Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə40/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   36   37   38   39   40   41   42   43   ...   143

__________________Milli Kitabxana_________________ 

117 


 

ölmür... nə olar: mən olmaram... sən olmazsan... bununla bu əngin göylərdən

bu  əlvan kainatdan, bu musiqili və gülümsər dodaqlardan, üzlərdən heç nə 

əsgilməz... 

Darvazaya çatanda şırıqqa və musiqi, "afərin, maşallah, fətabarəkəllah..." 

səsləri daha da ucaldı... Bu musiqi onun qolunun qanadından yapışıb içəri çəkdi. 

Dilmanlı gədəsi baş əyib üzünə gülümsəyir, o, "Ağa, xoş gəldin"ə cavab verirdisə 

də, gözünün önündə başqa bir aləm, özgə bir mənzərə canlanırdı: "İçəridə oynayan 

Sonadırmı?  Əlbəttə, Sonadır... Sonasız bu evin, bu məclisin nə yaraşığı... Məgər 

Sonasız rəqs, musiqi olar? İndi mən içəri girəcəyəm, Sonanın badamı gözlərini, 

burma birçəklərini, uzun hörüklərini,  əlvan  şətəl geymiş balaca ayaqlanın, belinə 

vurduğu incə  əllərini görəcəyəm... Sonanın gərdəni çevrəsində  cığalı  qıvrım 

birçəklər, ilan kimi qıvrılan hörüklər səksəkəli quş  təki çırpınacaq, gözləri gah 

sağa, gah da əlinin ahəngilə sola süzüləcək, məstü xərab olacağam, ilahi..." 

O, bir anlıq Sonanın başına gələn fəlakətləri unutdu, şerinin qanadı, ilhamının 

pərisi, könlünün soltanı olan gəlin-qızın eşqilə yenidən çırpınan kimi oldu və bu 

eşqlə  də içəri qoşdu... Burada, doğrudan da, rəqs gedirdi. Şair ortada oynayanı 

dərhal tanıdı. Bu, Sonanın  şagirdi və indi Şamaxı  çəngiləri içərisində yeganə 

rəqqasə idi ki, Sonanı əvəz edə bilirdi. Nisənin xırdaca çənəli, yaraşıqlı simasında 

balaca ağız-burnu, nazik qələmi qaşları və xüsusilə uzun, çin-çin burma birçəkləri 

dərhal nəzərə çarpırdı. Bu birçəklər altından dördqat piyalə  sırğalar qızın 

çiyinlərinə düşür, rəqsin ahənginə uyğun cing-cing cingildəyirdi. 

Şair nazik vücudlu, cəld hərəkətli rəqqasəni böyük bir maraq və  məftunluqla 

seyr etməyə başladı, göstərilən mövqedə oturmağa tələsmədi, yanına dəvət 

edənlərə el hərəkəti ilə qaş-gözlə sükut işarəsi verib, rəqsin qurtarmasını qapının 

ağzında durmaqla gözlədi. 

...Nisə yerinə keçəndə Mahmud ağa məsnədidən diz üstə qalxdı: 

- Bura, bura, buyur, Ağa! Ya cədda, orda yox, burda, yanımda... 

Mahmud ağa məst idi, məstanə idi, xumar aləmində idi, nədəndi bu məstanəlik? 

Bir aləm, bir dünya sevdiyi musiqidənmi? İncə rəqsilə oturanları valeh etmiş, hətta 

Ağaya belə bir anlığa Sonanın ecazkar rəqslərmi unutdurmuş Nisənin rəqsimi, ya 

təzə  Şuşalı xanəndənin səsindəki məlahət, Mahmud ağa düzəlişləri ilə oxunan 

sarəncmidi? 

Nəydi Mahmud ağanın məstanəliyinə səbəb?Şair kef, nəşə, musiqi məclisində, 

çəngi məclisində olduğunu unudub dərin-dərin xəyallara dalmışdı. Sona kimi, 

ondan yalnız cəldliyi ilə seçilən Nisə incə-incə, 

 

 



__________________Milli Kitabxana_________________ 

118 


 

xırda-xırda ona baxır və gülümsəyirdi... bu təbəssümlər arasından Sonanın 

hicran, cəfa, ələm dolu sonuncu baxışları bəlirir; "Şairim, sənmisən burda? Nə tez 

unutdun  əməllərini? Nə tez unutdun arzularını? Hər bir incə  mələk sənə  pərilər 

soltanımı olur, şairim? Sən əməl dalın-camı gəldin, kef, nəşə dalıncamı? Elə bilə 

bilərsən ki, səni özümdən cavan, özümdən atəşin bir gözələ qısqanıram. Amma bu 

içimdə olsa da, sənin  əməllərini qısqanıram, yenidən badənuş olub, tərəb eşqilə 

arzulara vida etməyindən ehtiyat edirəm..." 

Şairin xəyalında yenə  də aləm bir-birinə qarışdı, yenə  də bilmədi ki, bu səs 

kimindir? Sonanınmı, Ceyranınmı, anasınınmı, könlünün-müdür? "Yox, yox, 

unutmadım; amma pərilər soltanı, bir gör hara, kimin qulluğuna gəlmişəm... Bir 

gör zavallı Şirvanın gözüaçıq ziyalı cavanlarının başına nələr gəlir, necə dərbədər, 

necə diyarbədiyar, necə cövqə-cövqə olub dağılırlar? Şamaxının yetişdirdiyi gözəl 

alim,  şair və qüdrətli  şəxslərin heç birisinin Vətəndə bir gündürrüyü olmayıb, 

hamısı diyar-diyar düşüb, Xaqani Təbrizdə, Nəsimi Hələbdə, Nişat Salyanda... 

kimi deyim? Mühit qaçırıb, didərgin salıb onların hamısını,  Şirvan, sənin ziyalı 

gənclərinə  zəmanə neyləyir? Yollar onları hara aparır? Bir qismi Tərlan kimi 

diyarbədiyardır... onların da yarısı dərviş olub, məhv olur... yarısı gücünü, qüvvə 

və bacarığını başqa ellərə  sərf edir, amma yenə  də  nə isə xeyirli bir iş görür, 

tamamilə  məhv olmurlar – Tərlan kimi... İkinci qismi beləcə  Vətəndə olsa da... 

çifayda "özü üçün yaşayır..." arabir ona, buna bəd ayaqda əl tutsa da, (daha çox) 

xeyri zərər verməməsindədir. Kef, nəşə onları xalqın  əlindən alıb... Maarifin 

cibindən qoparıb... Üçünçülər, təhsil, elin dalınca gedir... bunlar da bir neçə 

cürədir, bəzisi urusyetə, Avropaya gedir, bir az işto-mişto bilən kimi dinin dəyişir, 

xristiyan olur, qınından çıxıb daxi qınını  bəyənmir... ata ocağı sönür, əksəriyyəti 

isə yeni fıkirlərlə  vətənə qayıdır... millət nə fayda görsə bunlardan görəcək... 

mollaqu-laqtar qoysa!.. Şərqə mollalığa gedənlər də qayıdır. Onların dabir qismi ya 

bir fal kitabı ilə, ya da mənim kimi, ruhaniliyin, dinin əsil məğz və mahiyyətini 

dərk edərək qayıdır... Urusyetdən, Avropadan qayıdanlarla birləşir... Bunların 

nəsibi nədir? Lənət, nifrin... təqib, tənə... üsrət, ianə... qərəz... Şirvan cavanlarının 

qəribə taleyi var..." 

-Ya cədda, sədəqən olum, nə xəyala dalmısan? 

-Heç, elə keçmişdən bəzi  şeylər xəyalımı  məşğul elədi... Mahmud ağanın 

gözlərindəki şəfəq bir anlığa kədər pərdəsilə örtüldü: 

elə bil onun gözlərində də Sonanın unudulmaz şəkil və şəmayili canlandı: 

 

 




__________________Milli Kitabxana_________________ 

119 


 

-Elə mən də eləyəm! Hər Nisəyə tamaşa eləyəndə bədbəxt Sona yadıma düşür... 

Cavanlığımızın sütül vaxtları  gəlib durur gözlərimin qabağında.  İstəməsəm də 

dərdlənirəm... 

-Səndəmi, cənab Mahmud ağa? Mahmud ağa gülümsədi: 

-Mən də, Ağa! Yoxsa elə güman edirsiz ki, qəm-qüssə bizə yaddu"? Seyyidin 

gözlərində nadinclik qığılcımları parladı: 

-La ilahə illəllah... - o, məclisə göz gəzdirdi. - Bu büsatın sahibi də  qəm-

qüssənin nə olduğunu bilirsə, onda vay bizim halımıza!.. Adəmi cənnətdən eləyən 

bir buğda üçün dərgah qalmayıb ki, əl açmayaq... nə tərəb yada düşür, nə şeir, nə 

musiqi... nə gözəllik... 

Açıq deyilməsə də Mahmud ağa şairin vəziyyətini başa düşürdü: "Evində yenə 

də yəqin ki, dəyirmanlığı yoxdur. Külfəti çətinlik çəkir, bəlkə elə bunun üçün də 

gəlib, amma üzü gəlməz ki, desin. Nə qədər tapşırıb, xahiş eləyirəm ki, vaxtaşırı 

yadıma salsın, başım gəlib-gedənə qarışıq olur, yadımdan çıxır, o da ildə bir yol 

heç olmasa belə bir işarə də vermir... Nə isə lənət şeytana..." 

-Ağa, yoxsa külfətin çətindədi? 

Seyyidin dodaqlarında incə, güclə duyula bilən kinayəli təbəssüm sezitdi: 

"Səndə  nə günah var? Və niyə  də  təəccüb edəsən?  Əkənim yox, biçənim yox..." 

Sonra birdən-birə şuxluğa salıb, vəziyyəti məclisdəkilər duymasın deyə, dilləndi: 

-O da var, başqası da... Yanına başqa bir iş üçün gəlmişdim... Elə bir fərəh 

məclisinə düşdüm ki... 

-Müsəlmanzadəliyi unudub, bütpərəst oldun yenə, eləmi? Eh, Ağa, hayıf ki, bir 

az gec gəlmisən. Cavan bir şuşalı balası xanəndə  gəlib bizə,  Əhməd ağanın 

ərvahına and olsun ki, onun kimi ürəyəyatan səsli xanəndə höləm bizim məclisdə 

oxumuyub.  Əgəm bunu mən özüm dilimə  gətirib deyirəmsə, inan mənə, Ağa! 

Səndən bir az irəli dincəlməyə təşrif aparıb. Xörəkdən sonra inşallah qulaq asarsan. 

Özü də  sənin bir qəzəlini mənim təzə  tərtibimlə sarənc üstündə bir oxuyur ki! 

Vallahi elə bil bir bülbül gütdən ötrü, siz şairlər demişkən, cəh-cəh vurur... Özün 

görərsən... Çox da ağıllı cavandı... Sabah yox, o birisi gün Dərgahqulu bəyin 

oğlunun toyudu, yazıb məndən çəngi dəstəsini xahiş eləyib, gedərik; gedəndə 

şusalı balasını da aparrıq. Qoy ona da, bizə də töhfə olsun... Nadir nəfəsi var... 

Seyyid sükut içində yenidən hər şeyi unudub öz musiqi və tərəb aləminə dalan 

Mahmud ağam dinləyirdi, nəhayət, dedi: 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə