Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə32/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   28   29   30   31   32   33   34   35   ...   143

__________________Milli Kitabxana_________________ 

93 


 

-Qalx, a bədbəxt, bədtaleh bala, ağlama, sil gözlərinin yaşını, kimin anası 

dünya durduqca yaşayıb, yanında qalıb qəbir evinəcən? Ana ölər,yerində bala 

qalar, amma sən bəlalı qalmısan... 

Arvad bu sözləri deyə-deyə  həm özünün, həm də Sonanın gözlərini sildi, 

aşiqlərin,  şairlərin, xanəndələrin minbir söz, şeir qoşduğu, indi pərişan halda 

dağılmış, islanıb alnına, yanaqlarına yapışmış cığa və birçəklərini kənar elədi... 

Sona sözünə davam etdi: 

-Yazıq anam elə oradaca keçindi. Məhəllədən iki-üç adam yığışdı,yazığı 

gələnlərdən biri də çal bir kişi idi, elə onun evinin qənşərində düşüb qalmış anamı, 

onunca həyətində yudular, köhnə-külə ağdanzaddan tapıb kəfənlədilər. Hamısı da 

gözümün qabağında... Ağlayıb eləmirdim, gözümün yaşı da qurumuşdu. Axşama 

yaxın idi, tələm-tələsik anamı  qəbiristana aparan iki-üç kişinin dalınca düşüb 

gedəndə,o çal kişi mənə diqqətlə baxıb  əlimdən tutdu. Kimsəsiz qaldığım bu 

dünyada  ən ağır dəqiqələrimdə  əlimdən tutan bu adama qorxa-qorxa baxırdım. 

Kim idi, nəçi idi, bilmirdim, amma görürdüm ki, adamlar onunla yanpörtü 

könülsüz-könülsüz danışırlar... Qərəz anamı basdırıb qayıtmaq istəyəndə dərdimin 

böyüklüyü birdən-birə ürəyimi qopartdı,özümü təzəcə torpaqlanmış qəbirin üstünə 

atıb bağırdım: "Məni də basdırın, mən indi anamsız hara gedəcəm?" 

Ölənəcən xatirimdən çıxmayacaq: kişilər bir-birinin üzünə baxıb durdu, hamısı 

fağır, üst-başından kasıb adama oxşayırdı, heç birisi artıq ağızı evinə aparmağa 

ürək eləmirdi, bircə o, o qorxduğum çal kişi əlimdən tutub məni qəbirin üstündən 

qaldırdı: 

-Gedək bizə, ay qız! - dedi. 

İndiki kimi yadımdadır. O kişilər günahkar kimi bir-birinə baxıb bir söz 

demədən dağılışdılar. Mən də  həmin kişinin böyrünə düşüb bir-iki saat əvvəl 

anamın keçindiyi evin qapısına gəldim. Anamın düşdüyü yeri görəndə  təzədən 

kövrəlib ağlamağa başladım, kişi çiynimdən tutub məni həyətə saldı, bayaq anamı 

yuyan arvadlardan biri həyətdə bizi qarşıladı: 

-Bu imam cücəsin neyşə getdün, əppəyün artıq düşüb? 

-Yazığım gəldi, arvad... 

-Bizə yazığı gələn kimdi bəs? 

-Allah kərimdi... 

-Kərimin quyusu elə  dərindi ki, düşən bilmir necə  çıxsın, gəlir düşür mütrüf 

öyünə... 

 

 




__________________Milli Kitabxana_________________ 

94 


 

Mütrüf öyü"... mən bu sözlərin mənasını sonra bildim. Sən demə, bu yer 

Qəriblər məhəlləsi, bu ev də Şamaxı çəngilərinin başçısı Mütrüf Ədilin evi imiş... 

Bu məhəllə dəhşət imiş... Oğru-əyri, yol azan, yurdundan təzən bura sığınırmış. 

Bundan sonrakı hadisələri Sona artıq danışa bilmədi, yalnız eşidib -bildiklərini 

xəyalında canlandırmaqla kifayətləndi. 

...Qaş qaralanda, fəzanın qaralmağa başlayan dərinliklərində  tək-bir ulduzlar 

parlayanda evlərin əvvəlcə bozaran, getdikcə qaralan pəncərələrində də ölgün çıraq 

işıqları görünməyə başlardı.  Şəhərin ucqar guşəsində  Qəriblər məhəlləsinin lap 

qurtaracağındakı birmərtəbəli alçaq daxmalarda hələ  işıq görünməzdi, çiy 

kərpicdən hörülmüş, üstünə samanlı xam suvaq çəkilmiş bu daxmaların önündən 

ötən nadir yolçulara avara itlər arabir hürərdilər. Cuma məscidi, Sarıtorpaq, 

İmamlı, Qalabazar məscidlərinin minarəsində avazla azan verən müəzzinlərin səsi 

bu məhəllələrə  gəlib çatmazdı. Buranın möminləri namazı göyün səyyarələri ilə 

müəyyənləşdirib qılardılar. Sübhü bəzən - "Karvan-qıran"la qarışıq saldıqları "Dan 

ulduzu", günortanı günəşin göydəki yerinə,  şam və xüftəni də ulduzlara görə 

müəyyənləşdirirdilər. Bu məhəllələrdə molla da tapılmazdı. Şəhərin bütün füqərası, 

gəlmələri bu məhəllələrdə sakin olurdu. Bir çox hallarda divandan gizlənən

dustaqdan qaçan, hökumətdən yayınan günahlı-günahsız müqəssirlər, qaçaqlar, 

bəzən oğru-əyri də bu məhəllələrə pənah gətirirdi. 

Şəhər varlıları, əsnaf, tüccar buralarda görünməzdi. 

Mütrüf  Ədilin evi də bu məhəllədə yerləşirdi. Bu ev ətrafdakı başqa 

daxmalardan seçilirdi. Onun geniş zala bənzər otaqları, babət eyvanı, həyətində 

kiçik meyvə bağı və güllüyü, palçıqdan olsa da uca hasarı var idi. Hamı bilirdi ki, 

Mütrüf  Ədilin az-çox varı var. İstəsə,  şəhərin babət imarətlərindən birini almağa 

gücü də çatar. Amma kimdir ona ev, mülk satan? Kim ona öz məhəlləsində yer 

verər? 

Mütrüf  Ədilin anası dul Gülzaman vaxtı ilə arvad toylarında xanəndə olub. 



Ağzı ilə oyun havaları çalar, dəflə bu havalara ahəng tutar və kasıb-kusub toylarını 

yola verərdi. O vaxtlar Gülzaman cavan idi, var-yoxu yeddi-səkkiz yaşlı oğlu Ədili 

özü ilə toylara aparardı. Uşaq həyətdə ocaq qalatdırıb anasının qoyun qarnı 

çəkilmiş və tez-tez boşalan dəfıni bu ocaqda qızdırar, şabaş yığar, dövran toplardı. 

Uşaq, anasının zümzümə etdiyi bütün havaları  əzbər bildiyi kimi, toyda oynayan 

qız-gəlinlərdən gözəl rəqslər öyrənmişdi. 

 

 



__________________Milli Kitabxana_________________ 

95 


 

Ədil nazik, vücudlu, gözəl bir uşaq idi. Anası onu nəzirli etdiyindən on iki 

yaşınacan başını  qırxdırmadı. Qıvrım saçları uzanıb  Ədilə incə, nazlı bir qız 

görkəmi verdi. O tez-tez evdə  qız-gəlinlərin təqlidini çıxarıb rəqs edərdi və bu 

zaman anasının tumanını  əyninə geyib, kəlağayısını başına bağlardı. Bu oyun 

qadınları  əyləndirdiyindən Gülzaman arvad şimikdi, oğluna "Fatma xanım xoş 

amədi", "Ay dağı-dağı şeydalı", "Dəyirmançı qoca" oyunlarını öyrətdi. İndi artıq o, 

toyları  oğlunun köməyilə aparırdı. Onlar toy yerinə gedəndə  Ədilin geyinməsi 

üçün paltarları da dəflə birlikdə boğçaya bağlayıb aparırdılar. Oğlanın çıxartdığı 

məzəli oyunlar toya yığılanları çox əyləndirir, onlara ləzzət verir, uğununca 

güldürürdü. 

Sərpayı ucadan deyirdi: 

- Ay uşaq, şırıqqa vurun! 

Ədil də öz məzəli qız geyimində ortaya gəlib gah əri tərəfindən məhəbbəti rədd 

edilmiş zəhəndə arvadı, gah toy adamlarını bəyənməyən məğrur bir xanımı, gah da 

cavan dənçi qıza vurulmuş həprik qoca dəyirmançını yamsılayır və bu zaman elə 

çəm-xəm edirdi ki, Gülzaman nanay vurmaqdan yorulmurdu. Arvadlar heyrətlənib 

deyirdilər:  

- Zalım qızı, bir toy adam ağzıynan oynadır, yoruldum demir, elə bil çənəsini 

dəmirçi Səfi döyüb. 

Ədilin sorağı kişilərin qulağına da çatdı. Özbaşına meydana çıxan bu "mütrüf' 

Şamaxı keyifbazlarını maraqlandırdı. Mütrüf ləqəbi Ədilin üstünə yapışdığı kimi, 

özü də sinnə dolub, qadın məclislərindən uzaqlaşdı. İndi heç bir qeyrətli kişi həddi-

buluğa çatmış cavanın arvad toyuna iştirakına razı ola bilməzdi. 

Anası Gülzamanın vəfatından sonra Mütrüf Ədil,  əlindən başqa heç bir iş 

gəlmədiyindən toylarda çalan bir xanəndə dəstəsinə qoşuldu, rəqs etməyə qurşandı. 

İndi o artıq kişilər məclisində arvad paltarı geyib rəqs edir, bununla da dolanırdı. 

Ətrafında mütrüfə qız verəcək əskik adam olmadığından Ədil tək yaşayırdı. 

Beləliklə,  Ədilin yaşı  qırxı ötdü. İndi o, saqqallı-bığlı kişi idi. Özü rəqsi tərk 

etsə  də sazandalar dəstəsi üçün təzə  rəqqasələr tədarük edir, onlara rəqs etmək 

qaydalarını öyrədirdi. Bunlar əsasən yaxın və uzaq kəndlərdən tapılıb gətirilən 

sahibsiz balalar idi. Ədil onların adlarını  dəyişir, geyimini düzəldir, rəqs təlimi 

verirdi Şamaxı çəngilərinin dəstəsi nəinki şəhərin özündə, qonşu kəndlərdə, hətta, 

Bakı,  Şəki, Gəncə, Qarabağ  və bu kimi böyük şəhərlərdə belə tanınır, dövlətli 

toylarına dəvət olunurdu. Ədil daima dəstənin yaşını nəzərdə saxlayar, buraya 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə