Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə43/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   39   40   41   42   43   44   45   46   ...   143

__________________Milli Kitabxana_________________ 

126 


 

düşür, başlayırsan qaralarınca deməyə. Daha onlar da hardan sənnən dost 

olsunlar... 

Cavadın bir az əvvəl ilhamla işıqlanın üzünü kinli bir qəzəb bürüdü: 

-Neyniyim, aadə, bu qırılmışların əməllərin görəndə sağ adam dəli olar... hansı 

yetimin malını  həzmi-rabədən keçirib, özünü çöllərə salmayıblar?.. Hansı dul 

övrətin yiyəsizliyindən istifadə edib siğə boyunduroğun boğazına keçirməyiblər?.. 

Harda bir əhli-qətəm, gözü açıq adam görürlər ya babi, ya kafir elan eləyirlər... 

Dostun Bixud öz adı molla ola-ola gör bir bunların  əməllərindən nə yazır; öz 

aramızda,sənə onun bir qədi açılmamış rübaisin deyim: 

 

Zahid bizi görcək tüpürür, ar etməz,  



Bilməz ki, tüpürcəyi bizə kar etməz,  

Biz bəhri-mühit qılmışıq kəndimizi,  

Bir zərrə nəcasət bizi murdar etməz! 

 

Görürsən, Ağa, necədi curun? 



-Afərin, vallah, əladı! Amma eşidən olsa, Bixud batdı, aadə... 

-Eh, kim eşidəcək? Belə  şeyləri eşitmək istəyən lələşinə müraciət etməlidir. 

Mən də ki, bunların xiridarını tanıyıram; bilirəm ki, kimə oxumaq olar, kimə 

olmaz. Di, yaxşı, gözlərin parıldamasın. Qoy ağanın qulluğuna səni  əməlli 

hazırlayım, birini de deyim, sonra tamam-dəsgah get, ürəkli vuruş... 

 

Ey mərsiyəxan, Hüseyn bizar əz to,  



Aşüftəvü xəstəvü diləfkar əz to,  

Yekbar bədəsti-Şimr əkər koşte şode  

Hər sal şəvəd koştə be səd bar əz to'. 

 

Şairin diqqətlə dinlədiyi bu rübailər az qala məqsədini və gedəcəyi yeri də ona 



unutduracaqdı. 

-Afərin Bixud, aadə, o zalım nə yaman qurd ürəyi yeyib... 

Cin Cavad güldü: 

-Heç özündən xəbərin yoxdu, istəyirsən birini də Seyyiddən deyim? 

 

 



__________________Milli Kitabxana_________________ 

127 


 

İki kəs şərə gedib, versə biri iki manat,  

Söz onundur ki, verib pul; nə qəmi, tapdı nicat!  

Tez yazıb hökmü verir qaziyi-şirinhərəkat.  

Bu tərəfdən verə məcbun olan üç danə manat,  

Filfövr yazdıgı hökmünü elər rədd qazi. 

 

Hər ikisi güldü. Cavad dedi



-Axund yanına, seyid, qazı yanına gedirsən, mən də bir gör nə 

danışıram, dilim quruyar, ağzım eyilər... 

O ciddiləşdi: 

-Get, Allah işivə  fərəc versin, amma təslim olma, ürəklə çarpış,sən ki, bu 

güruhi-nafərcamı yaxşı tanıyırsan... 

Onlar görüşüb ayrıldılar. Cavad arxasınca səsləndi: 

-Ağa, az qalıram, evlərin birindən bir piyalə su alıb dalıncan atam. Xeyir və xoş 

xəbərlə qayıdasan... 

-Atmışcan varsan... 

...Ağaseyidəli ağa günün bu vaxtında qəribə görünsə  də otağında tək idi, 

"istiftaya", məsələyə  gələn yox idi. Onun yaşı  qırxı  təzə adlasa da, saqqalı  və 

bığları ağarmağa başlamış, hətta qalın qaşlarına da təkəmbir dən düşmüşdü. Daima 

evdə çiynindən düşməyən ağ, nazik əbaya bürünmüşdü. İkiqat döşəkçənin üstündə 

bardaş qurub oturmuşdu. Üzünün və  əllərinin rəngi təzə süd kimi ağ  zərif idi. 

ömründə  qələmdən və Qurandan başqa bir ağırlıq görməyən  əllərinin uzun 

barmaqları və tərtəmiz vurulmuş, hamar, şirmayı kimi dırnaqları vardı. İri cüssəli 

deyildi, indidən hələ yarı yaşına çatmamış, elə bil qəddi  əyilmiş, oturduğu yerdə 

sinəsi çökmüş, mütəkkələrə, yaslandığı nazbalışlara qarışmış bir yığın ağ ipəyə 

bənzəyirdi. Peyğəmbər nəsli hesab edilən bütün seyidlər bir-birini "əmioğlu" 

adlandırdıqlarından, o da çox vaxt bu adətə riayət edirdi. Amma pis tinətinə bələd 

olduğu adamları seyid də olsa adı ilə çağırar, çəndan hörmət qoymazdı. Dərin, 

daxili bir ədəbə malik idi. Gördüyü zəngin dini təhsil onda çox qəribə bir 

dünyabaxışı yaratmışdı. Yüksək, pak bir mənəviyyata malik adam idi, hələ heç bir 

yetimə, dula qəyyum durmamış, heç kəsə siğə eləməmiş, birisinin malında gözü 

olduğunu deyən olmamışdı. 

Məhz bu paklığına görə də hər şeyi çox böyük bir həssaslıqla duyan, hərəyə bir 

quyruq bağlamağı, dodaq büzməyi adət etmiş bir para şamaxılılar Ağaseyidəli 

ağaya irad tuta bilməmiş, nöqsan tapa bilməmişdilər. Günün birinci İmamı kimi nə 

desəydi, istər sünni, istər şiə 

 

 




__________________Milli Kitabxana_________________ 

128 


 

hamısı onun sözünü ehtiramla dinlər, məsləhətlərinə qulaq asar, müxtəlif arzu 

və əməllə qapısına gələrdilər. 

Nüfuzlu ruhani bu böyük etibardan sui-istifadə etmir, şəxsi mənfəət güdmədən 

öz qəribə dünyabaxışı ilə itaətində olanları idarə edirdi. Bütün dinlərə hörməti 

vardı, milli ayrı-seçkilik salmaz, moizələrində deyərdi: "Şah da bilir Şirvan 

sünnüdü... Mən  Şərqin bir sıra ölkələrini, Kərbəlanı, Hicazı  gəzdim, gördüm ki, 

dünyada sünnü şiədən çoxdu, peyğəmbər sələvatullah vaxtında heç sünnü-şiə sözü 

olmayıb. Qaldı, erməni və malağan qonşularımıza, onların da dini qədim və bizim 

Quranda adı dönə-dönə  çəkilən peyğəmbərimiz həzrət Məryəmin dinidi. Əgər 

Allah istər, bir gün Əzrailini göndərib canlarını alar. Sizə dəxli yoxdu. Bir-birinizi 

yola verin. İndi ki, xudavəndi-taala sizi bir torpaqda xəlq eləyib, birtəhər ötüşün, o 

dünyada Allah-taala özü bilər: kimi behiştə, kimi cəhənnəmə göndərər". Bu kimi 

vəzlər nəticəsində  şəhər  əhli qonşu kimi dolanır, o qədər də  dərindən bir-birinə 

düşmənçilik bəsləmir, sünni-şiə, erməni-malağan söhbəti o qədər də  dərin kök 

salmırdı. Hətta bir həyətdə, qonşuluqda yaşayan sünni-şiə  və ya erməni arvadlar 

bir-birinin təndirində çörək də bişirir, bir-birinə gedib-gəlirdi. Lakin, bütün bunlara 

baxmayaraq, Ağaseyidəli ağa ruslara qarşı qəddar düşmən kəsilmişdi, bircəciyi ilə 

də yola getmək istəmir, camaatın onlara yaxınlaşmasını, uşaqların yeni açılan rus 

məktəblərinə verilməsini qadağan edirdi: "Urus olub gedəcəklər, dini-islam əldən 

gedəcək", deyirdi. 

Seyid Əzimin onunla görüşə gələcəyini gözləməsə də, hər halda onu görmək, 

bəzi millətə xeyir verə bilən cavan kimi tanıdığı, əsərlərini bəyəndiyi şairlə söhbət 

etmək istəyirdi. Qəribədir ki, bir-iki gün əvvəl ona Seyyidin içkiyə qurşandığını 

xəbər verən Molla Qurbanqulu və daha sonra Hacı  Əsəd çox canfəşanlıq 

elədiyindən bir neçə gün idi ki, şair onun yadından çıxmırdı; bu gün də səhərdən 

bir neçe dəfə onu xatırlamış və görməyi arzulamışdı. Elə indi də Hacı ilə söhbətini, 

Hacıya verdiyi cavabları xatırlayırdı: 

- "Xəti-reyhan"dan qərəz heç də  məlum anlayış deyil - bu məşriq zəmin 

ədəbiyyatinda, qəzəliyyatda məruf bir təşbeh, bir ifadədir. Füzuli rəhmətüllah 

"Bağdadi ki, Gərbübəlada xuddam idi", qəzəlində istəsən elə söz və ifadələr tapa 

bilərsən ki... Seyyidinkilər onun yanında, övrətlər demişkən, toya getməlidi... 

bunlar hamısı məşriq ədəbiyyatına peyrövlüyün nəticəsidi... 

Hacı haldan çıxmışdı: 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə