Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə37/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   33   34   35   36   37   38   39   40   ...   143

__________________Milli Kitabxana_________________ 

108 


 

Şikəstə kaseyi-çini misalı bir sədamız yox,  

Sınıq ney tək sədadan düşmüşüz, bir dəm nəvamız yox.  

Səba, ol gülbədəndən nameyi-rahətfəzamız yox,  

"Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox,  

Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən". 

 

Qəzəlin, Füzuli eşqinin ahəngi, Seyyidin bugünkü halına elə uyğun gəlirdi ki, 



gənc şair yararlı söz, uyğun kəlmələr, misralar tapmaqda çətinlik çəkmirdi. Sözlər 

narın səhər mehi, gözü arınmış bulaq suyu təki incə-incə, zərif-zərif axırdı; azad bir 

eşqin qarşısına çəpər çəkənlər, insan hisslərinin solmasına, boğulmasına səbəb 

olanlar, Sonaları, Tərlanları, Seyyidləri nakam qoyan Qapaqlılar, Alışlar onun 

nəzərində canlanırdı. "Ey Şərqin qoca Füzulisi, sondən sonra bu üç yüz il ərzində 

elə bil heç nə dəyişməyib, səndən sonra da eşqlər, hisslər boğulur, səndən sonra da 

Sənan tərsa

1

  eşqilə boynuna zünnar



2

 salıb, zahidlər simbər

3

 bütlər tamaşasını 



qadağan eləyirlər. Aşiqin vücudu cəfalərdən surax-suraxdır. Xudnümalər yenə  də 

asiqdən eşqi tərk edib, məscidə girməyi tələb edirlər". O alışıb yanırdı, yanaqları 

od tutmuş, allaşmış, qələmi yarın siyah zülfü kimi qara mürəkkəbə girib çıxır, qar 

kimi ağ sinəsinə  bənzər Səmərqənd kağızı üzərinə misraları misra dalınca düzür, 

Füzulinin səsinə üç yüz ildən sonra səs verən şair deyirdi: 

 

Qəsəm piri-muğanə varisalər peyrəvi olmam,  



Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam,  

Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam,  

"Girib məscidlərə gər müqtədalər peyrəvi olmam,  

Budur vəchi ki, hər giz görmədim üz müqəddalərdən". 

 

Minasoltan yalnız analara məxsus ahəstə addımlarla otağa girdi, mis sinidəki 



zağlı çaydan və fıncanı oğlunun qarşısına qoydu və sözlü-sözlü durub baxdı, o bu 

gün mütləq Seyid Əzimlə danışmaq, ürəyindəki arzularını  həyata keçirmək üçün 

razılığını almaq fıkrində idi. Sonra da Dağıstana, Yaqsay qazısı olan atası Molla 

Hüseynə xəbər yollamalı; onu da dəvət edib xeyir işi tamamlamalı idi. 

Şair anasının otağa girməsini görməkdən ziyadə hiss elədi və başını qaldırdı. 

Ananın sözlü görkəmindən alındı. Deyəsən, çoxdan gözlədiyi 

 

 



__________________Milli Kitabxana_________________ 

109 


 

və neçə gündən bəri baş verəcəyini hiss elədiyi bugünkü söhbətdən yaxa 

qurtara bilməyəcəkdi. Xəfifcə gülümsədi; 

-Nədi, məmə, sözlü adama oxşayırsan? 

O bəzən, uşaqlıqda olduğu kimi, anasını "məmə" adlandıranda bu, Minasoltana 

xüsusi ləzzət verir, ona öz böyüklüyünü xatırladır, onu cürətləndirirdi. 

-Oğul, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Qərəzim səni evləndirməkdi... 

Gənc qızardı: 

-Elə birdən, bu tezliklə? 

-Yox, tez niyə olur... Allaha şükür boylu-buxunlu cavan olmusan, lap elə 

vaxtındı... 

-Nə deyim axı... Neçə gündü hamınız düşmüsüz üstümə, deyəsən, sənin 

kələyindi bunlar hamısı, hə, ana? Hara gedirəm, elə hamı bir söz deyir, "evlən"... 

Evlənmək bəyəm bazardan bir girvənkə ət, ya bir ərşin bez almaqdı?.. 

-Yox, mənim kələyim oldu olmadı, məsələyə  dəxli yoxdu... Sən də görüm 

razısan? 

Gənc daxilindəki həyəcanları, gizli duyğuları büruzə vermək istəmədi, bir az 

zarafat tərzində kimi nəzərdə tutduqlarını öyrənmək istədi: 

-Yaxşı, ana, sənətim yox, sübutum yox, kimdi mənə qız verən? 

Hansı yazığı bəxtəvər eləmək istəyirsən? 

Ana sözdəki zarafatı başa düşəcək halda deyildi, məqsədi onu elə almışdı ki, 

oğlunun şuxluq yolu ilə gələcək gəlin haqqında xəbər bilmək istədiyini duymadı; 

incidi: 

-Elə neyşə deyirsən; nəyin  əskikdi Allaha şükür? Hamı xoşluqnan sənə  qız 

verer, əslin-nəslin, özün başıaşağı. Əlində yazı-pozun... 

-İncimə, ana, doğrudan kimi fikrində tutmusan, axı, bilmək olmaz?.. 

Arvad məsələni başa düşdü, gülümsədi: 

-Bıy, başıma xeyir, neyşə bilmək olmur, evlənən sən deyilsən bəyəm? Belə 

Bəyimxanım xalanın qızı Ceyranı. 

Seyid  Əzimin qəlbi qismən sakitləşdi, o, Ceyranı ömründə görməmişdisə  də, 

"Fit dağından köçüb gəlmiş" və uzaq ana qohumlarından olan anasını, Bəyim 

xalanı tanıyırdı. Arvad bacılığı Kiçginəxamıngilə tez-tez gələr, çox vaxt rəfıqəsi ilə 

birlikdə yorğan-döşək salmaq kimi mövsümi işlərdə ona kömək elər, bəzən burda 

gecələrdi də; yaşlı bir qadm olmasına baxmayaraq: oğlu yerində olan Ağadan 

yaşmaqlanardı. Amma bununla belə Seyid Əzim onu görmüşdü, gözəl deyiləcək 

qədər 


 

 



__________________Milli Kitabxana_________________ 

110 


 

yaraşıqlı, gülərüzlü bir qadın idi. O, "Əgər, "anasına bax qızını al" məsəli 

doğrudursa, onda mən börkümü göyə ataram" deyə düşündü. Daha başqa çarə yox 

idi. "Dədəm də, babam da, bütün el-obam da belə evlənib. Mənim kimi sortalar 

eşqinə düşüb, görüb-aşıqlayıb evlənən bəxtəvər bu diyarda yoxdu. Gec-tez bu 

olasıdı. Yaxşısı budu, nə anamı rəncidə eləyim, nə də Bəyim xala kimi tərbiyəli bir 

arvadın  əlində böyümüş baş yoldaşım rədd eləyim. Sonra Allah bilir kimə ürcah 

ollam. Bunlar heç olmasa doğrudan da nəcib, hamısı da az-çox əhli-qələm tayfadı". 

Oğlunun xatirindən nə keçdiyini bilməyən ana, gəncin dərin xəyala 

dalmasından darıxdı: 

-Nə fikrə getdin, oğul, yoxsa döşünə yatmır? Vallah, ceyranın quzusudu, həm 

gözəl, həm kamallı, həm də özün deyəndi, babasından Quran oxumaq, yazmaq da 

öyrənib sənin kimi... Day nə istəyirsən? 

Seyid  Əzim artıq qərar vermişdi. Onsuz da bir gün-beş gün çək-çevirdən, 

minnətdən-sünnətdən sonra razılığım xoş-güc alacaqdılar. Nəvazişlə  əlini anasına 

uzadıb yenə də sözü zarafata saldı: 

-Onda lap yağ-bal oldu ki... - Sonra ciddiləşdi. - Ana, mən bilirəm ki, sən mənə 

pis  şey calamazsan. İndi ki, belə ürəyinə yatıb, gəlinnən evdə  sən dolanacaqsan. 

Allah sənə ürəyincən gəlin qismət eləsin... 

Sevincindən Minasoltanın çiçəyi çırtdadı... 

-Allah ağzından eşitsin, bala, ağzın fal olsun. Səni görüm, dünyada heç neynim-

necəliyim deməyəsən! Südüm sənə halal olsun, mənə yox demədin, ağbaxt olasan! 

Ana alqışları gəncin ürəyində əks-səda verdisə də, təşvişi azalmadı... Qəlbinin 

döyüntülərini qulaqları ile eşidirdi. 

...Qızının məktubunu alan Axund Hüseyn Yaqsaydan dərhal özünü Şamaxıya 

yetirdi. On bir il tərbiyə verib əmrazəyə yetirdiyi, Kiçginədən başqa övladı 

olmadığından, özünə  oğul qəbul etdiyi nəvəsi Seyid Əzimin xeyir işi qocanı çox 

sevindirmişdi. Yaqsay qazisini şəhər ruhani və  əşrafı xüsusi hörmət və izzətlə 

qəbul etdilər. Onun oğul toyu eləməsi şəhərdə böyiik razılıq və şənliklə qarşılandı. 

Ağsaqqalların məsləhətindən sonra toy günü xoşladılar, xəlfə Cin Cavad çağırıldı, 

əlinə toya çağırılanların siyahısı verildi. Cavad məhəllə-məhəllə, Qara-bazar, 

Santorpaq,  İmamlı, Minaxor, Yuxarı Qala, Şıxminaslı evlərini gəzdi, toy gününü 

xəber verdi. Həyətdə xalı, gəbə, cicim və  əlvan palazlardan toyxana quruldu. 

Şəhərin məşhur xanəndəsi Nəcəfqulu öz dəstəsi ilə çağırıldı. Seyid Əbdül Əzimin 

şair dostlarından "Rağib" təxəl- 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə