Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə53/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   49   50   51   52   53   54   55   56   ...   143

__________________Milli Kitabxana_________________ 

153 


 

dəryasına qərq olduğunu başa düşdü. "Görəsən genə nə dərd üz verib ona? Yeni 

görəsən, dünyada da dərdsiz-qəmsiz adam var? Xüsusən ki, Ağa kimisi, lap 

cümləqayğıdı... Cəddinə qurban olduğum, elə bil hamının haqq-hesabın bundan 

alacaqlar... Heç gömürnat, heç hökumət adamları, pulu, malı başından aşanlar 

bunuycan fıkir eləmirlər; eləsələr dünyada bir ac qalar? Bu yazığın öz külfəti 

gücnən dolanır, özünə o-bu əl tutur, amma özü boğazından kəsib, dərsə gələn fağır-

fuqəra balalarını doyurub yola salır. Neçə  dəfə öz gözümnən görmüşəm". - Bu 

fıkirlə o, Seyyidin üzünü xeyli süzəndən sonra birdən nə düşündüsə dedi: 

-Ağa, təzə xəbərdən xəbərin var? 

Şair xoşa gəlməz xəyallarından ayrıldığı üçün sevindi. Abdullanın xasiyyətinə 

bələd idi, nə isə maraqlı bir əhvalat danışacaqdı, çünki onun bütün maraqlı 

xəbərləri məhz bu sualla başlanırdı. 

-Yox... Genə nə var, a Şirin? - deyə o, gözlərini Abdullanın üzünə dikdi. Şirin 

Abdullanın qəribə görkəmi vardı, elə bil taxçada-boğçada nəyə gümanı  gəlirdisə 

hamısını əyninə geymişdi. Əyninə nə geymişdisə, hamısının da yaxası bir-birinin 

altından görünürdü. Çox iri, mixeyi qoyun dərisindən olan yekə papağı qulaqlarını 

qabağa basıb  əymiş, onlar da qızarıb gülməli bir görkəm almışdı.  Şair bu hala 

təəssüf qarışıq bir təbəssümlə baxdı və Abdullanın nə nağıl edəcəyini gözləmədən 

soruşdu: 

-Hə, Şirinim, nə eşitmisən genə, yoxsa məni Tiflisə sərdar tikirlər? 

-Nə olardı?! Səndən elə  sərdar çıxardı ki, dünyadan ac-yalavac qurtarardı... 

hamının qarnı doyardı... 

-Elə demə,  Şirin, onda hamı Allahı yaddan çıxardardı; gərək dünyada ac çox 

olsun ki, Allah yaddan çıxmasın... 

Şirin bu sözdəki incə istehzanı duymadı, sözə başladı: -Nə deyirəm ki, özün 

bilən yaxşıdır... Amma məsələ belədi: dünən deyirlər Cin Cavad gedib Haci Məcid 

əfəndinin yanına, otağa... Deyib ki, əfəndi, gəlmişəm ki, dönəm Allah 

eləməmişkən, sünnü olam... Şair güldü: 

-Yeni Allah eləməmişkəni də o deyib? 

-Yox, Ağa, onu mən deyirəm... hə... Hacı Məcid əfəndi soruşub ki, "A Cavad, 

de görüm bu şiəlerdə nə pislik görmüsən ki, dönüb sünni olursan?.." Deyir, Cavad 

deyib ki, heç nə, elə-belə özümçün oluram... Onda hacı da deyib: Cavad, bəlkə əlin 

aşağı düşüb, pula ehtiyacın var, al bu yüz manat məscid pulundan verim, get işini 

düzəlt. Bizi şayılarla 

 

 




__________________Milli Kitabxana_________________ 

154 


 

qannılığa salma! İndi dəb düşüb, kimin pulu azalır - gedib bir məzhəbdən o 

birinə keçir ki, şirnikdirənlər bunun üçün də pul yığıb evləndirsinlər, ziyarətə 

göndərsinlər. Amma Cavad, sən ümum Şirvanın Cavadısan, hamının əzizi... Qərəz, 

deyillər Hacı Məcid əfəndi, Cavadın xoruzun verib qoltuğuna, salıb yola... 

Şair, Abdullanın söhbəti boyu gözləri yaşarıncayadək güldü; axırda göz 

yaşlarını silib dedi: 

-Aadə... bu ola bilməz! Yəni mənim dostum Cavad belə ölüvay olub ki, bir 

əməlli cavab tapa bilməyib? 

Şirin də gülürdü, o sevinirdi ki, Ağanı qəm dəryasından qurtarıb: 

-Cəddüvə qurban olum, Ağa, dayı pulu alandan sonra nə söz? Elə onunku da 

oracanmış da... 

Hər ikisi güldülər...  Şagirdiər bir-bir, iki-bir həyətə daxil olmağa başladılar. 

Uşaqların bəzisi yaxşı geyinmişdisə də, çoxunun üst-başı köhnə və nazik idi. Şair 

bunların bir az da əvvəl içəri girib qızma bilmələri üçün Şirinə işarə verdi, qapını 

açdılar. Uşaqlar salamlaşıb  ədəblə sinif otağına daxil oldular. Müəllim bəzən 

onların birini daha da canlandırmaq üçün başını tumarlayır, zarafatla soruşurdu: 

-Aadə... Ələsgər, bala, nə imam cücəsi kimi büzüşmüsən? 

-Ağa, vallah, gələnəcən gözümün içində giləsi də dondu... 

-Pah atonnan mübaliğə yiyəsi... 

...Uşaqlar dərs otağına doluşdular. Hərə bir rəng, hərə bir cür varlı-varına görə 

geyinmişdi.  Şirvandakı rus, malakan, erməni məktəbi  şagirdləri kimi əyinlərində 

rəsmi məktəbli forması yox idi. Bəzisinin çiyninə, ya papağına göz dəyməməkçin, 

gözmuncuğu, hansı bir mollanınsa yazdığı pitik-nəzər duası, dağdağan ağacı 

parçası tikilmiş, bəzi nəzirli "Əli qulunun" sağ qulağı deşilib oraya bir tay 

"Heydəri" sırğa da taxılmışdı - "Qulluq tanası - deyə şair düşündü... Görəsən bizim 

uşqolumuz da əsil məktəb siması alacaqmı, eh, necə deyərlər  şükür Xudanın 

kərəminə, buna da şükür..." 

Müəllim dərsə başladı: 

-övladlarım, ata-ananız sizə daima öyrədir ki, hər bir işə başlayanda 

"bismillahirrəhmanirrəhim" deyin, Allahın adı ilə başlayın!.. Bu nə deməkdir? 

...Məktəbin yanından ötənlər arabir dayanır, Ağanın şagirdlərə nə öyrətdiyinə, 

nə təlim verdiyinə qulaq asardılar. Bu gün buradan keçən Qapaqlı Hacı Əsəd idi. 

O, ağanın bu ilk sözlərini eşidincə dayandı: "Aha, deyəsən, ağla gəlib? Bir də 

uşaqlara nə öyrətməlidi ki, görək!.." 

 

 




__________________Milli Kitabxana_________________ 

155 


 

O ayaq saxladı, dərsxananın qapısı dalına keçib huş-guş ilə qulaq asmağa 

başladı; içəridən müəllim deyirdi: 

-Hər bir işə Allahın adı ilə başla, yeni doğruluqla, dürüstlüklə başla, heç kimi 

aldatma.  Əgər sən tacirsənsə, işə Allah adı ilə iqdam edirsənsə, gərək xam bir 

tərəkəməni beş arşında üç çərək sürüşdürüb aldatmayasan! Əgər baqqalsansa, xam 

şəhərlini aldadıb batgəni bal əvəzinə ona sırımayasan. Bütün bunları eləyən adam 

istər bismillah dedi, istər demədi, bir faydası yoxdu... Namaz-orucu yerinə yetirdi, 

ya yox, bimənadı... İnsan səvab işlər görməli, heç kəsi aldadıb dövlət yığmamalıdı. 

Bizim həmvətənimiz olan şairlərdən Kərbəlayı Arif Allahı buyurubdu: 

 

Kafərəm dünyayi-mafiyhayə gər meyl eyləsəm,  



Xanlığa, sultanlığa, rəğbət məgər adəm qılır? 

 

İnsan olan heç kəsə alçalıb, var üçün, dövlət üçün nücəbalara boyun 



əyməməlidi. Hər  şeyə Allah adı ilə başlamaq o deməkdi ki, yəni hər bir işə 

düzlüklə iqdam elə, xəyanətlə yox... Ürəyində Allah xofu, yeni iman,etibar, 

sədaqət, düzlük olsun…..  Yoxsa  ki,  hər dəqiqə bir "bismillah"deyib, salavat 

çevirməklə başqalarını aldadan, ribaxor, təməkar, rəngü hənadan təravət tapmış 

qırmızı saqqallı yalançı möminlərdən olma! 

"Bismillah" sözü hacının döşünə yatmışdısa da, burdakı  bəzi təlimat heç onu 

tutmurdu. Tacir olasan, xam tovlamayasan? Bəs sonra Allahdan hansı günahlarını 

bağışlamağı xahiş edəcəksən? Qıldığın namaz, oruc tutmağın, ehsan verməyin nə 

üçündür? Bu, dünyadı... Burda atdadırsan da, aldanırsan da. Sonra tövbə eləyib 

bağışlamısan da!.. O şairin şaha-sultana boyun əyməmək haqqındakı sözlərini eşi-

dib ürəyində deyine-deyinə yoluna düzəldi: "Hə de, hökumət  əleyhinə bundan 

aydın nə demək olar? "Padşah yer üzündə Allahın kölgəsidi, padşahına ağ olan, 

Allahına da ağ olur", "Amma gör bir bu, uşaqlarda indidən nə təlim eləyir??? Yox, 

bunu cənab pristova yeri düşəndə çatdırmaq borcumdur". 

...Məktəbdə isə müəllim sözünə davam edirdi. 

-Övladlarım, sizə  ən birinci vəsiyyətim budu ki, elm öyrənin,əgər birisi sizə 

desə ki, dünya elmlərini öyrənmək günahdı, ona inanmayın! Quranın özündə 

peyğəmbər "Taha" surəsinde deyib: "Ya reb,elmimi artır" və yenə bilin ki, insanın 

gözəlliyi geyiminin bəzəyi ilə deyil, elm və ədəbindədir. Elmli və ədəbli olun! Öz 

ata-babanızın xan və ya ağa olmağı ilə lovğalanmayın.  İnsanı  şərəfləndirən onun 

elmidir: 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə