Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə41/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   37   38   39   40   41   42   43   44   ...   143

__________________Milli Kitabxana_________________ 

120 


 

 -Onda sizi və bütün musiqi dostlarını bu nadir səs və nəfəslə təbrik edirəm... 

Amma məni əfv buyurun, xahişim özgədir sizdən... 

Mahmud ağa heç bir çətinlik qarşısında durmayan və heç bir ağır, ciddi işlə 

özünü yormaq istəməyən adamlar kimi əlini cəld gözünün üstünə qoydu: 

-Nə işin olsa, mənim, bax, bu gözlərim üstə... 

-Gözlərin var olsun. 

-Amma mən ölüm, nə deyirsən eləyim... ancaq çox dərinə  çəkmə, qəmlə-

kədərlə danışma. Yaxşımı? 

Onun gözlərində elə bir ifadə var idi ki, Seyyidi gülümsətdi;  əlini dostunun 

çiyninə qoydu: 

-O da mənim gözlərim üstə... 

-Ay sənin gözlərin var olsun. - Hər ikisi bu tələsik deyilmiş  təkrarlara 

güldülər... 

Şair qəlbində: "Neyləmək olar, sənin də yaradılışın belədir, musiqidən başqa nə 

varsa, mənə haram olsun - deyənlərdənsən! Musiqi sənin Leylin, sən musiqinin 

Məcnunusan. Və ondan başqa, yəni Leylimdən özgə  nə varsa, mənə haramdır 

demisən..." 

Plovlar da yeyildi, ovşarlar da içildi... Mahmud ağanın "Şuşa balası" 

adlandırdığı cavan xanəndə oxumağa başladı. Bu nazik vücudlu, uca-boylu, top 

birçəkli, əsmərüzlü bir cavan idi, əynində qara çuxa, çit köynək, başında ağ quzu 

dərisindən papaq vardı. Dəfı dizlərinin üstünə qoyub, sağ qolunun dirsəyi ilə dəfə 

dayaq vermiş, qumral gözlərini yumub oxuyurdu... Musiqini bu cavan təkcə ifa 

eləmir, ona bütün varlığı ilə dalırdı... Seyyid əvvəlcə seyr edirdi. Az sonra gəncin 

səsindəki qəribə, çox həzin və  dərin kədər dolu sızıltı onun varlığına işləməyə 

başladı, elə bil ürəyini yerindən çıxarıb, bu səslə birlikdə harasa incə  nəvalar, 

iniltilər ucalan bir aləmə apardılar... Bu yerdə insanların, bütün məzlum bəşərin 

göz yaşları, ah və  əninləri toplanmışdı... Bu yerdə bütün yazıq,  əzilən adamların 

yalnız ürək dərdlərini, arzu və istəklərini deyil, məhz faciəli talelərini səhifə-səhifə, 

vərəq-vərəq çevirib oxuyurdular... Şair heyrət etməyə belə macal tapmayıb bu 

dərdlərin tərcümanı olan səsin ecazına vuruldu... Özünü unutdu... Ona elə gəldi ki, 

kədər, ələm yaşları gözlərindən içəri, qəlbinə gilələnməyə başlayıb, axır, hey axır. 

Birdən musiqidəki nidalar, ahənglər dəyişdi, "Şuşalı balası"nın səsində indi 

kədər, hicran deyil, bu qəmləri törədənlərə, bu faciələri yaradanlara qarşı bir üsyan, 

bir etiraz ucalırdı. Bu səs getdikcə qüvvətlənir, güclənir, axan bir şəlalənin, 

təlatümə gələn bir ümmanın coşqun 

 

 



__________________Milli Kitabxana_________________ 

121 


 

uğultusuna çevrilməyə başlayırdı. Onunla birlikdə  şairin də ürəyinə ümidlər 

dolmağa, göz yaşları qurumağa, azadlığa, ucalara, əngin səmalara uçmağa, 

ucalmağa başlayırdı... Qəribə idi... elə bil bir az bundan əvvəl onun qəlbinin 

içərisinə, köz üstündəki kababın yağı təki gilələnən göz yaşları heç yox imiş... O 

elə azadlıq dolu, həyat dolu, şəlalə, ümman bir aləm imiş... Yavaş-yavaş şairin üzü 

gülməyə, qəlbinə ümid və  fərəh enməyə başladı... Sarəncin yeni xalları hamını 

valeh etmişdi. "Afərin, əhsən" səsləri məclisi titrətdi, musiqi həvəskarları, musiqi 

biliciləri yığılan bu məclisdə Mahmud ağanın sarəncdə etdiyi yeniliklərə xüsusi 

qiymət verib, onun muğama gətirdiyi təzə, tər xalları, tərtibi böyük bir fərəh və 

iftixar hissilə, sevinclə qarşıladılar. 

-Afərin, cənab Mahmud ağa, sizin bu tərtib xoş və ürəyəyatandır... 

Mahmud ağa təvazökar və utancaq bir sima ilə dilləndi: 

-Mənim xidmətimi o qədər də yüksəltməyin, iş onu tarda səsləndirən 

barmaqlarda və nəva ilə oxuyan bu cənabların bacarığındadır... 

- deyə çalğıçılardan tarzəni və "Şuşalı balasını" göstərdi. 

Tarzən dizi üstünə qalxıb dedi: 

-Cənab Mahmud ağa, məni  əfv buyurun, mən ifaçıyam, amma birincilik bu 

sarəncdə sizə məxsusdur. Əgər mənim də musiqidə anlayacağım bir şey varsa, o da 

budur ki, sizin bu muğama  əlavələr, onu elə  dəyişib ki, elə bil əvvəlki sarənci 

çalmıram; o daha xoş, daha həzin və ürəyə yatan olub, mənə elə gəlir ki, qadirdən 

musiqi sevənlər bu muğamı bundan sonra "Mahmud ağa sarənci" adlandırsınlar 

gərək... 

Məclisdən yeni bir nida "əlbəttə, afərin" səsləri qopdu... 

Mahmud ağa daimi qaydasınca bardaş qurub oturduğu halda, əlinin altındakı 

tarı  sığallayır və balaca oğlu Cavad bəyə baxırdı: "Gorəsən, o da muğamı  mən 

istəyən kimi oxuya biləcəkmi? Səsi pis deyil, babətdir... Amma hələ uşaqdır, həya 

ilə gizlin-gizlin oxusa da, arabir eşidirəm... Xanəndə olmayacaq, amma musiqini 

əməlli-başlı xoşlasa bəsimdir..." 

Şair isə bir az öncə  qəlbinə  əvvəl kədər, sonra ümid dolu bir fərəh dolduran 

muğamın təsirilə artıq özünü ələm dünyasında deyil, mey, sevinc, fərəh dünyasında 

hiss edirdi... "Yaxşı ki, artıq "Ümmü!-xə-baisə" vida elemişik, yoxsa bu saatda yeri 

idi deyəsən ki: 

Nə bu gün bağda yarım, nə meyim var mənim?  

Seyri-gülzardə bihudə neyim var mənim? 

 

Sizi tari, yetirin piri-xərabata məni  



Ki, bu gün saqi əlindən gileyim var mənim. 

 

 




__________________Milli Kitabxana_________________ 

122 


 

Mənə məcuni-meyi-ləli dəvadır, saqi  

ki, qəmi-hicr ilə cismimdə keyim var mənim. 

 

Can sənin, cism sənin, əmr sənin, fel sənin,  



Cümlə sənsən, bu arada nə şeyim var mənim. 

 

Məni Seyyid təki çək guşeyi-meyxanələrə,  



Artırır qəm dəxi məsciddə neyim var mənim?! 

 

O, əlini geyməsinin altından qoltuq cibinə uzatdı, bayazını çıxaran təki elə bil 



sehrkarın işarəti ilə  əlinin altında  Şirazi qələmdan hazır oldu. Şair məclisə  çəkən 

qəfil sükutdan da bixəbər idi. O gülümsəmiş dodaqları, maraq və  həvəslə baxan 

gözləri, sükut işarəsilə dodaqlara qoyulan barmaqları, ehtiyatla məclisdən stəkan-

nəlbəki yığışdıran nökərləri görmürdü... 

0 yazırdı... Yazdıqca da gözlərinin önündə  əziz cizgiləri silinməkdə olsa da 

doğma, çox doğma bir sima canlanır, mələk kimi başı üzərində qanad çalır, əllərini 

gah onun çiyinlərinə, gah yazıya tərəf enmiş gözlərinin qapaqlarına təmas etdirərək 

deyirdi: "Bəli, belə yaxşıdu-,  şairim, qoy sənin tərəb, eyş-nuş  həvəsin, cismani 

tələbdən çox ruhani tələbə çevrilsin, qoy sənin cismani "ümmül-xəbais" arzuların 

Məhz qəzəllərində  tərənnüm olunsun! Nəfsini isə qoru! Xalqın, millətin, onların 

xırdaca balaları, bədbəxt həmvətənlərinin gələcəyi olan övladi-vətən üçün qoru!.. 

Hərənin alınma bir şey yazıldığı doğrudursa,sənin də alnına bu yazılıb! Qoy adın 

bu qəzəllər üçün nə yamanlığa çəkilir-çəkilsin, təki,  şürb dilinə  dəyib, məcazını 

korlamasın və saf arzu -əməllərinə mane olmasın...  Şairim, yaz, yaz!" Pərilər 

soltanının incə barmaqları alnına toxunar kimi oldu, xəfıf nəfəsi, sübhün incə mehi, 

nəsimi kimi dodaqlarında, gicgahlarında, yanaqlarında gəzdi... 

Şair son məqtə' bəndini də yazıya keçirən təki, yuxudan ayılanlara məxsus bir 

xumarlıqla gözlərini ətrafına dolandırdı... 

-Hə, mübarəkdir, Ağa, verin, lütfən görək nə yazdınız? Mahmud ağa Rza bəyin 

bu xahişinə qarşı əlini havaya qaldırdı: 

-Yox, yox, bu qəzəldi. Qəzəldimi, Ağa, səhv eləmirəm ki? Artıq özünə gəlmiş 

şair təvazökarlıqla gülümsəyərək dilləndi: -Bali... qəzəldi... 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə