“Dədə Qorqud”un möcüzələr dünyası
117
“Ana həqqi – təŋri həqqi” deyimi ilə silahlanmış oğul (Qa-
zan) kafirdən arvadını (Burla xatunu), oğlunu (Uruzu) yox, məhz
anasını geri istəyir. Hətta anası qaytarılsa, döyüşmədən geri dö-
nəcəyinə belə söz verir: “Qarıcıq anamı gətürüb durursan, mərə
kafər, anamı vergil maŋa
Savaşmadın, uruşmadın qayıdayım – gerü dönəyim, gedə-
yim, bəllü bilgil,- dedi “(D-58);
– ər arvadını özünün ən yaxın yoldaşı, silahdaşı hesab edir,
həm də ona sonsuz hörmət və məhəbbət bəsləyir;
– arvad ərini nəinki dərin məhəbbətlə sevir, hətta onun yo-
lunda ölməyə belə hazırdır;
– “diliŋ içün öləyim”, - deyən qardaş qardaşının yolunda hər
şeyə hazırdır: “...qardaşsız Oğuzda turmazam” (D-257);
– bacı üçün qardaş ən böyük nemətdir, uca dağdır, kölgəli
uca ağacdır: “Qarşu yatan qara tağım yıqılubdır ... Kölgəlicə qaba
ağacım kəsilübdir...” (D-104);
– bacının bacıya münasibəti daha çox onların qardaşlarına
münasibəti kontekstində müəyyənləşir ki, bu da, əsasən, Beyrəklə
bağlı süjetlərdə təsadüf olunur. Belə ki, Beyrəyin ölüm xəbərini
eşidən bacıları ağ çıxarıb, qara geyirlər, “Vay, bəgim qardaş! Mu-
radına-məqsuduna irməyən yalŋuz – qardaş!” – deyərək ağlaşırlar;
– qardaş (Dəli Qarçar) bacısını istəyənləri öldürməkdə
israrlıdır: “...Dəli Qarçar deyirlər. Qız diləyəni öldürər” (D-81);
qardaş (Beyrək) özünə toy elədiyi kimi, bacılarını da ərə verir:
“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi” (D-121);
– qayınata və qayınana gəlinə hörmət edir, onu yüksək şəkil-
də dəyərləndirirlər: “Yolıŋa qurban olayın gəlincigüm!” (D-117);
– gəlin qayınatası və qayınanasını atasından və anasından
üstün bilir:
“Atamdan yegrək qayın ata!
Anamdan yegrək qayın ana!” (D-262).
“Dədə Qorqud”un möcüzələr dünyası
118
“Kitab”da nənənin nəvəyə, eləcə də nəvənin nənəyə müna-
sibətləri ilə bağlı detallara rast gəlinmir (baxmayaraq ki, Qazanın
qarıcıq anasının Uruz, Qarabudaq... kimi nəvələri var).
– “Kitab” da təsvir olunan boy qəhrəmanlarının (Oğuz bəylə-
rinin) əksəriyyətinin həyat yoldaşı var: Qazan – Burla xatun, Bey-
rək – Banıçiçək, Qanturalı – Selcan xatun ... Dirsə xan – xatunu,
Bəkil – xatunu... Boy qəhərəmanlarından üçü (Buğac, Basat və
Yegnək) bu sistemdən kənarda qalır;
– boylarda təsvir olunan, daha doğrusu, adları bəlli olan
Oğuz xanımlarından ikisinin ailəsi yoxdur: Boğazca Fatma,
Qısırca Yengə;
– kafir qızları Qazan xanın şadlıq məclislərinin bəzəyi, yara-
şığıdır. Onların gözəlliyi “Kitab”da son dərəcə gözəl, dəbdəbəli
bir üslubda çatdırılır: “...Toquz qara gözlü, xub yüzlü, saçı ardına
urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları ni-
garlı məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb
içərlərdi” (D-36).
Bu parçanın bədii-estetik siqləti X.Koroğlunun da diqqətin-
dən yayınmayıb: “Belə təmtəraqlı şənliyə heç bir oğuz epik abidə-
sində rast gəlinmir, amma bu şənlik, şübhəsiz, naturadan çəkilmiş-
dir – görkəmli oğuz bəyləri Qafqazda və Kiçik Asiyada belə şən-
liklər düzəldirdilər və burada çox güman ki, xristian qızları – məğ-
lub hökmdarların qızları qulluq edirdilər. Faktlar göstərir ki, Qaf-
qaz və Kiçik Asiya oğuzlarının, görünür, düşmənin əsir qızlarını
kəniz etmək adətləri varmış...”
1
.
Bu qeydlərə onu da əlavə etməyi vacib hesab edirik ki, Oğuz
bəyləri xristian qızları ilə təkcə bir kəniz kimi rəftar etməyib. Kon-
kret desək, həm də bu qızlarla ailə qurub, onlara Oğuz cəmiyyə-
tinin ən xoşbəxt xanımları statusunu qazandırıblar.
Ən maraqlısı isə budur ki, “Kitab”da bu tip qadınların xris-
tian keçmişi daha çox üstüörtülü şəkildə verilir. Burada Oğuz xa-
nımlarını İç Oğuz, Daş Oğuz və kafir qızları kontekstində araş-
1
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.109.
“Dədə Qorqud”un möcüzələr dünyası
119
dırmış K.Əliyevin fikirlərini xatırlatmaq yerinə düşür: “...Dirsə
xanın xanımı və Qazan xanın xanımı Burla xatun İç Oğuzdandır,
Banıçiçək Dış Oğuzdan, Selcan xatun və Dəli Domrulla Səyrəyin
xatunları isə kafər (kafir – Ə.T.) düşərgəsindən İç Oğuza gəl-
mişlər. Dış Oğuzdan və kafər (kafir – Ə.T.) düşərgəsindən İç
Oğuza gəlin gələn qızlar bu düşərgələr arasındakı barışığı
simvolizə edirlər və barışığın karrantıdırlar (qarantıdırlar – Ə.T.).
Deməli, “Dədə Qorqud” eposu vuruş və davanın deyil, məhz
barışıq və vahid dünya modelinin eposudur”
1
. K.Abdulla bu cür
nikahları “barışığa zəmanət” yox, qan qohumluğu yasağı”, tayfa-
daxili nikah yasağı prizmasından şərh edir. Məsələn, Qanturalı ilə
Selcan xatunun nikahını belə səciyyələndirir: “... Əsas məsələ –
Qanturalını arvad seçimində Oğuzdan kənara çıxarmaqdır. Oğu-
zun, başqa sözlə, “öz məxsus olduğun tayfanın üzvü olan qızla ev-
lənmək olmaz” yasağı “qız kənar yerdən olmalıdır” fikrinə dönür
və Dastanda Qanturalının yad diyara getməsi, sevgilisi Selcan xa-
tuna qovuşması ilə bağlı hadisələrin təsvirinə çevrilir. Bu yasağın
Dastanda hər hansı şəkildə olursa-olsun təsviri, heç şübhəsiz ki,
Dastanın çox qədim bir zamanla əlaqəsinin qırılmamasını göstə-
rir”
2
. Bütün bunlar onu da xüsusi olaraq vurğulamağa əsas verir ki,
“Kitab”dakı eynitipli hadisələrin müxtəlif bucaqlardan şərhi, həm
də müxtəlif məzmunlu nəticələrin çıxarılması məhz “Kitab”ın
sirli-sehirli dünyası ilə bağlıdır;
“Kitab”da obrazların qohumluq münasibətlərinin araş-dırıl-
ması göstərir ki, obrazların bir qismi baba və ata, bir qismi oğul və
qız, bir qismi əmi və dayı və s. statuslarda çıxış edir. Bu mənada
onları aşağıdakı kimi sistemləşdirmək olar:
ulu babalar – burada yalnız Qam Ğanı qeyd etmək mümkün-
dür (Uruzun ulu babasıdır)
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”, Bakı, 2011,səh.84
2
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.131.
Dostları ilə paylaş: |