Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə46/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   42   43   44   45   46   47   48   49   ...   143

__________________Milli Kitabxana_________________ 

135 


 

Haram yeməyiblər.,. O biri tərəfdən də Ağaseyidəli ağa kimi bir müctəhid bu 

işi nehy eləməyib, urusxat veribdi... deməli, burda nəsə var... üçüncü tərəfdən Hacı 

Qədir axı bu təzə "məşədi"Alışı yaxşı tanıyır. 0 hardan belə camaat gözləyən çıxdı, 

Allahdan qorxan oldu? Hələ o Molla Qurbanqulu!.. El bilir, aləm bilir ki, hər təzə 

açılan mollaxana, məktəbxana onun cibinə ziyandı... Uşaqları on-on beş il oxudur, 

bir çərəkəden başqa heç nə öyrədib bir yana çıxartmır, bir ucdan da gətir 

hagətirdi....Hər bayramda, hər surə qurtaranda, çərəkə  çıxanda, Quranın fılan 

yerinə çatanda, hələ  də  gətir ha!.. Uşaqların  əllərini, ayaqlarını falaqqaya 

salmaqdan canlarını üzüb... Özlərini də gah meşəyə oduna, gah bulağa suya 

göndərməkdən çiyinlərini ulağ beli kimi yağır eləyib... Yox, bu adamların heç 

birinə inanmaq olmaz... Qaldı  mənim bu əziz qonşum Hacı Qapaqlı... O da ki, 

Tərlan  əhvalatından sonra Ağaya düşməndi... ona heç inanmaq olmaz!.. öz 

aramızdı,  əgəm Ağaseyidəli nəhy eləməsə  və  əgəm deyilənlər düz olsa, uşqolda 

uşaqlara hesabdan, çötkədə öyrətsələr, lap elə o kafir urusun dilini də öyrətsələr, nə 

zərəli var mənə? Həm dükanda gərəyim olar, həm divanda-dərədə əlimdən tutar,.. 

Vallah əgəm deyilənlər düz olsa, gedib Ağaseyidəli ağaya istixare elədəcəm, saat 

xoşduyub Ramazanı aparıb verəcəm Ağaya. Qoy onun dərsin alsın! Alışın, 

mollanın və Hacı  aşnamın acığına,.. öz oğlu  əlindən çıxıb, indi başqalarının 

uşaqlarına "yaxşılıq" istəyir, qoca tülkü? 

 

MƏKTUBLAŞMA 

 

Baradəri-mehribanım, əziz şairim



Əhvalımı  xəbər alsan babətəm, cismən sağlamam, cismimdə heç bir cərahət 

yoxdur. Qaldı bir zəmanə  əhlinin heç yerində qoyduğu ruh məsələsi, o da mən 

yazmamışdan cənabına məlum olsun gərək.  Əziz Vətəndən, istəkli dost və 

yaranından uzaq, kimsəsiz qəribin ruhu necə ola bilər? Mən cismən yaşayıram, 

cismən varam... qalanı  sənə  məlumdur, istəkli dostum, nuri-çeşmim mənim! 

Qəzəllərinin və digər  əsərlərinin sorağı buralara gəlib çatır, gözəl 

həmvətənlərimizə qoşduğun nəzmlərinin qidası ilə yaşayıram desəm, inan. Qırmızı 

Qulam sağ olsun, əşarının hər  ələ keçənini bu diyara yolu düşənlərin vasitəsilə 

mənə göndərir. Mənim salam və minnətdarlığımı ona yetirməyini xahiş eləyirəm. 

Səndən bir ricam var, baği-Gülüstan seyrlərində, Mahmud ağa məclislərində 

nəvalara qulaq asanda, Zoğalavayın kənarındakı ağac 

 

 




__________________Milli Kitabxana_________________ 

136 


 

altında məlum yerimizə  qədəmin düsəndə  məni yad elə  və de ki; ey gözəl 

Şirvan, sənin oğlun, sənin övladın sənin həsrətinlə yanıb qovrulur, qəlbən həmişə 

səninlədir, ruhən həmişə səninlədir. Gözlərimdən bir an da olsa iraq deyilsən, nə 

zaman gözlərimi yumsam, gözümün önündəsən. Uzun müddət sənə və yazıq anama 

heç bir məktub yazmamağımın səbəbi çoxdur. Əvvələn sənin  Şirvanda olub-

olmamağın mənə bəlli deyildi, Evlənəndən sonra təhsilə getdiyini Nəcəfül-Əşrəfdə 

olduğunu, zəlzələdən diyarbədiyar düşmüş, avaravətən olmuş  həmşəhərli-

lərimizdən Ağa Səməd danışdı. Digər tərəfdən, məktub yazmırdım, çünki hələ yer-

yurdum, iş-gücüm sərbirah olub sahmana düşməmişdi, yerim sabit deyildi. Bu gün 

burda, sabah bir başqa yerda idim. Elə kağız yazmaq qəsdində idim ki, sənin cənab 

Əlabbas bəylə  Məkkeyi-mükərrəmə ziyarətinə  təşrif apardığının sorağım aldım. 

Burdan Məkkə ziyarətinə gedən Qara Ələkbər sizi orda görübmüs, bir məclisdə 

təsadüfən nağıl elədi. Qayıtmağını bildim. Ziyarətin qəbul olsun, qardaş, amma 

bilə bilmədim ki, haçandan sən belə  qəni olmusan ki, boynuna Həcci-Əkbər 

ziyarəti vacib olub? Bu şad xəbəri eşitcək sənə məktub yazıb mübarəkbadlıq etməyi 

və çoxdan bəri qəlbimə yığılanları bildirməyi zəruri sandım. 

Əziz bəradərim! Burada, mənim işlərim pis getmir, yavaş-yavaş ticarət 

eləyirəm, az-çox gəlirim də var. Özümə burada təzə-təzə  aşinalar da tapmışam. 

Burada da yeni-yeni insanlar, təzəfikirli tərəqqi-pərvər cavanlar yetişib, burada da 

məktəb açmaq, tərəqqi etmək xəyalına düşənlər var. Burada da tərəqqi düşmənləri, 

mollalar, işanlar, küfr sovuranlar az deyil. Əgər orada dostlara hər hansı bir xeyir 

iş üçün ianə lazım olsa, məni də unutmayacağınıza  əminəm. Burada da əlimdən 

gələni eləyirəm... 

Səndən bir şeyi gizli saxladığım üçün həmişə özümü danlayıram və indi gec də 

olsa sənə biidirmək istəyirəm. Sən o zamanlar elə bildin ki, məni Vətəndən didərgin 

salan təkcə atamın münasibəti və  təhqiri oldu. Lakin bu təkcə belə deyildi, 

qardaşım. Gec də olsa qoy sənə bildirim ki, mən o bədbəxt Sonanın eşqiylə 

yanırdım, mən onunla görüşmüş, hər  şeyi qərarlaşdırmışdım.  İstəyirdim ki, onu 

götürüb uzaq bir diyara gedəm, razılığını da almışdım. O yerlərdə bunun mümkün 

olmayacagını bilirdim. Lakin o bədbəxtçilik mənim  əhdimi kəsdi. Mən Sonaya, 

dünyalarcan istədiyim o talesiz qıza kömək əlimi uzada bilmədim. Basına nə gəldi, 

kim və harda öldürdü, neylədilər onu, bilmədim. Dərdim o zaman elə böyükdü ki

ümidsizliyə elə düçar olmuşdum ki, son görüşdə bunu 

 

 


Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə