Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə38/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   34   35   36   37   38   39   40   41   ...   143

__________________Milli Kitabxana_________________ 

111 


 

lüslü Qafar, evli olduğundan sağdış, hələ subay olan Bixud soldış ayrıldı. 

Qoyunlar kəsildi, qazanlar asıldı. Bəy, zurna-balaban sədalarının müşayiətilə 

hamamdan çıxıb gəldi. Kiçginə xanım və qohum-qonşular pul kimi qızarmış bəyin 

boynuna al-əlvan xələtlər, məşhur  Şirvan, Basqal, Gəncə  kəlağayıları, qanovuz, 

darayı zolaqları doladılar. Xonçalar tutuldu. Toyxanada rəqs başladı.  Əlindəki 

ağacı tovlayıb ortada fırlanan Cavadın ayağı yerə  dəymirdi. Qalabazarın məşhur 

adamlarından sayılan Ağa Səməd bəy, xan seçildi, sonra Nəcəfquluya növbə çatdı, 

iki saat yarımlıq sükut içində  Nəcəfqulu muğamatın  ən incə  pərdələrində  gəzib 

dinləyicilərini heyran qoydu, o gah Hafız, gah Sədi, gah Füzulini dilləndirdi, arada 

bir Seyidin öz qəzəllərindən də oxudu. Sonra Xan, bəyi toya dəvət elədi, Nəcəfqulu 

bəyi təriflədi: 

 

Görüm ay bəy toyun mübarək olsun  



Sağdışın, soldışın, elin var olsun... 

 

Cərgələrdən qonaqların səsi ucaldı: "Bəy oynasın, ucuzluq olar, bəy oynasın". 



Mirzəyi havası çalındı. Cin Cavad gözlərində parıldayan cinlərlə birlikdə dostuna 

yanaşdı, çiynindən öpdü; yavaşca pıçıldadı: "Toyun mübarək, Ağa, yaxşı yaxan 

əlimə keçib, bir həcv ya qəzəl səndə, o baş-bu baş get-gəl, yerinə  mən  şıdırğı 

vurram" - deyə-deyə  təzə  bəyi ortaya çəkdi. Bəylik libasında xeyli gözəlləşmiş 

qədd-qamətli cavan ortaya çıxanda qohumlar fərəhlə tamaşa eləyib alnına pul 

yapışdırdılar, arvadlar ocağa duz-üzərlik atdı. O, sağdış və soldışı Rağib və Bixud 

ilə bir dəfə məclisi o baş-bu başa getdi. 

Az sonra məclis dağıldı. Ürək döyüntüsündən başqa heç bir şey duymayan 

şairi, Bixud və Rağib gətirib içəri otaqlara keçən qapının ağzında yengə 

Əzizbikəyə tapşırdılar.  Şairin daxilində  qəribə bir boşluq var idi. Heç nə düşünə 

bilmirdi. 

Bu gün səhərdən o, demək olar ki, bir kəlmə  də danışmamışdı. Bir neçə gün 

əvvəl onun razılığı alınmışdı, dünən kəbini kəsilmiş, əqdnamə oxunmuşdu; sağdış, 

soldışı məlumdu, qonaqlar, kəsilən qoyunlar, çalan aşıq sazəndə, nəvazəndə - hər 

şey, hətta, toyun xanı da, yengesi də məlum idi. O bunların hər birisini tanıyırdı, ya 

uşaqlıqdan, ya da sonradan görüb tanıdığı adamlar idi. Bircə gəlindən başqa... O, 

gəlini tanımırdı, görməmişdi. Sabah gərdəyinə girəcəyi bu qız nece idi, gözəlmi, 

çirkinmi, ağıllımı, sərəkmiydi, bilmirdi... Qəribədir, bəzən o öz şair xəyalı ilə 

"Bikəxanımın qızını" gözü önündə canlandırmağa çalışır və bu təşəbbüsünə 

qəlbində gülümsəyirdi də... Son subaylıq 

 

 



__________________Milli Kitabxana_________________ 

112 


 

gecəsini həmin həyəcanların, duyğuların təlatümü içində yatdı. Yuxuda da 

Sonanı gördü... Qəribədir. Sona elə bil lap anası idi, yaxınında idi, yaxınına gəldi, 

əlini onun yanan alnının üstünə qoydu: "Yat, arxayın yat, mən görmüşəm, yaxşıca 

qızdı, lap sənə layiq... Qorxma... İstəyirsən, gəl sənə göstərim..." Sona gərdəyin 

pərdəsini qaldırdı... pərdənin dalında üzüi duvaqlı bir qız dayanmışdı, duvaq açıldı, 

amma  şair qızın üzünün cizgilərini ha çalışdısa da ayırd eləyə bilmədi... "Belə 

görmək olarmı, Sona, - dedi, sən de məni aldadırsan?.." "Yox, yox, aldatmaq niyə, 

heç aldatmıram, Ağa, yesirin olum, vallah, görmüşəm..." O ayıldı... Sərasimə 

ayıldı. Lakin hamısından qəribəsi bu idi ki, indi artıq o, Sonanı  nə yuxuda, nə 

oyaqlıqda bir aşiq gözü, qəlbi ilə görə bilmirdi... Bütün günü yuxu yadından 

çıxmadı, bəy hamamından çıxanda da, özünə bəy otağında sağdış-soldışı ilə oturub 

təbrik hədiyyələri qəbul eləyəndə də... 

...Qolundan tutub içəri apardılar.  Əvvəlcə yengə  Əzizbikə onu sağdış  və 

soldışdan ayırıb, gərdək qurulmuş otağa gətirdi. Burada anası durmuşdu: sevincdən 

rəngi allaşmış, gözləri par-par yanırdı. "Can ana, sən özün elə lap cavan gəlinsən, 

niyə bəs qayınana olmağa tələsdin?" Minasoltan oğluna yanaşıb, xeyir-dua verdi

alnından, gözlərindən dönəm-dönəm öpdü. 

- Toyun mübarək, oğul, oğul-qız atası olasan, xoşbəxt olasan, get, Ceyran 

gəlinim sənin intizarındadı... 

Onlar yengə ilə birlikdə  çıxdılar. Seyid Əzim üstü tirmə başlıqlı al zərxara 

pərdəni qaldırıb içəri girdi: 

...Taxt döşəyinin üstündə oturmuş gəlin ipəklər, məxmərlər, qanovuzlar içində 

itib batmışdı. Ceyran, bəyin içəri girdiyini duyunca ayağa qalxdı. Məxmər 

qırçıntuman, qaymağı xara arxalıq, bənarə örpək üstündən salınmış duvaq gəlinin 

boy-buxununu, üzünü gizlətmiş, onu bir topa ipəyə, ipək yığınına çevirmişdi. "Səni 

başa düşməyə çalışacağam, sevə biləcəyimi deyə bilmirəm, amma başa düşməyə, 

dərk etməyə çalışacağam. Səndə də belə bir səbir, belə bir arzu olacaqmı? Qurban-

lıq quzu kimi bəzədilib gətirilən gəlin, məni tanıyırsanmı, heç olmasa bircə  dəfə 

görmüsənmi? Bəlkə  də, görmüsən..." O, tərəddüd içində durmuşdu. Bir tərəfdən 

gəlinin üzünü tez görmək istəyir, digər tərəfdən duvağı onun üzündən götürməyə 

qorxur, ehtiyat edirdi.,. Nəhayət, maraq bu hissə qalib gəldi, o yaxınlaşdı, sağ-

soldışının öyrətdiyi kimi "Xoş gəlmisən" deyə üsulluca al duvağı gəlinin üzündən 

qaldırıb dalına atdı  və ayağını yüngülcə basmağa tələsdi. Duvaq altından  şairin 

üzünə birparça nurparladı... Gəlinlikpaltarında, məşşatə bəzəyindən çıxmış, 

 

 




__________________Milli Kitabxana_________________ 

113 


 

duvaqlı  qız-gəlin həmişə gözəldir, çirkin də bu geyimdə babət, gözə-şirin 

görünə bilər... Amma Ceyran, doğrudan da, gözəl idi... "Birparça nur... bir parça 

nur kimi". Şair bundan özgə bu dəmdə söz tapa bilmədi... "Afərin,  əhsən,  əgər 

əqlin-kamalın da, tərbiyən də gözəlliyinin yansınca varsa, bəxtim işləyib" deyə 

düşündü və bəxtiyarlıq içində gülümsəyib qızın əlindən tutdu: "Sənə demədimmi, 

qorxma, demədimmi?" 

-elə bil qəlbinin  ən dərin bir guşəsinə  çəkilmiş ilham pərisi ona səs verdi. O 

artıq fərqinə varacaq halda deyildi, bilmirdi bu səs kimindir: 

Sonanınmı, anasınınmı, könlününmü?.. 

...Onlar hələ  kəlmə  kəsməmiş, yengə  Əzizbike  əlində aftafaləyən içəri girdi, 

Qafarın təlimi yadına düşdü: "Əvvəlcə iki rükət namaz qılmalısan, sonra gəline əl 

uzadıb, duvağını başından götürərsən", Seyid Əzim, gülümsədi, "Bay evin tikilsin, 

aadə, telimin, yadımdan lap çıxıb ki! Ceyranı görməyə elə mayil idim ki, Qafarın 

dediklərini deyəsən lap alt-üst eləyəcəyəm". O, aftafanı görürüb dəstəmaz almağa 

başladı. "Yaxşı ki, Əzizbikə  gəlin tərəfə baxmadı, yoxsa qaydanın pozulduğunu 

görəcəkdi. Belə də adət olar? Sən ölməyəsən, Qafar, səni bilmirəm, mən belə adəti 

heç bəyənmirəm axı! Gərdəyə girəsən, cavan olasan, gəlinlə söhbət  əvəzinə 

başlayasan namaza". O, qəlbindən keçən bu sözlərə gülümsəyə-gülümsəyə namaza 

başladı. 

Ceyranın zahirdə anası Bikəxanıma bənzəməsi gəncin ürəyini ümidlə 

doldurmuşdu: "Bəlkə, batində  də oxşadı, eləcə  nəcib, ağıllı oldu?.. Amma 

Bikəxanım xala qızına Ceyran adı qoymaqda heç yanılmayıb. Bir də görursən 

idbarın birinin adı  Pərizad, Gözəl, axsağın adı-Maral, ifritənin adı - Huri, eh..." 

Onun dili namazın kəlmələrini deyir, qəlbi isə  gəncliyin ilıq-sıcaq hissləri ilə 

dolurdu. Namaz qurtarana yaxın Əzizbikə bir də içeri girdi. Bu dəfə onun əlində 

plov dolu dövrə vardı. "Hə, bu başqa məsələ, yoxsa acından qarnım curuldayır,sən 

ölməyəsən, Bixud zalım gözüm görə-görə "Sənin payın behiştdə,yəni gərdəkdə" - 

deyib qulağıma pıçıldayır, mənə  hər nə  gətirirdilərsə, hamısını içəri ötürürdü; bu 

gün, səhərdən utandığımdan, nigarançılıqdan dilimə heç nə dəyməyib... Yəqin sən 

də elə, hə?" 

Əzizbikə süfrəni düzəldib gedən kimi o, gəlinə elə bu sözlərlə  də müraciət 

elədi. Dövrəni aralarına qoyub oturdu: 

- Bixud mənə, payın gərdəkdə deyib, ac qoyub; yəqin sən də elə, hə? Gəl birgə 

yeyək, Ceyran. Yoxsa sən yemisən? 

Bayaqdan bəri bəyin hərəkətlərini gözaltı süzən Ceyran bəxtiyarlıqla 

gülümsədi: 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə