Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə45/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   41   42   43   44   45   46   47   48   ...   143

__________________Milli Kitabxana_________________ 

132 


 

Dostlar, Hacı Əsədin dükanına girməyin vaxtı çatıb, burada ruhumuzu açan bir 

şey olmasa da, gəlin Bəzzazbazarın əvvəldə tanış olduğumuz, lakin içəri girməyə 

münasib vaxtımız olmayan bu mağazasına daxil olaq. 

Hacı Əsəd, oğlu Tərlandan xəbər-ətər bilmədiyi ilk aylarda özünü yerə vurmur: 

"Mənim oğluma nə  gəlib ki? Özüm izin vermişəm, qəriblər ağasının qulluğuna 

gedib" deyirdi. Şamaxılılar demişkən "dəvədən düşsə də, höt-hötündən düşmürdü". 

Amma aylar keçib il oldu, Tərlandan gəldi olmadı. Arabir Aşqabaddan bəri 

keçənlər xısınlaşdılar ki, Tərlanı o tərəflərdən görən olub, guya orda dükan açıb, 

ticarət eləyir... Hacı özünü o yerə qoymasa da, camaat, qohum-əqrəba, bazar əhli, 

xususilə yaxın qonşusu Hacı  Qədir görürdü ki, kişi xiffət eləyir... Buna 

baxmayaraq dükan əvvəlki qaydasından, bər-bəzəyindən düşməmişdi, iri naxışlı 

şüşlərin dalına mallardan nümunələr qoyulmuşdu.  İçərisi geniş olan mağazanın 

piştaxtaları dalında indi cavan bir oğlan, Hacının "pirkəşik" adlandırdığı xalanəvəsi 

Əli işləyirdi. Hacı özü taxtın üstündə oturub əsasən daxıldarlıq eləyir, gəlib-gedəni 

qəbul edir, oturub tez-tez çayçı  Əlmuxtarın dükanından gətirilən pürrəng çayı 

içirdi. Kişi oturaq həyat keçirdiyindən bir qədər də yoğunlamış, peysərini qatbaqat 

ət basmışdı. Kosa sifətinin əlləri az qala beşqat buxaq kimi üzüaşağı sallanmışdı. 

Tirmə qurşaq qamına gəlmirdi. 

Qapaqlı  həmişəki yerində taxt üstündə oturub qəfəsələri ağırlıqdan  əyən 

mallara baxır və çayı qurtumlayırdı. Birdən Molla Qurbanqulu ilə onun kürəkəni 

Məşədi Alış içəri girdi. Hacı "hə-hö" eləyib qalxanacan, pirkeşik  Əli qonaqları 

qarşılayıb taxt üstündə onlar üçün yer rahatladı. Molla dedi: 

-Qalxma, qalxma, sən Allah, zəhmət çəkmə... Salaməleyk. 

-Ay  əleykəssalam... heç dura bilirəm ki... yaman ağırlaşmışam, axund... Xoş 

gəlmisən, səfa  ğətirmisən, sən də  Məşədi Alış – ürəyində isə deyindi: "Bu 

qaraxəbərdən Allah xeyir xəbər göstərərmi? Görəsən, genə kürəkən-qaynata nə 

pəstaha açacaqlar, kimin evin yıxacaqlar? Allah özü şərlərindən saxlasın, sən 

öləsən heç Alışa məşədi deməyə də dilim gəlmir". 

-Əli, bir Rəzini səslə, ağalara çay.., 

-Baş üstə... 

Əli çıxmaq istəyəndə Molla Qurbanqulu səsləndi: 

-Oğul, Hacı  Qədirə  də de ki, bir balaca onuyla məsləhətimiz var,bir zəhmət 

çəkib buyursun bura, buyursun. 

 

 



__________________Milli Kitabxana_________________ 

133 


 

-Baş üstə... 

Rəzi iri siniyə çaydan və fincanları qoyub çıxanda, mollanın məsləhəti ilə 

Qapaqlı, Əliyə emr elədi: 

-Əli, get karvansaraya, gör kərbəlayi Vəlidən bir xəbər-ətər varmı? 

Əli çıxanda Hacı Qədir dəvə kimi uzun boynunu əyib içəri girdi,lök dodaqlarını 

marçıldadaraq salamlaşdı  və  məhz dəvə kimi də diz çöküb taxtın bir küncündə 

əyləşdi. 

Oturanların hamısı intizar içində gözlərini Molla Qurbanqulunun üzünə dikib 

durmuşdular. Molla Qurbanqulu adəti üzrə hər bir cümlənin son sözünü təkrarlaya-

təkrarlaya sözə başladı: 

-Hacı, Məşədi Alış da, özüm də  eşitmişəm ki, bu təzələrin bir-birinin dalınca 

bağlanan təzə  uşqolları elə yağışdan sonrakı göbələk kimi genə  də bir-birinin 

dalıncan yerdən dombalıb çıxır... bəli, bəli, çıxır. 

Güllübəyim-kəsmiş elə getdi, İrza bəyinki belə getdi... indi də deyirlər ki, o 

naseyid Əzim təzə qaydada bir məktəb acmaq üçün dost-aşnaynan xosunlaşır, bəli, 

bəli, xosunlaşır... lap səhih xəbərdi... 

-Nə danışırsan, canım? Onda pul hardeydi uşqol aça? Uşqolun bir aləm xərci, 

dərdi-azarı var. 

-Əh, özü günorta durur yuxudan ki, qarnım acar, sən də, ay axund, görəsən 

hansı yuxu görənə inanmısan? 

-Nə danışırsan?  Əşədənbillah, peyğəmbər haqqı doğru sözdü, Hacı! Mən 

bəyəm yoxlamamış, bir işə iqdam elərəm, cənabını narahat elərəm? Sən baxma 

lütün biridi, amma o Kərim bəy var ha, deyirlər o da elə  əvvəl  əldən 120 manat 

ianə verib... süftəsinə, verib... 

Hacıların gözləri kəlləsinə çıxdı, hər ikisi əllərini dizlərine çırpdı: 

-Pah atonnan, bu babi uşağı babi, pul qoymağa yer tapmırlar da... 

-Bəli, elədi ki, var... Mahmud ağa da, Əlyar bəy də, siyahı eləyiblər, hərə karına 

göre 20-dən, 30-dan, 100-dən söz verib... Sonra da naseyid Əzim gedib 

Ağaseyidəli ağanın qulluğuna, ondan izin alıb... rüsxət istəyib... bəli, bəli, istəyib... 

-Hə, o nə deyib? İçkiçi, qumarbaz, çəngibaza izin verib? Elə şey olar? 

-Ele iş  də ondadı ki, Ağaseyidəli ağa ona inanır, niyəsini bilmirəm, amma 

inanır. Deyirlər ki, Qurana əl basdırıb, tövbə elətdirib ki, bir də dilinə içki 

vurmayacaq... bəli, vurmayacaq... 

Bu xəbəri Qapaqlı ilə Hacı  Qədir hərəsi bir növ qarşıladı. Hacı  Əsəd dərhal 

səsləndi: 

-Ay tövbə elədi ha... yalansa tövbə ona qənim olsun... 

 

 




__________________Milli Kitabxana_________________ 

134 


 

Hacı Qədir dilləndi: 

-Tövbə eləyibsə, Ağaseyidəli ağaya söz veribsə dayı nə söz? 

Hacı Əsəd səylə nəyi isə yadına salırdı. Birdən od götürmüş kimi coşdu: 

-A kişilər, nə tövbə? Nə söz? Hələ dünən Cinin başına yığılan gədə-güdə 

bazarda hırıldaşa-hırıldaşa onun təzə qəzəlini oxuyurdu,yadımda ilişib qalan da bu 

beyt oldu: 

 

Hər işindən eləyə tövbə, yəqindir, Seyyid  



Çəkməz əl badədən, etməz bu xətadan tövbə! 

 

Bu da sənə onun tövbəsi! Təpəsinə dəysin...  



Məşədi Alış söhbətə qarışdı: 

-A kişilər, siz də ona inanırsız? Getdiyim qəriblər ağasına and olsun ki, dünən 

öz gözümnən onu Gürcübazardan Aleksan bəynən qol-boyun çıxan görmüşəm... 

-Pay atonnan seyid yiyəsi, ay sənin cəddin özünə qənim olsun... 

-Bu ola bilməz, əgər söz veribsə... - yenə də şübhə Hacı Qədiri dilləndirdi. 

Bu pir və ocaq dəlisi omründə  Ağaseyidəli ağaya inanan kimi heç Allaha da 

inanmırdı. 

-Olar, olar, deyirlər ki, hələm onun uşqolunda urus dilindən də bir erməni 

dığası dərs verəcək; belə qayda qoyub... 

-Əh... ay cəddi onun üzünə tüpürsün, onda hansı imansız ona uşaq usburt olar? 

-Heç kim, heccə kim... O da gedər inşallah urus İrza bəyin məktəbinin 

dalısıycan... 

-Bu babi köpək uşaqlarından bundan artıq nə gözləmək olar? İçkixana, 

həcvxana onlara azlıq eləyir? 

-Əl çəkmirlər... Din eldən gedir... 

Molla məsləhətə xitam verdi: 

-Hacılar, bax borcumuz avamı başa salmaqdı, baxmasınlar ki,seyiddi, nə bilim 

ağadan izin alıb, çoxunun gözünü bu məsəfələr örtə bilər... odu ki, bizim borcumuz 

camaatı başa salmaqdı, bəli, salmaqdı!Qoy öz fərzəndələrini öz əlləri ilə odun içinə 

atmasınlar! Onlardan babi qayırmasınlar, urus-erməniyə tay eləməsinlər, 

eləməsinlər! 

Hacı Qədiri isə fikir götürmüşdü. Şübhə onun inadkar və etiqad sahibi qəlbinə 

yol tapmışdı. Əvvələn, Seyid Məhəmmədli böyük və nəcib ocaqdı, onlar hələ heç 

kimin bir həbbəsinə kəc baxmayıblar... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə