  ağır 

təmkinli səsilə sözə başladı: 

-Sözüm uşqola barədədi, ağalar... 

 

 




__________________Milli Kitabxana_________________ 

124 


 

AND 

 

Seyid  Əzim bazara çıxdı.  İndi artıq  Şamaxının küçə  və meydanları xeyli 



dəyişmişdi. İnsanların geyimi, dükanların quruluşu, adamların danışığı sanki bu bir 

neçə il ərzində nəzərə çarpacaq dərəcədə təbəddülata uğramışdı. Əvvələn, şəhərdə 

dükanların çoxunun pəncərə  və qapıları böyümüş, onlara naxışlı, aynalı  şüşələr 

salınmış, bunların dalısına satılan mallardan nümunələr qoyulmuşdu, dükanların 

qarşısında toz-torpaq içinə qoyulmuş, toz basmış malların bir çoxunun kisələrinin 

üstünə nazik və  təmiz tənzif çəkilmişdi. Adamların geyimlərində  də  nə isə bir 

yenilik nəzərə çarpırdı. Birinin papağı, birinin donu, çuxası  dəyişmiş, kostyum 

geyənin, rus hərbi zabit paltarı tərzində frenç və s. tikdirənlərin sayı artdığı kimi, 

şəhərdə zabit və soldatlar, ticarətə  gələn, səyahət edən, elmi iş üçün gələnlər də 

çoxalmışdı. Küçədə, bazara enənəcən heç olmasa bir-iki avropalı geyimində olan 

adama rast gəlirdin, əvvəllər isə bunları barmaqla saymaq olardı. 

Şəhərdə rus və erməni qızları ücün açılmış "Müqəddəs Nina" məktəbinin Tiflis 

şöbəsi fəaliyyət göstərirdi. Deyilənə görə  Şamaxının bəzi nücəba qızlarından bu 

məktəblərdə oxumaq xəyalına düşənlər olduğu kimi, hətta bu məktəbdə dərs deyən 

müəllimlərin təsirilə  cənab Mahmud ağanın xüsusi təhsil görmüş bibisi qızı 

Güllübəyim də, yeni qaydalı, xüsusi mollaxana kimi bir şey açmış, bir neçə qızı bu 

məktəbə  cəlb etmişdi. Rus dilinə maraqnücəba, tacir qızları arasında elə  dəb 

düşmüşdü ki, şəhərə  gələn erməni və rus müəllimləri gündüz çıraqla axtarılır, 

böyük qiymətə, xüsusi zəhmət və tanışlıqla əldə edilirdi. 

Güllübəyim mollabacının məktəbi haqqında eşidəndə Seyid Əzimin ürəyi 

telləndi: "Afərin sənə, bacım, sən bizdən qeyrətli çıxdın, bizim oğlanlar üçün eləyə 

bilmədiyimizi, bəlkə  sən öz hüquqsuz bacıların üçün əlaltından eləyə biləcəksən. 

Ah, kaş  mən də belə bir iş görə bileydim, amma cifayda, oğlan məktəbini molla 

məktəbi adı ilə açmağın mənası  və faydası yoxdur. Mən mütləq  şəhərin nücəba, 

üləma və tüccan ilə əlaqəyə girməli, rəsmi icazə almalıyam... Bütün bunlar isə nə 

tələb eləyir, bu, bir Allaha məlumdur"....Aylar, illər bir-birini əvəz edirdi. 

...Seyid  Əzim öz məqsədini yaxın rəfıqlərinə açdı. Daha sonra o, məktəbdə 

şəriət dərslərini aparmaq üçün dostu molla Hüseyn Lətif oğlu ilə  məsləhətləşdi

məktəbdə məhz şəriət dərsinin deyiləcəyi mollada xoş bir əhval oyatdı vo o, cavan 

dostunun təklifinə razılıq verdi. Bundan sonra Seyid Əzimin  ən çətin işi rus dili 

məsələsi idi. O istə 

 

 




__________________Milli Kitabxana_________________ 

125 


 

yirdi ki, məktəbdə  şagirdlərə rus dili də öyrədilsin. O özü yaxın tanışlarının, 

xüsusilə Mahmud ağa, Aleksan bəy və başqalarının köməyilə rus dilini öyrənməyə 

başlamışdı. Amma çətinlik çəkirdi. Dilin ta uşaqlıqdan təlimi məsələsi zəruri idi. 

Doğrudur, məktəbdə rus dilinin təlim olunması bir çox valideyni bura uşaq 

verməkdən çəkindirəcəkdi; lakin bu dili və bu dildə yazılan zəngin  ədəbiyyatı 

oxuyub öyrənmək, böyük bir aləmə göz açmaq üçün balaca həmvətənlərinə zəruri 

idi... Odur ki, şair dostlarından bir müəllimin məsləhətilə  şəhər məktəbinin zəki 

şagirdlərindən sayılan Manveli gözaltılamışdı.  İş baş tutsa onu rus dili müəllimi 

dəvət edəcək idi. Elə indidən atası ilə danışıb, razılığa gəlmişdi. 

Əsil məsələ icazə almaq və iane toplamaq məsələsi idi. Dostlar bir ağızdan 

demişdilər: "Əgər müvəffəq olmaq istəyirsənsə, mütləq Ağaseyidəli ağanın 

razılığını almalısan, əks halda aqibətin Rza bəydən uzağa getməyəcək, məktəbin də 

onunku kimi tezbazar olacaq". 

İndi Seyid Əzimi, Ağaseyidəli ağanın otağına gətirən də  məhz bu idi. O, 

məqsədini ağaya açacaq və seyiddən yardım istəyəcək idi. O, ruhani olsa da, 

şəhərdə böyük nüfuza malik olan seyidə müraciət etməyə məcbur idi. 

Ağaseyidəli ağanın yanına getməmişdən  əvvəl düşünüb daşınmısdı, ona 

deyəcəyi sozləri, alacağı məsləhət və istəyəcəyi yardımı dostları ilə birlikdə çoxdan 

qərarlaşdırmışdı.  İndi yolüstü qarşısına çıxan Cin Cavad onun bütün arzu və 

xəyallarından xəbərdar idi: 

-Hara belə, Ağa? 

Seyid  Əzim qarşısına dostunun, həm də belə xoşniyyət bir dostun çıxmasını 

iqdam edəcəyi işdə yaxşı bir fal hesab edib gülümsədi: 

-Xeyirdi, aadə, Ağaseyidəli ağanın qulluğuna gedirəm... 

-Allah xeyir versin, yaxşı olar inşallah. Neynim, Ağa, kaş Allahın altında bir 

molladan, ya cəddündən irağ yerdə seyiddən-zaddan olaydım. Özü de eləsindən ki, 

camaat mənim dalımda cümə namazı qılaydı, mənə itaət eləyə idi. Onda çıxardım 

minbərə, deyərdim: ya eyyühənnas, bu cavan ağanı ki, görürsüz, vallah, gündüz 

işıqnan axtarsaz, balalarınız üçün xeyirxah və yaxşı  təlimçi, müəllim, molla tapa 

bilməzsiz... Nahaq yerə uşaqlarınızı aparıb verməyin mollaquyruqqululara. Bu kişi 

sizin balalarınızdan həqiqi insanlar yetişdirər, onlar bütün millətlərin arasında 

barmaqla göstərilən ağıllı adamlar olarlar... 

Cavad "vəz" elədikcə Seyyid gülümsəyir və diqqətlə qulaq asırdı: 

-Allah dəvəyə qanad versə, uçurmamış dam-daş qoymaz, elə oldu ki, sən molla 

olmamısan da... Molla adı gələn kimi canuva titrətmə 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə