“Dədə Qorqud”un möcüzələr dünyası
129
“Kitab”dakı qohumluq terminləri aşağıdakı leksik şəkilçilər
vasitəsilə düzəlmişdir:
-in şəkilçisi. “Kitab”ın dilində “gəlin” sözündə müşahidə
olunur: gəlin – “Qədəmin qutsuz gəlin deyincə, udsız gəlin desün-
lər” (D-262);
-daş şəkilçisi. Qeyd etdiyimiz kimi, bu şəkilçi qartaş//qardaş
sözündə daşlaşmış vəziyyətdədir. Qarındaş (Dədə, qız qarındaşı-
mıŋ yolına bən nə istərsəm, verərmisən?) və yoldaş (Dəli Domrul
yüz qırq yıl dəxi yoldaşıyla yaş yaşadı) sözlərində isə bir şəkilçi
morfemi kimi müstəqil şəkildə çıxış edir.
Diqqətçəkən məqamlardan biri də budur ki, -daş şəkilçisi
“Kitab”da və digər qədim türk mənbələrində o qədər də məhsuldar
olmayıb. Müasir ədəbi dilimizdə isə məhsuldarlığı ilə müşahidə
olunur, hətta üslubi səciyyəli neologizmlərdə də özünü göstərir.
Məsələn, T.Əfəndiyeva –daş şəkilçili üslubi neologizmləri R.Rza-
nın dili kontekstində belə səciyyələndirir: “Bədii üslubda həmin
şəkilçinin (-daş şəkilçisi nəzərdə tutulur – Ə.T.) semantik xüsusiy-
yətinə əsaslanaraq yeni-yeni üslubi səciyyəli neologizmlər düzəlt-
mək olur. Məsələn, R.Rza yaradıcılığında –daş şəkilçisi vasitəsilə
əmələ gələn bir sıra neologizmlərə rast gəlmək olar: cəbhədaş, dö-
yüşdaş, vaxtdaş, əsrdaş, sinifdaş, silahdaş, gündaş, işdaş, könüldaş
və s. Bu cür neologizmlər hər dəfə üslubi məqsədə müvafiq yaran-
mışdır. Şair fikrini emosional-ironik şəkildə ifadə etmək məqsədi-
lə həmin sözləri düzəltmişdir”
1
. Müəllifin şərhləri inandırıcıdır.
Amma bir həqiqəti də qeyd edək ki, “könüldaş” sözünü R.Rza
yaratmayıb.
Yeri gəlmişkən, “Okkazional sözlərin kim tərəfindən yaran-
dığı məlum olur”, - deyən B.Xəlilov da könüldaş sözünün məhz
R.Rza tərəfindən yaradıldığını göstərir: “-daş şəkilçisi ilə əmələ
gələnlər: əsrdaş, cəbhədaş, vaxtdaş, döyüşdaş, könüldaş (R.Rza)
və s.”
2
.
1
T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 2011, səh.298.
2
B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, səh.90-91.
“Dədə Qorqud”un möcüzələr dünyası
130
Yaxud “Şeir dilində özünü göstərən süni sözlər neologizmlə-
rin bir növüdür. Onlar, əsasən, fərdi səciyyə daşıyır və kontekstin
tələbinə, üslubi zərurətə əsasən bədii nitqə daxil olurlar. Belə
xüsusiyyətlərinə görə dilçilik ədəbiyyatında bu sözlər okkozional
sözlər adlanır”, - deyən M.Hüseynov yazır: “...çiyindaş” isə H.Ca-
vid, R.Rza və başqa sənətkarların yaratdığı könüldaş, əsrdaş, yurd-
daş, dünyadaş kimi sözlərin qəlibi əsasında yaranmış üslubi
neologizmlərdəndir”
1
.
Bu fikirlərdə, eləcə də T.Əfəndiyeva və B.Xəlilovun şərhlə-
rində üslubi neologizmlərin ən xarakterik cəhətləri çoxsaylı nümu-
nələr kontekstində işıqlandırılıb. Burada yaranma tarixi baxımın-
dan yerinə düşməyən cəmi bir nümunəyə təsadüf olunur: könül-
daş. Qədim türk mənbələri “könüldaş” sözünü H.Cavid, R.Rza ki-
mi sənətkarlar yaratmışdır – fikrini təkzib edir. Belə ki, M.Kaşğa-
rinin “Divan”ında “könüldaş” sözünün semantik yükü dəqiq ve-
rilib: “...könqüldəş sözü də belədir, “könül dostu” deməkdir,
çünki qəlb könüldür”
2
.
Yaxud Yusif Xas Hacib Balasağunlunun “Qutadğu Bilig”
poemasında sirdaş, dost anlamlı “könqüldəş” sözünə rast gəlinir
3
.
Burada belə bir fikir reallaşır: R.Rza kimi böyük sənətkar dərin-
dən bələd olduğu qədim türk mənbələrindəki “könqüldəş” sözünü
öz şeirlərində “könüldaş” şəklində işlətməklə (əslində, burada cid-
di fonetik fərqlər də nəzərə çarpmır: nq→ŋ→n; -daş isə müasir
ədəbi dilimizdə bir cür yazılan şəkilçidir: -dəş=-daş) ona yeni nə-
fəs vermiş, işləkliyini təmin etmiş, yenidən ədəbi dilimizə qaytar-
mışdır. Bu isə o deməkdir ki, “könüldaş” sözünü üslubi neolo-
gizm kimi səciyyələndirmək olmaz. Əksinə, xüsusi olaraq vurğu-
lamaq lazımdır ki, səsi minilliklərdən gələn könüldaş, qandaş (ata-
bir qardaş), qoldaş (dost), yerdaş (həmyerli) kimi sözlərdə tarixi-
miz, psixologiyamız, etnoqrafiyamız, ruhumuz yaşayır.
1
M.Hüseynov. Dil və poeziya. Bakı, 2008, səh.370.
2
M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.405.
3
R.Əskər. “Qutadğu Bilig”. Bakı, 2003, səh.178.
“Dədə Qorqud”un möcüzələr dünyası
131
“Kitab”da diqqəti cəlb edən cəhətlərdən biri də qohumluq
terminləri əsasında yaranmış düzəltmə sözlərdir. Bu cür sözlərdə,
əsasən, aşağıdakı şəkilçilərə rast gəlinir:
-lı, -lu: “qardaşı, dostu, yaxın adamı olan” anlamlı “qardaş-
lu” – “Qardaşlu yigitlər qalqar-qopar olur” (D-259); “qızı olan”
anlamlı – “qızlu” – “Oğullıları ağ otağa, qızluyı qızıl otağa, oğlı-
qızı olmıyanı qara otağa qondurıŋ...” (D-12). Qeyd edək ki, “qız-
lu” sözü müasir dilimizdə ayrılıqda deyil, “oğullu-qızlı” mürək-
kəb sözündə ikinci tərəf kimi çıxış edir: Oğullu-qızlı olsun!...; -
“oğlu olan” anlamlı “oğullı” (bax: yuxarıdakı nümunədə “oğullıla-
rı” sözü);
-sız: qardaşı olmayan, “kimsəsiz, yaxın adamı olmayan”
anlamlı “qardaşsız” sözündə müşahidə oulunur: “Qardaşsız miskin
yigit əŋsəsinə yumruq toqunsa...” (D-259);
-cıq, -cik, -cük, -cığaz: Kiçiltmə və əzizləmə məzmunlu bu
şəkilçilərin qohumluq terminlərinə artırılması ilə düzəlmiş sözlər
“Kitab”da üstün mövqedə görünür. Heç şübhəsiz ki, bu bilavasitə
dilin emotiv funksiyası ilə bağlıdır. Çünki həmin şəkilçili sözlər
bədii mətndə daha çox emosionallığı, ekspressivliyi gücləndir-
məyə xidmət edir:
qızcığaz: “Üç canvər öldürdigiçün bir qızcığazımı aldı-getdi”
(D-191);
qardaşcığım: “Beşikdə qoyub getdigim qardaşcığım-
mısan?” (D-269);
gəlincigüm: “Yalansa bu sözləriŋ, gerçək ola, gəlincigüm!”
(D-117);
oğlancıq: “Oğlancıqları qarşu gəldi, oxşamadı” (D-238).
Bu bölmənin yekunu olaraq belə bir fikir söyləmək olar: -in
və -daş şəkilçiləri vasitəsilə yaranmış qohumluq terminlıəri, eyni
zamanda -lı, -lu; -sız; -cıq, -cik, -cük; -cığaz şəkilçilərinin qohum-
luq terminlərinə artırılması vasitəsilə yaranmış düzəltmə isim və
sifətlər “Kitab”da qohumluq terminlərinin xüsusi çəkiyə malik
olduğunu təsdiqləyir.
Dostları ilə paylaş: |