Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə47/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   43   44   45   46   47   48   49   50   ...   143

__________________Milli Kitabxana_________________ 

137 


 

qulluğuna ərz eləməyə cürətim çatmadı. Son deyirəm, çünki mən onsuz da bir daha 

oralara dönən deyiləm. Bülbülüm uçmuş bağda, sonanı uçmuş göldə  nəyim var? 

Mən bunu indi sənə ona görə yazıram ki, dost-aşna hər məktubda "evlən " deyə 

yazır. Mən  əhd eyləmişəm, Sonadan basqa könlümü heç kəsə verə bilmərəm, 

konülsüz evlənməyi isə istəmirəm. Mənim üçün çox ağır olsa da, əgər onun başına 

nə  gəldiyini bilsən mənə yaz, rica edirəm. Daha nə yazım, məktubunu böyük bir 

səbirsizliklə gözləyirəm. Özündən yaz görüm nəylə  məşğul olursan? Əməllərin 

bircə çiçək açırmı? Həsrətli qəlbimlə  əziz gözlərindən və müqəddəs bildiyim 

əllərindən öpəb ayrılıram. 

 

Baqi ehtiram, səmimi dostun Tərlan  

21 rəcəb sənə... 

 

"Nuri-didəm, əziz sirdaşım Ağa Tərlan

Salamım daimidir! 

Suzişli kağızın yetişdi, oxuyub biqərar oldum...Ah, əziz dost, mən nə üçün sənin 

qəlbini təlatümə  gətirən həyəcanlarından o zaman xəbərdar olmamışam, bəlkə 

sənin taleyin o zaman, özün demişkən, belə  mənhus olmazdı,  əbədi kədərə düçar 

olmazdın. Qardaşım,  əvvəlcə öz haqqımda yazım, çünki məktubun sonunda bu 

sözləri yaza bilməyəcəyəm. Mən arabir yazdığım qəzəl və  həcvlərdən başqa indi 

həmvətənimiz olan şairlərin həyat və  şeirlərini havi bir təzkirə  tərtib edirəm, 

həmçinin  Şirvan tarixini yazmaq xəyalına düşmüşəm. Biçarə anandan nigaran 

olma, arabir hüzürəzada gedəndə bizə  qədəm  əziz eləyir, hal-əhvallaşırıq. Atan 

yerində və əqidəsində bərqərardır. 

Mehriban qardaşım, xos və xeyirxah sözlərin üçün var ol, amma gördüyüm 

kohnə hamam baqidir, qənizad olmamışam, boynuma da Həcci-Əkbər ziyarəti 

gəlmayib. Cibimdə fulusum yox, bir çətən külfətlə  mənə  Həcc ziyarəti nə 

yaraşardı? Necə deyərlər "arığın neyşi var qoruqda, vurub qıçın sındıralar? " 

Sadə desəm  şeytan fitnəsinə uydum cənab  Əlabbas bəyin simasında, özümün də 

taxsırım onda oldu ki, səyahətlər mailiyəm, dünyanı görüb-götürmək 

həvəsindəyəm. O kişi də bunu bilirmis, sən demə zalım oğluna başmaq götürən 

lazım imiş, çənə yoldaşı gərakmiş, qərəz olmazın əziyyətlər çəkdim ki, bir qismini 

nəzmən qələmə almışam sənin üçün bura qeyd edirəm: 

 

Leyk bir şəxs məni məkr ilə yoldan çıxarıb  

Necə kim, Adəmi şeytan edib əfsun ilə dəm. 

 

 


__________________Milli Kitabxana_________________ 

138 


 

Etdi yüz hilə ilə dur məni meykədədin  

Eylədi Kəbə təvafında özüylə həmdəm. 

 

Gətdi yollarda mənim basıma yüz gunə bəla,  

Qüssədən axın sədparə könül tapdı vərəm. 

 

Niyyəti şöhrət imiş kim ona "hacı" deyələr  

Qoymuyubmuş demə məlun, yola sidq ilə 

qədəm. 

 

Mənə bir növ hükumətlər edirdi, billah  

Kim, onu eyləməyib Şamda Mərvan-hərəm. 

 

O cəfalar ki, mənə Şamdə etdi o şərir  

Əhli-beytə o qədər eyləməyib Şümr sitəm. 

 

Leyk səd şükür ki, bir növ ilə çatdıq Vətənə  

Oldu vəsli-rüxi-dildar ilə könlüm xürrəm... 

 

Nə başını  ağrıdım, bütün səyahət boyu o molla yanına dartdı, mən alim-şair 



yanına; o, məscidə  çəkdi, mən meyxanaya, o zirehə  səcdə elədi, mən qədim 

abidələrə - Xaqani rəhmətüllahın qədəmi dəyən yerlərə. 

Əziz və  əvəzsiz dostum, buradakı  ağır keyfiyyətləri yazmaqla, qürbətdə  Vətən 

eşqilə çırpınan qəlbini bir qədər də xərab etmək fikrim yoxdur. Yalnız bir məsələni 

sənə mütləqa yazmalıyam. O da bədbəxt Sonanın taleyindən xəbər istəməyindir. Bil 

və agah ol ki, indi də, elə o zamanın özündə də həmin məsələni mənim qədər yaxşı 

bilən yox idi. Mehriban qardaşım, Sona ölməyib, hərçənd ki, sənin üçün ölüb, 

amma sağdır. O zaman Mütrüf Ədilin evinə basqın olan gecəsi Ağa Səməd adında 

bir cavan ona nicat veribmiş, nə üçün? Hələ indi də bilmirəm. Görünür quldur-

qaçaq içində  də comərd adam var imiş! Ya qıza yazığı  gəlib, zənən xeylağına  əl 

qaldırmayıb, hər nə isə onu sağ buraxıb. Gecəynən Sona o qan ocağında nicat 

tapıb bizə, mənim evimə  pənah gətirmişdi. Bu sirdən indiyəcən, bir Mahmud 

ağadan və bir də anamdan başqa heç kəs agah deyil. Sona birgün bizdə qaldı. 

Mahmudağaya məsələni açdım. Ağsudan xeyli aralı  Ərəbçəltikçi kəndində  Əlyar 

bəy deyilən bir dostu vardı. Gecəynən Sonanı ora yolladıq. Orada onu tanıyıb 

bilən yox idi. Mahmudağa dostuna kağız yazdı ki, qızı orda bir qulluğa düzəltsin, 

qulluqçudan-zaddan qoysun. O vaxtdan bəri hərdənbir  Əlyar bəyin məktubları 

vasitəsilə ondan xəbər tuturuq. Şirvanın əvəzsiz gözəli, solmaz süsəni, orda həyat 

adamlarının içində bəy evində 

 

 


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə