Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə48/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   44   45   46   47   48   49   50   51   ...   143

__________________Milli Kitabxana_________________ 

139 


 

qulluqçudur. Bundan artıq hələ ki, bir şey bilmirəm. Onu bilirəm ki, sağ-

salamatdır. Alışın isə bu məsələdən xəbəri yoxdur. 

Əvəzsiz qardaşım, əgər o zaman sirrindən agah olsaydım, bəlkə də, əlini əlinə 

verib sizi bir diyara yollardıq. Şirvan bayatılarında deyildiyi kimi: 

 

Qoy mənə Kür desinlər,  



Kürdən də kür desinlər,  

Əlini əlimə versinlər  

Şirvandan sür desinlər. 

 

Şirvandan sürülərdiniz; amma heç olmazsa bərabər olardınız. Nə o, nə də sən 

əbədilik bir alov-atəş içində yanmazdınız.  İndi məktubunu alan kimi sənə cavab 

yazdım ki, biləsən... Sənə ümid vermək istəmirəm. Boş ümid kişiyə yaraşmaz, amma 

əgər mümkün olsa, xəbərləşərəm, ayrı bir qəzavü qədər üz verməyibsə, bəlkə, 

vallah nə bilim, onu oradan uzaqlaşdırıb başqa bir yerə göndərmək və sənə xəbər 

vermək mümkün oldu. Əgər taleyinizdə varsa, ya nəsib, ya qismət, bəlkə  də bir 

zaman gorüşə bildiniz. Onda yazaram hardadı və gedib götürüb öz yurd-yuvama 

apararsan. Amma bu hələ ki, ümidsiz fəqərədi. Gör bir aradan neçə illər keçib, 

daha nə qəzalar baş verib, nə bilim. Amma bir şey eləmək mümkün olsa, inan ki, 

əiimizdən gələni elərik. Kağızım cənab Mahmudağa ilə bahəm oxuduq, gözləri 

yaşardı, "Əhməd ağanın  ərvahı haqqı,  əgər biileydim, yüz Alış, min qapaqlı 

olsaydı, genə də Məcnunla Leylanın bir-birindən ayrı düşməsinə riza verməzdim" - 

dedi və  dərhal  Əlyar bəyə  məktub yazıb yolladı. Hər halda sən namümkün 

ümidlərə düşmədən, mənim ikinci məktubumu gözlə. Mümkün eləyə bilsəm yolum 

Bicov və  Qəşətə düşən kimi, səmtimi  Ərəbçəltikçiyə salıb, Sona ilə görüşməyə, 

qəziyyədən onu hali eləməyə çalışacağam. Görək nə olar. Mənim kiranbəha 

dostum, kaş sirrini o zaman bilmiş olaydım... Əgər sən Sonanın bizdəki son gününü 

görmüş olsaydın... Onun cəllad  əlindən çıxmış zavallı görkəmini görsəydin, mən 

onun o halını heç bir vaxt unuda bilmərəm. Elə bil Şirvan rəqqasələrinin bəzəyi 

Sona deyildi... Düzdür, indi də Mahmud ağa məclislərində çəngi dəstəsi var, Nisə 

böyüyüb, Sonanı əvəz eləməyə çalışır, amma heç kəs onun yerini verə bilməz. O bir 

ustad idi, o bir xəyal kimi gözəl, əfsanə idi, bir pəri idi əvəzsiz. 

Qərəz kəlami-tuldan yorulmadın ümidindəyəm. Başım, bəlatı tüllablıq 

dövründə çəkibdir. Vətəndən gələn hər bir kağız bir tutiya kimi 

 

 


__________________Milli Kitabxana_________________ 

140 


 

gözlərimə ziya verərdi, istərdim tuğrayi-hümayun kimi təvil' olsun. O qərəzlə 

belə tul yazdım. Həsrətli gözlərindən öpürəm, qardaşım. Təvəqqə edirəm ki, cavab 

gecikdirməyəsən, vəssəlam. 

 

Xeyirxahın Seyid Əzim Seyid Məhəmməd oğlu 



fi 25 şəvval sənə... flan... 

 

Ağa məktuba cavab verəndən sonra mütləq  Ərəbçəltikciyə getməyi,  şəxsən 

Sonanı görməyi qərarlaşdırdı. 

O, Mahmud ağadan Əlyar bəyin üstünə kağız alıb getmək, Sonanın əhvalından 

xəbər tutub Tərlanın yanan ürəyinə bir parç su səpmək istəyirdi... 

...Şair bazara girəndə Qapaqlı ilə Hacı  Qədir dükanlarının qarşısındakı kiçik 

meydançada qələbəlik idi. Adamlar dairə vurub nəyə isə tamaşa edirdilər. 

Adamların nisbətən sakit dayanmasından anladı ki, meydandakı tamaşaçılar xoruz, 

qoç və ya bildirçin döyüşməsinə tamaşa eləyənlər deyil. O yaxınlaşıb dəstəyə 

qoşuldu. Tanıyanlardan bir neçəsi yol verdi, irəli boylandı. Meydanda iki dərviş 

durmuşdu. Hələ  səs çıxarmırdılar. Ya çıxışlarının  əvvəli idi, ya da özü fasiləyə 

gəlib çıxmışdı. Dərvişlərin geyimi bir-birinə çox bənzəsə  də özlərində heç bir 

oxşarlıq yox idi. Sağdakı qoca nəzərə gələn, ucaboy, qədd-qamətli kişi başındakı 

şiş  bərk, uzun ətəkli köhnə xirqə ilə daha da uca görünürdü. Əlində  təbərzin və 

qolunda keşkül var idi. Onunla üzbəüz dayanmış xirqəsi ayaqlarına dolaşan dərviş 

cavan idi. Əlindəki təbərzini ucaya qaldırıb pəncələri üstünə qalxmış, müsahibinə 

cavab verməyə hazırlaşırdı. Əvvəlcə yaşlı dərviş oxumağa başladı. Şiələrin birinci 

İmamı Əlinin şənində oxunan qəsidə köhnə olsa da, dərvişin ləfzi gözəl, səsi yaxşı 

idi. Ürəkdən, eşqlə oxuyurdu. Arabir aram olanda, cavan dərviş babət səsilə ona 

cavab verir, qəsidəni kəsildiyi yerdən davam etdirirdi. 

Adamların cərgəsində durmuş bala dərviş isə kiçik kəşkülünü sədəqə  və ianə 

toplamaq üçün hazır saxlamışdı; işarə, fürsət gözləyirdi. 

Füzuli qəsidəsində imamın təriflərindən əvvəl verilən dərin fəlsəfi parçalar şairi 

sevindirdisə, "Şahi-Mərdan", "Mürtəzanın lütfü qəhri" haqqındakı misraları 

dinlədikcə təəssüflənirdi. "Böyük Füzuli, Əlini az qala Allah mövqeyinə qaldıran 

bu misraları  sənə yazdıran nə olub? Mənim kimi külfət dərdi, ruzi möhnətimi? 

Doğrudanmı sən özün də onu Süleyman, Adəm, İsmayıl, Davud, Loğman, Nuh və 

kainatın ən 

 

 



__________________Milli Kitabxana_________________ 

141 


 

böyük möcüzələrindən yüksək və qüdrətli bilmisən? Buna inanmısan? Bir bax; gör, 

sənin sözünün qüdrətilə  bədbəxt həmvətənlərin necə  də baş  və sinələrinə döyüb 

ağlayırlar? Bilərəkdənmi onları  ağladırsan, ya həqiqi imanlamı yazmısan bu 

misraları? Qələminin gücünəmi ağlayırlar, sözünün təsirinəmi, ya imanınmı onları 

ağladır, ey böyük uslad? Bəs 

 

"Könül, ta var əlində cami-mey təsbihə əl vurma!  



Namaz əhlinə uyma, onlar ilə durma, oturma! 

 

mətləli qəzəlin hara, bu misralar, beytlər hara?"  



Dərviş oxuyurdu: 

 

Yüz məsəqqət çəksə kami-dil tapar əncami-kar,  



Hər kimin aləmdə mövlası Şəhi-Mərdan olur... 

Yığılanlar arasında səslər ucalırdı: 

- Kömək ol, ya Şahi-Mərdan... 

-  Adına qurban olum.. 

- Balalarım sənə qurban... Dərviş daha da avaz ilə oxuyurdu: 

 

Ol şahənsah kim, əgər bir murə qılsa iltifat,  



Mur hökm eylər, Süleyman üstünə sultan olur...  

Kövsəri-cənnət onun hökmündədir, ol vəch ilə  

Cümlə nəslindən həmin Adəm ona mehman olur... 

 

- Can... Qiyamət günü, kövsər ağası, nəzərini bizdən kəsmə. –Ya Əli,ya Əli! 



- Can Əli! 

Dərvişlər isə cuşa gəlmişdilər. Böyük dərviş getdikcə coşur, ağzı köpüklənə-

köpüklənə  təbərzinini göydə oynadır və elə qeyzle oxuyurdu ki, elə bil gözləri 

hədəqəsindən çıxırdı... Cavan dərviş səsini ona çatdıra bilmir, heyranlıqla ustadına 

tamaşa eləyib dururdu. 

Dərviş aranı tapıb durdu. O, qəsidəni bitirmişdi. Cavan ustadının işarəsilə bala 

dərviş cərgələri gəzməyə başladı. 

- Ağam Əli eşqinə... 

- Ağam Şahi-Mərdan eşqinə,.. 

Kəşkülə diyirlənən pulların səsi eşidilməyə başlayanda,  şair, qəlbini çuğlayan 

dərin kədər və təəssüf hissilə dəstədən ayrıldı. Arxasınca Qapaqlının aydın səsini 

eşitdi: 


-

 

Çoxları şairlikdən dəm vurur, amma gör bir heç Əli şənində, öz cəddi şənində 



bu rəhmətlik kimi bir şey yazır? 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə